Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-619/2025 21.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə, "xxxx" ASC-yə və Cavabdeh3 QSC BOKT-a qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə, "xxxx" ASC-yə və Cavabdeh3 QSC BOKT-a qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə, "xxxx" ASC-yə və Cavabdeh3 QSC BOKT-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasının satışına air 10 mart 2016-cı il tarixdə keçirilən hərracın nəticələrinin, həmçinin hərracın nəticələri haqqında Y-105 saylı yekun Protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC ərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə istinad olunaraq mənə və X2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamənin ipoteka predmetinin qiymətləndirilməsi hissəsindən Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-838/2015 saylı, 05 mart 2015-ci il tarixli qətnaməsi ilə “X1 40.000 manat əsas borc, 8400 manat kreditə görə faiz borcu, ümumilikdə 48.400 manat və 23.10 manat ödənilmiş dövlət rüsumu məbləğinin "xxxx" ASC-nin xeyrinə tutulması, İddiaçı məxsus ünvan 2-da yerləşən, ümumi sahəsi ,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasının ixtisaslaşdırılmış açıq hərracda satılması və qeyri-yaşayış binasının ilkin satış qiymətinin 125.000 manat məbləğində müəyyən edilməsi, ünvan 2-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyriyaşayış binasının satışından əldə olunmuş vəsaitdən 48.423 manat 10 qəpiyin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi” qət olunmuşdur. Qətnamə icra olunması üçün Qaradağ Rayon İcra Şöbəsinə göndərilmişdir. Qaradağ Rayon İcra Şöbəsi isə "xxxx" MMC-yə ərizə ilə müraciət edərək əmlakın satışının təşkil edilməsini xahiş etmişdir. Mübahisəli əmlak ilk dəfə "xxxx" MMC tərəfindən 15 yanvar 2016-cı il tarixdə 125.000 manata satılması üçün hərraca ıxarılmışdır. Hərrac baş tutmadığı üçün əmlak ikinci dəfə xx.xx.2016-cı il tarixdə 106.250 manata satışa çıxarılmışdır. Lakin hərrac yenidən baş tutmamışdır. Hərracın nəticələri haqqında Y-105 saylı yekun Protokoldan və alqı-satqı müqaviləsindən də göründüyü kimi mübahisəli əmlak xx.xx.2016-cı il tarixdə 79.688 manata "xxxx" ASC-yə satılmışdır. Məlumat üçün bildirirəm ki, 15 yanvar 2016-cı il, 19 fevral 2016-cı il, 10 mart 2016-cı il tarixdə keçirilən hərracın keçirilməsi ilə bağlı mənə rəsmi və ya qeyri rəsmi, heç bir məlumat verilməmişdir. Həmçinin iş materiallarında olan 05 fevral 2016-cı il tarixli bildirişdən də göründüyü kimi 19 fevral 2016-cı il tarixdə keçirilmiş hərrac barədə məlumat 15 gün öncə deyil, 14 gün öncə göndərilmişdir. Həmçinin iş materiallarından da göründüyü kimi 10 mart 2016-cı il tarixdə keçirilən sonuncu hərrac barədə ümumiyyətlə mənə məlumat göndərilməmişdir. Bundan başqa mübahisəli əmlakın hərracda satışından əldə edilmiş 79.688 manatın bank borcundan sonra qalan 31.264 manat 90 qəpiyi mənə ödənilməmiş ümumiyyətlə bu barədə məlumat verilməmişdir. Xüsusilə qeyd etməliyəm ki, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən mənzilin satılması ilə əlaqədar mənə icraata başlamaq haqqında qərar və ildiriş təqdim edilməmişdir. Yuxarıda göstərilən xüsusatları qeyd edərək iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə tərəfimizdən müraciət edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-997/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Tərəfimizdən verilmiş apellyasiya şikayəti BakıApellyasiya Məhkəməsinin 2(103)-6250/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə qismən təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-997/2023 aylı iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərə əsasən iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır. İş materiallarından da göründüyü kimi "xxxx" ASC-nin və Cavabdeh3 QSC BOKT-nın birgə yaratdığı Təhvil- Təslim Komissiyasının 29 may 2019-cu il arixli, 22 nömrəli iclas protokoluna əsasən, ünvan 2-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Hazırda mübahisəli əmlak "xxxx" ASC-nin mülkiyyətindədir. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
4. İşdə iştirak digər şəxslər isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, işdə iştirak edən digər şəxslər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı və cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. - 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
9. “İpoteka haqqında” Qanunun: - 41-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; - 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir; - 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın; - 43.4 və 43.5-ci maddələrinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır; - 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər; - 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
10. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərində İddiaçı tam mülkiyyət hüququ xx.xx.2011-ci il tarixində dövlət qeydiyyatına alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-838/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən müəyyən edilir ki, X1 40.000 manat əsas borc, 8400 manat kreditə görə faiz borcu, ümumilikdə 48.400 manat və 23.10 manat ödənilmiş dövlət rüsumu məbləğinin "xxxx" ASC-nin xeyrinə tutulması, İddiaçı məxsus ünvan 2-da yerləşən, ümumi sahəsi ,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasının ixtisaslaşdırılmış açıq hərracda satılması və qeyri-yaşayış binasının ilkin satış qiymətinin 125.000 manat məbləğində müəyyən edilməsi, ünvan 2-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyriyaşayış binasının satışından əldə olunmuş vəsaitdən 48.423 manat 10 qəpiyin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, qeyri-yaşayış binasının satışından götürülmüş məbləğ "xxxx" ASC-nin tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin X1 "xxxx" ASC-nin xeyrinə tutulması, qeyri-yaşayış binasının satışından əldə edilmiş məbləğ "xxxx" ASC-nin tələbindən artıq olarsa, artıq məbləğin İddiaçı qaytarılması, X1 150 (yüz əlli) manat məbləğində ekspertiza xərcinin dəyərinin tutularaq “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə ödənilməsi, "xxxx" ASC-dən və X1 150 (yüz əlli) manatın tutulub Əmlak Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2015-ci ildə qanuni qüvvəsini almış və xx.xx.2015-ci il tarixdə icra edilməsi üçün Qaradağ rayon icra şöbəsinə göndərilmişdir.
12. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Bağırovun xx.xx.2015-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-838/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə 17 iyun 2015-ci il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata başlanılmışdır.
13. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi "xxxx" MMC-yə xx.xx.2015-ci il tarixli xx/xx-26266/8 məktubla müraciət edərək, ipoteka premeti olan İddiaçı məxsus ünvan 2-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasının satılmasının təşkil edilməsini xahiş etmişdir.
14. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli hərrac bildirişindən görünür ki, ünvan 2-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 125.000 manat olmaqla hərraca çıxarılması 15 yanvar 2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir.
15. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli hərrac bildirişindən görünür ki, ünvan 2-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 106.250 manat olmaqla hərraca çıxarılması 19 fevral 2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir.
16. İş materiallarından görünür ki, "xxxx" MMC-nin hərracın nəticələri haqqında xx.xx.2016-cı il tarixli Y-105 nömrəli protokola əsasən ünvan 2-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binası "xxxx" ASC tərəfindən 79.688 manata alınmışdır.
17. "xxxx" MMC ilə "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakların alqısatqısı barədə xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır.
18. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərində "xxxx" ASC-nin tam mülkiyyət hüququ xx.xx.2017-ci il tarixində dövlət qeydiyyatına alınmışdır.
19. “Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında“ Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 N-li Fərmanının 2.3.1-ci bəndinə əsasən "xxxx" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək; 2.3.3-cü bəndinə əsasən tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya İxtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək vəzifələrini yerinə yetirmək “Aqrarkredif QSC”-nə həvalə edilmiş, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi və ona dair bütün hüquqlar problemli kredit aktivi kimi xx.xx.2017-ci il tarixli təhvil-təslim aktı əsasında Cavabdeh3 QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir.
20. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərində Cavabdeh3 QSC BOKT-un tam mülkiyyət hüququ xx.xx.2017-ci il tarixində dövlət qeydiyyatına alınmışdır.
21. "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına əsasən, Cavabdeh3 QSC BOKT-un "xxxx" ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi, Azərbaycan Respublikası ərazisində yerləşən və onun balansında olan əmlak, o cümlədən ünvan 3 ünvanında yerləşən, 81.6 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası "xxxx" ASC-nin mülkiyyətinə verilmiş, Fərmanın 2-ci hissəsində qeyd olunan dövlət əmlakının "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etmək məqsədilə "ASK” ASC-nin və "Aqrarkredit” QSC BOKT-nın nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasının 29 may 2019-cu il tarixli 22 nömrəli iclas protokoluna əsasən Cavabdeh3 QSC BOKT-un mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən, 81.6 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası "Aqrarkredit” QSC BOKT tərəfindən "xxxx" ASC-yə verilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 401486 nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərində "xxxx" ASC-nin tam mülkiyyət hüququ xx.xx.2019-cu il tarixində dövlət qeydiyyatına alınmışdır.
22. İş materiallarından görünür ki, "xxxx" ASC-nin İddiaçı qarşı “cavabdehin qeyriyaşayış binasından çıxarılaraq binanın boşaldılması” tələbi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir.
23. Qeyd edilmiş qətnamə qanuni qüvvəsini almışdır.
24. Hazırda İddiaçı ünvan 2-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasının satışına air 10 mart 2016-cı il tarixdə keçirilən hərracın nəticələrinin, həmçinin hərracın nəticələri haqqında Y-105 saylı yekun Protokolun etibarsız hesab edilməsini tələb edir.
25. İş materiallarından da, göründüyü kimi, xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli bildirişlərdən məlum olur ki, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərində keçiriləcək hərraclarla bağlı İddiaçı ünvanına bildirişlər göndərilmişdir. Həmçinin də, artıq İddiaçı qeyd edilmiş ünvandan çıxarılması barədə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır.
26. Bütün bunlar onu deməyə əsas verir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə keçirilmiş hərracın nəticələri, əmlakın satılması barədə məlumatlı olmuşdur.
27. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin keçməsi barədə dəlili əsassız olmaqla, mübahisəli hərracın keçirilməsi zamanı hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola biləcək pozuntuya yol verilməsi müəyyən edilmədiyindən hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair hazırkı iddia tələbi əsassız olmaqla rədd edilməlidir.
28. Belə olan halda məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
V. Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı "xxxx" ASC-yə, "xxxx" MMC-yə, "xxxx" ASC-yə və Cavabdeh3 QSC BOKT-a qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov