Məhkəmə qərarları › İş №e-2-2(113)-6205/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6205/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6205/2024 23.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas borc, faiz borcu, cərimə borcu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh1 MMC-nin təsisçi və direktoru, həmçinin cavabdeh olaraq Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 birgə qaydada DC00278952-02 saylı kredit müqaviləsinə əsasən 4975,36 manat əsas borc, 126,42 manat faiz borcu, 412,91 manat cərimə borcu olmaqla, cəmi 5514,69 manat borcun, DC00278952-03 saylı kredit müqaviləsinə əsasən 19663,71 manat əsas borc, 2489,42 manat faiz borcu, 484,06 manat cərimə borcu olmaqla, cəmi 22637,19 manat borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 174,46 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə “BESTLİNE GROUP MMC” (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-02938LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X5 çərçivəsində xx.xx.2022-ci il tarixli DC00278952-02 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 25,000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bundan başqa “Bank” ilə “BESTLİNE GROUP MMC” arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC00278952LE/2019 saylı Razılaşmaimzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X5 çərçivəsində xx.xx.2022-ci il tarixli DC00278952-03 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 29,613 manat məbləğində dövlət və digər xərclərin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borcalan Cavabdeh1 MMC-nin Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə: Bank ilə Cavabdeh3 arasında DC00278952- 02 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********431 saylı zaminlik müqaviləsi, DC00278952-03 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********084 saylı zaminlik müqaviləsi, Bank ilə Cavabdeh4 arasında DC00278952-02 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********431 saylı zaminlik müqaviləsi, DC00278952-03 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********084 saylı zaminlik müqaviləsi, Bank ilə Cavabdeh2 arasında DC00278952-02 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********431 saylı zaminlik müqaviləsi, DC00278952-03 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********084 saylı zaminlik müqaviləsi bağlanmışdır. Hazırda Borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri: -DC00278952-02 saylı kredit müqaviləsinə əsasən 4,975.36 manat əsas borc, 126.42 manat faiz borcu, 412.91 manat cərimə borcu olmaqla, cəmi 5,514.69 manat təşkil edir. Gecikmə günlərinin sayı 202 gündür. DC00278952-03 saylı kredit müqaviləsinə əsasən 19,663.71 manat əsas borc, 2,489.42 manat faiz borcu, 484.06 manat cərimə borcu olmaqla, cəmi 22,637.19 manat təşkil edir. Gecikmə günlərinin sayı 255 gündür. İddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 174.46 manat məbləğində dövlət rüsumu ödəmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X5nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X3 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan RespublikasıQanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən iş üzrə bütün cavabdehlər ( Cavabdeh1 MMC-nin təsisçi və direktoru, həmçinin cavabdeh olaraq Cavabdeh3, Cavabdeh2, Cavabdeh4) ayrıayrılıqda bildirdilər ki, iddia tələbində göstərilən əsas, faiz və cəmirə borclarının hər birini qəbul edirlər. Həmin borc aylara bölünə bilsə ödəniş edərlər. Hal-hazırda ödəniş etməklə bağlı problemləri var.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Cavabdeh1 MMC tərəfindən xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2020-ci il tarixli 1.0.2.№-li veriyasının və xx.xx.2022-ci il tarixli 1.0.5.№”-li versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC- 029838LE/2019 və OnGTC-0278952LE/2019 saylı razılaşmalara əsasən Cavabdeh1 MMC razılaşmanı imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair X5nun Bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa_addendum/lang,az/link üzrə yerləşdirilən xx.xx.2020-ci il 1.0.2.№-li və xx.xx.2022-ci il tarixli 1.0.5 №”-li versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edlən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdğını qəbul etmişdir.

7. xx.xx.2022-ci il tarixli, DG**********431 saylı, DG**********431, DG**********431 saylı və xx.xx.2022-ci il tarixli DG**********084 saylı, DG**********084 saylı, DG**********084 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 borcalan – Cavabdeh1 MMC ilə birlikdə bank qarşısında birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər.

8. 24.04.2022-ci il tarixli, DC00278952-02 saylı maliyyələşdirmə ərizəsinə əsasən Cavabdeh1 MMC 25000 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 17%, illik/gündəlik cərimə faiz dərəcəsi 32% olmaqla xx.xx.2024-cü il tarixinə kimi əməliyyat xərclərinin ödənilməsi məqsədilə və xx.xx.2022-ci il tarixli, DC00278952-03 saylı maliyyələşdirmə ərizəsinə əsasən Cavabdeh1 MMC 29613 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 17%, illik/gündəlik cərimə faiz dərəcəsi 32% olmaqla xx.xx.2024-cü il tarixinə kimi dövlət və digər xərclərinin ödənilməsi məqsədilə kredit götürmüşdür.

9. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli, PB-OUT-04032-2024/1 saylı bildiriş məktubundan və ona qoşma cədvəldən göründüyü kimi Cavabdeh1 MMC xx.xx.2022-ci il tarixli, OnGTC-0278952LE/2019 nömrəli bank xidmətlərinin göstərilməsinə dair X5 çərçivəsində xx.xx.2022-ci il tarixli, DC0278952-02 saylı və xx.xx.2022-ci il tarixli, DC0278952-03 maliyyələşdirmə ərizəsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və xx.xx.2024cü il tarixinə DC0278952-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 201 gün və DC0278952- 03 saylı maliyyələşdirmə ərizəsinə əsasən 254 gün gecikmə yarandığı qeyd olunmuşdur və əsas, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

10. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli, PB-OUT-00939-2024 saylı maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri 010DGAAAZN75573-DC00278952-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4975,36 manat əsas borc, 126,42 manat faiz borcu, 412,91 manat cərimə borcu olmaqla, cəmi 5514,69 manat və gecikdirilmiş günlərin sayı 202 gün və 010DGAAAZN94878-DC00278952-03 saylı kredit müqaviləsinə əsasən 19663,71 manat əsas borc, 2489,42 manat faiz borcu, 484,06 manat cərimə borcu olmaqla, cəmi 22637,19 manat qeyd olunmuşdur.

11. Məhkəmə tərəflərin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

17. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

20. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

23. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı maliyyələşdirmə üçün ərizələr üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə DC00278952-02 saylı kredit müqaviləsi üzrə 4,975.36 manat əsas borc, 126.42 manat faiz borcu, 412.91 manat dəbbə pulu olmaqla, cəmi 5,514.69 manat; DC00278952-03 saylı kredit müqaviləsinə əsasən 19,663.71 manat əsas borc, 2,489.42 manat faiz borcu, 484.06 manat dəbbə pulu məbləğində cərimə pulları olmaqla cəmi 22,637.19 manat cavabdehlərdən müştərək tutulması tələbini də irəli sürmüşdür.

24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

25. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

26. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə pulu tənasübsüz surətdə yüksək olmadığından DC00278952-02 saylı kredit müqaviləsi üzrə 412.91 manat və DC00278952- 03 saylı kredit müqaviləsinə əsasən 484,06 manat dəbbə pulu məbləğində məbləğində müəyyən edilməlidir.

27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin maliyyələşdirmə üçün ərizələrə və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən DC00278952-02 saylı kredit müqaviləsi üzrə 4,975.36 manat əsas borc, 126.42 manat faiz borcu, 412.91 manat dəbbə pulu olmaqla, cəmi 5,514.69 manat; DC00278952-03 saylı kredit müqaviləsinə əsasən 19,663.71 manat əsas borc, 2,489.42 manat faiz borcu, 484.06 manat dəbbə pulu olmaqla cəmi 22,637.19 manat tutularaq iddiaçıya ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 174,46 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3dan, Cavabdeh4dan və Cavabdeh2 müştərək qaydada DC00278952-02 saylı kredit müqaviləsi üzrə 4,975.36 manat əsas borc, 126.42 manat faiz borcu, 412.91 manat dəbbə pulu olmaqla, cəmi 5,514.69 (beş min beş yüz on dörd manat altmış doqquz qəpik) manat; DC00278952-03 saylı kredit müqaviləsinə əsasən 19,663.71 manat əsas borc, 2,489.42 manat faiz borcu, 484.06 manat dəbbə pulu olmaqla, cəmi 22,637.19 (iyirmi iki min altı yüz otuz yeddi manat on doqquz qəpik) manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 174,46 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar