Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6087/2024 12.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapali Səhmdar Cəmiyyəti cəlb edilməklə) qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: hərracın, hərracın yekunları barədə protokol və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapali Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cəlb edilməklə) qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 1325/21 nömrəli sifariş məktubu ilə ipoteka predmetləri olan X9 məxsus Şəki şəhəri, 20 Yanvar küçəsi, döngə 6, ev 12 nömrəli fərdi yaşayış evinin likvid dəyəri olan 65000 manat olmaqla və Nigar firmasına (hazırkı İddiaçı2 MMC) məxsus olan Şəki şəhəri, X20 prospektində yerləşən 7 girişli, 434,46 kv.m ümumi, 85,22 kv.m əsas, 46,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası, likvid dəyəri 250000 manat olmaqla açıq hərracda satışının təşkil edilməsi barədə "xxxx" MMC-nin həyata keçirdiyi hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ilk öncə diqqətə çatdırılır ki, eyni tələb ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin ərizənin aidiyyət qaydalarına riayət edilmədiyi üçün geri qaytarılmışdır. Məhkəmə sözü gedən qərardadında mübahisənin kommersiya qaydasında həll edilməli olmasını göstərmişdir. Məhz buna görə də kommersiya məhkəməsinə müraciət edilmişdir. Bildirilir ki, Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)-17/2023-010 saylı, 06 mart 2023-cü il tarixli icra sənədi ilə "xxxx" QSC-nin xeyrinə yüklü olan, X9 məxsus Şəki şəhəri, 20 Yanvar küçəsi, döngə 6, ev 12 nömrəli fərdi yaşayış evinin likvid dəyəri olan 65000 manat olmaqla və Nigar firmasına (hazırkı İddiaçı2 MMC) məxsus olan Şəki şəhəri, X20 prospektində yerləşən 7 girişli, 434,46 kv.m ümumi, 85,22 kv.m əsas, 46,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası, likvid dəyəri 250000 manat olmaqla açıq hərracda satılması nəzərdə tutulmuşdur. Qeyd edilən icra sənədi Şəki rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024cü il tarixli, 1325/21 nömrəli sifariş məktubu ilə ipoteka predmetlərinin satışının təşkil edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Qeyd edilən sifariş məktubu borclu tərəfə çatdırılmamışdır. Halbuki, həmin sifariş məktubu borclu tərəfə çatdırılmış olsaydı, iddiaçı tərəfindən buna etiraz ediləcəkdi və hərracın "xxxx" MMC-də deyil, daha ixtisaslı başqa bir hərrac təşkilatına göndərilməsi tələb ediləcəkdi. Məhz buna görə də ayrıca ərizə ilə icra məmurunun hərəkətləri və sifariş məktubunun etibarsızlığı tələb edilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC ilk hərracı xx.xx.2024-ci il tarixində, təkrar hərracı isə xx.xx.2024cü il tarixində keçirmişdir. Hər iki hərrac barədə məlumat borclu tərəfə bildirilməmiş və onların iştirakı təmin edilməmişdir. Sonuncu hərracdan bir neçə ay sonra, tələbkar "xxxx" QSC-nin nümayəndəsi (işçisi) Şəki şəhəri, X20 prospektində yerləşən 7 girişli, 434,46 kv.m ümumi, 85,22 kv.m əsas, 46,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının yeni reyestrdən çıxarışını borclu tərəfə göstərərək, həmin binanın tələbkarın balansına keçdiyini və tələbkarın mülkiyyəti kimi qeydə alındığını bildirərək qısa müddətə obyekti boşatmağı tələb etmişdir. Baxmayaraq ki, məhkəmə qərarlarında evin və obyektin satışdan sonra boşaldılaraq təhvil verilməsi nəzərdə tutulmamış, sadəcə tələbkar tərəf qanunsuz olaraq bunu tələb etmişdir. Bundan sonra borclu tərəf öz hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və Şəki rayon İcra və Probasiya şöbəsindən müvafiq sənədlərin surətlərini əldə edərək məhkəməyə müraciət etmişdir. Diqqətə çatdırılır ki, qeyd edilən icra sənədi üzrə aparılmış icra tədbirləri zamanı və ondan sonrakı hərrac zamanı müxtəlif pozuntular baş vermişdir. Belə ki, iş üzrə ilk əvvəl Şəki Kommersiya Məhkəməsinin icra vərəqəsi əsasında ipoteka predmetlərinin hərracda satılması üçün "xxxx" MMC-yə sifariş verilmişdir. Hərracın keçirilməsinə müəyyən müddət qalmış Şəki Kommersiya Məhkəməsinin qərarından borclu tərəf apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Buna görə Şəki rayon İcra və Probasiya şöbəsi məktubla hərracın keçirilməsinin dayandırılmasını və sənədlərin geri qaytarılmasını tələb etsə də, cavabdeh hərracı keçirərək alıcı olmadı üçün ipoteka predmetini tələbkara təklif etmişdir. Tələbkar bankda həmin ipoteka predmetini əldə edərək hüquqlarını qeydə aldırmışlar. Lakin sonrakı Şəki Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2-2(107)- 426/2022 saylı qərardadı ilə icrada dönüş etmiş, həmin çıxarış, hərrac nəticələri ləğv edilmiş və əvvəlki vəziyyətinə qaytarılmışdır. Bundan sonra bütün məhkəmə instansiyalarından məhkəmə prosesləri yekunlaşdıqdan sonra borclu tərəf ödənişlərin edilməsi və icra tədbirlərinin dayandırılması istiqamətində tələbkar bankın rəhbərləri ilə danışıqlara başlamışdır. Tələbkar tərəf onun başını danışıqlara qataraq gizli şəkildə hərracı təşkil etmiş və yenidən ipoteka predmetini balansına keçirməyə nail olmuşdur. Hərracın sifarişi barədə icra məmuru tərəfindən, hərrac keçirilərkən hərracın yeri və vaxtı barədə Hərrac təşkilatı tərəfindən tərəflər məlumatlandırılmalıdır. Yekun protokol və digər sənədlər bu günə kimi Şəki rayon İcra və probasiya şöbəsinə təqdim edilməmiş və onlar tərəfindən təsdiqlənməmişdir. Məhz buna görə də bu və ya digər prosedurlara riayət edilməsi hərracın nəticlərinin etibarsızlığına səbəb olur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.5, 73.7-1, 44 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə istinad olunmuşdur.
4. Cavabdeh və digər iddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh ərizə ünvanlayaraq, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
5. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən digər iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.
6. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapali Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, qanunvericiliyin tələblərinə tam uyğun olaraq tərəflərə məlumat verilmişdir. İmza məsələsinə münasibətdə isə bu iddiaçı ilə poçt orqanı arasında olan məsələdir. Bütün münasibətlər hərrac təşkilatı ilə olmuş və hərrac tam qanuni keçirilmişdir. Bildirişlər və digər sənədlərin hamısı yerindədir. Hərrac təşkilatçısı tərəfindən hərracın keçirilmə qaydalarına qanunla nəzərdə tutulmuş qaydada tam riayət edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş edir.
7. "xxxx" MMC tərəfindən verilmiş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 047/1/24 nömrəli protokolunda qeyd edilmişdir ki, tarix: 10 may 2024-cü il, ünvan: Bakı şəh., Səbail ray., Badamdar qəs., Badamdar şossesi 27; 1) Sifarişçi: Şəki rayon İcra və probasiya şöbəsi, Əsas: Şəki Apellyasiya Məhkəməsinin icra vərəqi: № 2-2(107)-17/2023,xx.xx.2023-cü il; 2) Hərracın təşkilatçısı: "xxxx" MMC, Əsas: Şəki rayon icra və probasiya şöbəsinin sifariş məktubu: № 1325/21,xx.xx.2024-cü il; 3) Satılan əmlak: Şəki Apellyasiya Məhkəməsinin № 2-2(107)-17/2023, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X8 mülkiyyətində olan Şəki şəhəri, 20 Yanvar küçəsi, döngə 6, ev 12; 4) İpoteka saxlayan: “Accessbank" Qapalı Səhmdar Cəmiyyəti VÖEN: 140005742, ünvan: ünvan 1 beş min) manat; 6) İlkin satış qiymətinin enmiş faizləri: “lpoteka haqqında” AR qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda -15 % (on beş) və 43.7-ci maddəsinə əsasən - 25 % (iyirmi beş); 7) Əmlakın satılmış son qiyməti: 41437,50 (qırx bir min dörd yüz otuz yeddi manat əlli qəpik) manat; 8) Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” AR qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC əmlakı 41437,50 (qırx bir min dörd yüz otuz yeddi manat əlli qəpik) manata aldı. “İpoteka haqqında” AR qanununun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur; 9) Hərracın nəticələri haqqında protokol üzrə satılan əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasının hüquqi əsasları: 9.1. AR Mülki Məcəlləsinin 415.5-ci maddəsinə və “İpoteka haqqında” AR qanunu maddə 43.7-1-ci maddəsinə əsasən bu protokol müqavilə qüvvəsinə malikdir; 9.2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ AR qanunun 8.0.2-ci maddəsinə əsasən “Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır; 10) Bu protokol 5 (beş) nüsxədə tərtib edilmişdir.
8. "xxxx" MMC tərəfindən verilmiş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 047/2/24 nömrəli protokolunda qeyd edilmişdir ki, tarix: 10 may 2024-cü il, ünvan: Bakı şəh., Səbail ray., Badamdar qəs., Badamdar şossesi 27; 1) Sifarişçi: Şəki rayon İcra və probasiya şöbəsi, Əsas: Şəki Apellyasiya Məhkəməsinin icra vərəqi: № 2-2(107)-17/2023,xx.xx.2023-cü il; 2) Hərracın təşkilatçısı: "xxxx" MMC, Əsas: Şəki rayon icra və probasiya şöbəsinin sifariş məktubu: № 1325/21,xx.xx.2024-cü il; 3) Satılan əmlak: Şəki Apellyasiya Məhkəməsinin № 2-2(107)-17/2023, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" firmasına (hazırda İddiaçı2 MMC) məxsus olan Şəki şəhəri, M.F.Axundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası; 4) İpoteka saxlayan: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, VÖEN: 140005742, ünvan: ünvan 2üz əlli min) manat; 6) İlkin satış qiymətinin enmiş faizləri: “lpoteka haqqında” AR qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda -15 % (on beş) və 43.7-ci maddəsinə əsasən - 25 % (iyirmi beş); 7) Əmlakın satılmış son qiyməti: 159375 (yüz əlli doqquz min üç yüz yetmiş beş) manat; 8) Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” AR qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC əmlakı 159375 (yüz əlli doqquz min üç yüz yetmiş beş) manata aldı. “İpoteka haqqında” AR qanununun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur; 9) Hərracın nəticələri haqqında protokol üzrə satılan əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasının hüquqi əsasları: 9.1. AR Mülki Məcəlləsinin 415.5-ci maddəsinə və “İpoteka haqqında” AR qanunu maddə 43.7-1-ci maddəsinə əsasən bu protokol müqavilə qüvvəsinə malikdir; 9.2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ AR qanunun 8.0.2-ci maddəsinə əsasən “Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır; 10) Bu protokol 5 (beş) nüsxədə tərtib edilmişdir.
9. "xxxx" MMC ilə "xxxx" QSC arasında ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olumasına dair xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən Sifarişçi: Şəki rayon İcra və probasiya şöbəsi, Əsas: Şəki Apellyasiya Məhkəməsinin icra vərəqi: № 2-2(107)-17/2023,xx.xx.2023-cü il. Həmin müqavilənin 2-ci bəndinə əsasən Hərracın təşkilatçısı: "xxxx" MMC, Əsas: Şəki rayon icra və probasiya şöbəsinin sifariş məktubu: № 1325/21,xx.xx.2024-cü il. Həmin müqavilənin 3-cü bəndinə əsasən Satılan əmlak: Şəki Apellyasiya Məhkəməsinin № 2-2(107)-17/2023, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" firmasına (hazırda İddiaçı2 MMC) məxsus olan Şəki şəhəri, M.F.Axundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası. Həmin müqavilənin 4-cü bəndinə əsasən ipoteka saxlayan: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, VÖEN: 140005742, ünvan: ünvan 3 ilkin satış qiyməti: 250000 (iki yüz əlli min) manat. Həmin müqavilənin 6-cı bəndinə əsasən İlkin satış qiymətinin enmiş faizləri: “lpoteka haqqında” AR qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda -15 % (on beş) və 43.7-ci maddəsinə əsasən - 25 % (iyirmi beş). Həmin müqavilənin 7-ci bəndinə əsasən Əmlakın satılmış son qiyməti: 159375 (yüz əlli doqquz min üç yüz yetmiş beş) manat. Həmin müqavilənin 8-ci bəndinə əsasən Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” AR qanununun 43.7ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC əmlakı 159375 (yüz əlli doqquz min üç yüz yetmiş beş) manata aldı. “İpoteka haqqında” AR qanununun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Həmin müqavilənin 9-cu bəndinə əsasən Bu protokol 5 (beş) nüsxədə tərtib edilmişdir.
10. Şəki rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə (surəti: Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, "xxxx" QSC-yə, X5, İddiaçı1, X9, X6, X12, X1, X3, "xxxx" Firmasına) ünvanlanmış 1325/21 nömrəli, xx.xx.2024-cü il tarixli sifariş məktubunda qeyd edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2-2(107)-17/2023, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatda X9 məxsus Şəki şəhəri, 20 Yanvar küçəsi, döngə 6, ev 12 saylı fərdi yaşayış evinin, evin ilkin satış qiyməti 65000 manat, "xxxx" Firmasına məxsus olan Şəki şəhəri, M.F.Axundov prospektində mülkiyyətində olan 0.0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424.46 kv.m ümumi, 85.22 kv.m əsas, 46.24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (YDM), ımlakın satış qiyməti 250000 manata. Satışını təşkil edilməsi xahiş edilir.
11. "xxxx" MMC tərəfindən Şəki rayon İcra və Probasiya şöbəsinə, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, "xxxx" QSC-yə, X5, İddiaçı1, X9, X6, X12, X1, X3, "xxxx" Firmasına ünvanlanmış 047/24 nömrəli, xx.xx.2024-cü il tarixli hərrac bildirişində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə daxil olan Şəki rayon İcra və Probasiya şöbəsinin 1325/21 nömrəli, xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən aşağıda olan əmlaklar "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılacaqdır. Hərraca çıxarılan əmlak: 1) Şəki şəhəri, 20 Yanvar küçəsi, döngə 6, ev 12 - 65000 manat; 2) Şəki şəhəri, M.FAxundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası (YDM) - 250000 manat, Hərracın tarixi və vaxtı: 03 aprel 2024-cü il, saat 11:00 (növbəlilik əsasında); Hərrac keçirilən ünvan: - Bakı şəh., Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesi 27 (“AVİS” aptekin arxası); Hərrac addımı:- ilkin satış qiymətinin 3%-i qədər, Hərracda iştirak üçün təqdim olunmalı sənədlər: - Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər təsis sənədlərinin surəti; Hərracda iştirak etmək üçün behin məbləği, ödənilməsi müddəti və qaydası: - beh ilkin satış qiymətinin 5%-i məbləğində, hərrac tarixinə ən azı 3 gün qalmış, "xxxx" MMC-nin bank hesabına nəğd və ya köçürmə yolu ilə ödənilir; Bank hesabı: - VÖEN: **********, Bank adı: "xxxx" ASC-nin 1 saylı Səbail filialı, Filialın kodu: 200059, SWİFT kodu: AHBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın hesabı: AZ69AİİB********************, VÖEN: **********. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən gec 7 təqvim günü ərzində alış qiymətini sifarişçinin bank hesabına ödəməlidir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, KİV-də müvafiq elanlar dərc edilmişdir.
12. "xxxx" MMC tərəfindən Şəki rayon İcra və Probasiya şöbəsinə, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, "xxxx" QSC-yə, X5, İddiaçı1, X9, X6, X12, X1, X3, "xxxx" Firmasına ünvanlanmış 047/24 nömrəli, xx.xx.2024-cü il tarixli hərrac bildirişində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə daxil olan Şəki rayon İcra və Probasiya şöbəsinin 1325/21 nömrəli, xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən aşağıda olan əmlaklar "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılacaqdır. Hərraca çıxarılan əmlak: 1) Şəki şəhəri, 20 Yanvar küçəsi, döngə 6, ev 12 - 55250 manat; 2) Şəki şəhəri, M.FAxundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası (YDM) - 212500 manat, Hərracın tarixi və vaxtı: 23 aprel 2024-cü il, saat 11:00 (növbəlilik əsasında); Hərrac keçirilən ünvan: - Bakı şəh., Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesi 27 (“AVİS” aptekin arxası); Hərrac addımı:- ilkin satış qiymətinin 3%-i qədər, Hərracda iştirak üçün təqdim olunmalı sənədlər: - Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər təsis sənədlərinin surəti; Hərracda iştirak etmək üçün behin məbləği, ödənilməsi müddəti və qaydası: - beh ilkin satış qiymətinin 5%-i məbləğində, hərrac tarixinə ən azı 3 gün qalmış, "xxxx" MMC-nin bank hesabına nəğd və ya köçürmə yolu ilə ödənilir; Bank hesabı: - VÖEN: **********, Bank adı: "xxxx" ASC-nin 1 saylı Səbail filialı, Filialın kodu: 200059, SWİFT kodu: AHBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın hesabı: AZ69AİİB********************, VÖEN: **********. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən gec 7 təqvim günü ərzində alış qiymətini sifarişçinin bank hesabına ödəməlidir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, KİV-də müvafiq elanlar dərc edilmişdir.
13. İş materiallarına 047/24 nömrəli, xx.xx.2024-cü il tarixli açıq hərracın keçirilməsinə dair bildiriş və 047/24 nömrəli, xx.xx.2024-cü il tarixli açıq hərracın keçirilməsinə dair bildirişlərin çatdırılmasına dair Azərpoçt xəbərnamələri əlavə edilmişdir.
14. MARKET reklam və elanlar qəzetindən (xx.xx.2024-cü il tarixli) görünür ki, hərrac Lot 047/24. 1) Şəki şəhəri, 20 Yanvar küçəsi, döngə 6, ev 12. İlkin satış qiyməti. 65000 manat; 2) Şəki şəhəri, M.FAxundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası (YDM). İlkin satış qiyməti 250000 manat açıq hərrac 03 aprel 2024 il tarixdə saat 11:00-da keçiriləcəkdir. Satış qiymətinin 5%-i həcmində beh hərrac tarixinə ən azı 3 gün qalmış hərrac təşkilatına nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçi icra şöbəsinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şossesi 27. (“AVİS” aptekin arxası) Tel: ***-***-**-**, rəsmi sayt: http://e-lot.az məlumat dərc edilmişdir.
15. MARKET reklam və elanlar qəzetindən (xx.xx.2024-cü il tarixli) görünür ki, hərrac Lot 047/24. 1) Şəki şəhəri, 20 Yanvar küçəsi, döngə 6, ev 12. Təkrar hərracdakı satış qiyməti 55250 manat; 2) Şəki şəhəri, M.FAxundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası (YDM). Təkrar hərracdakı satış qiyməti 212500 manat açıq hərrac 03 aprel 2024 il tarixdə saat 11:00-da keçiriləcəkdir. Satış qiymətinin 5%-i həcmində beh hərrac tarixinə ən azı 3 gün qalmış hərrac təşkilatına nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçi icra şöbəsinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şossesi 27. (“AVİS” aptekin arxası) Tel: ***-***-**-**, rəsmi sayt: http://e-lot.az - məlumat dərc edilmişdir.
16. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası xx.xx.2023-cü il tarixli, 2-2(107)-17/2023 saylı qətnaməsindən müəyyən edilir ki, Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 15 dekabr 2022-ci il tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1, "xxxx" firmasından (İddiaçı2 MMC) və Məmmədov Gəray Ehtibar oğlundan 15K000000022 nömrəli kredit razılaşması üzrə 68370,212 ABŞ dolları əsas, 15839,87 ABŞ dolları faiz borcu olmaqla, cəmi 84210,082 ABŞ dolları borc, 10 oktyabr 2014-cü il tarixli 015K**********87 nömrəli kredit razılaşması üzrə 79802,55 ABŞ dolları əsas, 18582,9 ABŞ dolları faiz borcu olmaqla, cəmi 98385,24 ABŞ dolları borc, 03 aprel 2015-ci il tarixli 015R********** nömrəli kredit razılaşması üzrə 36737,01 ABŞ dolları əsas, 8608,42 ABŞ dolları faiz borcu olmaqla, cəmi 45345,43 ABŞ dolları borc, ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka predmeti olan X9 məxsus Şəki şəhəri, 20 yanvar küçəsi, döngə 6, ev 12 nömrəli fərdi yaşayış evinin likvid dəyəri olan 65000 manat olmaqla və "xxxx" firmasına (hazırki İddiaçı2 MMC) məxsus olan Şəki şəhəri, X20 prospektində mülkiyyətində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv/m ümumi, 85,22 kv/m əsas, 46,24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satışı üçün likvid dəyəri 250000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin göstərilən tələblərin təmin edilməsi üçün iddiaçı "xxxx" QSC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 400 manat İddiaçı1 alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA400600358 **********0, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********0 000047944, KOD: 505594; SWİFT: GUNAAZ22) Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməsi, 145 manat mühasibatlıq ekspertiza xərci İddiaçı1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X4 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" QSC və cavabdehlər İddiaçı1 və "xxxx" firmasının (İddiaçı2 MMC-nin) nümayəndəsi, eyni zamanda digər cavabdehlər Məmmədov Gəray Ehtibar oğlu, X10, X7, X15 və X2 vəkili X11 tərəfindən Şəki Kommersiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsindən apellyasiya şikayətləri verilmiş, cavabdehlər İddiaçı1 və "xxxx" firmasının (İddiaçı2 MMC-nin) nümayəndəsi, eyni zamanda digər cavabdehlər Məmmədov Gəray Ehtibar oğlu, X10, X7, X15 və X2 vəkili X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2-2(117)- 866/2022 saylı qətnaməsi - İddiaçı1, "xxxx" firması (İddiaçı2 MMC) və Məmmədov Gəray Ehtibar oğlundan kredit razılaşmaları üzrə borcun tutulması hissəsində “müştərək qaydada” müddəasının artırılmaqla dəyişdirilməsi, iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin mübahisələndirilən iddianın təmin edilən qalan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Şəki Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, 8-2(117)-15/2024 saylı qərardadı ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli 1325/21 nömrəli “Hərracın keçirilməsi haqqında sifariş” göndərilməsi ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi barədə cavabdeh İddiaçı2 MMC-nin təqdimatına baxılaraq, borclu İddiaçı2 MMC-nin ərizəsi təmin edilmiş, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli 1325/21 nömrəli “Hərracın keçirilməsi haqqında sifariş” göndərilməsi ilə bağlı hərəkəti qanunsuz hesab edilmişdir.
18. "xxxx" QSC tərəfindən Şəki Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, 8- 2(117)-15/2024 saylı qərardadından şikayət verilmiş, Şəki Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, 8-2(117)-15/2024 saylı qərardadı ilə şikayət təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(117)-15/2024 nömrəli qərardadının ləğv edilməsi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli 1325/21 nömrəli “Hərracın keçirilməsi haqqında sifariş” göndərilməsi ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi barədə ərizə təmin edilməmişdir.
19. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası xx.xx.2024-cü il tarixli, 8-2(107)-2/2024 saylı qərardadı ilə borclu İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8- 2(117)-15/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununnun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7-ci maddəsinə əsasən hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
23. İşin faktiki hallarından göründüyü kimi, Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 15 dekabr 2022-ci il tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1, "xxxx" firmasından (İddiaçı2 MMC) və Məmmədov Gəray Ehtibar oğlundan 15K000000022 nömrəli kredit razılaşması üzrə 68370,212 ABŞ dolları əsas, 15839,87 ABŞ dolları faiz borcu olmaqla, cəmi 84210,082 ABŞ dolları borc, 10 oktyabr 2014-cü il tarixli 015K**********87 nömrəli kredit razılaşması üzrə 79802,55 ABŞ dolları əsas, 18582,9 ABŞ dolları faiz borcu olmaqla, cəmi 98385,24 ABŞ dolları borc, 03 aprel 2015-ci il tarixli 015R********** nömrəli kredit razılaşması üzrə 36737,01 ABŞ dolları əsas, 8608,42 ABŞ dolları faiz borcu olmaqla, cəmi 45345,43 ABŞ dolları borc, ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka predmeti olan X9 məxsus Şəki şəhəri, 20 yanvar küçəsi, döngə 6, ev 12 nömrəli fərdi yaşayış evinin likvid dəyəri olan 65000 manat olmaqla və "xxxx" firmasına (hazırki İddiaçı2 MMC) məxsus olan Şəki şəhəri, X20 prospektində mülkiyyətində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv/m ümumi, 85,22 kv/m əsas, 46,24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satışı üçün likvid dəyəri 250000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin göstərilən tələblərin təmin edilməsi üçün iddiaçı "xxxx" QSC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 400 manat İddiaçı1 alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA400600358 **********0, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********0 000047944, KOD: 505594; SWİFT: GUNAAZ22) Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməsi, 145 manat mühasibatlıq ekspertiza xərci İddiaçı1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X4 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası xx.xx.2023-cü il tarixli, 2-2(107)-17/2023 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı1 və "xxxx" firmasının (İddiaçı2 MMC-nin) nümayəndəsi, eyni zamanda digər cavabdehlər Məmmədov Gəray Ehtibar oğlu, X10, X7, X15 və X2 vəkili X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsi - İddiaçı1, "xxxx" firması (İddiaçı2 MMC) və Məmmədov Gəray Ehtibar oğlundan kredit razılaşmaları üzrə borcun tutulması hissəsində “müştərək qaydada” müddəası artırılmaqla dəyişdirilməsi, iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, qətnamə mübahisələndirilən iddianın təmin edilən qalan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qərarı icraya yönəlmiş və Şəki rayonu üzrə İcra və probasiya idarəsinin xx.xx.2024-cü il tarixli, 1325/21 nömrəli sifariş məktubuna əsasən ipoteka predmetləri olan, 1) Şəki şəhəri, 20 Yanvar küçəsi, döngə 6, ev 12; 2) Şəki şəhəri, M.FAxundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Təkrar hərracın baş tutmaması səbəbindən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş, hərracın yekunları barədə 047/1/24 nömrəli və 047/2/24 nömrəli Protokollar tərtib olunmuş, alqı-satqı müqaviləsi bağlanmış, 1) Şəki şəhəri, 20 Yanvar küçəsi, döngə 6, ev 12; 2) Şəki şəhəri, M.FAxundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyriyaşayış binası ipoteka saxlayan "xxxx" QSC tərəfindən əldə edilmişdir.
24. İddiaçı ipoteka predmetlərinin açıq hərracda satışının təşkil edilməsi barədə "xxxx" MMC-nin həyata keçirdiyi hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. İddiaçı qeyd etmişdir ki, Şəki rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 1325/21 nömrəli sifariş məktubu ilə ipoteka predmetlərinin satışının təşkil edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Qeyd edilən sifariş məktubu borclu tərəfə çatdırılmamışdır. Halbuki, həmin sifariş məktubu borclu tərəfə çatdırılmış olsaydı, iddiaçı tərəfindən buna etiraz ediləcəkdi və hərracın "xxxx" MMC-də deyil, daha ixtisaslı başqa bir hərrac təşkilatına göndərilməsi tələb ediləcəkdi. "xxxx" MMC ilk hərracı xx.xx.2024-ci il tarixində, təkrar hərracı isə xx.xx.2024-cü il tarixində keçirmişdir. Hər iki hərrac barədə məlumat borclu tərəfə bildirilməmiş və onların iştirakı təmin edilməmişdir.
26. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 047/24 nömrəli, xx.xx.2024-cü il tarixli və 047/24 nömrəli, xx.xx.2024-cü il tarixli “Açıq hərracın keçirilməsinə dair” bildirişlər Şəki rayon İcra və Probasiya şöbəsinə, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, "xxxx" QSC-yə, X5, İddiaçı1, X9, X6, X12, X1, X3, "xxxx" Firmasına göndərilmişdir. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinin tələbinə görə hərracın keçirilməsi barədə məlumat hərrac təşkilatçısı tərəfindən ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Göründüyü kimi, hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı bildirişlər İddiaçı1 və Nigar firmasına (hazırkı İddiaçı2 MMC) göndərilmişdir. İş materiallarında olan sübutlardan müəyyən olunur ki, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilmə qaydalarına və müddətlərinə qanunla nəzərdə tutulmuş qaydada riayət edilmiş və qanun pozuntusuna yol verilməmişdir.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova