Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6064/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı (İddiaçı MMC) cavabdeh “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətindən avtomobillərə vurulmuş zərərə görə 2274,74 (iki min iki yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat, avtomobil icarə haqqı borcu olaraq ƏDV daxil 13415,31 (on üç min dörd yüz on beş manat, otuz bir qəpik), inzibati xətaya görə tətbiq edilmiş cərimə məbləği olaraq 254,16 (iki yüz əlli dörd manat on altı qəpik) manat, icarə haqlarının gecikdirilməsinə görə tətbiq edilmiş faiz məbləği olaraq 131,81 (yüz otuz bir manat səksən bir qəpik), toplam 16076,02 (on altı min yetmiş altımanat iki qəpik) manat alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanılmış CS-23102023/1 №li, xx.xx.2023-cü il tarixli qısa müddətli avtomobil icarə müqaviləsinə əsasən aylıq sürülmə limiti 3000 (üç min) kilometr, aylıq icarə haqqı 2050 (iki min əlli) manat olmaqla, İddiaçı mülkiyyətində olan 1 (bir) ədəd Mitsubishi L200 markalı avtomobil 6 ay müddətinə cavabdehə icarəyə verilmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh qeyd edilən icarə müqaviləsinin şərtlərini pozaraq icarə predmeti olmuş 1 (bir) ədəd avtomobilin icarəsinə görə icarə haqqı borcunu, avtomobilə vurulmiş zərərin əvəzini, inzibati xətaya görə İddiaçı ödəmiş olduğu cərimə məbləğini, icarə haqqı ödənişinin gecikdirilməsinə görə faiz borcunu tam olaraq ödəməmişdir. “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının İddiaçınə 16076,02 (on altı min yetmiş altı manat, iki qəpik) manat borcu vardır. Qeyd edilən qısamüddətli avtomobil icarə müqaviləsinin 8-ci maddəsinin 2-ci bəndinə əsasən icarəçi icarə müddətində yol hərəkət xərclərini ödəməyi qeyd-şərtsiz olaraq qəbul edir. Qeyd edilən cərimə və xərcləri ödəmədikdə icarəçi icarəyə verənə əlavə olaraq 500 (beş yüz) manat məbləğində cərimə ödəyir. Müqavilənin 10-cu maddəsinin ikinci bəndinə əsasən ödəmə aylıq olmaqla, faktura verildikdən sonra 30 gün ərzində həyata keçirilməlidir. Əks təqdirdə icarəyə verən icarəçiyə illik 20% cərimə tətbiq etmək hüququna malikdir. Müqavilənin 11-ci maddəsinə əsasən icarəçi avtomobillərə vurduğu zərərin ödənilməsinə görə öhdəlik daşıyır. İcarə müddətində icarəçi tərəfindən icarə predmeti olmuş avtomobilə zərər vurulmuşdur. İş üzrə cavabdeh “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak eddərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, iddia tələbini müdafiə etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İcarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 23 oktyabr 2023-cü il tarixli, ÇS-23102023/1 nömrəli qısa müddətli avtomobil icarə müqaviləsinin 1-ci maddəsinə əsasən icarəyə verilən avtomobilin adı Mitsubishi L200, nömrəsi isə 77PF341-dir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən icarəçi aylıq icarə haqqı kimi 2050 manat və ƏDV xərclərini ödəmə öhdəliyini öz üzərinə götürür. Həmin müqavilənin 7-ci maddəsinə əsasən hər bir zaman icarə müddətinin bitməsi ilə əlaqədar avtomobili geri qaytarmaq zərurəti yarananda icarəçi onu icarəyə verənin Bakıda yerləşən ofisinə təmiz, təhvil-təslim aktında qeyd olunan bütün əşya və sənədlərlə birlikdə və işə yararlı vəziyyətdə icra müddətindən sonrakı 7 gün içində təslim etməlidir. Həmin müqavilənin 8-ci maddəsinə əsasən icarəçi icarə müddəti ərzində yol hərəkət qaydalarıhnın pozulması ilə əlaqədar cərimələri və digər xərcləri ödəməyi qeyd-şərtsiz olaraq qəbul edir. Qeyd edilən cərimə və xərcləri ödəmədikdə icarəçi icarəyə verənə əlavə olaraq 500 (beş yüz) manat məbləğində cərimə ödəyir. Bu cəriməni ödəməsi icarəçini yol hərəkət qaydalarını pozması ilə əlaqədar cərimələri və digər xərcləri ödəməkdən azad etmir. Həmin müqavilənin 10-cu maddəsinə əsasən ödəmə aylıq olmaqla faktura verildikdən sonra 30 gün ərzində həyata keçirilməlidir. Əks təqdirdə icarəyə verən icarəçiyə illik 20% cərimə tətbiq edəcək. Həmin müqavilənin 11-ci maddəsinə əsasən tərəflərdən hər biri digər tərəfi onun və ya onun işçilərinin, rəhbər şəxslərin və ya agentlərinin mülkiyyətinə dəyən zərər və ya itkiyə dair iddialara qarşı qorumalı və dəyən zərərləri ödəməlidir. Həmin müqavilənin 17-ci maddəsinə əsasən mövcud razılaşma Azərbaycan qanunlarına əsasən şərh olunur və idarə edilir. - xx.xx.2023-cü il tarixli 4136 nömrəli təhvil-təslim aktında müqavilədə qeyd edilmiş avtomobilin İddiaçı MMC tərəfindən “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilməsi tərəflərin imzası ilə təsdiqlənmişdir. - xx.xx.2024-cü il tarixli İddiaçı MMC tərəfindən tərtib olunmuş mühasibat arayışı ilə “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının İddiaçı MMC-yə olan borcunun 10076,03 manat olduğu məlum olur. - xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 298671 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3080,98 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 852631 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2360 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 800389 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 100 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 539399 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2360 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 813502 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1512,76 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 129512 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2360 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 606212 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 314,67 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 606210 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2360 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10137666 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2360 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10689659 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 131,81 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10009680 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2360 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10630331 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 380,6444 manat (ƏDV daxil) təşkil edir. - Azərbaycan Sənaye Sığorta tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli, MCL-059/24 nömrəli sığorta ödənişi aktından görünür ki, avtomobilə vurulan ümumi zərərin məbləği 10927,98 manat təşkil edir. - “Gəncə Mitsubishi Service” tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli qüsur aktından məlum olur ki, servis tərəfindən avtomobilə baxış keçirilmiş və yanacaq sistemində problem aşkarlanmışdır. Akta əsasən avtomobilə vurulmuş ümumi zərərin məbləği (ƏDV daxil) 3080,98 manat təşkil edir. - “Gəncə Mitsubishi Service” tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli qüsur aktından məlum olur ki, servis tərəfindən avtomobilə baxış keçirilmiş və yanacaq sistemində problem aşkarlanmışdır. Akta əsasən avtomobilə vurulmuş ümumi zərərin məbləği (ƏDV daxil) 1216,76 manat təşkil edir. - İddiaçı tərəfindən inzibati cərimələrin ödənilməsinə dair ödəniş qəbzləri iş materiallarına əlavə edilmişdir. - İddiaçı MMC tərəfindən bağlı “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış hesab fakturadan görünür ki, yol-nəqliyyat hərəkəti qaydalarını pozmağa görə inzibati məsuliyyətlə əlaqədar 254,16 manat məbləğində pulun ödənişi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tərəflər arasında 23 oktyabr 2023-cü il tarixli, ÇS-23102023/1 nömrəli qısa müddətli avtomobil icarə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. İddia tələbini 23 oktyabr 2023-cü il tarixli, ÇS-23102023/1 nömrəli qısa müddətli avtomobil icarə müqaviləsindən irəli gələn öhdəliklər üzrə avtomobilə vurulmuş zərərə görə 2274,74 (iki min iki yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat, avtomobil icarə haqqı borcu olaraq ƏDV daxil 13415,31 (on üç min dörd yüz on beş manat, otuz bir qəpik) manat, inzibati xətaya görə tətbiq edilmiş cərimə məbləği olaraq 254,16 (iki yüz əlli dörd manat on altı qəpik) manat, icarə haqlarının gecikdirilməsinə görə tətbiq edilmiş faiz məbləği olaraq 131,81 (yüz otuz bir manat səksən bir qəpik) manat olmaqla, ümumilikdə 16076,02 (on altı min yetmiş altımanat iki qəpik) manatın alınaraq İddiaçınə ödənilməsi təşkil edir. İddiaçı iddia tələblərinin sübutu qismində yuxarıda qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən öhdəliklərini lazımınca icra etmədiyini, müqavilə şərtlərinə əsasən icarəçi –cavabdehin aylıq icarə haqqını ödəmək, icarə müddəti ərzində yol hərəkət qaydalarıhnın pozulması ilə əlaqədar cərimələri və digər xərcləri, dəyən zərərləri ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından avtomobilə vurulmuş zərərə görə 2274,74 (iki min iki yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat, avtomobil icarə haqqı borcu olaraq ƏDV daxil 13415,31 (on üç min dörd yüz on beş manat, otuz bir qəpik) manat, inzibati xətaya görə tətbiq edilmiş cərimə məbləği olaraq 254,16 (iki yüz əlli dörd manat on altı qəpik) manat, icarə haqlarının gecikdirilməsinə görə tətbiq edilmiş faiz məbləği olaraq 131,81 (yüz otuz bir manat səksən bir qəpik) manat olmaqla, ümumilikdə 16076,02 (on altı min yetmiş altı manat iki qəpik) manat İddiaçı MMC-yə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından avtomobilə vurulmuş zərərə görə 2274,74 (iki min iki yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat, avtomobil icarə haqqı borcu olaraq ƏDV daxil 13415,31 (on üç min dörd yüz on beş manat, otuz bir qəpik) manat, inzibati xətaya görə tətbiq edilmiş cərimə məbləği olaraq 254,16 (iki yüz əlli dörd manat on altı qəpik) manat, icarə haqlarının gecikdirilməsinə görə tətbiq edilmiş faiz məbləği olaraq 131,81 (yüz otuz bir manat səksən bir qəpik) manat olmaqla, ümumilikdə 16076,02 (on altı min yetmiş altı manat iki qəpik) manat İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6064/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-6064/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver