Məhkəmə qərarları › İş №e-2-2(113)-6048/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6048/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6048/2025 26.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, XXX və Cavabdeh3 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi,zaminlik, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, XXX və Cavabdeh3 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Bəşirov Cavabdeh1 (Zeynalova) X və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 011R********** saylı krеdit razılaşması üzrə 62742,33 manat krеdit bоrcu, 7127,04 manat faiz bоrcu və 3206,09 manat cərimə olmaqla, ümumilikdə cəmi 73075,46 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 309,25 manat dövlət rüsumunun, ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının tutulması; tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri, 1 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 73075,46 manat məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 309,25 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 011L**********52 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 011R********** saylı krеdit razılaşması əsasında bankdan 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.375% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla, ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 37257,67 manat ödəmiş, onun 62742,33 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 232 gün üçün hesablanmış faiz borcu 7127,04 manat təşkil edir. Krеdit razılaşmasının 4.1-ci bəndinin şərtərinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.02% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 232 gün üçün hеsablanmış cərimə 3206,09 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh2 bağlanmış zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, 1 saylı mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 3831 №-li reyestr kitabının 358347 №-li vərəqində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli elektron çıxarışa əsasən Bakı şəhəri, 1 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 ipoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və xx.xx.2025-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 39.3, 59.3, 59.4-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.

5. İş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. İddiaçı tərəf “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçı və digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. İddiaçı tərəf xx.xx.2026-cı il tarixdə “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsini müdafiə edir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən borc məbləği ilə bağlı verilmiş rəyə etiraz edilmir. Qiymətləndirici "xxxx" MMC tərəfindən ipoteka predmeti olan əmlakın bazar dəyərinin 156000 manat, likvid dəyərinin 148200 manat olaraq müəyyən edilməsi barədə rəylə razıdırlar. Qiymətləndirmə xərci olaraq müəyyən edilmiş 300 manat xidmət haqqı iddiaçı bank tərəfindən ödənilmişdir. Həmin məbləğin ödənilməsi barədə qəbz elektron qaydada məhkəməyə təqdim edilmişdir. Mövcud iddia tələbləri ilə yanaşı, qiymətləndirmə xərci olaraq ödənilən 300 manat vəsaitin də cavabdehlərdən bankın xeyrinə tutulmasını xahiş edilir. Həmçinin məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən mövcud borcdan ödəniş həyata keçirilməmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı tərəflər arasında razılıq yoxdur. Qeyd olunanlara əsasən məhkəmə iclasının iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi, iddia tələblərinin təmin edilməsi, həmçinin qiymətləndirmə xərci olaraq ödənilən 300 manatın cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Tədqiq olunan sübutlar:

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. Qarşı tərəfə müraciət edərək yeni ödəniş qrafikinin tərtib edilməsini xahiş etmiş, lakin qarşı tərəf onunla razılaşmamışdır. Tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində iddia tələbini qəbul etmir, borcu ödəyəcəkdir.

8. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011L**********52 nömrəli uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ, müddət, faiz dərəcəsi və məqsədi ayrıca оlaraq kredit razılaşması ilə müəyyən olunmuşdur.

9. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011L**********52 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 011R********** nömrəli kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq razılaşma əsasında Cavabdeh1 bankdan 30 (otuz) ay müddətinə, aylıq faiz dərəcəsi 1.375% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.

10. İddiaçı QSC tərəfindən tərtib edilmiş kreditin verilməsi – köçürmə adı sənəddən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 bank hesabına 100000 manat məbləğində kredit köçürülmüşdür. Sözügedən sənəd tərəflərin imzası ilə təsdiq edilmişdir.

11. İddiaçı tərəfindən iş materiallarına ödəniş planı və hesabdan çıxarış əlavə edilmişdir.

12. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 011S**********01 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011L**********52 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

13. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 011S**********01 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011L**********52 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

14. İpoteka saxlayan – İddiaçı QSC ilə ipoteka qoyan – Cavabdeh3, borc alan – Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 53 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 011M**********01 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011L**********52 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən Bakı şəhəri, 1 saylı mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, 1 saylı mənzil Cavabdeh3 adına xx.xx.2021-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 3831 nömrəli reyestr kitabının 358347 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, 1 saylı mənzilin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

17. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı QSC tərəfindən Cavabdeh3 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2025-ci il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 36 (otuz altı) manat məbləğində xidmət haqqı ödəmişdir.

18. İddiaçı QSC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixinədək xx.xx.2025-ci il tarixinə olan 62742,33 manat əsas borc, 7127,04 faiz borcu, 3206,09 manat cərimə borcu banka qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

19. İddiaçı QSC-nin Cavabdeh3 ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixinədək xx.xx.2025-ci il tarixinə olan 62742,33 manat əsas borc, 7127,04 faiz borcu, 3206,09 manat cərimə borcu banka qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

20. İddiaçı QSC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixinədək xx.xx.2025-ci il tarixinə olan 62742,33 manat əsas borc, 7127,04 faiz borcu, 3206,09 manat cərimə borcu banka qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

21. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 011R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka əsas borcu 62472,33 manat, faiz borcu 7127,04 manat, cərimə borcu 3206,09 manat olmaqla, ümumilikdə borcu 73075,46 manat təşkil edir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4306 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2020-ci il tarixli, 011L**********2 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2023-cü il tarixli 011R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 İddiaçı QSC-yə olan borcu 29 may 2025-ci il tarixinə - maliyyə arayışında qeyd olunan tarixə: əsas borc üzrə 62018,19 manat, faiz borcu üzrə 8316,02 manat; 30 iyul 2025-ci il tarixinə əsas borc üzrə 62018,19 manat, faiz borcu üzrə 10049,95 manat məbləğində müəyyən olunur.

23. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, CVN/O 87-451/25 saylı qiymətləndirmə rəyindən və xx.xx.2025-ci il tarixli, CVN/O 87-451-2/25 saylı məktubdan görünür ki, Bakı şəhəri, 1 saylı mənzilin likvid dəyəri 148200 manat, bazar dəyəri 156000 manat təşkil edir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

27. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 011L**********52 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011L**********52 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 011R********** nömrəli kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 bankdan 30 (otuz) ay müddətinə, aylıq faiz dərəcəsi 1.375% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində kredit götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 011S**********01 nömrəli, Cavabdeh2 arasında xx.xx.2022ci il tarixli, 011S**********01 nömrəli zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011L**********52 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3, Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. İpoteka saxlayan – İddiaçı QSC ilə ipoteka qoyan – Cavabdeh3, borc alan – Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 011M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011L**********52 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən mülkiyyətində olan Bakı şəhəri, 1 saylı mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

28. İddia tələbinin bir hissəsini cavabdеhlərdən müştərək qaydada 011R********** saylı krеdit razılaşması üzrə 62742,33 manat krеdit bоrcu, 7127,04 manat faiz bоrcunun tutulması təşkil edir.

29. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, alınan pul məbləğini faizləri ilə birgə borc verənə qaytarmaq vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, xx.xx.2025-ci il tarixli, 9/4306 saylı ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində qismən və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehlər Cavabdeh1, XXX və Cavabdeh3 müştərək qaydada 011R********** saylı kredit razılaşması üzrə 62018,19 manat (altmış iki min on səkkiz manat on doqquz qəpik) (ekspert rəyinə uyğun) kredit borcu, 7127,04 manat (yeddi min yüz iyirmi yeddi manat dörd qəpik) (tələbə uyğun) faiz borcu iddiaçının xeyrinə tutulmalı, əsas borcun tutulması hissəsində iddia qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, ekspert rəyindən görünür ki, əsas borcun məbləği 62018,19 manat təşkil etmişdir, faiz borcunun məbləği isə iddia tələbindəki faiz məbləğindən daha artıqdır.

30. İddia tələbinin digər hissəsini cavabdеhlərdən müştərək qaydada 011R********** saylı krеdit razılaşması üzrə 3206,09 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

31. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

32. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada 3206,09 manat (üç min iki yüz altı manat doqquz qəpik) cərimə tutularaq iddiaçıya ödənilməlidir.

33. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

34. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.

35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2022-ci il tarixli, 011M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan Bakı şəhəri, 1 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh3 qaytarılmalıdır.

36. Bundan əlavə, “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

37. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan, Bakı şəhəri, 1 saylı mənzilin 148200 (yüz qırx səkkiz min iki yüz) manat olması müəyyən edilmişdir.

38. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, 1 saylı mənzilin ilkin satış qiyməti 148200 (yüz qırx səkkiz min iki yüz) manat məbləğində müəyyən edilməlidir.

39. Eləcə də, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 309,25 manat məbləğində dövlət rüsumu və ödənilmiş qiymətləndirmə xidmət haqqına görə 300 manat pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

40. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu, 36 (otuz altı) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumuna görə 306,2 manat (üç yüz altı manat iyirmi qəpik), ödənilmiş qiymətləndirmə xidmət haqqına görə 297 (iki yüz doxsan yeddi) manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

41. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pulun 99 (doxsan doqquz) manat hissəsi cavabdehlər Cavabdeh1, XXX və Cavabdeh3 müştərək qaydada, 1 (bir) manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, XXX və Cavabdeh3 müştərək qaydada 011R********** saylı kredit razılaşması üzrə 62018,19 manat (altmış iki min on səkkiz manat on doqquz qəpik) kredit borcu, 7127,04 manat (yeddi min yüz iyirmi yeddi manat dörd qəpik) faiz borcu, 3206,09 manat (üç min iki yüz altı manat doqquz qəpik) cərimə olmaqla, cəmi 72351,32 manat (yetmiş iki min üç yüz əlli bir manat otuz iki qəpik), ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu, 36 (otuz altı) manat xidmət haqqı və ödənilmiş dövlət rüsumuna görə 306,2 manat (üç yüz altı manat iyirmi qəpik), ödənilmiş qiymətləndirmə xidmət haqqına görə 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh3 məxsus Bakı şəhəri, 1 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh3 qaytarılsın. İpoteka predmeti olan, Bakı şəhəri, 1 saylı mənzilin ilkin satış qiyməti 148200 (yüz qırx səkkiz min iki yüz) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pulun 99 (doxsan doqquz) manat hissəsi cavabdehlər Cavabdeh1, XXX və Cavabdeh3 müştərək qaydada, 1 (bir) manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar