Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6119/2022 14.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı mütəxəssis rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün beton istehsalı obyektində real istehsal həcminin müəyyənləşdirilməsi üçün Cavabdeh MMC-nin əməkdaşı X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, mütəxəssis rəyi heç bir hüquqi nəticə yaratmadığına görə ərizəyə məhkəmə qaydasında baxılmaması əsası ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı mütəxəssis rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı MMC-nin mütəxəssis rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6119/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6119/2022
14.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver