Məhkəmə qərarları › İş №e-2-2(113)-6088/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6088/2025

01.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6088/2025 01.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu ) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı satqı müqaviləsi üzrə pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 3801,5 manat məbləğində əsas borcun, 684,26 manat ƏDV borcunun, 570,22 manat illik 5% hesablanmış faiz məbləğinin, dövlət rüsumu üçün ödənilmiş 75 manat məbləğində pulun tutularaq , iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC (Satıcı) ilə cavabdeh "xxxx" MMC (Alıcı) arasında № 05/21 saylı, 15 iyun 2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC , "xxxx" MMC-dən dəyəri 4485,76 AZN ( ƏDV daxil) olan yük və minik avtomobil ehtiyyat hissələri almışdır. Müqavilənin 2.1-ci bəndinə görə tərəflər təsdiq edirlər ki, satın alınan yük və minik avtomobillərinin ehtiyyat hissələrinin topdan və pərakəndə satışını “ satıcı” satmağı, “Alıcı” isə malların dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən təhvil veriləcək malın adı, çeşidi, qiyməti, miqdarı, ümumi məbləği, təhvil verilmə müddəti və digər xüsusi şərtlər tərəflər arasında imzalanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 ilə müəyyən edilir. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr “ Alıcı” tərfindən bu müqavilənin tələblərinə uyğun olaraq, “ satıcı”-nın təqdim etdiyi, Razılaşma Protokolu əsasında 30 gün ərzində bank hesabına ödəniş etmək, mallar, işlər, xidmətlər, ödəniş həyata keçirildikdən sonra aşağıdakı sənədlər sifarişçiyə təqdim olunur. - Elektron qaimə faktura - 1 nüsxə ( elektron variant) və 1 nüsxə ( çap variant) hesab-faktura- 1 nüsxə ( əsli) Alıcı mallara aid həmçinin digər zəruri sənədləri də ( mənşə sertifikatı, keyfiyyət sertifikatı, istismar üzrə təlimat, texniki pasport, zəmanət talonu və s. sənədlər) tələb edə bilər. Sözügedən alqı-satqı müqaviləsi tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Qeyd edirik ki, Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş həyata keçirilməmişdir. “Alıcıya” təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş 4485,76 manat məbləğində pul bugünədək ödənilməmişdir. "xxxx" MMCtərəfindən Cavabdeh MMC-yə müqavilə üzrə satılmış malın dəyərinə uyğun olaraq aşağıdakı tarixlərdə və məbləğlərdə müqaviləyə uyğun olaraq elektron qaimələr vurulmuşdur. Göründüyü kimi cavabdeh bizdən aldığı 4485,76 (ƏDV daxil) manat dəyərində mal almış, aldığı mallarla bağlı heç bir ödəniş etməmişdir. Cavabdeh "xxxx" MMC “MNK TRADİNGM”MC-yə 3801,5 manat əsas borc, 684,26 manat ƏDV borcu olmaqla cəmi 4485,76 manat ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi cavabdeh alınmış mallara uyğun olaraq ona vurulmuş elektron qaimələr əsasında ödənişlərini bugünədək iddiaçıya ödəməmişdir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. -Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 05/21 saylı, 15 iyun 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən:

5. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, satın alınan yük və minik avtomobillərinin ehtiyat hissələrimn topdan və parakəndə satışını "Satıcı" satmağı, "Alıcı" isə malların dəyərini ödəməyi öhdəsinə gotürur.

6. Müqavilənin 2.2-ci bəndinə əsasən təhvil veriləcək Malın adı, çeşidi qiyməti, miqdarı, ümumi məbləği, təhvil verilmə müddəti və digər xüsusi şərtlər tərəflər arasında imzalanan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 ilə müəyyən edilir.

7. Müqavilənin 2.3-cü bəndinə əsasən göndərilmiş mallar bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmalıdır. Şərtlərə uyğun olan mal materia arı tə təslim aktı İlə müştəriyə satıcı tərəfindən təhvil verilir.

8. Müqavilənin 2.4-cü bəndinə əsasən müqaviləyə əsasən göndərilmiş yük və minik avtomobillərinin ehtiyat hissələri Alıcı tərəfindən təhvil alındıqdan sonra geri qaytarılmır.

9. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin müddəalarının şərhi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq aparılır.

10. Müqavilənin 3.2-ci bəndinə əsasən «satıcı» müqavilənin İcrası ilə əlaqədar qüvvədə olan qanunvericilik aktlarının tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından Sifarişçini qoruyaraq onların qarşısında məsuliyyət daşıyır.

11. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə üzrə aparılan tədqiqatların nəticələri, hesabatlar və «SATİCİ» tərəfindən hazırlanan digər sənədlər «alıcı»nın mülkiyyəti hesab olunur və onun sərəncamında qalır. «satıcı» bu sənədlərin surətini özündə saxlaya bilər

12. Müqavilənin 5.1-ci bəndinə əsasən "Satıcı" malların keyfiyyətinə, qablaşdırılmasına, öz hesabına "Alıcı"nın anbarına çatdırılmasına və "Alıcıya" təhvil verilməsinə görə məsuliyyət daşıyır.

13. Müqavilənin 5.3-cü bəndinə əsasən satıcı müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra müqaviləni imzalayır. «satıcı»nın bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir.

14. Müqavilənin 5.4-cü bəndinə əsasən «satıcı» müqavilənin icrası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün icazələrin, lisenziyaların və müvafiq razılaşmaların alınmasını təmin edir.

15. Müqavilənin 5.5-ci bəndinə əsasən «alıcı» müqavilə üzrə göndərilmiş malların təxirəsalınmadan (aşkar olunan qüsurların «satıcı» tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini öhdəsinə götürür.

16. Müqavilənin 5.6-cı bəndinə əsasən «alıcı» «satıcı»dan bu müqavilənin öhdəlikləri üzrə qəbul etdiyi malların yalnız satılan hissəsinin dəyərini «satıcıya»ya ödəməyi öz öhdəsinə götürür.

17. Müqavilənin 5.7-ci bəndinə əsasən «alıcı» qanunvericiliklə onun məsuliyyətinə aid edilən hüquqi və təşkilati məsələlərin həllini, icazələrin və razılaşmaların alınmasını təmin edir.

18. Müqavilənin 5.8-ci bəndinə əsasən alıcı müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və «satıcıya» vaxtında çatdırılmasına təminat verir.

19. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr "Alıcı" tərəfindən bu Müqavilənin tələblərinə uyğun olaraq, "Satıcı"-nın təqdim etdiyi, nəzılaşma Protokolu əsasında 30 gün ərzində bank hesabına ödəniş etmək, mallar, işlər, xidmətlər, ödəniş həyata keçirildikdən sonra ən qısa müddət ərzində "Sifarişçi"-yə təhvil verilir. Təhvil alınandan sonra aşağıdakı sənədlər sifarişçiyə təqdim olunur. - elektron qaimə, -faktura, -1 nüsxə (elektron variant) və 1 nüsxə (çap variant); - hesab-faktura; -1 nüsxə (əsli) «ALİCİ» Mallara aid həmçinin digər zəruri sənədləri də (mənşə sertifikatı, keyfiyyət sertifikatı, istismar üzrə təlimat, texniki pasport, zəmanət talonu və s. sənədlər) tələb edə bilər.

20. İddiaçı tərəfindən cavadehə satılmış mallara dair xx.xx.2022-ci il tarixli EBCB585613 saylı e-qaiməyə əsasən 1163,30 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD426170 saylı e-qaiməyə əsasən 460,13 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCG413783 saylı e-qaiməyə əsasən 2191,86 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCJ037567 saylı e-qaiməyə əsasən 285,32 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK294674 saylı e-qaiməyə əsasən 385,15 manat məbləğində e-qaimələr göndərilmişdir.

21. 08.08.2025-ci il tarixli ödəniş qəbzlərinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 3801,49 manat məbləğində ödəniş edilmişdir.

22. 08.08.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabına əsasən 684,27 manat məbləğində ödəniş etmişdir.

23. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

26. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

27. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

29. Göründüyü kimi tərəflər arasında 05/21 saylı, 15 iyun 2021-ci il tarixli alğı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, satın alınan yük və minik avtomobillərinin ehtiyat hissələrimn topdan və parakəndə satışını "Satıcı" satmağı, "Alıcı" isə malların dəyərini ödəməyi öhdəsinə gotürur.

30. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddia ərizəsi məhəməyə verildikdən sonra cavabdeh tərəfindən əsas borc üzrə 3801,50 manat məbləğində, ƏDV borcu üzrə isə 684,26 manat məbləğində ödənişlər edilmişdir. Odur ki, əsas və ƏDV borcu hissəsində mübahisə öz həllini tapmışdır.

31. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 570,22 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini məhkəmə əsaslı hesab edir.

32. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

33. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.

35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə satılmış məhsullara görə göndərilmiş e-qaimələr üzrə borcun bugünə kimi ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 570,22 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur. Beləliklə, bu hissədə iddia təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə 570,22 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 75 manat dövlət rüsumu ödənilmişdir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

IV. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 570,22 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar