Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-607/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2022-ci il tarixə 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə yaranmış 22498,61 manat əsas məbləğ üzrə borc, 518,90 manat hesablanmış faiz borcu və 20000 manat cərimə borcunun, bundan başqa, 10 mart 2016-cı il tarixli müqavilə üzrə yaranmış 39083,15 manat əsas məbləğ üzrə borc, 696,49 manat hesablanmış faiz borcu və 20000 manat cərimə borcunun, eləcə də 04 aprel 2016-cı il tarixli müqavilə üzrə yaranmış 100277,58 manat əsas məbləğ üzrə borc, 1645,97 manat hesablanmış faiz borcu və 40000 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 (dörd yüz) manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manatın, cəmi 245420.70 (iki yüz qırx beş min dörd yüz iyirmi manat, yetmiş qəpik) manat pul vəsaitinin cavabeh Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında 03 noyabr 2015-ci il tarixli, 10 mart 2016-cı il tarixli və 04 aprel 2016-cı il tarixli müqavilələr bağlanmışdır. Bu müqavilələr üzrə Cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə 22498,61 manat əsas məbləğ üzrə borc, 518,90 manat hesablanmış faiz borcu və 20000 manat cərimə borcu, bundan başqa, 10 mart 2016-cı il tarixli müqavilə üzrə 39083,15 manat əsas məbləğ üzrə borc, 696,49 manat hesablanmış faiz borcu və 20000 manat cərimə borcu, eləcə də 04 aprel 2016-cı il tarixli müqavilə üzrə 100277,58 manat əsas məbləğ üzrə borc, 1645,97 manat hesablanmış faiz borcu və 40000 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə yaranmış 9998,61 manat əsas məbləğ üzrə borc, 322,90 manat hesablanmış faiz borcu və 20000 manat cərimə borcunun, bundan başqa, 10 mart 2016-cı il tarixli müqavilə üzrə yaranmış 26583,15 manat əsas məbləğ üzrə borc, 651,49 manat hesablanmış faiz borcu və 20000 manat cərimə borcunun, eləcə də 04 aprel 2016-cı il tarixli müqavilə üzrə yaranmış 75277,58 manat əsas məbləğ üzrə borc, 1416,97 manat hesablanmış faiz borcu və 40000 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 dröd) yüz) manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 çü) yüz) manatın, cəmi 194,950.70 (bir yüz doxsan dörd min doqquz yüz əlli manat, 70 qəpik) manat pul vəsaitinin cavabeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında müqavilələr üzrə əsas borcu və faiz borcunu qəbul etmiş, cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında imzalanmış 03 noyabr 2015-ci il tarixli müqavilənin 2.4-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı kreditləşmə məqsədilə 200.000 manat məbləğində vəsait ayırır. 5.1-ci bəndə əsasən müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, xidmət qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı xidmət qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0.1%, lakin kreditin 10%-dən çox olmamaq şərt ilə cərimə ödəyir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 77/11 saylı 05 noyabr 2015-ci il tarixli məktubla X3 200.000 manat kreditin verilməsi nəzərdə tutulmuş, həmin vəsaitin bank hesabına köçürülməsi xahiş edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müvəkkil kredit tərəfindən kreditləşdirilməsinə qərar qəbul edilmiş layihələr haqqında məlumatda X3 24 ay güzəşt müddətinə, 5 il müddətinə 200.000 manat məbləğində kredit qeyd edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 ünvanlanmış 12 noyabr 2015-ci il tarixli 004 nömrəli bildiriş məktubunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müxbir hesabına 200.000 manat vəsaitin daxil olduğu, 12 noyabr 2015-ci il tarixindən istifadə edilə biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında kənd təsərrüfatı layihələri və kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidməti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış 10 mart 2016-cı il tarixli müqaviləyə əsasən müqavilənin predmeti aqrar sahənin inkişafı üçün xidmətdən ayrılan vəsaitlərin müvəkkil kredit təşkilatı tərəfindən qaydalara uyğun olaraq, məqsədyönlü, səmərəli istifadəsinin və qaytarılmasının həyata keçirilməsidir. 3.1-ci bəndə əsasən müvəkkil kredit təşkilatı üçün 200.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilir. Növbəti kredit xəttinin həcmi müvəkkil kredit təşkilatı ilə xidmət arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Hər bir kredit xətti yalnız tam istifadə olunduqdan sonra müvəkkil kredit təşkilatı tərəfindən yeni kredit xəttinin açılması üçün müraciət edilə bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 03/16 saylı 14 mart 2016-cı il tarixli məktubla X2 200.000 manat kreditin verilməsi nəzərdə tutulmuş, həmin vəsaitin bank hesabına köçürülməsi xahiş edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müvəkkil kredit tərəfindən kreditləşdirilməsinə qərar qəbul edilmiş layihələr haqqında məlumatda X2 24 ay güzəşt müddətinə, 5 il müddətinə 200.000 manat məbləğində kredit qeyd edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X2 ünvanlanmış 17 mart 2016-cı il tarixli 005 nömrəli bildiriş məktubunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müxbir hesabına 200.000 manat vəsaitin daxil olduğu, 17 mart 2016-cı il tarixindən istifadə edilə biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında kənd təsərrüfatı layihələri və kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidməti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış 4 aprel 2016-cı il tarixli müqaviləyə əsasən müqavilənin predmeti aqrar sahənin inkişafı üçün xidmətdən ayrılan vəsaitlərin müvəkkil kredit təşkilatı tərəfindən qaydalara uyğun olaraq, məqsədyönlü, səmərəli istifadəsinin və qaytarılmasının həyata keçirilməsidir. 3.1-ci bəndə əsasən müvəkkil kredit təşkilatı üçün 400.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilir. Növbəti kredit xəttinin həcmi müvəkkil kredit təşkilatı ilə xidmət arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Hər bir kredit xətti yalnız tam istifadə olunduqdan sonra müvəkkil kredit təşkilatı tərəfindən yeni kredit xəttinin açılması üçün müraciət edilə bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 04/24 nömrəli 06 aprel 2016-cı il tarixli məktubla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında kənd təsərrüfatı layihələri və kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidmətinə müraciət edərək, X6 200.000 manat kreditin verilməsinin nəzərdə tutulduğunu, həmin vəsaitin bank hesabına köçürülməsini xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müvəkkil kredit tərəfindən kreditləşdirilməsinə qərar qəbul edilmiş layihələr haqqında məlumatda X6 24 ay güzəşt müddəti olmaqla, 5 il müddətinə 200.000 manat məbləğində kredit qeyd edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X6 ünvanlanmış 19 aprel 2016-cı il tarixli 006 nömrəli bildiriş məktubunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Agentliyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müxbir hesabına 200.000 manat vəsaitin daxil olduğu, 19 aprel 2016-cı il tarixindən istifadə edilə biləcəyi qeyd edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 04/35 nömrəli 20 aprel 2016-cı il tarixli məktubla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə müraciət edərək, X4 200.000 manat kreditin verilməsinin nəzərdə tutulduğunu, həmin vəsaitin bank hesabına köçürülməsini xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müvəkkil kredit tərəfindən kreditləşdirilməsinə qərar qəbul edilmiş layihələr haqqında məlumatda X4 24 ay güzəşt müddəti olmaqla, 5 il müddətinə 200.000 manat məbləğində kredit qeyd edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X4 ünvanlanmış 22 aprel 2016-cı il tarixli 007 nömrəli bildiriş məktubunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Agentliyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müxbir hesabına 200.000 manat vəsaitin daxil olduğu, 22 aprel 2016-cı il tarixindən istifadə edilə biləcəyi qeyd edilmişdir. xx.xx.2022 tarixli 866593/01337 nömrəli ödəniş tapşırığına əsasən 300 manat Bakı şəhəri Mərkəz Vəkil bürosunun bank hesabına köçürülmüşdür. 31 iyul 2022-ci il tarixli maliyyə arayışına əsasən 03 noyabr 2015-ci il tarixli müqavilə üzrə 22.498,61 manat əsas borc, 518,90 manat faiz borcu, 20.000 manat cərimə borcu, xx.xx.2022-ci il sonuncu ödəniş tarixi, 10 mart 2016-cı il tarixli müqavilə üzrə 39.083,15 manat əsas borc, 696,49 manat faiz borcu, 20.000 manat cərimə borcu, xx.xx.2022-ci il sonuncu ödəniş tarixi, 04 aprel 2016-cı il tarixli müqavilə üzrə 100.277,58 manat əsas borc, 1.645,97 manat faiz borcu, 40.000 manat cərimə borcu, xx.xx.2022-ci il sonuncu ödəniş tarixi hesablanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli 06/02 nömrəli maliyyə arayışında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən alınmış kreditlər üzrə xx.xx.2022-ci il tarixə müqavilələr 10.249,88 manat, 26.916,56 manat, 38.027,68 manat, 38.027,68 manat məbləğində borc qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında aqrar sahənin inkişafına güzəştli kreditlərin verilməsinin təmin edilməsi məqsədilə ayrılan vəsaitlərin məqsədyönlü və səmərəli istifadə edilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq əsasında müqavilələr imzalanmışdır. Həmin müqavilələr əsasında iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş məlumatlar əsasında aqrar sahə üzrə sonuncu tərəfindən üçüncü şəxslərə verilmiş kreditləri maliyyələşdirmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq icra etsə də cavabdeh müqavilə öhdəliklərini tam icra etməmişdir. Tərəflər arasında müqavilələr üzrə yaranmış borc məbləği cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilməmiş, əsas borc məbləğini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci madəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Belə olan halda iddia tələbi əsas borc hissəsində məhkəmə iclasında iştirak edən cavabdeh tərəfindən də mübahisələndirilmədiyindən və iş materialları ilə də təsdiqini tapdığından təmin edilməli , xx.xx.2022-ci il tarixə 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə yaranmış 9998,61 manat əsas məbləğ üzrə borc, 10 mart 2016-cı il tarixli müqavilə üzrə yaranmış 26583,15 manat əsas məbləğ üzrə borc, 04 aprel 2016-cı il tarixli müqavilə üzrə yaranmış 75277,58 manat əsas məbləğ üzrə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 03 noyabr 2015-ci il tarixli müqavilənin 2.5-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə iki bank günü keçdikdən sonra agentliyə illik 2% hesablanır. 10 mart 2016-cı il tarixli müqavilənin və 04 aprel 2016-cı il tarixli müqavilənin 3.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə iki bank günü keçdikdən sonra xidmətə illik 2% hesablanır. 5.6-cı bəndə əsasən müvəkkil kredit təşkilatı kreditlər üzrə faiz borclarını növbəti rübdən başlamaqla hər rübün birinci ayının 5-nə kimi xidmətin hesabına köçürür. Əsas borc isə borcalanların öhəliklərinin yerinə yetirilməsindən asılı olmayaraq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın 5-nə kimi bərabər hissələrlə ödənilir. Məhkəmə qeyd edilənləri, eyni zamanda cavabdehin nümayəndəsi tərəfindən faiz borcunun mübahisələndirilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi faiz borcu hissəsində də təmin edilməli, xx.xx.2022-ci il tarixə 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə 322,90 manat hesablanmış faiz borcu, 10 mart 2016-cı il tarixli müqavilə üzrə 651,49 manat hesablanmış faiz borcu, 04 aprel 2016-cı il tarixli müqavilə üzrə 1416,97 manat hesablanmış faiz borcu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmalıdır. Eyni zamanda iddiaçı iddia tələbində xx.xx.2022-ci il tarixə 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə 20000 manat cərimə borcunun, 10 mart 2016-cı il tarixli müqavilə üzrə 20000 manat cərimə borcunun, eləcə də 04 aprel 2016-cı il tarixli müqavilə üzrə 40000 manat cərimə borcunun da cavabdehdən tutulmasını xahiş etmişdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 03 noyabr 2015-ci il tarixli müqavilənin 5.1-ci, 10 mart 2016-cı il tarixli müqavilənin və 04 aprel 2016-cı il tarixli müqavilənin 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, agentlik qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı agentlik qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1 %, lakin kreditin 10 %-dən çox olmamaq şərti ilə cərimə ödəyir. Qeyd edilənlərə əsasən məhkəmə, iddia tələbinin əsaslı olduğunu, digər tərəfdən də tərəflərin mənafelərini nəzərə alaraq belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixə 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə 299,9 manat, 10 mart 2016-cı il tarixli müqavilə üzrə 299,9 manat, 04 aprel 2016-cı il tarixli müqavilə üzrə 2.258 manat cərimə məbləği cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 300 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "Premier Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixə 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə yaranmış 9998,61 (doqquz min doqquz yüz doxsan səkkiz manat altmış bir qəpik) manat əsas borc, 322,90 (üç yüz iyirmi iki manat doxsan qəpik) manat faiz borcu, 299,9 (iki yüz doxsan doqquz manat doxsan qəpik) manat cərimə, 10 mart 2016-cı il tarixli müqavilə üzrə yaranmış 26583,15 (iyirmi altı min beş yüz səksən üç manat on beş qəpik) manat əsas borc, 651,49 (altı yüz əlli bir manat, qırx doqquz qəpik) manat faiz borcu, 299,9 (iki yüz doxsan doqquz manat doxsan qəpik) manat cərimə borcu, 04 aprel 2016-cı il tarixli müqavilə üzrə yaranmış 75277,58 (yetmiş beş min iki yüz yetmiş yeddi manat əlli səkkiz qəpik) manat əsas borc, 1416,97 (bir min dörd yüz on altı manat doxsan yeddi qəpik) manat faiz borcu, 2.258 (iki min iki yüz əlli səkkiz manat) manat cərimə borcu, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 (dörd yüz) manat, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-607/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-607/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver