Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6042/2024 13.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızı, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2023-cü il tarixli tarixli müqaviləyə əsasən borcun tutulması tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC (bank) ilə Cavabdeh2 (kredit alan) arasında xx.xx.2023-cü il tarixli, 367260-CNS-44014 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 2.1-ci Müqaviləyə əsasən Bank Kredit alana bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Kredit verməyi, Kredit alan isə Krediti qəbul etməyi, Kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən kreditin məbləği və valyutası 5657 manatdır. 3.3-cü bəndinə əsasən kredit alan krediti tam məbləğdə 05 aprel 2025-ci il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. 3.4.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 22% olmaqla və bu müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. 5.5-ci bəndinə əsasən faizlərin hesablanması zamanı bir ay 30 təqvim günü, bir il isə 360 gün sayına əsaslanaraq həyata keçirilir. 6.4.3-cü bəndinə əsasən bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti banka qaytarmağı və faizləri ödəmək kredit alanın vəzifəsidir. 7.1.4-cü bəndinə əsasən bu müqavilənin 3.5-ci bəndi ilə göstərilmiş müddətlərə uyğun ödənişlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda və/və ya bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərdən biri və ya bir neçəsi icra edilmədikdə/lazımınca icra edilmədikdə bank kredit alandan kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini vaxtından əvvəl tələb etmək hüququna malikdir. 8.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu andan ləğv edilir. 9.2-ci bəndinə görə bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və/və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0,5% həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Müqavilə hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
2. xx.xx.2023-cü il tarixli, 367260-CNS-44014 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən kredit alan tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 5657 manat, faizin məbləği 1387,30 manat, cəmi ödəniləcək məbləğ 7044,30 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bankın və kredit alanın imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
3. Cavabdeh2 məxsus xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üzrə bank hesabdan çıxarışdan müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2023-cü ildə həmin hesaba 5774,43 manat pul vəsaiti köçürülmüşdür.
4. Maliyyə arayışı ilə təsdiq edilir ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, 367260-CNS-44014 saylı kredit müqaviləsi üzrə banka əsas borcu 3953,19 manat, faiz borcu 296,11 manat, dəbbə pulu 68,89 manat, cəmi borcu 4318,19 manat təşkil edir.
5. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (zamin) arasında 16 avqust 2023-cü il tarixli 367260-1-3258 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən kredit alan zaminliklə təmin edilmiş hazırkı müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və kredit alan öhdəliklərini bank qarşısında yerinə yetirəcəyinə görə birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əsasən, əsas öhdəlik, faizlərin, cərimələrin, borc tutulması üzrə məhkəmə xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin bank qarşısında kredit atan ilə eyni həcmdə məsuliyyət daşıyır. 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilmiş öhdəliklər bankın, kredit müqaviləsindən irəli gələn qaydada və müddət ərzində bütün pul tələblərinə bərabərdir o cümlədən: -5657.00 manat məbləğində və müddətə xx/xx/2025 verilmiş kredit; -kredit müqaviləsinə əsasən əlavə xəbərdarlıq edilmədən faiz dərəcəsini artırma ehtimalı nəzərə almaqla, illik 22 (iyirmi iki) faiz % məbləğində kreditdən istifadəyə görə faiz; -kreditin müşayiətinə görə, kredit məbləğindən 1 faiz % komissiya; -kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə digər öhdəliklər. 2.2.1-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi zamindən tələb etçək bankın hüququdur. 2.2.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində kredit alan tərəfindən kredit müqavilələrin razılaşmaların şərtləri pozulduğu halda, bank kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər və/və kredit müqavilələrinə/razılaşmalarına uyğun olaraq faiz dərəcəsinin artırılmasını tətbiq edə bilər. 2.5.5-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürür. Müqavilə zaminin imzası ilə təsdiq edilmişdir.
6. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixli pretenziya ünvanlanaraq cəmi 4318,19 manat məbləğində borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə (məhkəmə aktı ilə bağlı) tədbirlər görüləcəyi bildirilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı ASCcavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 367260-CNS-44014 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka borclu olduğu 3.953,19 manat məbləğində əsas borc, 296,11 manat məbləğində faiz borcu, 68,89 manat məbləğində cərimə borcu, ümumilikdə isə 4.318,19 manat və 63,18 manat ödənilmiş dövlət rüsumuna dair xərcin cavabdehlər Cavabdeh2 və X2 tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə fərdi sahibkar olan fiziki şəxs (VÖEN **********) Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 367260-CNS-44014 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 investisiya məqsədi üçün illik 22 faiz hesablanması şərti ilə 24 ay müddətinə 5.657 manat məbləğində kredit verilərək cari hesabına köçürülmüşdür. Eyni zamanda, xx.xx.2023-cü il tarixli, 367260-CNS-44014 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədilə X3 xx.xx.2023-cü il tarixli 367260-1-3258 saylı zaminlik müqaviləsi əsasında X1 qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Lakin borclu Cavabdeh2 üzərinə götürdüyü kredit öhdəliklərini tam icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2023-cü il tarixli, 367260-CNS-44014 saylı kredit müqaviləsi üzrə3.953,19 manat məbləğində əsas borc, 296.11 manat məbləğində faiz borcu, 68.89 manat məbləğində cərimə borcu, ümumilikdə isə 4.318,19 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrin tələbinə əsasən bu müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Bundan əlavə, Bank ilə X3 arasında bağlanmış 367260-1-3258 saylı, xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinin tələbinə görə kredit alan xx.xx.2023-cü il tarixli, 367260-CNS-44014 saylı kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, zamin kredit alan ilə birlikdə bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443, 462.1, 472.1, 472.2 və 739.1 -ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
10.İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
11. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
14. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
15. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
16. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
17. Belə ki, Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (bank) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 367260- CNS-44014 saylı kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC həmin müqavilə üzrə öhdəlikləri lazımi qaydada icra edərək 5657 manat məbləğində kredit versə də, cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka həmin kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.
18. Belə olan halda məhkəmə Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 367260-CNS- 44014 saylı kredit kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 367260-CNS-44014 saylı kredit müqaviləsi kredit müqaviləsi üzrə 3.953,19 manat məbləğində əsas, 296,11 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
19. Bununla yanaşı İddiaçı ASC kredit müqaviləsi üzrə əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 68,89 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
20. Məhkəmə hesab edir ki, Cavabdeh2 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini də tələb etməkdə haqlıdır.
21. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (bank) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 367260-CNS-44014 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (bank) ilə Cavabdeh1 (zamin) arasında 16 avqust 2023-cü il tarixli 367260-1-3258 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh1 borc alan Cavabdeh2 mübahisəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur.
22. Məhkəmə zamin Cavabdeh1 mübahisəli kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
23. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 63,21 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. 24.Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 63,19 manat təşkil edir. 25.Hazırkı qətnamə ilə iddia təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63,19 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. 26.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 367260-CNS-44014 kredit müqaviləsi üzrə 3.953,19 manat məbləğində krеdit bоrcu, 296,11 manat məbləğində faiz bоrcu və 68,89 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4318,19 manat məbləğində bоrc, dövlət rüsumunun əvəzi olaraq 63,19 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva