Məhkəmə qərarları › İş №e-2-2(113)-6054/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6054/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6054/2023 15.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh1 MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh1 MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdehlər Cavabdeh1 arasında 07 dekabr 2021-ci il tarixli, № 439 saylı icarə müqaviləsi, İddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli və İddiaçı ilə zamin Qanuni nümayəndə arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli zaminlik müqavilələri əsasında yaranmış borc 30000 manat pulun; hüquqi yardım üçün vəkilə ödənilən 150 manat pulun, ilkin mediasiya xərci üçün ödənilən 200 manat dövlət rüsumunun və 10 manat poçt xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı ərizə verərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə vəsatəti materiallarla əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən həmin Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh1 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar