Məhkəmə qərarları › İş №e-2-2(113)-6184/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6184/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6184/2023 17.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı ASC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 2424,86 manat əsas borc, 310,80 manat məbləğində faiz borcu, 26,44 manat məbləğində cərimə və 60 manat məbləğindəmediasiya xərcinin müştərək qaydada tutulması haqqında qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 153.1.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “AZEMİS” məhkəmənin elektron sistemindən müəyyən olunmuşdur ki, cavabdeh X2 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Göründüyü kimi cavabdehlərdən biri X2 xx.xx.2022-ci il tarixdə öldüyünə görə hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə X1 hüquqi varisliyi müəyyən edilməlidir. Odur ki məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixdə ölmuş cavabdeh X1 hüquqi varisliyi müəyyən edilmədiyindən iddianın yolverilməzliyinə görə məhkəmədə baxılmaması əsası ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, Q Ə R A R A A L D İ M: İddiaçı ASC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı ASC-yə izah edilsin ki, ölmüş cavabdeh X1 hüquqi varisi müəyyən edildikdən sonra yenidən məhkəməyə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar