Məhkəmə qərarları › İş №e-2-2(113)-6051/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6051/2025

29.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6051/2025 29.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akta görə hesablanmış borcunun silinməsi ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Energi Təchizatı və Satışı idarəsinin nümayəndəsi tərəfindən tərtib edilmiş RQ 060569 nömrəli, 15 iyun 2025-ci il tarixli AKTa əsasən itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədi ilə hesablanmış 81972 KVT (10246 .50 manat (on min iki yüz qırx altı manat əlli qəpik)) dəyərində tərtib edilmiş ödəniş sənədiəsasında hesablanmış borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15 iyun 2025-ci il tarixdə İddiaçı MMC-də elektrik enerjisi uçotu və “X3 Qaydaları”na (EEİQ) riayət edilməsi yoxlanılmış və RQ 060569 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş AKT-da obyektə SİP dayağından 35 mm 2 SİP kabellə 3 faza 1 nol xətti daxil olduğu,, obyektə daxil olan 3 fazalı xəttin sayğacdan kənar olması ,xəttin uclarında gərginlik olması qeyd edilmişdir. RQ 060569 nömrəli 15 iyun 2025-ci il tarixli akt və tərtib edilmiş akta əsasən itirilmiş elrktrik energisinin bərpa edilməsi məqsədi ilə 81972 kVts (10246 .50 ( on min iki yüz qırx altımanat əlli qəpik)) ödəniş sənədi tərtib edilmişdir. Hesab edirik ki, RQ 060569 nömrəli 15 iyun 2025-ci il tarixli akt qərəzli və əsassız tərtib edildiyindən qanunsuz hesab edilməli, tərtib edilmiş akta əsasən itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədi ilə 81972 kVts (10246 .50 ( on min iki yüz qırx altı manat əlli qəpik)) dəyərində tərtib edilmiş ödəniş sənədiəsasında yaranmış borc silinməlidir. Qeyd etmək istəyirik ki, İcarə müqaviləsi əsasında fəaliyyət göstərdiyimiz obyektin mülkiyyətçisi X8 mülkiyyətində olan Bakı Şəhər Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsi 43 (yeni ünvan 91) olan fərdi yaşayış evini 2015-ci ildə satın almışdır. Mülkiyyətində olan fərdi yaşayış evini qeyri-yaşayış sahəsi kimi istifadə etmişdir. Fərdi yaşayış evini satın aldıqdan sonra X2 Rayon Enerji Təchizatı və Satışı İdarəsinə müracət edərək mülkiyyətində olan qeyri-yaşayış sahəsinə ödəniş etməklə əlavə 20 KVT texnikişərt artırmışdır..Artırılmış texnikişərtin və sərhəd aktının icrasızamanı yüksəkgərginlikli şəbəkədən mülkiyyətində olan qeyri-yaşayış sahəsinə şəxsi vəsaiti hesabına ayrıca SİP xətti çəkdirmişdir. İstifadəsində olan abunə kodu olan 01/5-412 nömrəlisayğacıadına keçirmişdir. Binəqədi Rayon Energi Təchizatı və Satışı İdarəsinin əməkdaşları X5 tərəfindən istifadəsində olan 01/5-412 nömrəli abunə kodlu sayğacı quraşdıran zaman təlimata uyğun mülkiyyətdən kənar ərazidə quraşdırılmışdır. Sökülərək götürülmüş sayğacın yerləşdiyiərazi obyektin xaricində yerləşmiş, obyektə heç bir aidiyyatı yoxdir,açıq ərazidir. X8 2024-cü ildə Azərişıq ASC-nə müracət edərək yenidən texniki şərtin artırılmasını xahiş etmişdir..Yeni texniki şərt və sərhəd aktının icrası zamanı çəkilmiş SİP xətti yeraltı kabellə əvəzlənmiş, 01/400-15 abunə kodu olan sayğac quraşdırılmışdır. Binəqədi Rayon Energi Təchizatı və Satışı İdarəsinin müfəttişləri yenisayğac quraşdırılan zaman əvvəlki SİP xəttiinin mənbədən ayrılacağını və 01/5-412 nömrəliabunə kodu olan sayğacın sökülərək götürələcəyini bildirmişlər. 2024-cü ilin iyun ayında Yeni 01/400-15 nömrəli abunə kodu olan sayğac istifadəyə verildikdən dərhal sonra əvvəlki X7 məxsus SİP xətti mənbədən ayrılmış,. abunə kodu 01/5-412 nömrəli sayğacın fəaliyyəti dayandırılmışdır. 15 iyun 2025-ci il tarixdə . Binəqədi Rayon Energi Təchizatı və Satışı İdarəsinin Yəhyayev soyadlı nümayəndəsi X7 telefonla zəng edərək 35 mm 2 kabellə 1 nol xəttinin uçlarının açıq olmasını,açıq xəttlərdə gərginliyin olduğunu və xəttlərin obyektə daxil olmasınıəsas gətirərək AKT tərtib edəcəyini bildirmşdir. X1 açıq ola biləcəyisahənin olmadığını və sözügedən sahədə 01/5-412 nömrəliabunə kodu olan sayğacın mövcud olduğunu bildirmişdir..Əlaqə zamanı ƏliyevYavər Misir oğluna bildirilmışdir ki, burada 01/5- 412 nömrəliabunə kodu olan sayğac yoxdur, kabellərin ucu açıqdır, gərginlik var, kabellər obyektə gaxil olur. "xxxx" ASC əməkdaşları tərəfindən 01/5-412 nömrəliabunə kodu olan sayğacın sökülüb götürülməsi ,X7 məxsus SİP xəttinin qanunsuz və xəbərsiz yüksəkgərginlikli şəbəkəyə qoşulması və obyektə heç bir aidiyyatı olmayan sahənin obyektin içi kimi təqdim edilərək qərəzli və əsassız RQ 060569 nömrəli 15 iyun 2025-ci il tarixli AKT tərtib edilmişdir.. X2 Rayon Energi Təchizatı və Satışı İdarəsidə qəbulda olarkən ona bildirilmişdir ki, istifadəsində olan 01/5-412 nömrəliabunə kodu olan sayğacı ‘Azərışıq” ASC-nin Labaratoriyanın nümayəndələri AKT tərtib edərək söküb götürüblər.. Yüksəkgərginlikli şəbəkədən ayrılmış X7 məxsus SİP xəttimin kim tərəfindən yenidən yüksəkgərginlikli şəbəkəyə qoşulması və bu qanusuzluqa tədbir görülməsi barədə Binəqədi Rayon Energi Təchizatı və Satışı İdarəsinin ünvanlmış 23 may 2025-ci il tarixliərizəyə şifahi olaraq rəhbərlik səviyyəsində bildirilib ki, ona məxsus SİP xəttinə qonşular tərəfindən qoşulma olduğundan, qonşular tərəfindən 199 qaynar xəttinə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında şəbəkədən ayrılmış SİP xətti yenidən şəbəkəyə qoşulub. Binəqədi Rayon Energi Təchizatı və Satışı idarəsinin nümayəndəsi tərəfndən tərtib edilmiş RQ 060569 nömrəli, 15 iyun 2025-ci il tarixli AKT aşağıda qeyd etdiyim səbəbərdən qərəzli və əsassızdır. 1. 01/5-412 nömrəli abunə kodu olan sayğac quraşdırılan zaman obyektin xaricində quraşdırılmışdır... Sayğac sökülüb götürüldükdən sonra RQ 060569 nömrəli 15 iyun 2025-ci il tarixli AKT -da qeyd edildiyi kimi sayqacın sökülüb götürüldüyü ərazi qanunsuz olaraq obyekt daxiliərazisi hesab edilib. Bildirmək istəyirik ki, SİP dayağından 35 mm2 SİP kabellə 3 faza 1 nol xətti obyektə daxil olmur. 2. 01/5-412 nömrəli abunə kodu olan sayğac sökülüb götürülən zaman bizə və mülkiyyətçi X7 məlumat verilməyib. 3. Yüksəkgərginlikli şəbəkədən ayrılmış X7 məxsus SİP xəttiyenidən qanunsuz olaraq şəbəkəyə qoşulub. Qeyd olunanlara əsasən tərəfimizdən müvafiq Pretenziya ilə cavabdeh "xxxx" ASC-nə müraciət edilərək,Binəqədi Rayon Energi Təchizatı və Satışı idarəsinin nümayəndəsi tərəfindən tərtib edilmiş RQ 060569 nömrəli, 15 iyun 2025-ci il tarixliAKTa əsasən itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədi ilə hesablanmış 81972 KVT (10246 .50 manat (on min iki yüz qırx altı manat əlli qəpik)) dəyərində tərtib edilmiş ödəniş sənədi əsasında hesablanmış borcun silinməsini təmin edilməsi xahiş edilsə də, müraciətimiztəmin edilməmişdir. Odur ki, hazırkı iddia tələbi ilə Məhkəməyə müraciət edirik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” QAYDALARının1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqısatqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqımüqaviləsi bağlanmalıdır. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyielektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. Həmin Qaydaların 8.35-ci maddəsinə əsasən ......Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər.

3. İddia tələbinə dair etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC RQ 060569 nömrəli, 15 iyun 2025-ci il tarixli AKTa əsasən itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədi ilə hesablanmış 81972 KVT (10246 .50 manat (on min iki yüz qırx altı manat əlli qəpik)) dəyərində tərtib edilmiş ödəniş sənədi əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə əsasən bildiririk ki, iddianı Cəmiyyət qəbul etmir. Bildiririk ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 01\400-15 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, obyektə SİPdayağından 35 mm2 SİP kabellə 3 faza -sıfır xətti daxil olur. Daxil olan 3 fazlı xətt sayğacdan kənardır, uclarında gərginlik olmuşdur. Baxış zamanı xx.xx.2025- ci il tarixli R060569 nömrəli akt tərtib edilmişdir. İcra vərəqəsinə əsasən: 75.9 kvt x 12 saat x 90 gün = 81972 kvts Tarif (0,125 man)- 81972 kVt.s x 0,125 man = 10246 manat Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsalı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci maddəsinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən hesablanmış borcu və tərtib edilmiş aktı qanunsuz hesab edir. Yoxlama aparılarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Akt tərtib olunarkən həmin obyektin mülkiyyətçisinin iştirakı təmin edilməmişdir. Borcun hansı yolla hesablandığı da bəlli deyil. İddiaçı tərəfindən aktın qanuni olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Bütün bunlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yoxlama reyestrdə qeydiyyata alınmamışdır.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. 15 may 2025-ci il tarixli 060569 saylı akta əsasən İddiaçı MMC-yə məxsus obyektdə yoxlama keçirilmiş və baxış zamanı məlum olub ki, SİP dayağından 35 mm2 SİP kabellə 3 faza 1 nol xətti daxil olduğu, obyektə daxil olan 3 fazalı xəttin sayğacdan kənar olması, xəttin uclarında gərginlik olması qeyd edilmişdir.

8. xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin akt komissiyasının sədrinin icra vərəqəsi ilə İddiaçı MMC-yə 15 may 2025-ci il tarixli 060569 saylı akt əsasında 10246,50 manat borc hesablanmışdır.

9. İddiaçı MMC-yə məxsus abunə haqqında məlumatdan görünür ki, akt üzrə xx.xx.2025-ci il tarixində - 10246,50 manat borc yazılmışdır.

10. "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, 01/400-15 nömrəli kod üzrə qeyri yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, xx.xx.2025-ci tarixdə "xxxx" ASCnin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydalarfna riayət olunmasının vəziyyəti yoxlanılarkən, qeyri yaşayış sahəsinin elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə istifadə olunduğu məlum olmuş və RQ 060569 nömrəli akt tərtib edilmişdir. Akta əsasən itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə 81972 kVts (10246,50 manat) dəyərində ödəniş sənədi tərtib olunmuşdur.Abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq hazırlanmışdır.

11. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir.

12. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

13. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

14. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 15 may 2025-ci il tarixli 060569 saylı akta əsasən İddiaçı MMC-yə məxsus obyektdə yoxlama keçirilmiş və baxış zamanı məlum olub ki, SİP dayağından 35 mm2 SİP kabellə 3 faza 1 nol xətti daxil olduğu, obyektə daxil olan 3 fazalı xəttin sayğacdan kənar olması, xəttin uclarında gərginlik olması qeyd edilmişdir. Həmin yoxlama nəticəsində MMC-yə 10246,50 manat borc hesablanmışdır. Aktda kənar xəttin mövcüdluğu və kənar xəttin ləğv edilməsi qeyd edilsə də, cavabdeh tərəf məhkəmə araşdırılması zamanı buna dair hər-hansı sübutu (video-foto çəkiliş və s.) məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, keçirilmiş yoxlama reyestrdə qeydiyyata alınmamışdır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın:

16. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

17. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur.

18. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

19. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun:

21. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

22. 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.

23. 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

24. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin:

25. 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

26. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

27. 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

28. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Bundan əlavə, yoxlama zamanı sayğacda müəyyən edilən qüsurların iddiaçının təqsiri, hər-hansı müdaxiləsi nəticəsində əmələ gəlməsi, sayğacdan kənar xəttin mövcüd olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadı.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

30. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin 15 may 2025-ci il tarixli 060569 nömrəli akt əsasında iddiaçıya hesabladığı 10246,50 manat borc yuxarıda qeyd edilənlərə əsasən əsassız olduğu üçün silinməlidir.

31. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 121,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 121,60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə (abonet kodu **********09100, 01/400-15) xx.xx.2025-ci il tarixli RQ060569 saylı akta əsasən hesablanmış 10.246,50 manat borc məbləği silinsin. Dövlət rüsumunun əvəzi olaraq 121,60 manat cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar