Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6098/2022 12.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və X1 qarşı iddiaçının “Sahil” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli SMN-00001-13/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə olan 6283.02 manat əsas borc, 1908.32 manat faiz borcu, 1536.06 manat dəbbə borcu, ümumilikdə 9727.4 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 18.28 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumun Cavabdeh1ndən iddiaçının xeyrinə tutulması, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 22 iyun 2020-ci il tarixli, SMMG-00001-13/20A saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 kv.m ümumi, 74.5 kv. əsas, 14.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1ndən tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddiaçının “Sahil” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli SMN-00001-13/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə olan 6283.02 manat əsas borc, 1908.32 manat faiz borcu, 1536.06 manat dəbbə borcu, ümumilikdə 9727.4 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 18.28 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumun Cavabdeh1ndən iddiaçının xeyrinə tutulması, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 22 iyun 2020-ci il tarixli, SMMG-00001-13/20A saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 kv.m ümumi, 74.5 kv. əsas, 14.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1ndən tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Mülki Qanunvericiliyin yuxarıda göstərilən normasında (Mülki Məcəllənin 423-cü maddəsi) imperativ qaydada müəyyən edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin iddiaçı qanunvericiliyin qeyd olunan imperativ göstərişinə əməl etmədən, həmin normanın qeyd olunan şərtlərinə əməl etmədən bilavasitə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl Cavabdeh1nə xx.xx.2020-ci il tarixli SMN-00001-13/20A saylı kredit müqaviləsinin ləğv edilməsi barədə təklif irəli sürməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmədən məhkəməyə verildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddələrinə əsasən mediasiya mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanun normalarının tələblərindən görünür ki, bütün növ kommersiya mübahisələri üzrə tərəflərin mediasiya prosesində iştirakı məcburidir. Kommersiya mübahisəsi üzrə tərəflər yalnız müvafiq mediasiya prosesində iştirak etdikdən sonra mediator tərəfindən tərtib edilmiş sənədi əlavə etməklə məhkəməyə müraciət edə bilər. Lakin mediator tərəfindən tərtib edilmiş sənəd iddia ərizəsinə əlavə olunsa da, həmin sənəddən görünür ki, iddia tələbi üzrə yalnız kredit borcunun ödənilməsi hissəsində ilkin mediasiya prosesi keçirilmiş, tələbin digər hissələri ilə bağlı ilkin mediasiya prosesi keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2.4-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcələnin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və X1 qarşı iddiaçının “Sahil” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli SMN-00001-13/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə olan 6283.02 manat əsas borc, 1908.32 manat faiz borcu, 1536.06 manat dəbbə borcu, ümumilikdə 9727.4 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 18.28 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumun Cavabdeh1ndən iddiaçının xeyrinə tutulması, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 22 iyun 2020-ci il tarixli, SMMG-00001-13/20A saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 kv.m ümumi, 74.5 kv. əsas, 14.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1ndən tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6098/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6098/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver