Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-601/2023 28.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 77556,11 manat borc məbləğinin, 1670 manat nümayəndəyə çəkilmiş xərcin, 400 manat dövlət rüsümu və mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 13 oktyabr 2021-ci il tarixində Cavabdeh MMC ilə mal alqı-satqısına dair müqavilə bağlanılmışdır. Bağlanmış müqaviləyə əsasən razılaşdırılmış qiymət əsasında, satıcı kimi Cavabdeh MMC-yə 77556,11 manat dəyərində müxtəlif çeşidli mallar satılmışdır. Mallar Cavabdeh MMC tərəfindən qaimə-fakturalar əsasında götürülərək qəbul edilmişdir. Mallar qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, bağlanmış müqavilənin satıcının hüquq və vəzifələrini özündə ehtiva edən tələbləri yerinə yetirilmiş, müqavilə ilə razılaşdırılmış mal tam şəkildə alıcıya təhvil verilmiş, bunun əsasında elektron qaimələr də alıcıya təqdim olunmuşdur. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Lakin hal-hazırki günə qədər malları almış Cavabdeh MMC tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. İndiyədək alıcı tərəfindən alınmış malın dəyəri ödənilməmişdir və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icraetməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi X2 izahatlarında tərəflərin arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını xahiş edərək, müvafiq ərizələri məhkəməyə təqdim etmişlər. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:
1. Tərəflər "xxxx" MMC-nin İddiaçı MMC-ə 16161 manat borcunun olduğunu təsdiq edirlər.
2. Qeyd edilən borc məbləği "xxxx" MMC tərəfindən İddiaçı MMC-ə ödəniş cədvəlinə uyğun aşağıdakı qaydada ödəniləcəkdir:1-ci ödəniş 2023-cü ilin mart ayının 30-dək 4161 manat, 2-ci ödəniş 2023-cü ilin iyun ayının 30-dək 4000 manat, 3-cü ödəniş 2023-cü ilin sentyabr ayının 30-dək 4000 manat, 4-cu ödəniş 2023-cü ilin dekabr ayının 30-dək 4000 manat, ödəniləcək ümumi məbləğ: 16161 manat
3. AR Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələri tərəflərə aydındır. Tərəflər tam başa düşürlər ki, bu Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra hazırki iş üzrə icraata xitam veriləcəkdir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
4. Bu barışıq sazişi imzalandığı andan qüvvəyə minir.
5. Bu barışıq Sazişi 3 nüsxədə tərtib edilir və hər biri eyni hüquqi qüvvəyə malikdir. Hər bir Tərəfə bir nüsxə verilir, bir nüsxə isə təsdiq edilmək üçün məhkəməyə təqdim edilir.
6. Yuxarıda qeyd edilənləri nəzərə alaraq tərəflər bu barışıq sazişini imzalayır və sazişin təsdiq olunmasını, Sazişin bütün bəndlərində göstərilən müddəaları təsdiq və ehtiva edən qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış və imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə
QƏRARAALDİ:
İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-601/2023 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Emin Əliyev