Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6143/2023 25.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və Cavabdeh1nə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və Cavabdeh1nə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (“X5 Azərbaycan” QSC) cavabdehlər X4 və Cavabdeh1nə (Cavabdeh1 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və X2 müştərək (birgə) qaydada 32000 (otuz iki min) manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 2555,56 (iki min beş yüz əlli beş manat əlli altı qəpik) manat məbləğində pulun tutularaq iddiaçı “X5 Azərbaycan” QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X5 Azərbaycan” QSC ilə Cavabdeh1 MMC arasında 22 may 2013-cü il tarixdə kredit verilməsi haqqında 310143/1 saylı müqavilə bağlanmış, həmin kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətində, illik faiz dərəcəsi 16% (on altı faiz) olmaqla, 32000 (otuz iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədi ilə X3 bank arasında 22 may 2020-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi üçün bank məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-251/2022 saylı qətnaməsi ilə cavabdehdən cəmi 38198,79 manat məbləğində pulun tutulması qət edilmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə əsas borc üzrə 32000 manat ödənilməmiş borcunun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh xx.xx.2022-ci ildən sonra bu günə kimi borcundan hər hansı bir ödəniş etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz (5%) tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 32000 manat hissəsi ödənilməmiş qalmaqdadır. xx.xx.2022-ci ildən 31 oktyabr 2023-cü ilə qədər cavabdehin bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla hesablanmış məbləğ 2555,56 manat təşkil edir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1, 445.7-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına istinad olunmuşdur.
4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-251/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X2 müştərək qaydada 32.000 manat əsas kredit borcu, 4698,79 manat faiz borcu, 1500 manat cərimə, ümumilikdə 38198,79 manat məbləğində kredit borcunun “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 28,17 manat məbləğinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X2 müştərək qaydada tutularaq “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan 1,83 manat məbləğin isə “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 187,8 manat məbləğinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X2 müştərək qaydada, qalan 12,2 manat məbləğin isə “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.
6. “X5 Azərbaycan” QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh1 MMC-nin 22 may 2020-ci il tarixli, 310143/1 nömrəli kredit müqaviləsi əsas borcdan qalan 32000 manatın ödənilməsinin 575 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 2555,56 (iki min beş yüz əlli beş manat əlli altı qəpik) manat (hesablama: 32000 manat * 5% / 360 gün * 575 gün = 2555,56 (iki min beş yüz əlli beş manat əlli altı qəpik) manat) təşkil edir.
7. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, məhkəmə qətnaməsinin icra olunmadığına görə dəymiş zərərin 5 (beş) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə maddi zərərin tutulması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
8. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-251/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X2 müştərək qaydada 32.000 manat əsas kredit borcu, 4698,79 manat faiz borcu, 1500 manat cərimə, ümumilikdə 38198,79 manat məbləğində kredit borcunun “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Hazırda iddiaçı iddia tələbində cavabdehlərin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək qətnamənin icra edilmədiyini bildirərək, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin tutulmasını tələb edir. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi
12. İddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 MMC-dən və X2 müştərək (birgə) qaydada 32000 (otuz iki min) manatın ödənilməsinin 575 gün gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 2555,56 (iki min beş yüz əlli beş manat əlli altı qəpik) manat pulun tutulması təşkil edir.
13. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zaminin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığını nəzərə alaraq, hesab edir ki, cavabdehlər pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə əsasən iddia tələbi qismən, 2520,55 manat hissədə təmin edilməlidir. Belə ki, iddiaçı 575 gün gecikdirilmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Həmin məbləğ isə 2520,55 manat (32000 x 5% : 365 gün x 575 gün = 2520,55) təşkil edir.
14. Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 32000 (otuz iki min) manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 2520,55 manat (iki min beş yüz iyirmi manat əlli beş qəpik) iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir.
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 32000 (otuz iki min) manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 2520,55 manat (iki min beş yüz iyirmi manat əlli beş qəpik) məbləğində pul iddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova