Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-60/2024 23.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 05R000004675 saylı krеdit razılaşması üzrə 114181.97 ABŞ Dolları krеdit bоrcu, 76262.85 ABŞ Dolları faiz bоrcu və 59094.70 ABŞ Dolları cərimə olmaqla,cəmi 249539.52 ABŞ Dolları, - 05R000005515 saylı krеdit razılaşması üzrə 14351.82 ABŞ Dolları krеdit bоrcu, 8444.08 ABŞ Dolları faiz bоrcu və 5156.36 ABŞ Dolları cərimə olmaqla,cəmi 27952.26 ABŞ Dolları, - 05R000008573 saylı krеdit razılaşması üzrə 37501.78 ABŞ Dolları krеdit bоrcu, 22097.03 ABŞ Dolları faiz bоrcu və 13922.26 ABŞ Dolları cərimə olmaqla,cəmi 73521.07 ABŞ Dolları, - 005R********** saylı krеdit razılaşması üzrə 147965.71 ABŞ Dolları krеdit bоrcu, 88492.97 ABŞ Dolları faiz bоrcu və 69263.32 ABŞ Dolları cərimə olmaqla,cəmi 305722 ABŞ Dolları, - 005R********** saylı krеdit razılaşması üzrə 61657.36 ABŞ Dolları krеdit bоrcu, 36194.60 ABŞ Dolları faiz bоrcu və 42464.19 ABŞ Dolları cərimə olmaqla,cəmi 140316.15 ABŞ Dolları, - 005R********** saylı krеdit razılaşması üzrə 65133.21 ABŞ Dolları krеdit bоrcu, 36755.25 ABŞ Dolları faiz bоrcu və 23868.31 ABŞ Dolları cərimə olmaqla,cəmi 125756.77 ABŞ Dolları, - 005R********** saylı krеdit razılaşması üzrə 35803.93 ABŞ Dolları krеdit bоrcu, 20031.85 ABŞ Dolları faiz bоrcu və 11951.55 ABŞ Dolları cərimə olmaqla,cəmi 67787.33 ABŞ Dolları, 7 (yeddi) kredit razılaşması ümumilikdə cəmi 990595 (doqquz yüz doxsan min beş yüz doxsan beş) ABŞ Dolları 10 sent məbləğində bоrcun, Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1232 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manatın, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 240 manat xidmət haqqının tutulması, 2. Tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi 39 saylıevin 9 saylı mənzilinə və Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 22 ünvanında yerləşən qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 990595 (doqquz yüz doxsan min beş yüz doxsan beş) ABŞ Dolları 10 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1232 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 150 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, 3. Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, 4. Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində 39 saylı binanın 100 m ümumi sahədən ibarət 9 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2Adil oğlunun, MişiyevAlbert Rövşən oğlunun, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; 5. Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində 22 saylı binanın 1-ci mərtəbəsində 186.2 m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə (vəsatət) ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi verilərkən ödənilmiş 1232 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı QSC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ödənilmiş 1232 (bir min iki yüz otuz iki) manat dövlət rüsumu İddiaçı QSC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-60/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-60/2024
23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver