Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6055/2024 16.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, cavabdehlərin nümayəndəsi Hacıyev Nizami Babaşah oğlunun iştirakları ilə, Cavabdeh1 MMC-nin nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, İddiaçı İKF-nin cavabdehlər Cavabdeh1 MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh3 MMC-yə qarşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKF iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx"MMC-dən almış olduğu maye qazlara görə cəmi 239.861,444manat raniÇ“-Servis” İKF-nin xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-dən 21 yanvar 2023-cü il tarixdən 01 mart 2023-ci il tarixədək olan dövrdə aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54.268,20 manat gecikdirilmiş borcuna 01 mart 2023-cü il tarixdən başļayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun raniÇ“-Servis” İKF-nin xeyrinə tutulması, - cavabdeh "xxxx" MMC 03 sentyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək olan dövrdə aldığı maye oksigenə görə 185.593,444 manat gecikdirilmiş borcuna 03 sentyabr 2023-cü il tarixdən başlayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun raniÇ“-Servis” İKF-nin xeyrinə tutulması, - cavabdeh "xxxx"MMC-dən mənfəət olaraq 50.000 manatın raniÇ“-Servis” İKF-nin xeyrinə tutulması, - "xxxx" MMC-dən gecikdirdiyi 346.427,35 manat borcuna 01 oktyabr 2021-ci il tarixdən basļayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun tutulması, - Sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMCnin üzərinə qoyulması, -cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-dən müştərək qaydada 5.000.000 manat pulun tutulması, - məhkəmə xərclərinə görə 8830 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 5590 manat məbləğində pul vəsaitinin İddiaçı İKF-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndsəsi məhkəməyə vəsatət ilə müraciət edərək bildirmişdir ki, hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 2430/2024 saylı iş üzrə eyni tərəflər arasında mübahisə ilə bağlı baxılan iddia və hazırkı iş üzrə olan iddia tərəflər arasında bağlanmış eyni sazişə əsaslanır, həmçinin iddianın yönəldiyi hər üç şəxsin təsisçisi və qanuni təmsilçiləri eyni şəxslərdir. Göründüyü kimi, həmin işlərə eyni icraatda baxılması qanunauyğun və obyektiv nəticəyə gələ bilmək baxımından məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hazırkı iş üzrə iddianın Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2430/2024 saylı iş üzrə baxılan iddia ilə bir icraatda baxılması üçün birləşdirilməsinə tədbir görülməsini xahiş etmişdir. İddiaçının İddiaçı İKF-nin nümayəndəsi xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı işin məhkəmənin icraatına olan digər işlə (e-2- 2(113)-2430/2024 saylı) birləşdirilməsi barədə ərizəyə iştirakları olmadan baxaraq təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi bildirdi ki, işlərin birləşdirilməsi məsələsini məhkəmənin mülahisəzinə buraxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından isə görünür ki, hazırkı iş üzrə iddia ərizəsində İddiaçı İKF-nin cavabdehlər Cavabdeh1 MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh3 MMC-yə qarşı “pul” tələb ilə çıxış edir. Bakı Kommersiya Məhkəməsinin icraatında iddiaçı Cavabdeh1 MMCnin cavabdeh İddiaçı İKF-yə qarşı pul tələbinə dair iddiası üzrə olan e-2-2(113)-2430/2024 nömrəli iş üzrə iddia ərizəsinin məzmunundan isə görünür ki, cavabdeh İddiaçı İKF-dən ******* mant maddi ziyan, 400 manat mediasiya xərci və 2890 manat dövlət rüsumunun, məhkəmə qətnaməsi qəbul olunanadək hər ay üçün əlavə 100000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını edilməsini xahiş edir. Göründüyü kimi sözügedən iki iş üzrə iddia tələbləri tərəflər arasında bağlanmış eyni müqavilədən irəli gəlir, bundan əlavə hazırkı işlərdən biri üzrə iddianın təmin edilməsi digər iş üzrə iddianın tam və ya qismən təmin edilməsi imkanını aradan qaldırır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2430/2024 saylı iş eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər olduğundan həmin işlərə birgə baxılması ədalət mühakiməsinin düzgün və ağlabatan müddətə həyata keçirilməsi baxımından məqsədə müvafiqdir. Beləliklə, hazırkı iş ilkin olaraq məhkəmənin icraatında qəbul edilmiş iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı İKF-yə qarşı pul tələbinə dair e-2-2(113)- 2430/2024 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı İKF-nin cavabdehlər Cavabdeh1 MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh3 MMC-yə qarşı “pul” tələbinə dair e-2-2(113)-6055/2024 saylı iş iddiaçı Cavabdeh1 MMCnin cavabdeh İddiaçı İKF-yə qarşı pul tələbinə dair e-2-2(113)-2430/2024 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6055/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6055/2024
16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver