Məhkəmə qərarları › İş №e-2-2(113)-6130/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6130/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6130/2022 12.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00200-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdehdən kreditin əsas borcu üzrə 16194,36 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2593,72 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6536,04 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 25 324,12 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 68000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 16194,36 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2593,72 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6536,04 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 25324,12 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00200-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdehdən kreditin əsas borcu üzrə 16194,36 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2593,72 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6536,04 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 25 324,12 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 68000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 16194,36 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2593,72 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6536,04 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 25324,12 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Mülki Qanunvericiliyin yuxarıda göstərilən normasında (Mülki Məcəllənin 423-cü maddəsi) imperativ qaydada müəyyən edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin iddiaçı qanunvericiliyin qeyd olunan imperativ göstərişinə əməl etmədən, həmin normanın qeyd olunan şərtlərinə əməl etmədən bilavasitə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl Cavabdeh xx.xx.2020-ci il tariхli, 2020/00200-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi barədə təklif irəli sürməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmədən məhkəməyə verildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2.4-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00200-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdehdən kreditin əsas borcu üzrə 16194,36 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2593,72 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6536,04 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 25 324,12 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 68000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 16194,36 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2593,72 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6536,04 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 25324,12 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar