Məhkəmə qərarları › İş №e-2-2(113)-6007/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6007/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6007/2022 11.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X1 qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun silinməsi və əvəzləşdirilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh1 ASC arasında bağlanmış 07 fevral 2020-ci il tarixli, ***- *******TKXGO070220-01 saylı kredit xətti üzrə borca cavabdehlər tərəfindən hesablanmış faizlərin silinməsini, İddiaçı2 MMC ilə Cavabdeh1 ASC arasında olan bank hesabı müqaviləsinə əsasən, həmin bankdakı hesabda qalmış 104,51 manatın və 945.983,51 rus rublunun İddiaçı1 ilə Cavabdeh1 ASC arasında bağlanmış 07 fevral 2020-ci il tarixli, ***- *******TKXGO070220-01 saylı kredit xətti üzrə əsas borca uyğun hissəsinin əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Banklar haqqında qanunun 72.1.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. İlk öncə məhkəmə qeyd edir ki, İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs deyil, iddia ərizəsində qeyd etdiyi kimi İddiaçı2 MMC-nin təsisçisidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır, belə ki, “Banklar haqqında” qanuna əsasən məhkəmə qaydasında baxılmalı olmayan cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı olan tələblə yanaşı, məhkəmədə baxılması mümkün olan digər cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı tələbi bir icraatda birləşdirmişlər. Bununla yanaşı məhkəmə qeyd edir ki, İddiaçı1 tələbi məhz özünə aid kredit müqaviləsindən irəli gəldiyi təqdirdə, İddiaçı2 MMC-nin tələbi isə məhz bankda olan hesabla bağlıdır. Göründüyü kimi iddiaçıların hər birinə aid, lakin tam fərqli münasibətlərdən irəli gələn və məhkəmədə baxılması mümkün olan və olmayan tələbləri birləşdirmişlər. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun silinməsi və əvəzləşdirilməsi tələbinə dair dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin xx.xx.2022-ci il tarixli 50 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli qəbz geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-yə izah edilsin ki, iddiaçılar hər birinə aid münasibətlərdən irəli gələn və məhkəmədə baxılması mümkün olan tələblər üzrə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilərlər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar