Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-609/2025 07.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 01 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınaraq bağlanmış S/53-23 nömrəli alqısatqı müqaviləsi üzrə alınmış mallara görə ödənilməmiş 166666,75 manat pul vəsaiti, “X2” MMC-nin hüquqi xidmət göstərilməsinə dair müqaviləsi üzrə cəmiyyətin hesabına ödənilmiş (qəbz əsasında) 500 (beş yüz) manat olmaqla, ümumilikdə 167166,75 (yüz altmış yeddi min yüz altmış altı manat 75 qəpik) manat məbləğində pulun və məhkəməyə ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən alınaraq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən hüquqi şəxs İddiaçı MMC (VÖEN: **********), direktor Qanuni nümayəndə2 şəxsində (bundan sonra “Satıcı” adlandırılacaq) və digər tərəfdən Azərbaycan Respublikasnın qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********), direktor Qanuni nümayəndə1 şəxsində (bundan sonra “Alıcı” adlandırılacaq və “Alıcı” ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaq) arasında S/53-23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilənin predmetinə əsasən satıcı alıcıya tələb onunan malları satmalı, alıcı isə həmin malı qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini 10 (on) gün müddətində satıcıya ödəməlidir. Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunmuşdur. Tərəflər 01 fevral 2023-cü il tarixli S/53-23 nömrəli müqaviləyə 01 saylı əlavəni - qiymət razılaşma protokolunu öz imzaları ilə təsdiq etmişlər. Həmçinin protokolun qeyd hissəsində 01 nömrəli protokolun yalnız bu partiya məhsul satışı üçün nəzərdə tutulduğu göstərilmişdir. 27 fevral 2023-cü il tarixdə 01 fevral 2023-cü il tarixli müqaviləyə əsasən təqdim edilmiş malların təhvil-təslim aktı üzrə İddiaçı MMC (satıcı) "xxxx" MMC-yə (alıcı) malları təhvil vermişdir. Qeyd edilmişdir ki, İddiaçı MMC ümumi dəyəri 40218,8958 manat (ƏDV daxil) olan 200493 ədəd 0.25l butulka, ümumi dəyəri 13078,8958 manat ( ƏDV daxil) olan 15611 ədəd 0.7l butulka, ümumi dəyəri 143368,9734 manat (ƏDV daxil) olan 80463 ədəd 1.75l qrafini "xxxx" MMC-yə təhvil vermişdir. Təqdim edilmiş mallara görə alıcı tərəfindən satıcıya ödənilməli olan təqdim edilmiş malların ümumi məbləği 196666,77 manat təşkil edir. Hazırkı Təhvil-Təslim Aktı müvafiq mallar üzrə tərəflər arasında müvafiq hesablaşanın aparılması üçün əsas olduğu göstərilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən, alıcı "xxxx" MMC-yə S/53-23 nömrəli müqaviləyə əsasən alınmış mallara görə ödənişin aparılması üçün elektron qaimə göndərilmişdir. Göndərilmiş elektron qaiməyə əsasən alınmış mallara görə 166666,75 manat, ƏDV üzrə 30000,02 manat, cəmi 196666,77 manat ödəniş edilməli idi. "xxxx" MMC tərəfindən, İddiaçı MMC-yə xx.xx.2023cü il tarixli ödəniş tapşırıqları ilə S/53-23 saylı müqaviləyə əsasən avans ödənişi olaraq ümumilikdə 30000 (otuz min) manat pul ödənişi ödənilmişdir. Ödəniş vəsaiti tam ödənilmədiyi üçün dəfələrlə "xxxx" MMC ilə telefon əlaqəsi saxlanılmış, qalan 166666,75 manat pul vəsaitinin ödənilməsi tələb edilmiş, ödəniş aparılmadığı üçün xx.xx.2023-cü il tarixdə cəmiyyətin adından onlayn kargüzarlıqla "xxxx" MMC-yə borcun ödənilməsi barədə rəsmi məktub göndərilmişdir. Eyni zamanda göndərilmiş məktubda qeyd edilmişdir ki, pul vəsaiti ödənilmədiyi təqdirdə qanunamüvafiq qaydada borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəkdir. Bu müddət ərzində, "xxxx" MMC, S/53-23 saylı müqavilə üzrə ödənilməli olan qalan 166666,75 manat pul vəsaitini ödəməmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin bank hesabına S/53-23 saylı müqavilə üzrə ödənilməmiş 166666,75 manat pul vəsaitinin 10 (on) iş günü müddətində ödənilməsi barədə "xxxx" MMC-yə pretenziya ərizəsi ilə müraciət edilmişdir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
4. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, S/53-23 nömrəli (malların alqı-satqısı haqqında) müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya tələb olunan malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini 10 (on) gün müddətində satıcıya ödəyir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən malın qiyməti və miqdarı hər bir partiya malın satışı zamanı ayrıca müəyyənləşdirilir və təqdim edilən qaimə-fakturalarda göstərilir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən alıcı ödənişləri üzrsüz səbəbdən gecikdirirsə, satıcının müqaviləni pozmaq üçün əsası vardır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən alıcı sifariş olunan malın qiymətinin ödənişini razılaşdırılmış müddətlərdə satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra köçürmə va ya nağd üsulla həyata keçirir.
7. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, S/53-23 nömrəli (malların alqısatqısı haqqında) müqaviləyə əlavə olan xx.xx.2023-cü il tarixli 01 saylı X1 müəyyən olunur ki, İddiaçı MMC-nin "xxxx" MMC-yə təhvil verdiyi malların qiyməti: 0.25l butulka üçün 1 ədədi ƏDV daxil 0,2 manat, 0.7l butulka üçün 1 ədədi ƏDV daxil 0,83 manat, 1.75l qrafin üçün 1 ədədi 1.78 manat olaraq müəyyənləşdirilmişdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı MMC ilə alıcı "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, S/53-23 nömrəli (malların alqı-satqısı haqqında) müqavilə üzrə xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktından məlum olur ki, İddiaçı MMC tərəfindən müqavilə üzrə "xxxx" MMC-yə ümumi dəyəri 40218,8958 manat (ƏDV daxil) olan 200493 ədəd 0.25l butulka, ümumi dəyəri 13078,8958 manat olan 15611 ədəd 0.7l butulka, ümumi dəyəri 143368,9734 manat olan 80463 ədəd 1.75l qrafin təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 697909 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 196666,77 manat (ƏDV daxil) təşkil edir.
10. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından məlum olur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 17489,21 manat vəsait köçürülmüşdür.
11. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından məlum olur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 12510,79 manat vəsait köçürülmüşdür.
12. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 10 (on) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
15. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini tam şəkildə iddiaçıya ödəməmiş, qalıq borcu yaranmışdır.
16. İddia tələbinin bir hissəsini cavabdehdən "xxxx" MMC-dən ödənilməmiş 166666,75 manat əsas borcun tutulması təşkil edir.
17. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və cavabdeh "xxxx" MMC-dən 166666,75 (yüz altmış altı min altı yüz altmış altı) manat borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu (196666,77-17489,21-12510,79=166666,77) cavabdeh tərəfindən imzalanıb möhürlənən malların təhvil-təslim aktı, elektron qaimə, müqavilə və yuxarıda sadalanan digər sübutlarla öz təsdiqini tapır.
18. İddia tələbinin digər hissəsini “X2” MMC-nin hüquqi xidmət göstərilməsinə dair müqaviləsi üzrə cəmiyyətin hesabına ödənilmiş (qəbz əsasında) 500 (beş yüz) manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması təşkil edir.
19. Məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin edilməməlidir. Belə ki, hüquqi yardımın edilib-edilməməsini və müqavilənin məhz bu işlə bağlı olmasını müəyyən etmək olmur.
20. Eləcə də, ödənilmiş 460 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
21. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 455,8 manat (dörd yüz əlli beş manat səksən qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 166666,75 (yüz altmış altı min altı yüz altmış altı) manat borc, ödənilmiş dövlət rüsumununa görə 455,8 (dörd yüz əlli beş manat səksən qəpik) manat olmaqla, ümumilikdə 167122,55 (yüz altmış yeddi min yüz iyirmi iki manat əlli beş qəpik) manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova