Məhkəmə qərarları › İş №e-2-2(113)-604/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-604/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-604/2024 30.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, prosessual maraq, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 10 mart 2022-ci il tarixli icarə müqaviləsi üzrə 84651,49 manat məbləğində pulun və 410 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 mart 2022-ci il tarixli AZİ 075/0322 saylı icarə müqaviləsinə uyğun olaraq xx.xx.2022-ci il tarixli EBBU 040867, xx.xx.2022-ci il tarixli 907564, xx.xx.2022-ci il tarixli EBBY 927483, xx.xx.2022-ci il tarixli EBBZ 339959, xx.xx.2022-ci il tarixli EBCA 733437, xx.xx.2022-ci il tarixli EBCA 733855 saylı elektron qaimə-faktura və təhvil-təslim aktları əsasında ƏDV daxil 84651,49 manat məbləğində icarə xidməti göstərilmişdir. 2.2. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək ödənişləri həyata keçirməmişdir. Halbuki iş üzrə tərəflərin imzası ilə təsdiq edilmiş 6 ədəd üzləşmə aktı tərtib edilmiş, göstərilmiş xidmətlərin dəyəri aktla təsdiq edilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 442, 448.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, iddiaçı 10 mart 2022-ci il tarixli icarə müqaviləsi üzrə buldozeri icarəyə verirmiş, icarə haqqına həmçinin iddiaçının sürücüsünün buldozeri idarə etməsi ilə bağlı haqq da daxil olmuşdur. Cavabdeh tərəfindən adıçəkilən müqavilə əsasında hazırkı mübahisənin predmeti olmayan digər iki akt üzrə hər biri 4500 manat olmaqla ümumilikdə 9000 manat ödəniş olmuşdur.

7. Məhkəmə bildirişləri cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, hüquqi ünvanına (həmin ünvan həmçinin qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan olmaqla) göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrəsinə “SMS” bildirişlər göndərilməklə və telefonoqram ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsi üzrə icarə haqqının tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (İcraçı qismində) ilə cavabdeh (Sifarişçi qismində) arasında bağlanmış 10 mart 2022-ci il tarixli AZİ 075/0322 nömrəli icarə müqaviləsinin şərtlərindən görünür ki, “İcraçı” aşağıda qeyd olunan yol inşaat texnikasını “Sifarişçi”yə icarəyə verməyi öz öhdəsinə götürür (texnikanın yanacaqla təmin olunması “Sifarişçi” tərəfindən qarşılanır): 14AB012 dövlət nömrə nişanlı “Komatsu D65EX-15” markalı texnika, bir aylıq iş günlərinin sayı – 26; bir aylıq qiymət – 13000 manat (ƏDV xaric) (1.1). “İcraçı” texnikaların nasazlıq səbəbindən sıradan çıxdığı zaman yazılı tələbi əsasında, eyni standartlara cavab verən, alternativ texnika ilə müvəqqəti təmin etməyi üzərinə götürür (1.2). İcarəyə götürülən texnikalar Zəngilan rayonu ərazisində “Sifarişçi” tərəfindən yalnız təyinatı üzrə istifadə ediləcəkdir. Bu müqaviləyə əsasən işləyəcək texnikalar iş vaxtından sonra tikinti sahəsində ayrılmış xüsusi yerdə saxlanılacaq və mühafizə olunacaq. Texnikaların operatorlarının iş vaxtı səhər saat 8-00-dan, axşam 18- 00-dəkdir və operatorlarının yeməyi, qalmağa yeri “Sifarişçi” tərəfindən təmin ediləcək (1.3). Texnika vasitələrinin icarə haqları bu müqavilədə göstərilsə də, ödənişlər təqdim olunacaq qiymət razılaşma protokolu əsasında razılaşdırılır (2.1). Müqavilə imzalandıqdan sonra “Sifarişçi” aylıq icarə haqının 20 (iyirmi) faiz məbləğində xidmət haqqını avans olaraq “İcraçı”ya ödənilməsini öhdəsinə götürür (2.2). Hər bir texnika vasitəsi üçün aylıq və ya günlük icarə haqqı qiymət razılaşma protokoluna əsasən “Sifarişçi” tərəfindən “İcraçı”nın təqdim etdiyi elektron qaiməyə əsasən, bank hesabına, köçürmə yolu ilə 5 (beş) təqvim günündən gec olmayaraq ödəməyi öz öhdəsinə götürür (2.3).

12. Həmin müqaviləyə qiymətlə, ödəmə şərtləri və digər şərtlər barəsində 2 nömrəli əlavədən görünür ki, 14AB015 dövlət qeydiyyat nişanlı buldozer (yol tikintisi, alt qatın hazırlanması, torpaq qatın yayılması məqsədilə) bir aylıq vergilər daxil olmadan 17000 manat məbləğində icarəyə verilir. Bu qiymətə “İcraçı” tərəfindən dövlət orqanlarına ödənilən bütün vergilər, “Sifarişçi”nin gəliri, maliyyələşdirmə, qiymətlərin aşağı düşməsi, qənaətbəxş amortizasiya və avadanlığın səmərəli istismarı üçün lazım olan aksesuarlar, sürücü/operator, cari xidmət və bütün təmir işləri daxildir (1.1). “İcraçı” hər ay xidmətin icrasından sonra “Sifarişçi” ilə birgə iş cədvəli tərtib etməlidir (1.2). “Sifarişçi” tərəfindən istifadə olunan “İcraçıya” məxsus maşın və/və ya mexanizmlər “İcraçı”dan asılı olan hər hansı bir səbəbə görə işsiz dayanarsa (nasazlıq, operatorun iş yerində olmaması və s.), həmin gün üçün xidmət haqqı “Sifarişçi” tərəfindən “İcraçı”ya ödənilməyəcək (1.3). Xidmət haqqı “Sifarişçi” tərəfindən “İcraçı” lazımi qaydada tərtib və təqdim etdiyi hesab-fakturanın və tamamlama aktının qəbul edilməsindən sonra “İcraçı”ya razılaşdırılmış vaxt ərzində ödəniləcək (2.1). “İcraçı” ödəmə üçün hesab-fakturalarını Azərbaycan manatı ilə (AZN) təqdim etməlidir (2.2). Ödəniş “Sifarişçi” tərəfindən “İcraçı”nın bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək (2.3).

13. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli EBBU 040867 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil 8850 manat, xx.xx.2022-ci il tarixli EBBV 907564 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil 17936 manat, xx.xx.2022-ci il tarixli EBBY 927483 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil 17745,49 manat, xx.xx.2022-ci il tarixli EBBZ 339959 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil 15340 manat, xx.xx.2022-ci il tarixli EBCA 733437 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil 15340 manat, EBCA 733855 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil 9440 manat olmaqla ümumilikdə 84651,49 manat icarə haqqı üçün tərtib edilmişdir.

14. Məhkəməyə təqdim edilən göstərilmiş icarə xidməti haqqında aktlardan görünür ki, xx.xx.2022-ci il tarixli EBBU 040867 seriya və nömrəli elektron qaimə əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt üzrə icarə haqqı ƏDV daxil 8850 manat, xx.xx.2022-ci il tarixli EBBV 907564 seriya və nömrəli elektron qaimə əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt üzrə icarə haqqı ƏDV daxil 17936 manat, xx.xx.2022-ci il tarixli EBBY 927483 seriya və nömrəli elektron qaimə əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt üzrə icarə haqqı ƏDV daxil 17745,49 manat, xx.xx.2022-ci il tarixli EBBZ 339959 seriya və nömrəli elektron qaimə əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt üzrə icarə haqqı ƏDV daxil 15340 manat, xx.xx.2022-ci il tarixli EBCA 733437 seriya və nömrəli elektron qaimə əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt üzrə icarə haqqı ƏDV daxil 15340 manat, xx.xx.2022-ci il tarixli EBCA 733855 seriya və nömrəli elektron qaimə əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt üzrə icarə haqqı ƏDV daxil 9440 manat kimi müəyyənləşdirilmişdir.

15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 10 mart 2022-ci il tarixli AZİ 075/0322 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilə ilə razılaşdırılan texnikanı cavabdehin istifadəsinə verməyi, cavabdeh isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcarə obyektindən istifadə üzrə tərəflərin imzası və cavabdehin möhürü ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli akt üzrə ƏDV daxil 8850 manat, xx.xx.2022-ci il tarixli akt üzrə ƏDV daxil 17936 manat, xx.xx.2022-ci il tarixli akt üzrə ƏDV daxil 17745,49 manat, xx.xx.2022-ci il tarixli akt üzrə ƏDV daxil 15340 manat, xx.xx.2022-ci il tarixli aktlar üzrə ƏDV daxil 15340 manat və 9440 manat olmaqla cavabdehin (icarəçinin) ümumilikdə icarə haqqı borcu ƏDV daxil olmaqla 84 651,49 manat təşkil edir.

16. İddiaçı adıçəkilən icarə müqaviləsi üzrə ƏDV daxil olmaqla 84 651,49 manat borcun tutulmasını tələb edir.

17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.

18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

22. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.

23. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

24. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

25. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.

26. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.

27. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

31. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

32. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 10 mart 2022-ci il tarixli AZİ 075/0322 nömrəli icarə müqaviləsi üzrə ƏDV daxil olmaqla 84651,49 manat icarə haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

33. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 410 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

34. İddia ərizəsinə əlavə edilmiş 17 noyabr 2023-cü il tarixli, MŞB/4-2023-00284 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

36. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

37. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

38. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

39. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 mart 2022-ci il tarixli icarə müqaviləsi üzrə ƏDV daxil olmaqla 84 651 (səksən dörd min altı yüz əlli bir) manat 49 (qırx doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar