Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6124/2024 27.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, Cavabdeh1, Cavabdeh5, Cavabdeh Qanuni nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sülyeman qızına, Cavabdeh3, Cavabdeh4, Qanuni nümayəndə və Cavabdeh5 (maraqlı şəxs: Maraqlı şəxs MTK-ya) qarşı subsidiar məsuliyyətin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sülyeman qızına, Cavabdeh3, Cavabdeh4, Qanuni nümayəndə və Cavabdeh5 (maraqlı şəxs: Maraqlı şəxs MTK-ya) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli 2-1(103)-523/2013 saylı və Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli 2-2(103)-543/2017 saylı icra sənədlərinə əsasən yaranmış öhdəliklərə görə subsidiar məsuliyyətin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2nin, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinin əsassız olduğunu bildirdi. Məhkəmə iclasının yeri və vaxt barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı ərizə ilə müraciət edərək məhkəmənin hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, lakin ərizəsinə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsini təsdiq edən sübutları əlavə etməmişdir. Digər cavabdehlər məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 0,4 ha hissəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasındakı 180 kv.m. qeyri-yaşayış sahəsinin əvəzi olaraq 63.392 manat və 860.090 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. 07 mart 2018-ci il tarixdə qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilmişdir. Eyni zamanda iddiaçı "xxxx" MMC-nin cavabdeh Maraqlı şəxs MTK-ya qarşı müqavilə ilə müəyyən edilmiş əmlakın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə ilkin iddiasına, habelə Maraqlı şəxs MTK-nın "xxxx" MMC-yə qarşı 25 iyul 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasına dair iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin ilk iddiası təmin olunmuş, "xxxx" MMC ilə Maraqlı şəxs MTK arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsi ilə Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, «V» yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 0,4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasından təhvil verilməli olan 8000 kv.m sahənin təhvil verilməmiş 5000 kv.m sahəsinin "xxxx" MMC-yə naturada təhvil verilməsi vəzifəsi Maraqlı şəxs MTK-ya həvalə olunmuşdur. Qətnamə əsasında icra vərəqəsi xx.xx.2014-cü il tarixdə verilmişdir. Hazırda iddiaçı yeni iddia ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli 2-1(103)-523/2013 saylı və Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli 2-2(103)-543/2017 saylı icra sənədlərinə əsasən yaranmış öhdəliklərə görə subsidiar məsuliyyətin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2nin, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 üzərinə qoyulmasını xahiş edir. İş üzrə keçirilmiş 13 sentyabr 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında iddiaçıya icra sənədində borclu qismində "xxxx" Mənzil Tikinti Kooperativinin müəyyən edildiyini, həmin icra sənədi üzrə tələbin başqa bir şəxsə (şəxslərin) yönəldilməsi məsələsinə yeni iddia əsasında məhkəmə tərəfindən baxılmasının qeyri-mümkünlüyü, irəli sürdüyü tələbin konret olmadığı izah edilmiş və cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı yönəltdiyi iddia tələbinin dəyişdirilməsi üçün vaxt verilmişdir. Növbəti hazırlıq iclasında isə iddiaçı iştirak etməmiş və iclasa qədər iddia ərizəsindəki qüsurları aradan qaldırmamışdır. Belə ki, MPM-in: 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-in 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Belə olan halda məhkəmə iddiaçının məhkəmə tərəfindən verilmiş müddət ərzində iddia ərizəsindəki qüsurları aradan qaldırmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sülyeman qızına, Cavabdeh3, Cavabdeh4, Qanuni nümayəndə və Cavabdeh5 (maraqlı şəxs: Maraqlı şəxs MTK-ya) qarşı subsidiar məsuliyyətin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva İş № e-2-2(113)-3138/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı Kommersiya Məhkəməsi Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı X4 cavabdeh "xxxx" ASC-nin Nəsimi rayonu Sukanal İdarəsinə qarşı aktın ləğv edilməsi və s. tələbinə dair 02 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 16:15-də açıq elan olunur. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi Azərbaycan Respublikası MPM-in 179.1-ci maddəsinə əsasən məruzə edərək bildirir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 179.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsi və vəkilinin şəxsiyyətini müəyyənləşdirir və səlahiyyətlərini yoxlayır. Cavabdehin nümayəndəsi və vəkili: X2, xx.xx.1974-cü ildə ünvan 1ində anadan olmuş, evli, ali təhsilli, Nəsimi rayon Sukanal İdarəsinin Rəhbərlik yanında aparatda hüquq məsləhətçisi vəzifəsində işləyir, ünvan 1i ünvanında qeydiyyatdadır. (Etibarnamə iş materiallarına əlavə olunub) Sədrlik edən tərəfə məlumat verərək bildirir ki, MPM-nin 272.4-1-ci maddəsinə əsasən iqtisadi mübahisələr üzrə məhkəmə iclasının fasiləsiz video-audio yazısı aparılır. Həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 182-ci maddəsinə əsasən hakimi və məhkəmə iclas katibini elan edir, cavabdehin nümayəndəsi və vəkilinin onlara Azərbaycan Respublikası MPM-nin 19-20-ci maddələri ilə müəyyən olunmuş əsaslarla etiraz etmək hüququnun olduğunu bildirir, hakimə və məhkəmə iclas katibinə etiraz olub-olmamasını soruşur. Hakimə və məhkəmə iclas katibinə etiraz daxil olmur. Sədrlik edən proses cavabdehin nümayəndəsinin hüquq və vəzifələrinin izahı barədə bildirişlə tanış olub-olmadığını, prosessual hüquq və vəzifələrin onlara təkrar izah edilməsinə ehtiyac olub-olmadığını soruşur. Cavabdehin nümayəndəsi: -Hüquq və vəzifələrin izahı barədə bildirişi aldım və hüquq və vəzifələrin izah olunmasına ehtiyac yoxdur. Sədrlik edən məhkəmə bildirişlərinin iddiaçıya çatdırılıb-çatdırılmamasını aydınlaşdırır və iş materiallarını nəzərdən keçirir. Sədrlik edən cavabdehin nümayəndəsi iddiaçının nümayəndəsinin məhkəmə baxışı iclasına gəlmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasına münasibət bildirməsini təklif edir. Cavabdehin nümayəndəsi iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini və iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirir. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 213-cü maddəsinə əsasən, müşavirə otağına getdiyini bildirir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardadı elan edir, qərardaddan şikayət vermə qaydasını və müddətini, qərardadın 5 gün müddətində tərəflərə göndəriləcəyini izah edir. Məhkəmə iclası saat 16:25-də bağlı elan olunur. Məhkəmə iclasının protokolu 02 iyul 2021-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №e-2-2(113)-6124/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6124/2024
27.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver