Məhkəmə qərarları › İş №e-2-2(113)-606/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-606/2023

17.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-606/2023 17.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilinin qanunsuz olaraq cavabdeh tərəfindən sökülməsi ilə bağlı iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 75000 manat kompensasiyanın, əldən çıxmış faydaya görə iddianın verildiyi tarixə qədər 6000 manat (300 manat x 20 ay) məbləğində zərərin həmçinin, iddianın verildiyi tarixdən etibarən vurulmuş zərərin əvəzi kompensasiya şəklində ödənilənədək keçəcək hər ay üçün əlavə olaraq 300 manat məbləğində əldən çıxmış faydanın, həmçinin məhkəməyə iddianın verilməsi üçün mediasiyaya xidmət haqqı kimi ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilinin qanunsuz olaraq cavabdeh tərəfindən sökülməsi ilə bağlı iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 75000 manat kompensasiyanın, əldən çıxmış faydaya görə iddianın verildiyi tarixə qədər 6000 manat (300 manat x 20 ay) məbləğində zərərin həmçinin, iddianın verildiyi tarixdən etibarən vurulmuş zərərin əvəzi kompensasiya şəklində ödənilənədək keçəcək hər ay üçün əlavə olaraq 300 manat məbləğində əldən çıxmış faydanın, həmçinin məhkəməyə iddianın verilməsi üçün mediasiyaya xidmət haqqı kimi ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyinə ödənilməsi barədə iddia ərizəsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilinin qanunsuz olaraq cavabdeh tərəfindən sökülməsi ilə bağlı iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 75000 manat kompensasiyanın, əldən çıxmış faydaya görə iddianın verildiyi tarixə qədər 6000 manat (300 manat x 20 ay) məbləğində zərərin həmçinin, iddianın verildiyi tarixdən etibarən vurulmuş zərərin əvəzi kompensasiya şəklində ödənilənədək keçəcək hər ay üçün əlavə olaraq 300 manat məbləğində əldən çıxmış faydanın, həmçinin məhkəməyə iddianın verilməsi üçün mediasiyaya xidmət haqqı kimi ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar