Məhkəmə qərarları › İş №e-2-2(113)-6049/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6049/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6049/2025 29.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə borcun ödənilməsitələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin “A” blokunun 20-ci mərtəbəsində, ümumi sahəsi 64.00 kv.m., o cümlədən binanın “A” blokunun 11-ci mərtəbəsində, ümumi sahəsi 64.00 kv.m. təşkil edən ofis sahələrinin icarəyə verilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli, 22/482 nömrəli müqavilə üzrə xitam tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 6747,77 manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 87,48 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6835,25 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin “A” blokunun 20-ci mərtəbəsində, ümumi sahəsi 64.00 kv.m. təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında 21 oktyabr 2022ci il tarixli, 22/482 nömrəli müqavilə bağlanmışdır. İcarə müqaviləsinin 2.2-ci bəndinə uyğun olaraq başlama tarixi kimi göstərilmiş 01 noyabr 2022-ci il tarixindən etibarən icarə müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlak(lar) üçün ƏDV xaric 1152 manat aylıq icarə haqqı, ƏDV xaric 364,80 manat aylıq təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 83,20 manat aylıq mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 1600 manat aylıq haqqın cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. Əlavə olaraq bildirilir ki, iddiaçı və cavabdeh arasında icarə müqaviləsinə əlavələrin edilməsi barədə 12 aprel 2023-cü il tarixli, 1 nömrəli əlavə imzalanmışdır və icarə müqaviləsində göstərilən əmlaka əlavə olaraq 1 nömrəli əlavəyə əsasən binanın “A” blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 64.00 kv.m. təşkil edən ofis sahəsi 03 may 2023-cü il tarixindən etibarən icarə hüququ əsasında cavabdehin icarə və istifadəsinə verilmişdir. 1 nömrəli əlavənin 2-ci bəndinə uyğun olaraq 03.05-xx.xx.2023-cü il tarixləri aralığında olan dövr ərzində 1 nömrəli əlavənin 1.1-ci bəndində nəzərdə tutulan icarəyə verilən əmlak(lar) üçün ƏDV xaric 1088 manat, xx.xx.2023-cü il tarixindən etibarən isə ƏDV xaric 1280 manat aylıq icarə haqqı, ƏDV xaric 384 manat aylıq təmizlik və texniki xidmətlərə görə haqq, ƏDV xaric 128 manat aylıq mühafizə xidmətlərinə görə haqqın cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. İcarə müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh icarəyə verilən əmlak(lar)da icarə müddəti, o cümlədən artırılmış icarə müddəti ərzində istifadə etdiyi elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və bu müqavilənin 3.3-cü bəndində qeyd edilməmiş və cavabdeh tərəfindən istifadə edilən digər kommunal xidmətlərə görə xərclərin ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə müqaviləsinin 3.6-cı bəndinə əsasən müqavilənin 3.2-ci bəndi ilə cavabdehə aid edilən xərclər icarə müqaviləsinin 3.1-ci bəndində göstərilmiş haqlara daxil deyil və onlar cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə müqaviləsinin 3.9-cu bəndinə əsasən həmin müqavilə ilə nəzərdə tutulmuş haqları ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cari ayın ilk 10 təqvim günü, ya da ki, müvafiq hesab-faktura və/və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 5 iş günü ərzində həyata keçirilərək, cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtlıvaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə müqaviləsinin 7.2-ci bəndinə əsasən cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verərsə, iddiaçı hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində cavabdehə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq, cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. Qeyd edilmişdir ki, cavabdeh tərəfindən ödəniş öhdəliklərinin davamlı şəkildə icra edilməməsi ilə bağlı gələcəkdə daha böyük həcmdə borc məbləğinin toplanmasının qarşısını almaq niyyəti ilə icarə müqaviləsinə 30 noyabr 2023-cü il tarixində xitam verilməsi qərarına gəlinmiş, müqavilənin ləğvinin rəsmiləşdirilməsi məqsədilə daha əvvəl əməkdaşlıq münasibətlərindən irəli gələrək iddiaçı tərəfindən ikitərəfli xitam razılaşmasının layihəsi cavabdehə göndərilmiş, lakin dəfələrlə xatırlatmaların verilməsinə baxmayaraq, hər dəfə ikitərəfli xitam razılaşmasının imzalanması müxtəlif bəhanələrlə gecikdirilmiş, xitam tarixindən kifayət qədər müddət keçsə də, ikitərəfli xitam razılaşmasının cavabdeh tərəfindən imzalanması təmin edilməmiş və faktiki olaraq razılaşmanın imzalanmasından imtina edilmişdir. Yuxarıda göstərilən səbəbdən dolayı icarə müqaviləsinin ləğvinin rəsmiləşdirilməsi məqsədilə cavabdehə 20 fevral 2024-cü il tarixli, FMG-01/24/083 nömrəli xitam və pretenziya bildirişi ilə müraciət edilmiş və icarə müqaviləsinə həmin müqavilənin 7.1-ci bəndinin, 8.4.2-ci və 8.4.3-cü yarımbəndlərinin müddəaları rəhbər tutularaq 30 noyabr 2023-cü il tarixində iddiaçının tələbi ilə birtərəfli qaydada xitam verilmiş olması bəyan edilmişdir. İcarə müqaviləsinin 7.1-ci bəndinə müvafiq olaraq cavabdeh ödəniş vaxtı çatmış icarə haqqını və ya müqavilədən irəli gələn digər ödənişləri ödəmədikdə və ya bu müqaviləyə əsasən özünün yerinə yetirməli və təmin etməli olduğu hər hansı digər şərt, öhdəlik və qaydaları pozduqda, bu barədə yazılı bildiriş aldıqdan sonra 10 təqvim günü ərzində bu cür pozuntuları aradan qaldıracaq. İcarə Müqaviləsinin müvafiq olaraq 8.4.2-ci və 8.4.3-cü yarımbəndlərinə əsasən iki ardıcıl müddət üçün müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ödənişlərin və ya onların xeyli hissəsinin ödənilməsinin gecikdirilməsi və ikidən çox müddət üçün müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ödənişlərin 2 mislinə çatan məbləğin ödənilməsinin gecikdirilməsi iddiaçıya xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsini birtərəfli qaydada ləğv etmək səlahiyyəti verir. Beləliklə, icarəyə verilən əmlak(lar)ın icarəsi ilə əlaqədar ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməməsi və cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində xitam tarixinə ümumilikdə ƏDV daxil 6747,77 manat əsas borc məbləği yığılmışdır. İcarə müqaviləsinə xitam verilməsi və müqavilə üzrə borcun ödənilməsi tələbi barədə 20 fevral 2024-cü il tarixli, FMG-01/24/083 nömrəli xitam və pretenziya bildirişində də qeyd edildiyi kimi, icarə müqaviləsinə xitam verilməsi qanunvericiliyə və icarə müqaviləsinin müvafiq şərtlərinə əsasən cavabdehi xitam tarixinədək icarə müqaviləsi üzrə təmin etməli olduğu öhdəliklərin icrasından azad etmir. Sözügedən xitam və pretenziya bildirişində müvafiq borc məbləğinin ödənişinin bildirişin verildiyi tarixdən etibarən 5 iş günü ərzində cavabdeh tərəfindən təmin edilmədiyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquqmühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsini tələb edəcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış, xitam tarixindən az qala 1 il 8 aya yaxın müddət keçməsinə baxmayaraq, müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Həmçinin əlavə olaraq bildirilir ki, cavabdehin ödəməli olduğu qalıq borc məbləğinə icarə müqaviləsinə əlavələrin edilməsinə dair 23 oktyabr 2023-cü il tarixli, 2 nömrəli əlavə üzrə binanın “A” blokunun 11-ci mərtəbəsində yerləşən, sahəsi 64.00 kv.m. təşkil edən ofis sahəsində 2 ədəd elektrik yer qutusunun demontajı və yenidən montajı ilə əlaqədar cavabdeh tərəfindən sifariş edilmiş və iddiaçı tərəfindən icra olunmuş işlər ilə bağlı ödənilməmiş ƏDV daxil 442,50 manat məbləğində xidmət haqqı ödənişi də daxildir. Xüsusilə qeyd olunur ki, icarəyə verilən əmlak(lar)da iddiaçı tərəfindən müvafiq işlərin icrası, o cümlədən icra olunmuş işlərin nəticələrinin cavabdeh tərəfindən təhvil alınması ikitərəfli qaydada rəsmiləşdirilmiş 27 oktyabr 2023-cü il tarixli, FM23-045 Nömrəli sifarişli xidmətin təhvil-təslim aktı ilə öz təsdiqini tapır. O cümlədən qeyd olunur ki, cavabdeh icarəyə verilən əmlak(lar)ı tərk edərkən iddiaçıya əmlakla bağlı müvafiq zərər vurmuşdur və cavabdeh tərəfindən zərər vurma faktı, həmçinin vurulmuş müvafiq zərərlərin məbləği tərəflər arasında ikitərəfli qaydada təsdiqlənmiş aktlarda da təsvir olunur. Cavabdeh tərəfindən icarəyə verilən əmlak(lar)a münasibətdə vurmuş olduğu zərər qismində kovrolit örtüyünün çirkləndirilməsini (kovrolit örtüyünün yuyulması ƏDV daxil 113,28 manat məbləğində təsbit olunub), 1 ədəd elektrik yer qutusunun montajı və demontajını (elektrik yer qutusunun dəyişdirilməsi ƏDV daxil 223,61 manat məbləğində təsbit olunub), o cümlədən 25 ədəd binaya giriş-çıxış kartının qaytarılmamasını (25 ədəd giriş-çıxış kartının dəyəri icarə müqaviləsinin 7.3-cü bəndi nəzərə alınmaqla, ƏDV daxil 250 manat məbləğində təsbit olunub) göstərmək olar. Bu abzasda göstərilən cavabdeh tərəfindən icarəyə verilən əmlak(lar)a vurulmuş bütün zərərlərin ümumi dəyəri yuxarıda göstərilmiş ümumi borc məbləği daxilində nəzərə alınıb və yekun məbləğ ilə ehtiva olunur. Beləliklə, cavabdehin icarə müqaviləsi üzrə 6747,77 manat ümumi borcu vardır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.4, 425.1, 427.3, 442, 443.1, 445.1, 445.3, 445.7-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, elektron qaimələr üzrə qismən ödəniş olubdur. Müqaviləyə 2023-cü ilin noyabr ayında xitam verilib. Texniki xidmətlər də göstərildiyi üçün dekabr ayında da hesablama olubdur. Buraya təmizlik və s. xidmətlər daxildir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində “İncir and X2 Travel Services” MMC arasında xx.xx.2022-ci il tarixli, 22/482 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən qeyri-yaşayış binasının 20-ci mərtəbəsində (A bloku) yerləşən, sahəsi 64 kv.m təşkil edən ofis sahəsini icarəçiyə icarəyə və istifadəyə verməyi, icarəçi isə icarəyə verilən əmlak(lar)ı qəbul edib, icarə haqqını və digər ödənişləri müqavilə ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən icarəyə verilən əmlak(lar) tərəflər arasında imzalanan, icarəyə verilən əmlak(lar)ın vəziyyətini, o cümlədən, həmin əmlaklara aid əşya və avadanlıqların siyahısını və digər məlumatları özündə müfəssəl əks etdirən təhvil-təslim aktı və ya digər müvafiq sənəd əsasında xx.xx.2022-ci il tarixindən etibarən icarəçiyə təhvil verilir; 2.2-ci bəndinə əsasən müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş haqlar xx.xx.2022-ci il tarixindən etibarən hesablanmağa başlayır və icarə müddəti hazırkı müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə təhvil verilmə tarixindən etibarən 1 il müddətinə müəyyən edilir; 3.1-ci bəndinə əsasən müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlak(lar)ın hər kv.m.-i üçün ƏDV xaric 18 manat olmaqla, ümumilikdə ƏDV xaric 1152 manat məbləğində aylıq icarə haqqı, icarəyə verən tərəfindən bu müqavilənin 2 saylı əlavəsinin 1-3-cü bəndlərində nəzərdə tutulmuş təmizlik və texniki xidmətlərin göstərilməsinə görə bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlak(lar)ın hər kv.m.-i üçün ƏDV xaric 5,70 manat olmaqla, ümumilikdə ƏDV xaric 364,80 manat məbləğində aylıq haqq, icarəyə verən tərəfindən bu müqavilənin 2 saylı əlavəsinin 4-cü bəndində nəzərdə tutulmuş mühafizə xidmətlərinin göstərilməsinə görə bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlak(lar)ın hər kv.m.-i üçün ƏDV xaric 1,30 manat olmaqla, ümumilikdə ƏDV xaric 83,20 manat məbləğində aylıq haqq icarəçi tərəfindən ödəniləcəkdir; 3.9-cu bəndinə əsasən müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş haqları ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq: (a) hər cari ayın ilk 10 (on) təqvim günü və ya (b) müvafiq hesab-faktura və/və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində icarəçi tərəfindən icarəyə verənin bank hesabına köçürmə yolu ilə ödənilir; 7.1-ci bəndinə əsasən icarəçi ödəniş vaxtı çatmış icarə haqqını və ya müqavilədən irəli gələn digər ödənişləri ödəmədikdə və ya bu müqaviləyə əsasən özünün yerinə yetirməli və təmin etməli olduğu hər hansı digər şərt, öhdəlik və qaydaları pozduqda, bu barədə yazılı bildiriş aldıqdan sonra 10 (on) təqvim günü ərzində bu cür pozuntuları aradan qaldıracaq; 7.2-ci bəndinə əsasən icarəçi müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin həyata keçirilməsində gecikməyə yol verərsə, icarəyə verən hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faiz) məbləğində icarəçiyə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır; 8.1-ci bəndinə əsasən tərəflərdən hər biri digər tərəfi ən azı 1 (bir) ay əvvəl yazılı qaydada xəbərdar etməklə bu müqaviləyə birtərəfli qaydada səbəbsiz, vaxtından əvvəl tam və ya qismən xitam verə bilər; 8.2-ci bəndinə əsasən icarəçi yol verilmiş pozuntuları bu müqavilənin 7.1-ci bəndinə uyğun olaraq aradan qaldıra bilmədikdə icarəyə verənin hüququ olacaq ki, icarəçiyə əvvəlcədən yazılı bildiriş verməklə bu müqaviləyə xitam verilmiş olduğunu elan etsin. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 22/482 nömrəli müqaviləyə əlavələrin edilməsi barədə xx.xx.2023-cü il tarixli 1 nömrəli əlavəyə əsasən tərəflər Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin 20-ci mərtəbəsində, ümumi sahəsi 64 kv.m ofis sahəsinin icarə haqqı və digər ödənişlər xx.xx.2023-cü il tarixindən etibarən hesablanmaqla, xx.xx.2023xx.xx.2023-cü il tarixləri aralığında olan müvafiq dövr ərzində hər kv.m üçün ƏDV xaric 17 manat olmaqla, ümumilikdə ƏDV xaric 1088 manat aylıq icarə haqqı, xx.xx.2023-cü il tarixindən etibarən əlavənin 1.1-ci bəndində göstərilən icarəyə verilən əmlak(lar)ın hər kv.m üçün ƏDV xaric 20 manat olmaqla, ümumilikdə ƏDV xaric 1280 manat aylıq icarə haqqı, icarəyə verən tərəfindən icarə müqaviləsinin 2 saylı əlavəsinin 1-3-cü bəndlərində nəzərdə tutulmuş təmizlik və texniki xidmətlərin göstərilməsinə görə bu əlavənin 1.1-ci bəndinə nəzərdə tutulmuş icarəyə verilən əmlak(lar)ın hər kv.m üçün ƏDV xaric 6 manat olmaqla, ümumilikdə ƏDV xaric 384 manat məbləğində aylıq haqq, icarəyə verən tərəfindən icarə müqaviləsinin 2 saylı əlaəvinin 4-cü bəndində nəzərdə tutulmuş mühfaizə xidmətlərinin göstərilməsinə görə bu əlavəinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmalk(lar)ın hər kv.m üçün ƏDV xaric 2 manat olmaqla, ümumilikdə ƏDV xaric 128 manat məbləğində aylıq haqq ödənilməsi barədə razılığa gəlmişlər. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 22/482 nömrəli müqaviləyə əlavələrin edilməsi barədə xx.xx.2023-cü il tarixli, 02 nömrəli əlavəyə əsasən əlavədə qeyd edilən işlərə (elektrik yer qutusunun demontajı və yenidən montajı) görə icarəçi tərəfindən icarəyə verənə ödəniləcək xidmət haqqının ümumi məbləği ƏDV daxil 442,5 manat təşkil edir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 375546 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1888 manat təşkil edir.

11. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 318932 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1888 manat təşkil edir.

12. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 613840 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 14,74 manat təşkil edir.

13. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 371791 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1888 manat təşkil edir.

14. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 507954 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 10,56 manat təşkil edir.

15. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 105753 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1888 manat təşkil edir.

16. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 225176 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 7,7 manat təşkil edir.

17. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 897276 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1888 manat təşkil edir.

18. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 998304 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 10,01 manat təşkil edir.

19. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 749288 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1888 manat təşkil edir.

20. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 768152 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 8,91 manat təşkil edir.

21. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 680739 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1888 manat təşkil edir.

22. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 743042 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 17,82 manat təşkil edir.

23. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 999094 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1888 manat təşkil edir.

24. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 077244 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 22,66 manat təşkil edir.

25. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 247566 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1888 manat təşkil edir.

26. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 385776 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1699,2 manat təşkil edir.

27. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 162650 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 25,63 manat təşkil edir.

28. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 215133 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1888 manat təşkil edir.

29. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 215290 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1888 manat təşkil edir.

30. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 555126 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1766,2 manat təşkil edir.

31. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 555956 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1699,2 manat təşkil edir.

32. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 329180 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 17,71 manat təşkil edir.

33. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 469260 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1888 manat təşkil edir.

34. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 469362 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1888 manat təşkil edir.

35. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 950912 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 24,64 manat təşkil edir.

36. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 606778 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1461,68 manat təşkil edir.

37. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 951064 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 426,32 manat təşkil edir.

38. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 026069 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 974,44 manat təşkil edir.

39. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 660513 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 20,13 manat təşkil edir.

40. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 797283 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1888 manat təşkil edir.

41. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 627379 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 442,5 manat təşkil edir.

42. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 982357 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 20,57 manat təşkil edir.

43. xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 200664 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 113,28 manat təşkil edir.

44. xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 307267 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 249,87 manat təşkil edir.

45. xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 307166 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 223,61 manat təşkil edir.

46. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ********* nömrüəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üçün icarə haqqı, texniki və təmizlik xidmətləri və təhlükəsizlik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 1888 manat təşkil edir.

47. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üçün əmlakın elektrik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 14,74 manat təşkil edir.

48. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün icarə haqqı, texniki və təmizlik xidmətləri və təhlükəsizlik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 1888 manat təşkil edir.

49. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri üçün əmlakın elektrik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 10,56 manat təşkil edir.

50. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün icarə haqqı, texniki və təmizlik xidmətləri və təhlükəsizlik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 1888 manat təşkil edir.

51. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün əmlakın elektrik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 7,7 manat təşkil edir.

52. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün icarə haqqı, texniki və təmizlik xidmətləri və təhlükəsizlik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 1888 manat təşkil edir.

53. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün əmlakın elektrik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 10,01 manat təşkil edir.

54. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün icarə haqqı, texniki və təmizlik xidmətləri və təhlükəsizlik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 1888 manat təşkil edir.

55. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün əmlakın elektrik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 8,91 manat təşkil edir.

56. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün icarə haqqı, texniki və təmizlik xidmətləri və təhlükəsizlik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 1888 manat təşkil edir.

57. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün icarə haqqı, texniki və təmizlik xidmətləri və təhlükəsizlik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 1766,2 manat təşkil edir.

58. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün əmlakın elektrik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 17,82 manat təşkil edir.

59. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün icarə haqqı, texniki və təmizlik xidmətləri və təhlükəsizlik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 1888 manat təşkil edir.

60. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün əmlakın elektrik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 22,66 manat təşkil edir.

61. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün icarə haqqı, texniki və təmizlik xidmətləri və təhlükəsizlik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 1888 manat təşkil edir.

62. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün əmlakın elektrik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 25,63 manat təşkil edir.

63. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün icarə haqqı, texniki və təmizlik xidmətləri və təhlükəsizlik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 1888 manat təşkil edir.

64. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün əmlakın elektrik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 17,71 manat təşkil edir.

65. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün icarə haqqı, texniki və təmizlik xidmətləri və təhlükəsizlik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 1888 manat təşkil edir.

66. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün əmlakın elektrik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 20,13 manat təşkil edir.

67. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün əmlakın elektrik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 17,71 manat təşkil edir.

68. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün əmlakın elektrik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 24,54 manat təşkil edir.

69. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün icarə haqqı, texniki və təmizlik xidmətləri və təhlükəsizlik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 974,44 manat təşkil edir.

70. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün icarə haqqı, texniki və təmizlik xidmətləri və təhlükəsizlik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 1461,68 manat təşkil edir.

71. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün icarə haqqı, texniki və təmizlik xidmətləri və təhlükəsizlik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 426,32 manat təşkil edir.

72. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün icarə haqqı, texniki və təmizlik xidmətləri və təhlükəsizlik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 1888 manat təşkil edir.

73. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab faktura əsasında müəyyən olunur ki, sifariş əsasında elektrik yer qutusunun demontajı və yenidən montajı üçün “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 442,5 manat təşkil edir.

74. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hesab faktura əsasında müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün əmlakın elektrik xidmətlərinə “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 20,57 manat təşkil edir.

75. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hesab faktura əsasında müəyyən olunur ki, yer qutusunun demontajı və yenidən montajı üçün “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 223,61 manat təşkil edir.

76. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hesab faktura əsasında müəyyən olunur ki, 64 kv.m kovrolit örtüyünün yuyulması üçün “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 113,28 manat təşkil edir.

77. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hesab faktura əsasında müəyyən olunur ki, 25 ədəd giriş kartının ödənişi üçün “İncir and X2 Travel Services” MMC tərəfindən ödənilməli olan məbləğ 249,87 manat təşkil edir.

78. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında "xxxx" MMC-yə məxsusdur (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022-ci il).

79. İş materiallarına "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli, PMD-27/12/17-856 nömrəli daşınmaz əmlakın icarə və idaretməyə verilməsi haqqında müqavilə, həmin müqaviləyə əlavə razılaşma, əlavə razılaşmaya xx.xx.2022-ci il tarixli, 01 nömrəli qoşma əlavə edilmişdir.

80. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli sifarişli xidmətlərin təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən “İncir and X2 Travel Services” MMC-yə ümumi dəyəri 442,5 manat olan təmizlik xidməti təhvil verilmişdir. Qeyd edilir ki, qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 22/482 nömrəli müqaviləyə xitam verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

81. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli sifarişli xidmətlərin təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən “İncir and X2 Travel Services” MMC-yə ümumi dəyəri 113,28 manat olan xidmət təhvil verilmişdir. Qeyd edilir ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 22/482 nömrəli müqaviləyə xitam verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

82. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli sifarişli xidmətlərin təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən “İncir and X2 Travel Services” MMC-yə ümumi dəyəri 223,61 manat olan xidmət təhvil verilmişdir. Qeyd edilir ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 22/482 nömrəli müqaviləyə xitam verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

83. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli sifarişli xidmətlərin təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən “İncir and X2 Travel Services” MMC-yə ümumi dəyəri 250 manat olan təmizlik xidməti təhvil verilmişdir. Qeyd edilir ki, qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 22/482 nömrəli müqaviləyə xitam verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

84. "xxxx" ASC tərəfindən tərtib edilmiş hesabdan çıxarışa əsasən “İncir and X2 Travel Services” MMC tərəfindən xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 247566 saylı elektron qaimə üzrə 1600 manat, xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 215290 saylı elektron qaimə üzrə 1600 manat ödəniş edilmişdir.

85. "xxxx" ASC tərəfindən tərtib edilmiş hesabdan çıxarışa əsasən “İncir and X2 Travel Services” MMC tərəfindən xx.xx.2023-cü il tarixində xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üzrə 1888 manat ödəniş edilmişdir.

86. İddiaçı MMC ilə “İncir and X2 Travel Services” MMC arasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli, 22/482 nömrəli müqavilə üzrə qalıq borc haqqında xx.xx.2025-ci il tarixli cədvələ əsasən müəyyən olunur ki, müqavilə üzrə “İncir and X2 Travel Services” MMC-nin qalıq borcu 6747,77 manat təşkil edir (ümumi borc 35689,38 manat, ödənilmiş məbləğ 28941,61 manat).

87. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli xitam və pretenziya bildirişindən görünür ki, müqavilə üzrə yaranmış borcun 5 iş gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

88. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

90. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin “A” blokunun 20-ci mərtəbəsində, ümumi sahəsi 64.00 kv.m. təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli, 22/482 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən 01 noyabr 2022-ci il tarixindən etibarən icarəyə verilən əmlak(lar) üçün ümumilikdə ƏDV xaric 1600 manat aylıq haqqın cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmışdır. Müqaviləyə 12 aprel 2023-cü il tarixli, 1 nömrəli əlavə bağlanmış və icarə müqaviləsində göstərilən əmlaka əlavə olaraq 1 nömrəli əlavəyə əsasən binanın “A” blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 64.00 kv.m. təşkil edən ofis sahəsi 03 may 2023-cü il tarixindən etibarən icarə hüququ əsasında cavabdehin icarə və istifadəsinə verilmişdir. 1 nömrəli əlavənin 2-ci bəndinə uyğun olaraq 03.05-xx.xx.2023-cü il tarixləri aralığında olan dövr ərzində 1 nömrəli əlavənin 1.1-ci bəndində nəzərdə tutulan icarəyə verilən əmlak(lar) üçün ƏDV xaric 1088 manat, xx.xx.2023-cü il tarixindən etibarən isə ƏDV xaric 1280 manat aylıq icarə haqqı, ƏDV xaric 384 manat aylıq təmizlik və texniki xidmətlərə görə haqq, ƏDV xaric 128 manat aylıq mühafizə xidmətlərinə görə haqqın cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmışdır. Müqaviləyə əsasən icarəyə verən idarəetmə hüququ əsasında istifadəsində olan, əmlakları icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlak(lar)ı qəbul edib, icarə haqqını və digər ödənişləri müqavilə ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilməmiş, tam ödənişlər tam şəkildə həyata keçirilməmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə birtərəfli qaydada iddiaçı tərəfindən xitam verilmiş və 8.4.3-cü bəndinə uyğun olaraq 30 noyabr 2023-cü il tarixində iddiaçının tələbi ilə birtərəfli qaydada müqaviləyə xitam verilməsi bəyan edilmişdir.

91. İddia tələbini Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin “A” blokunun 20-ci mərtəbəsində, ümumi sahəsi 64.00 kv.m., o cümlədən binanın “A” blokunun 11-ci mərtəbəsində, ümumi sahəsi 64.00 kv.m. təşkil edən ofis sahələrinin icarəyə verilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli, 22/482 nömrəli müqavilə üzrə xitam tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 6747,77 manat məbləğində pul vəsaitinin tutulması təşkil edir.

92. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının qeyd olunan məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin “A” blokunun 20-ci mərtəbəsində, ümumi sahəsi 64 kv.m, “A” blokunun 11-ci mərtəbəsində, ümumi sahəsi 64 kv.m olan ofislərin icarəyə verilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli, 22/482 nömrəli müqavilə üzrə ƏDV daxil 6747,77 manat (altı min yeddi yüz qırx yeddi manat yetmiş yeddi qəpik) borc tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu iş materialları (təhvil-qəbul aktları, elektron qaimələr, hesab-fakturalar və s.) ilə öz təsdiqini tapır. Belə ki, müqavilə üzrə borc 35689,38 manat olmuş, həmin məbləğdən 28941,61 manat ödənilmiş, qalıq məbləğ 6747,77 (35689,38-28941,61=6747,77) təşkil etmişdir.

93. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaya etiraz edilməmiş, iddiaçı tərəfindən tələb edilən borc məbləğinin ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

94. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87,48 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

95. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87,48 manat (səksən yeddi manat qırx səkkkiz qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

96. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin “A” blokunun 20-ci mərtəbəsində, ümumi sahəsi 64 kv.m, “A” blokunun 11-ci mərtəbəsində, ümumi sahəsi 64 kv.m olan ofislərin icarəyə verilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli, 22/482 nömrəli müqavilə üzrə ƏDV daxil 6747,77 manat (altı min yeddi yüz qırx yeddi manat yetmiş yeddi qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87,48 manat (səksən yeddi manat qırx səkkkiz qəpik) olmaqla, ümumilikdə 6835,25 manat (altı min səkkiz yüz otuz beş manat iyirmi beş qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar