Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6129/2022 02.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6319,38 manat əsas borc, 498,16 manat faiz borcu və 57,37 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6874,91 manat borcun və mediasiya xərci olaraq ödənilmiş (dövlət rüsumu) 100 manat məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Cavabdeh3 13 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 25 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə 13 noyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. 17 mart 2021-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 08 iyul 2023-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il avqustun 12-dək Cavabdeh3 banka 13 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6319,38 manat əsas borc, 498,16 manat faiz borcu və 114,73 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6932,27 manat borcu vardır. Cavabdeh3 13 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 114,73 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 57,37 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Qanunla müəyyən edilmiş müddətdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hüquqi ünvanlarına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-752-19 nömrəli İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh3 illik 25 faizlə 36 ay müddətinə 10000 manat məbləğində kredit vermişdir. xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-752-19 nömrəli İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-752-19 nömrəli kredit müqaviləsinə bankdan kredit götürmüş Cavabdeh3 tərəfindən İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün Cavabdeh1 zamin kimi məsuliyyəti öz üzərinə götürməsidir. xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-752-19 nömrəli İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-752-19 nömrəli kredit müqaviləsinə bankdan kredit götürmüş Cavabdeh3 tərəfindən İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün Cavabdeh2 zamin kimi məsuliyyəti öz üzərinə götürməsidir. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh3 6319,38 manat əsas, 498,16 manat faiz və 114,73 manat cərimə borcu vardır. 27 sentyabr 2022-ci il tarixli MŞB/5-03125 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 100 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 467 və 472.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddiaçının 24-MZ-1-0-752-19 nömrəli kredit müqaviləsi üzrə 6319,38 manat əsas, 498,16 manat faiz borcu tələbi, həmçinin 100 manat məbləğində mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edirəm ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə 2,46 manat məbləğində müəyyən edilməlidir Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6319,38 manat əsas, 498,16 manat faiz, 2,46 manat cərimə borcu və 100 manat məbləğində mediasiya xərci cəmi 6920 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6319,38 manat əsas, 498,16 manat faiz, 2,46 manat cərimə borcu və 100 manat məbləğində mediasiya xərci cəmi 6920 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6129/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6129/2022
02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver