Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5987/2023 07.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Birgə Müəssisəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən iddiaçı "xxxx" Birgə müəsisəsinə 340545 manat olan borcu və tərəfimizdən ödənilən 630,54 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, dövlət rüsumu kağız daşıyıcıda (xx.xx.2023-cü il tarixli) deyil (gələcəkdə onun təkrarən istifadəsinin qarşısını almaq məqsədi ilə), “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində qəbzin nömrəsi, ödəniş tarixi və məbləğ qeyd edilir (həmin vəsaitin əvvəllər istifadə edilməməsi təsdiq edilir). Odur ki, məhkəmə hesab edir ki, dövlət rüsumu lazımi qaydada ödənilmədiyindən (yerləşdirilmədiyindən) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" Birgə Müəssisəsinə izah edilsin ki, dövlət rüsumunun ödənilməsi əks etdirən məlumatlar iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsinə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5987/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5987/2023
07.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver