Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6143/2024 12.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən İddiaçı aktlar əsasında hesablanmış 13094,84 manat məbləğində borcun iddiaçının **********00000 nömrəli abonent hesabından silinməsi və dövlət rüsumuna görə ödənilmiş 129,28 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1i ünvanında yerləşən, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli, AMX4494/21 saylı müqavilə əsasında **********00000 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2024-cü ilin iyul ayına qədər tərəflər arasında hər hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim İddiaçı tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. 2024-cü ildə isə İddiaçı ilə Cavabdeh İS arasında mübahisə yaranmışdır. Belə ki, iddiaçıya sonradan məlum olmuşdur ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 30 akt əsasında, ümumilikdə 13094,84 manat əsassız borc hesablanmışdır. Sözügedən aktlarla bağlı iddiaçı tərəfindən cavabdeh təşkilata müraciət edilmiş və cavabdeh tərəfindən cavab verilərək bildirilmişdir ki, aktlar tərtib edilən aylarda istifadədə olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Bundan başqa aktlar əsasında hesablanmış borcun iddiaçı tərəfindən ödənilməsi tələb edilirdi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini bildirmiş, lakin hesablanmış borcun ödənilməməsi halında qazın verilməsinin dayandırılacağı bildirilmişdir. Qeyd edilmişdir ki, cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui istifadə edərək borcu iddiaçıya ödətdirməyə çalışır. Xeyli müddət keçməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən hər hansı araşdırma aparılmamışdır. İddiaçı cavabdeh tərəfindən saxta aktların tərtib olunduğunu iddia edərək, iddiasını bununla əsaslandırmışdır ki, abonent saldosuna baxdıqda görmək olur ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi təbii ki bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən 2021-ci ilin dekabr ayından 2024-cü ilin iyul ayınadək tərtib edilmiş aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın “Əmsal” dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Cavabdeh tərəfindən tərtib edilmiş saxta aktların bəzilərində “İstehlakçının nümayəndəsi” bölümündə iddiaçının adı və soyadı yazılaraq imzalanmışdır. Lakin iddiaçının şəxsiyyət vəsiqəsində və ya tərəfindən verilmiş etibarnamədə özünün imzasına baxdıqda çox rahatlıqla görmək olar ki, həmin imzalar iddiaçıya məxsus deyil. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi cavabdeh təşkilat özlərinin müəyyən etdiyi, lakin tam qanunsuz tərzdə ümumilikdə 13094,84 manat məbləğində əlavə borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququ hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən sui istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə kiçik sahibkarların müflisləşməsinə səbəb olur. Qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh təşkilata pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış borcun silinməsi tələb edilmişdir, lakin müsbət nəticə əldə edilməmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan isə görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır. Halbuki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 31.2, 31.2.3-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.4, 5.2-ci bəndlərinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdeh İB-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli, AMX-4494/21 nömrəli qazın alğı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən istehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən istehlakçının istifadəsində 1 ədəd su qızdırıcı qazan vardır. Qaz sayğacının nömrəsi 75118449, quraşdırılma tarixi xx.xx.2016-cı il, üzərindəki plombların nömrəsi isə 03017866-dır.
8. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2021-ci ilin dekabr ayı üzrə 588,5 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
9. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin iyun ayı üzrə 122,32 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
10. xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktda qeyd olunmuşdur ki, Abşeron rayonu Novxanı kəndində F/Ş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-25 75118449 markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmur. Hesabat 64649-57289=7360, 7360x1,315=9678, 9678-7360=2318 kimi aparılmışdır.
11. xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktda qeyd olunmuşdur ki, Abşeron rayonu Novxanı kəndində F/Ş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-25 75118449 markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmur. Hesabat 57289-40547=16742, 16742x1,315=22016, 22016-16742=5274 kimi aparılmışdır.
12. xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktda qeyd olunmuşdur ki, Abşeron rayonu Novxanı kəndində F/Ş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-25 75118449 markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmur. Hesabat 20433-12395=8038, 8038x1,315=10622, 10622-8038=2544 kimi aparılmışdır.
13. xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktda qeyd olunmuşdur ki, Abşeron rayonu Novxanı kəndində F/Ş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-25 75118449 markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmur. Hesabat 29657-20473=9184, 9184x1,315=12076, 12076-9184=2892 kimi aparılmışdır.
14. xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktda qeyd olunmuşdur ki, Abşeron rayonu Novxanı kəndində F/Ş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-25 75118449 markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmur. Hesabat 40543-29653=10890, 10890x1,315=14320, 14320-10890=3430 kimi aparılmışdır.
15. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin dekabr ayı üzrə 142,12 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
16. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-cü ilin yanvar ayı üzrə 173,8 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
17. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-ci ilin fevral ayı üzrə 97,46 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
18. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin fevral ayı üzrə 367,4 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
19. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2021-ci ilin dekabr ayı üzrə 309,1 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
20. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin yanvar ayı üzrə 525,14 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
21. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-cü ilin mart ayı üzrə 190,3 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
22. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin mart ayı üzrə 707,3 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
23. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-cü ilin aprel ayı üzrə 191,18 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
24. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin aprel ayı üzrə 462 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
25. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin avqust ayı üzrə 311,52 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
26. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin may ayı üzrə 461,78 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
27. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin iyul ayı üzrə 86,25 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
28. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin sentyabr ayı üzrə 367,4 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
29. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin iyul ayı üzrə 642,25 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
30. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin oktyabr ayı üzrə 641,08 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
31. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-cü ilin iyun-iyul ayları üzrə 512,16 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
32. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-cü ilin avqust ayı üzrə 221,98 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
33. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin noyabr ayı üzrə 844,58 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
34. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-cü ilin sentyabr ayı üzrə 282,92 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
35. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-cü ilin oktyabr ayı üzrə 199,76 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
36. xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktda qeyd olunmuşdur ki, Abşeron rayonu Novxanı kəndində F/Ş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-25 75118449 markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmur. Hesabat 12395-2771=9624, 9624x1,315=12655, 12655-9624=3031 kimi aparılmışdır.
37. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, **********31422 nömrəli ödəniş arayışından görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 5000 manat ödənilmişdir.
38. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, **********62000 nömrəli ödəniş arayışından görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 1500 manat ödənilmişdir.
39. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, **********75250 nömrəli ödəniş arayışından görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 1970 manat ödənilmişdir.
40. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, **********23864 nömrəli ödəniş arayışından görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 3000 manat ödənilmişdir.
41. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 7 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 2359,41, ƏDV borcu 424,69 olmaqla, ümumilikdə 2784,1 manat təşkil edir.
42. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 635 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 1980,37, ƏDV borcu 356,47 olmaqla, ümumilikdə 2336,84 manat təşkil edir.
43. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 627 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 2251,46, ƏDV borcu 405,26 olmaqla, ümumilikdə 2656,72 manat təşkil edir.
44. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 156 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 2669,83, ƏDV borcu 480,57 olmaqla, ümumilikdə 3150,4 manat təşkil edir.
45. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 77 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 4104,68, ƏDV borcu 738,84 olmaqla, ümumilikdə 4843 manat təşkil edir.
46. **********00000 saylı abonentin saldosundan müəyyən olunur ki, həmin abonent kodu üzrə 2021-ci ilin dekabr-2024-cü ilin iyul aylarında aktlar üzrə iddiaçıya ümumilikdə 13.94,84 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
47. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək cavabdeh orqan tərəfindən əsassız hesablanmış 13094,84 manat borcun 3 gün müddətində **********00000 saylı abonent hesabından silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunması ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
48. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
49. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
50. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmənin mövqeyi
51. İddia tələbi Cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında hesablanmış 13094,84 manat məbləğində borcun iddiaçının **********00000 nömrəli abonent hesabından silinməsindən ibarətdir.
52. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, iddiaçı təbii qazdan istifadə etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Qaz sayğacı abonentə məxsus obyektdə xx.xx.2016-cı il tarixdə quraşdırılmış və həmin vaxta abonentin qazdan istifadəyə görə borcu olmamışdır. Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlardan və abonent saldosundan müəyyən olunur ki, iddiaçıya qazdan istifadəyə görə 13094,84 manat borc hesablanmışdır.
52. Məhkəmə hesab edir ki, həmin borc iddiaçıya əsassız olaraq hesablanmışdır.
53. Belə ki, əvvəla, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir və həmin məbləğ iddiaçıdan tutula bilməz.
54. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən tərtib edilən akt və onun hüquqi nəticələri qanunsuz olunduğundan, Cavabdeh tərəfindən aktlar əsasında hesablanmış 13094,84 manat (on üç min doxsan dörd manat səksən dörd qəpik) məbləğində borc İddiaçı **********00000 saylı abonent hesabından silinməlidir.
55. Eləcə də, iddiaçı dövlət rüsumuna görə ödənilmiş 129,28 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
56. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129,28 manat (yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən aktlar əsasında hesablanmış 13094,84 manat (on üç min doxsan dörd manat səksən dörd qəpik) məbləğində borc İddiaçı **********00000 saylı abonent hesabından silinsin. Cavabdehndən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129,28 manat (yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova