Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-616/2023 11.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X7 qızının katibliyi, iddiaçı “X9 və X5 ticarət LTD” şirkətinin nümayəndəsi Vəkil və Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh nümayəndələri X4 və X1 iştirakları ilə, İddiaçı “X9 və X5 ticarət LTD” şirkətinin cavabdeh Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdehnə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X9 və X5 ticarət LTD” şirkəti iddia ərizəsi və iddia tələbinin dəqiqləşirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X9 və X5 ticarət LTD Şirkəti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli X8 üzrə cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində çadırlara dəymiş 46480 EURO ziyanın və 15000 TL pul vəsaitinin, mediasiya xərci olaraq ödənilmiş 400 manat, sənədlərin təsdiqi ilə əlaqədar ödənilmiş 200 manat, hüquqi xidmət haqqı olaraq ödənilmiş 150 manat vəsaitin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdehndən alınaraq X9 və X5 ticarət LTD Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. I. Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh ilə xx.xx.2022-ci il tarixli X8 imzalanmışdır. Müqaviləyə əsasən podratçı olaraq sifarişçini çadırlarla təmin etməli, sifarişçi isə icarə haqqı ödəməli idi. X9 və X5 Ticarət LTD Şirkəti olaraq Baku Crystal halda Teknofest tədbiri üçün çadırları quraşdırdığımız sahə üzrə məsul şəxslər çadırın təhlükəsizliyi üçün hər bir ayağa 280 kq beton lövhələr qoyaraq yerə bərkitmədən quraşdırma etməyimizi tələb etdilər. Şirkət tərəfindən 280 kq-lıq lövhələrin kifayət etməyəcəyini və çadırlara zərər dəyəcəyini bildirdik. Lakin cavabdeh təşkilat tərəfindən həmin çadırların yerə bərkidilməsinə icazə verilmədi. Güclü külək zamanı çadırlara ziyan dəydi. Çadırların ilkin şəkilləri və sonrakı şəkilləri bu halı təsdiq edir. Halbuki, tərəflər arasında imzlanmış müqavilənin 4o maddəsinin tələbinə əsasən çadır quraşdırılmağa başlanacağı gün sahə təmin olunmasını, çadırların quraşdırlmasına hər hansı maneənin olmamasına görə sifarişçi məsuliyyət daşıyırdı. Güclü külək nəticəsində çadırlara ziyan dəydiyi və yararsız hala düşdüyü üçün Mübariz bəylə imzalanmış müqaviləyə əlavə olaraq protokol imzalanmış və ziyan dəymiş çadırların əvəzinə yeni köməkçi dəstək çadırlar gətirilmişdir. Cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsi Rövşən bəylə danışarkən Mübariz bəy çadırların yerə bərkidilməsinə icazə ala bilmədiyini bildirdi. Çadırlarımıza ziyan dəydikdən sonra yerə bərkitməyimizə icazə verildi. Əvvəlcədən yerinə yetirilməli olan ehiyyat tədbirləri çadırlarımıza ziyan dəydikdən sonra təmin edildi. Halbuki, güclü külək olduğu zaman işi icra edə bilən köməkçi komanda olsaydı, dərhal müdaxilə edilərdi və çadırlara dəymiş ziyanın qarşısı alına bilərdi. Aramızda imzalanmış müqavilənin 4.k maddəsinin tələbinə əsasən isə çadırları quraşdırmağa başladığımız gün çadır quraşdırma işini bilən 12 işçi sahədə iştirak etməli idi və bunun üçün məsuliyyəti sifariçi daşıyırdı. Həmin işçilərin iş saatlarını isə podratçı müəyyən etməli idi. Təəsüflər olsun ki, cavabdeh təşkilat müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini icra etməmişdirlər. İşçilər ilə danışdıqda isə bəlli oldu ki, onların çadır ilə əlaqədar məlumatları belə yoxdur. Bizə sahə üzrə məsul şəxs olaraq Murad bəyi təqdim etmişdirlər. Murad bəyə iş üçün ayrılmış şəxslərin çadır işlərini bilmədiyini bildirdik. Bizə işi bilən 12 şəxs göndərmələrini xahiş etdik. Lakin işi bilən işçi ilə təmin olunmadıq. Türkiyədən gələn 2 işçi ilə bütün işləri bitirərək təhvil verdik. Çadırlara dəymiş ziyanla bağlı aktlaşma tərtib olunmasını xahiş etdik. Cavabdeh təşkilat aktlaşma edə bilməyəcəklərini bildirdilər. Biz öz işçi komandamız ilə birlikdə ziyan dəymiş materialları müəyyən edərək istehsalçı firmadan qiymətlərlə bağlı siyahı alaraq cavabdeh təşkilata təqdim etdik. Lakin dəymiş ziyan bu günə qədər bizə ödənilmədi. İş başa çatdıqdan sonra çadırların təhlükəsizliyi üzrə məsul şəxslərin öhdəliklərini icra etməməsi nəticəsində çadırın təhlükəsizliyi üçün alınana spanzet və bağlama aparatlarının bir qismi oğurlanmışdır.Tərəflər arasında imzalanmış müqavilənin 4F maddəsinin tələbinə əsasən isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər çadırın 24 saat təhlükəsizliyinə görə sifarişçi məsuliyyət daşıyırdı. Murat bəy bizim işçilərdən 52 ədəd spanzet və bağlantı aparatlarıalmış həmin sahədə çalışan digər firmalara vermişdir. Onlardan həmin spanzet və aparatların bizə təhvil vermələrini xahiş etdikdə isə həmin ləvazimatları qaytara bilməyəcəklərini bildirdilər. Türkiyə Respublikası Gömrük məntəqəsində nəzarət zamanı Azərbaycan Respublikasına gətirilən yuxarıda qeyd edilən malların natamam olduğu məlum oldu və 15000 TL cəza təyin edildi, nəqliyyat vasitələri isə 2 gün gömrükdə saxlanıldı. Yəni cavabdeh təşkilatın müqavilə şərtlərinə əməletməyərək üzərilərinə götürdüyü öhdəlikləri icra etməməsi nəticəsində bizə 46480 EURO ziyan, bizim işçilərdən aldıqları 52 ədəd spanzet və bağlantı aparatlarını (həmin sahədə çalışan digər firmalara veriblər) geri qaytarmaması nəticəsində isə 15000 TL ziyan dəymişdir. Rəsmi qaydada pretenziya ilə müraciət edərək dəymiş ziyanın ödənilməsini xahiş etmişik. Lakin müraciətlərimizcavabsız və nəticəsiz qalmışdır. Qanunvericliyin tələbinə əsasən aramızda olan mübahisənin mediasiya vasitəsi ilə həlledilməsi üçün 14 saylı Mediasiya təşkilatına müraciət etdik. Cavabdeh təşklatın nümayəndəsinin iştirakı ilə mediasiya prosesi oldu. Lakin mediasiya prosesində cavabdeh ilə hər hansı razılaşma əldə edə bilmədik və ilkin mediasiya prosesindən sonra prosesin davam etdirilə bilməməsi barədə arayış aldıq. Tərəflər arasında imzalanmış müqavilənin 4lmaddəsinin tələbinə əsasən çadırların yerə birləşdirilməsi üçün beton bloklar vasitəsi ilə dəstəklənməli idi. İş sahəsində hazır olacaq şəkildə 70 ədəd beton blok lazımdır. Sahəyə beton blokların hazır olmasına görə isə Sifarişçi məsuliyyət daşıyırdı. Yəni çadırlar müqavilə şərtlərinə əsasən yerə birləşdirilməli idi. Tərəflər arasında imzalanmış müqavilənin 4h maddəsinin tələbinə əsasən çadırın istifadəsi zamanı görə biləcəyi məhkəmə qərarı ilə qüvvəyə minmiş qüsuru nisbətində olan maddi zərər və ziyana görə sifarişçi məsuliyyət daşıyır. Cavabdeh Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh elektron məhkəmə informasiya sisteminə etiraz yükləmiş və etirazında bildirmişdir ki, şirkət tərəfindən çadırların quraşdırılma yerinin dənizkənarı ərazi olması və bu ərazilərdə küləkli hava şəraitinin üstünlük təşkil etməsi nəzərə alınmalı, hava şəraitinə uyğun konstruksiyalar seçilməli idi. Qeyd olunan hal şirkət tərəfindən bu kimi amillərin nəzərə alınmaması səbəbindən baş vermişdir. Əlavə olaraq müqavilədə çadırların 102,00 km/saat (28,333m/san, ötən ilin may ayı ərzində qeyd olunan sürətdə külək müşahidə olunmamışdır) küləyə qarşı davamlılığı qeyd olunmuşdur. Lakin, çadır qurulan gün Bakı və Abşeron yarımadasında külək 18m/san olmuşdur (Milli Hidrometerologiya Xidmətinin 01.05.202İ2-Cİ il tarixli məlumatı əlavə olunur) ki, podratçının qeydinə inandıqda bu küləyin çadır üçün heç bir təhlükə törətmədiyi məlum olur.İddiaçı ərizəsində bildirir ki, “güclü külək nəticəsində çadırlara ziyan dəydiyi və yararsız hala düşdüyü üçün Mübariz bəylə aramızda imzalanmış müqaviləyə əlavə olaraq protokol imzaladıq və ziyan dəymiş çadırların əvəzinə yeni köməkçi dəstək çadırlar gətirdik.” Bildiririk ki, iddiaçı ilə yalnız bir dəfə - xx.xx.2022-ci il tarixində həmin dövrdə idarənin rəisi Heydər Rüstəmov “Ek Protokol" yəni, “Əlavə Protokol” imzalamış və bu protokola əsasən müqavilənin 2-ci maddəsində qeyd olunan 3 ədəd 10x100 Hİ-TECH Alüminium Konstruksiyalı çadır sadəcə 1 ədəd 10x105 Hİ-TECH Alüminium Konstruksiyalı çadırla əvəz edilmişdir (protokol əlavə edilir). İddia ərizəsində göstərilir ki, “bizə işi bilən 12 şəxs göndərmələrini xahiş etdik. Lakin, işi bilən işçi ilə təmin olunmadıq. Türkiyədən gələn 2 işçi ilə bütün işləri təhvil verdik” Müqavilənin 3-cü bəndinə əsasən “X9 ve X6 ticaret LTD Şirketi" 2-ci maddədə məlum işi məlum müddətdə və şərtlərlə icra etməyə bocludur.” Müqavilənin 4a bəndinə əsasən “çadırın icarəsi ilə əlaqədar podratçının təklif etdiyi nəqliyyat, işçi personalının transferi, onların yaşayış yeri, yaşayış xərcləri, montaj və sökülmə xərcləri sifarişçi tərəfindən ödəniləcəkdir”. İş personalını say tərkibini müəyyən etmək bilavasitə şirkətin səlahiyyətinə, çəkilən xərcləri ödəmək vəzifəsi isə DRİ-yə aiddir. İddiaya görə “iş başa çatdıqdan sonra çadırın təhlükəsizliyi üzrə məsul şəxslərin öhdəliklərini icra etməməsi nəticəsində çadırların təhlükəsizliyi üçün alınan spanzet və bağlama aparatlarının bir qismi oğurlanmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 4f maddəsinin tələbinə əsasən isə 01,05.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər çadırın 24 saat təhlükəsizliyinə görə Sifarişçi məsuliyyət daşıyırdı. Türkiyə Respublikası Gömrük məntəqəsində nəzarət zamanı Azərbaycan Respublikasına gətirdiyimiz yuxarıda qeyd edilən malların natamam oluğu məlum oldu və 15000 türk lirəsi cəza təyin edildi. Yəni, cavabdeh təşkilatın müqavilə şərtlərinə əməl etməyərək üzərinə götürdüyü öhdəlikləri icra etməməsi nəticəsində bizə 46480 avro ziyan, bizim işçilərdən aldıqları 52 ədəd spanzet və bağlantı aparatlarının geri qaytarılmaması nəticəsində isə 15000 türk lirəsi ziyan dəymişdir. Nəzərinizə çatdırırıq ki, DRİ çadırlar üçün alınmış avadanlıqlara görə məsuliyyət daşımır. Belə ki, müqavilədə bu barədə müddəa nəzərdə tutulmamışdır və DRİ-yə təhvil verilib-alınması barədə tərəflər arasında heç bir rəsmi sənəd yoxdur. İddiaçı bildirir ki, "Tərəflər arasında imzalanmış müqavilənin 4İ maddəsinin tələbinə əsasən çadırların yerə birləşdirilməsi üçün beton bloklar vasitəsilə dəstəklənməli idi. iş sahəsində hazır olacaq şəkildə 70 ədəd beton blok lazımdır. Sahəyə beton blokların hazır olmasına görə isə Sifarişçi məsuliyyət daşıyırdı. Yəni çadırlar müqavilə şərtlərinə əsasən yerə birləşdrilməli idi.” Bununla əlaqədar bildiririk ki, müqavilənin 4İ. bəndində qeyd olunmuşdur ki, "çadırlar yerə bastırılmaması səbəbilə beton bloklarla dəstəklənməlidir. Çalışma sahəsində hazır olacaq 70 ədəd beton blok lazımdır. Sahədə beton blokların hazır olmasına sifarişçi cavabdehdir. Müqavilənin 4İ. bəndində çadırın yerə bərkidilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, DRİ müqavilə öhdəliyinə əməl edərək çalışma sahəsini beton bloklarla təmin etmişdir. Bu məqsədlə DRİ "Starknet” MMC ilə xx.xx.2022-ci il tarixində müqavilə bağlamış və beton blokları icarəyə götürmüşdür Məhkəmə iclasında iştirak edən “X9 və X5 ticarət LTD” şirkətinin nümayəndəsi Vəkil iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun izahat vermiş, bununla yanaşı əlavə olaraq birdirmişdir ki, Bakı şəhərində 26-29 may 2022-ci il tarixlərdə keçirilməsi nəzərdə tutulan “Teknofest” Aerokosmik və Texnoloji festivalı öncəsi çadırların quraşdırılması məqsədi ilə tərəflərin arasında icarə müqaviləsi bağlanmış, lakin Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, belə ki, müqavilənin “4k” bəndinə uyğun işçi təqdim etməmiş, “4l” bəndlə bağlı yüngül çəkidə 70 ədəd beton bloklar təqdim edilmiş, bununla yanaşı festival, Bakı Bulvarında yerləşən “Crystal Hall”a yaxın olan ərazidə keçirildiyinə görə çadırların yerə bərkidilməsi qadağan edilmiş, beton blokların altına (yerin cızılmaması üçün) isə taxta parçaları qoyulmuş, nəticədə çadırların küləyə davamlığı olmamış və 05-06 may tarixlərində olan yüksək külək artıq inşa edilmiş çadırları dağıtmış və nəticədə zədələnmiş çadırları yenisi ilə əvəz etmək məqsədi ilə iddiaçı əlavə 46480 EURO məbləğində xərclər çəkmişdir. Bununla yanaşı Türkiyə Respublikasından gətirilən və cavabdehin göstərişi əsasında orada olan və iş görən digər şirkətlərin əməkdaşlarına müvəqqəti verilmiş 52 ədəd spanzet və bağlantı aparatları festivalın sonunda geri qaytarılmamış, nəticədə şirkət Türkiyə Respublikasının gömrük orqanları tərəfindən 15000 türk lirəsi məbləğində cərimə edilmişdir. Həmçinin izahatında çadırların yerə bərkidilməməsi, beton blokların altına taxta parçalarının qoyulması, 52 ədəd spanzet və bağlantı aparatlarının iş görən digər şirkətlərin əməkdaşlarına verilməsi ilə bağlı göstərişi cavabdehin nümayəndələri Mübariz və Rövşən adlı şəxslər vermiş, hətta Mübariz Abdullayev cavabdehin adından sənədlərin birini imzalamışdır. Nümayəndə bununla yanaşı hadisənin 05-06 may 2022-ci il tarixdə baş verdiyini nəzərə alaraq müqavilənin “4h” və “4f” bəndinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh nümayəndələri X4 və X2 iddianı qəbul etməyərək etiraza uyğun izahat verərək əlavə olaraq izahatlarında çadırların yerə bərkidilməməsi, beton blokların altına taxta parçalarının qoyulması, 52 ədəd spanzet və bağlantı aparatların iş görən digər şirkətlərin əməkdaşlarına verilməsi ilə bağlı idarənin nümayəndələri tərəfindən göstərişlərin verilmədiyini, Mübariz Abdullayevin isə ümumiyyətlə idarənin əməkdaşı olmadığını bildirərək, müqavilənin “4f” bəndinə əsasən idarənin yalnız təhlükəsizliyə görə cavabdeh olduğunu, “4h” bəndinə əsasən hadisənin çadırların istifadəsi zamanı baş vermədiyini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. II. İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli iddiaçı “X9 və X5 ticarət LTD” şirkəti ilə Cavabdeh arasında bağlanmış çadır icarəsi müqaviləsindən görünür ki, müqaviləyə əsasən “X9 və X5 ticarət LTD” şirkəti Cavabdeh çadırlarla təmin etməli, Cavabdeh isə icarə haqqını ödəməli idi. Müqavilənin 4c maddəsinə əsasən bu müqavilədə təsvir olunan çadır icarəyə götürmə işi əsasında ehtiyac olacaq bütün alət, avadanlıq və maşın podratçının məsuliyyətindədir. Müqavilənin 4l maddəsinə əsasən "çadırlar yerə bastırılmaması səbəbilə beton bloklarla dəstəklənməlidir. Çalışma sahəsində hazır olacaq 70 ədəd beton blok lazımdır. Sahədə beton blokların hazır olmasına sifarişçi cavabdehdir. Müqavilənin 4f maddəsinə əsasən 01,05.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər çadırın 24 saat təhlükəsizliyinə görə Cavabdeh məsuliyyət daşıyır. Müqavilənin 4h maddəsinə əsasən çadırın istifadəsi zamanı görə biləcəyi məhkəmə qərarı ilə qüvvəyə minmiş qüsuru nisbətində olan maddi zərər və ziyana görə Cavabdeh məsuliyyət daşıyır. Müqavilənin 4k maddəsinə əsasən çadırların quraşdırmaya başlanacağı gün sahədə çadır quraşdırma işin bilən ən az 12 işçi sahədə iştirak etməli və Cavabdeh məsuliyyəti altındadır. İş saatları iş yükünə görə podratçı müəyyən edəcəkdir. Müqavilənin 4l maddəsinə əsasən çadırların yerə birləşdirilməsi üçün beton bloklarla dəstəklənməlidir. İş sahəsindən hazır olacaq şəkildə 70 ədəd beton blok lazımdır. Sahəyə beton blokların hazır olmasına görə Cavabdeh məsuliyyət daşıyır. xx.xx.2022-ci il tarixli iddiaçı “X9 və X5 ticarət LTD” şirkəti ilə Cavabdeh arasında bağlanmış əlavə protokoldan görünür ki, 3 ədəd 10x100 Hİ-TECH Alüminium Konstruksiyalı çadır sadəcə 1 ədəd 10x105 Hİ-TECH Alüminium Konstruksiyalı çadırla əvəz edilmişdir. Yaranmış 50 m2-lik qiymət fərqi müqavilədə qeyd olunan 5-ci maddəyə bağlı qalaraq 650 ABŞ dolları ümumi məbləğə daxil ediləcək. 01 may 2022-ci il tarixli ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən çıxarışdan görünür ki, aprelin 30-u gün ərzində şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək güclənib. 20 aprel 2023-cü il tarixli DRİ-16 nömrəli Cavabdeh verdiyi arayışdan görünür ki, Mübariz Abdullayev ilə Cavabdeh arasında 2022-ci il ərzində əmək münasibətləri olmamışdır. III. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. IV. Məhkəmənin gəldiyi nəticə Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhərində 26-29 may 2022-ci il tarixdə Bakı Bulvarında “Crystal Hall”a yaxın olan ərazidə keçirilməsi nəzərdə tututan “Teknofest” Aerokosmik və Texnoloji festival çərçivəsində cavabdeh Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh ilə iddiaçı “X9 və X5 ticarət LTD” şirkəti arasında xx.xx.2022-ci il tarixdə X8 bağlanmış, may ayın əvvəli sonuncu tərəfindən çadırlar quraşdırılsa da, 05-06 may tarixlərində olan yüksək külək çadırları dağıtmış və nəticədə zədələnmiş çadırları yenisi ilə əvəz etmək məqsədi ilə iddiaçının istinad etdiyi kimi 46480 EURO məbləğində xərclər çəkilmişdir. Həmçinin iddiaçının istinad etdiyi kimi Türkiyə Respublikasından gətirilən və cavabdehin göstərişi əsasında orada olan və iş görən digər şirkətlərin əməkdaşlarına müvəqqəti vermək 52 ədəd spanzet və bağlantı aparatları festivalın sonunda geri qaytarılmamış, nəticə şirkət isə Türkiyə Respublikasının gömrük orqanları tərəfindən 15000 türk lirəsi məbləğində cərimə edilmişdir. İddiaçının nümayəndəsi izahatında güclü külək nəticəsində çadırların dağılmasının səbəbinin cavabdehin nümayəndələri tərəfindən “çadırların yerə bərkidilməməsi ilə və yüngül beton blokların altına taxta parçaları qoyulması barədə” göstərişlərin verilməsi nəticəsində baş verdiyini, həmçinin spanzet və bağlantı aparatların verilməsi ilə bağlı cavabdehin nümayəndəsinin göstərişinin olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi “çadırların yerə bərkidilməməsi, beton blokların altına taxta parçaların qoyulması, 52 ədəd spanzet və bağlantı aparatları” ilə bağlı göstərişlərin idarənin nümayəndələri tərəfindən verilmədiyini Mübariz Abdullayevin isə ümumiyyətlə idarənin əməkdaşı olmadığını idarənin yalnız təhlükəsizliyə görə cavabdeh olduğunu, hadisənin isə festivaldan öncə baş verdiyini bildirmişlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, iddia rədd edilməlidir, belə ki, iddiaçı “çadırların yerə bərkidilməməsi, beton blokların altına taxta parçaların qoyulması, 52 ədəd spanzet və bağlantı aparatları” ilə bağlı göstərişlərin məhz idarənin nümayəndələri tərəfindən verilməsi barədə sübutlar təqdim etməmiş, hətta sübut təqdim edilsəydi belə məhkəmə hesab edir ki, çadırların yerə bərkidilməməsi və beton blokların altına taxta parçaların qoyulması sözügedən çadırların küləyə davamlılığını kifayət qədər aşağı salırdısa “X9 və X5 ticarət LTD” şirkəti quraşdırma işlərini dayandırmalı idi, lakin bunu etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, müqavilənin “4f” bəndinə əsasən Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh təbii hadisələr nəticəsində baş verəcək zərərlə bağlı deyil, yalnız təhlükəsizliyə görə məsuliyyət daşıyır, “4h” bəndinə əsasən isə cavabdeh zərərə görə yalnız çadırın istifadəsi zamanı məsuliyyət daşıyır, çadırlar isə 26-29 may 2022-ci il tarixlərdə istifadə edilmiş, güclü külək isə 05-06 may 2022-ci il tarixlərdə olmuşdur. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı “X9 və X5 ticarət LTD” şirkətinin cavabdeh Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdehnə qarşı tərəflərin arasında imzalanmış xx.xx.2022-ci il tarixli X8 üzrə cavabdeh Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində çadırlara dəymiş 46480 EURO ziyanın və 15000 TL pul vəsaitinin, mediasiya xərci olaraq ödənilmiş 400 manat, sənədlərin təsdiqi ilə əlaqədar ödənilmiş 200 manat, hüquqi xidmət haqqı olaraq ödənilmiş 150 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı “X9 və X5 ticarət LTD” şirkətinin cavabdeh Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdehnə qarşı tərəflərin arasında imzalanmış xx.xx.2022-ci il tarixli X8 üzrə cavabdeh Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində çadırlara dəymiş 46480 EURO ziyanın və 15000 TL pul vəsaitinin, mediasiya xərci olaraq ödənilmiş 400 manat, sənədlərin təsdiqi ilə əlaqədar ödənilmiş 200 manat, hüquqi xidmət haqqı olaraq ödənilmiş 150 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-616/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-616/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver