Məhkəmə qərarları › İş №e-2-2(113)-6212/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6212/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6212/2023 22.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 2424,86 manat əsas borc, 310,80 manat faiz borcu, 26,44 manat cərimə və 60 manat mediasiya xərcinin tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2022 il tarixli əsas kredit limiti razılaşmasına və həmin razılaşma çərçivəsində imzalanmış xx.xx.2022 il tarixli Razılaşmaya əsasən borcalan Fikrət Banyatov bankdan xx.xx.2023 ilədək qaytarmaq və illik 22 % ödəmək şərti ilə aldığı 5000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh hüquqi ünvanlarına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İİ. İşin halları İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli 32080***-*******01L nömrəli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış əsas kredit limiti razılaşmasından görünür ki, bu əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC Cavabdeh 200000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032ci il tarixinədək kredit limiti açır ve kredit limiti ile müəyyən edilmiş şərtlər çərçivəsində bu əsas kredit razılaşmasını və/və ya razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarını imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində "Borcalan" ona kredit verilməsi barada "Kreditverən"ə müraciət etmək hüququna malikdir. xx.xx.2022-ci il tarixli 32080***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasından görünür ki, İddiaçı ASC Cavabdeh bankdan dövriyyə vəsaitlərinin artırılması və cari xərclər üçün 12 ay müddətinə, xx.xx.2023 ilədək və illik 22 % ödəmək şərti ilə aldığı 5000 manat məbləğində kredit vermişdir. Razılaşmanın 5-ci bəndindən görünür ki, faiz ödənişləri aylıq ödəniş məbləğlərini özündə əks etdirən ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə İddiaçı ASC-yə qaytarılmadıqda Cavabdeh hər gecikdirilən gün üçün 0 manat məbləğində cərimə ödəyəcəkdir. xx.xx.2023-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 2424,86 manat əsas, 310,80 manat faiz, 26,44 manat cərimə borcu vardır. xx.xx.2023-cü il tarixli MŞB/MT015/2023-00507/02 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddiaçının kredit müqaviləsi üzrə 2424,86 manat əsas borc, 310,80 manat faiz borcu, 26,44 manat cərimə, həmçinin 60 manat məbləğində mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh 2424,86 manat əsas borc, 310,80 manat faiz borcu, 26,44 manat cərimə və 60 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh 2424,86 manat əsas borc, 310,80 manat faiz borcu, 26,44 manat cərimə və 60 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar