Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6212/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi, illik 5%, dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X7 və nümayəndəsi/vəkili X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X15" MMCdən 167.500 manat məbləğdə pul vəsaitinin, 22450 manat məbləğdə faizin, həmçinin "X15" MMC tərəfindən kredit müqaviləsi üzrə borc ödənilmədiyindən "xxxx" MMC-nin "xxxx" ASCdə olan bank hesabından gecikmiş borc üzrə silinmiş 3106 manat məbləğin, ümumilikdə 193.056 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçı ”Gravity İnc." MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X8 2018-ci ildə təsis edilmiş İddiaçı MMC-nin təsisçisi və payçısıdır. Cavabdeh X7 isə 2022-ci ildə təsis edilmiş “X15 MMC”-nin təsisçisi və payçısıdır. İddiaçı X8 ilə cavabdeh X7 təxminən 2013-14-cü illərdən tanışlıq münasibətlərində olmuşlar. İddiaçı MMC ilə Cavabdeh MMC arasında pul münasibətlər ilk dəfə 2022-ci ilin oktyabr ayında yaranmışdır. Cavabdeh “X15 MMC”-nin təsisçisi və direktoru X7 İddiaçı MMC-nin təsisçisi və payçısı X6 müraciət edərək cavabdeh şirkətin kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün iddiaçı hüquqi şəxs tərəfindən cavabdeh hüquqi şəxsə ödənişlər həyata keçirilməsini xahiş etmişdir. Maddi və maliyyə vəziyyəti qənaətbəxş olmayan cavabdeh şirkətin direktoru və təsisçisi Cavadov Şahin aldığı borclarla fəaliyyətini tez bir zamanda yaxşılaşdırdıqdan sonra borcları qaytaracağını bildirmişdir. Tərəflər iddiaçıdan cavabdehə ödənişlərin edilməsi üçün borc müqaviləsi bağlamaq barəsində razılığa gəlmiş, borc müqaviləsinin tarixi və nömrəsi qeydə alınaraq borc müqaviləsi hazırlanmış və cavabdeh tərəfə təqdim edilmişdir. Cavabdeh tərəfin maliyyə çətinliyinin təxirə salına bilməzliyi nəzərə alaraq borc müqaviləsinin tarixi və nömrəsinə istinad edərək cavabdeh tərəfə ödənişlər icra edilmişdir. Sonradan cavabdeh tərəfə borc müqaviləsinin bir nüsxəsinin imzalanaraq iddiaçı tərəfə təqdim edilməsi üçün dəfələrlə müraciət edilsə də cavabdeh tərəf buna ehtiyac olmadığını bildirmiş, iddiaçı tərəf isə qarşılıqlı inam olmasına əsaslanaraq borc müqaviləsi olmadan digər ödənişləri də həyata keçirmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırıqlarından da göründüyü kimi iddia tərəfindən cavabdeh tərəfə ilkin ödəniş xx.xx.2022-ci il tarixində, sonuncu ödəniş isə xx.xx.2023-cü il tarixində olmaqla cəmi 167500 məbləğində pul vəsaiti ödənilmişdir. Eyni zamanda cavabdeh tərəf maliyyə vəziyyətini yaxşılaşdırmaq və borclarının bir qismini qaytarmaq niyyətini əsas göstərərək iddiaçı tərəfə “Kapital Bank ASC”-dən 100000 manat məbləğində kredit məbləği üçün zamin olmasını istəmiş, iddiaçı tərəf də qarşılıqlı inama və verilən vədlərə əsaslanaraq cavabdeh tərəfə COCL0675059B107 saylı kredit müqaviləsi üzrə zamin olmuşdur. Qeyd olunan kredit müqaviləsi üzrə 2023-cü və 2024-cü ildə müxtəlif vaxtlarda cavabdeh tərəfin krediti gecikdirməsinə görə iddiaçı tərəfin “Kapital Bank ASC”dəki hesablarından gecikmiş borc üzrə 3106 manat məbləğində vəsait silinmişdir. Həm verilmiş borc məbləğinin, həm də gecikmiş borca görə iddiaçının hesabından silinmiş məbləğin cavabdeh tərəfindən ödənilməsi müxtəlif vaxtlarda tələb edilsə də, cavabdeh tərəf hər dəfəsində borcu yaxın müddətdə qaytaracağını bildirmiş, lakin borcun qaytarılması ilə bağlı heç bir addım atmamışdır Beləliklə də,cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Əsassız varlanma ilə bağlı iddianın qaldırılması üçün əsas şərtlər aşağıdakılarıdrı -borclu əmlak əldə etsin -həmin əmlak kreditorun əmlkaı hesabına əldə edilsin -bu əldə etmə üçün heç bir hüquqiəsas olmasın Kreditorun hesabına varlanmış borclunun əmlakının əsas olmadan artmasımüxtəlif yollarla baş tuta bilər. Məsələn, məhrum olan öz hərəkəti ilə varlanmış şəxsin əmlakını bilərəkdən və ya məqsədyönlü şəkildə artıra bilər. Bunun üçün hüquqi əsas olmayıbsa və ya sonradan aradan qalxmışsa varlanan şəxs əmlakının artmış hissəsini qaytarmalıdır. Bu hal borclunun mövcud olmayan əsasa görə icra nəticəsində əsassız varlanması adlandırılır. Həmçinin nəzərə almaq lazımdır ki, varlanan şəxs hüquqi əsas olmadığını bilirdisə və ya sonradan bilmişdirsə, onda heç vaxt varlanmanın aradan qalxmasına istinad edə bilməz. Həyata keçirilməmiş əsas dedikdə bu əsas ya ümumiyyətlə nəzərdə tutulmur, ya da nəzərdə tutulmasına baxmayaraq heç bir hüquqi nəticə doğurmur. Sonralar aradan qalxmış əsas isə müəyyən bir müddət mövcud olmasına baxmayaraq daha sonra aradan qalxır və aradan qalxdıqdan sonrakı dövrdə şəxsin həmin əsasa söykənərək əldə etdiyi əmlak əsassız varlanma hesab olunur. Həmçinin, cavabdeh iddiaçının pul vəsaitin özündə qanunsuz şəkildə - yəni əsas olmadan saxlamışdır, bu isə mülki qanunvericiliyin müəyyən normasına görə qanun pozuntusudur və buna görə cavabdeh tərəfindən əsas məbləğdən əlavə faiz ödənişi də edilməlidir. Çünki, bu vəsait iddiaçının özündə olsaydı, iddiaçı bu pul vəsaitindən mülki dövriyyənin qaydalarına uyğun istifadə edə və fayda götürə bilərdi. Mərkəzi Bank tərəfindən faiz uçot dərəcəsi 2022ci il və 2023-cü il üzrə aşağıdakı kimi müəyyənləşdirilmişdir: xx.xx.2022 - 7.75%, xx.xx.2022 - 8.00%, xx.xx.2022 - 8.25%, xx.xx.2023 - 8.5%, xx.xx.2023 - 8.75%, xx.xx.2023 - 9.0%, xx.xx.2023 - 8.5%, xx.xx.2023 - 8.0% Bu səbəbdən də, iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə cavabdehdən 22450 manat pul vəsaiti həcmində də faiz ödənişi də tutulmalıdır.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair”, Cavabdeh MMC-dən 167500 manat məbləğdə pul vəsaitinin, 22450 manat məbləğdə faizin, həmçinin Cavabdeh MMC tərəfindən kredit müqaviləsi üzrə borc ödənilmədiyindən İddiaçı MMC-nin "xxxx" ASC-də olan bank hesabından gecikmiş borc üzrə silinmiş 3106 manat məbləğin, ümumilikdə 193056 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki: “İddiaçı X8 2018-ci ildə təsis edilmiş İddiaçı MMC-nin təsisçisi və payçısıdır. Cavabdeh X7 isə 2022-ci ildə təsis edilmiş “X15 MMC”-nin təsisçisi və payçısıdır. İddiaçı X8 ilə cavabdeh X7 təxminən 2013-14-cü illərdən tanışlıq münasibətlərində olmuşlar. İddiaçı MMC ilə Cavabdeh MMC arasında pul münasibətləri ilk dəfə 2022-ci ilin oktyabr ayında yaranmışdır. Cavabdeh “X15 MMC”-nin təsisçisi və direktoru X7 İddiaçı MMC-nin təsisçisi və payçısı X6 müraciət edərək cavabdeh şirkətin kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün iddiaçı hüquqi şəxs tərəfindən cavabdeh hüquqi şəxsə ödənişlər həyata keçirilməsini xahiş etmişdir. Maddi və maliyyə vəziyyəti qənaətbəxş olmayan cavabdeh şirkətin direktoru və təsisçisi Cavadov Şahin aldığı borclarla fəaliyyətini tez bir zamanda yaxşılaşdırdıqdan sonra borcları qaytaracağını bildirmişdir. Tərəflər iddiaçıdan cavabdehə ödənişlərin edilməsi üçün borc müqaviləsi bağlamaq barəsində razılığa gəlmiş, borc müqaviləsinin tarixi və nömrəsi qeydə alınaraq borc müqaviləsi hazırlanmış və cavabdeh tərəfə təqdim edilmişdir. Cavabdeh tərəfin maliyyə çətinliyinin təxirə salına bilməzliyi nəzərə alaraq borc müqaviləsinin tarixi və nömrəsinə istinad edərək cavabdeh tərəfə ödənişlər icra edilmişdir. Sonradan cavabdeh tərəfə borc müqaviləsinin bir nüsxəsinin imzalanaraq iddiaçı tərəfə təqdim edilməsi üçün dəfələrlə müraciət edilsə də, cavabdeh tərəf buna ehtiyac olmadığını bildirmiş, iddiaçı tərəf isə qarşılıqlı inam olmasına əsaslanaraq borc müqaviləsi olmadan digər ödənişləri də həyata keçirmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırıqlarından da göründüyü kimi iddiaçı tərəfindən cavabdeh tərəfə ilkin ödəniş xx.xx.2022-ci il tarixində, sonuncu ödəniş isə xx.xx.2023-cü il tarixində olmaqla cəmi 167500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Eyni zamanda cavabdeh tərəf maliyyə vəziyyətini yaxşılaşdırmaq və borclarının bir qismini qaytarmaq niyyətini əsas göstərərək iddiaçı tərəfə “Kapital Bank ASC”-dən 100000 manat 2 məbləğində kredit məbləği üçün zamin olmasını istəmiş, iddiaçı tərəf də qarşılıqlı inama və verilən vədlərə əsaslanaraq cavabdeh tərəfə COCL0675059B107 saylı kredit müqaviləsi üzrə zamin olmuşdur. Qeyd olunan kredit müqaviləsi üzrə 2023-cü və 2024-cü ildə müxtəlif vaxtlarda cavabdeh tərəfin krediti gecikdirməsinə görə iddiaçı tərəfin “Kapital Bank ASC”dəki hesablarından gecikmiş borc üzrə 3106 manat məbləğində vəsait silinmişdir. Həm verilmiş borc məbləğinin, həm də gecikmiş borca görə iddiaçının hesabından silinmiş məbləğin cavabdeh tərəfindən ödənilməsi müxtəlif vaxtlarda tələb edilsə də, cavabdeh tərəf hər dəfəsində borcu yaxın müddətdə qaytaracağını bildirmiş, lakin borcun qaytarılması ilə bağlı heç bir addım atmamışdır. Beləliklə də, cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Həmçinin, cavabdeh iddiaçının pul vəsaitin özündə qanunsuz şəkildə - yəni əsas olmadan saxlamışdır, bu isə mülki qanunvericiliyin müəyyən normasına görə qanun pozuntusudur və buna görə cavabdeh tərəfindən əsas məbləğdən əlavə faiz ödənişi də edilməlidir. Çünki, bu vəsait iddiaçının özündə olsaydı, iddiaçı bu pul vəsaitindən mülki dövriyyənin qaydalarına uyğun istifadə edə və fayda götürə bilərdi. Mərkəzi Bank tərəfindən faiz uçot dərəcəsi 2022-ci il və 2023-cü il üzrə aşağıdakı kimi müəyyənləşdirilmişdir: xx.xx.2022 - 7.75%, xx.xx.2022 - 8.00%, xx.xx.2022 - 8.25%, xx.xx.2023 - 8.5%, xx.xx.2023 - 8.75%, xx.xx.2023 - 9.0%, xx.xx.2023 - 8.5%, xx.xx.2023 - 8.0%. Bu səbəbdən iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə cavabdehdən 22450 manat pul vəsaiti həcmində də faiz ödənişi də tutulmalıdır.” X8 2018-ci ildə təsis edilmiş İddiaçı MMC-nin təsisçisi və payçısıdır. - X7 isə 2022-ci ildə təsis edilmiş “X15 MMC”-nin təsisçisi və qanuni təmsilçisidir. (“X15 ” MMC faktiki olaraq X2, İddiaçı MMC-nin təsisçisi və payçısı olan X4 və "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olan X3 ortaq şirkətidir.) - X8 ilə X7 2013-2014-cu illərdən tanışlıq münasibətində olmuşdur. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC –yə ilk ödəniş xx.xx.2022-ci il tarixində, sonuncu ödəniş isə xx.xx.2023-cü il tarixində olmaqla cəmi 167500 məbləğində pul vəsaiti ödənilmişdir. - 14 oktyabr 2022-ci il tarixli 10 № li borc müqaviləsi mövcud deyildir. İddiaçı iddia edir ki, 167500 manat məbləğdə pul vəsaiti, 22450 manat məbləğdə faiz və gecikmiş borc üzrə silinmiş 3106 manat məbləğ, ümumilikdə 193056 manat Cavabdeh MMC tərəfindən ona ödənilməlidir. Cavabdeh MMC iddiaçının bu tələbini əsassız hesab edir. Cavabdeh MMC faktiki olaraq X2, İddiaçı MMC-nin təsisçisi və payçısı olan X4 və "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olan X3 ortaq şirkətidir. Belə ki, Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi olan X7 2021-ci ilin iyun-iyul aylarında təsisçisi olduğu "xxxx" MMC-nin işləri üçün ofis axtarışı zamanı əvvəldən qrup yoldaşı olduğu hazırkı iddia üzrə iddiaçı olan İddiaçı MMC-nin payçısı X8 ilə görüşüb, ofislərinin bir hissəsinin boş olduğu təqdirdə, götürməyi təklif etmiş, X8 da təklifi qəbul etmişdir. 2022-ci ilin aprel ayında İtaliya Respublikasından məhsulların idxalı və bazara distribyusiyası üzrə fəaliyyət göstərəcək Cavabdeh MMC-ni təşkil etmişdir. X7 ilə X4 ofisdə birlikdə keçirdiyi zaman müddətində X14 Cavadovun biznes ideyasını bəyəndiyini və müəyyən bir hissəyə şərik olmaq istədiyini bildirmişdir. Biznes ideyasına əsasən, "xxxx" Şirkətindən mal alışı və kooperativ “Showroom”un açılışı üçün biznes planı üzrə 300.000 manat vəsait lazım olduğu üçün Emil Baliyevin rəsmi təsisçisi olduğu İddiaçı MMC və onun qeyri-rəsmi həmtəsisçisi olduğu "xxxx" MMC-nin zamin göstərərək, 300.000 manat kredit cəlbetmə öhdəliyi qarşılığında Cavabdeh MMC-nin 20% təsis payına ortaq olmağı barədə razılığa gəlinmişdir. (Emil Baliyev daha sonra "xxxx" MMC-dəki ortağı Vüqar Səfərovun da bu ortaqlığa onun tərəfindən daxil olub-ola bilməyəcəyini soruşmuş və Şahin Cavadov tərəfindən təsdiq cavabı verilmişdir.) Kredit prosesinin ləngiməsi səbəbi ilə Emil Balıyev "xxxx" MMC-nin rəsmi, İddiaçı MMC-nin qeyri-rəsmi əvvəllər Emil Balıyevin atasının şirkətində çalışmış, Fuad Rufullayevin Cavabdeh MMC-nin mühasibatlığını aparmağı təklif etmiş, 4 Şahin Cavadov buna razılıq vermiş və 2022-ci ilin noyabr ayından etibarən Cavabdeh MMC-nin mühasibatlıq işləri Fuad Rufullayevə verilmişdir. Kreditin alınması ilə bağlı noyabr ayında yığılmağa başlanan sənədlər uzun müddət tamamlanmamış, bu səbəbdən kredit alınma prosesi yenidən ləngimiş və vəsait çatışmamazlığı səbəbindən Şahin Cavadov təsisçi olaraq, Cavabdeh MMC-yə yatırım etmişdir. Maliyyə məsələlərinin bir neçə dəfə düzgün idarə olunmadığı Şahin Cavadov tərəfindən Emil Baliyevə bildirilsə də, sonuncu buna məhəl qoymamış, şirkətin vergi hesabatları, uçotları və kreditor/debitor münasibətləri düzgün tənzimlənməmişdir. Uzun müddətli tələblərdən sonra, aprel ayında Kapital bankdan 300000 limit ayrılmaqla, 1 illik 100000 manatlıq kredit Cavabdeh MMC-yə verilmişdir. Zamin olaraq Cavabdeh MMC-nin təsisçisi olan Şahin Cavadovun valideyninə məxsus T.Şıxəliyev 20 ünvanında yerləşən, likvid dəyəri 750000 manat olan, bank dəyərləndirilməsində isə 500000 manat olaraq dəyərləndirilən mənzil, İddiaçı MMC, "xxxx" MMC və həmin şirkətlərin rəhbərləri götürülmüşdür. Həmçinin 2023-cü ilin sentyabr ayında Emil Baliyev, Cavabdeh MMC-yə aid olan korporativ showroom və ictimai iaşə obyekti kimi fəaliyyət göstərən, Ceyhun Hacıbəyli 133 ünvanında yerləşən “Gelateca” adlı restoranın Şahin Cavadov tərəfindən düzgün idarə edilmədiyini iddia edərək, idarəçiliyin onda olmasını istəmişdir. Bununla yanaşı o, öz üzərinə düşən maliyyə məsələlərindən də Şahin Cavadovu təqsirli görərək, idarəçiliyi əldə etmək istəmişdir. Şahin Cavadov tərəfindən heç bir narazılıq olmamış, Emil Baliyev İddiaçı MMC -nin bəzi əməkdaşlarını qeyri-rəsmi olaraq “Gelatecaya” gətirmiş, obyektə yüksək maaşla yeni rəhbər təyin etmiş, bir çox yeni sifarişlər vermişdir. Lakin, bu addımlarının arxasında dayanmamış, 2023-cü ilin dekabrın sonundan etibarən, işlərdən tamamilə çəkilmiş və yenidən hər şeyi Şahin Cavadovun üstünə ataraq özünü kənarlaşdırmışdır. 2024-cü ilin yanvar ayından etibarən, X10 Cavadovun apardığı danışığa əsasən, Emil Baliyevin bu ortaqlığa dəyər qatmadığını, öhdəliyində olan maliyyə işlərinin qaydasında olmadığını və ortaqlığı bitirməkləri üçün onun hissələrinin başqa bir şəxs tərəfindən alınması üçün bir neçə şəxsə təklif edəcəyini Şahin Cavadov bildirmişdir. İnvestisiya etmək istəyən şəxslər Şahin Cavadovdan maliyyə hesabatını istədiklərində, o, Emil Baliyevə dəfələrlə müraciət etməsinə baxmayaraq, hesabatın təmin edilməsinə kömək etməmişdir. Bütün bu müddət ərzində həm Emil Baliyevə, həm də Vüqar Səfərova aid hissələrin onların adına rəsmiləşdirilməsi təklif edilsə də, onlar bunu dəfələrlə rədd etmişdir. Göründüyü kimi, Emil Baliyevin də Cavabdeh MMC-də ortaq olması təsdiq olunmuşdur. Bununla bağlı, hətta Whatsapp yazışmaları, şirkətin ortaqlarının olduğu Whatsapp qrupları mövcuddur. Həmin Whatsapp qrupları məhz Emil Baliyev tərəfindən yaradılmışdır. Həmçinin, Cavabdeh MMC-yə aid olan “Gelateca” adlı restoranda ortaqların adına xüsusi depozit hesabı mövcud olmuşdur ki, Emil Baliyevin adına da belə bir hesab mövcuddur. Bunu təsdiq edən bütün sübutlar məhkəməyə təqdim ediləcəkdir. Emil Baliyevin həmin şirkətin ortağı olduğu halda 167.500 manat məbləğində ortaqların birgə fəaliyyəti üçün qoyulmuş pulun yazılı borc müqaviləsinin də mövcud olmamasına baxmayaraq, borc kimi təqdim etməsi absurddur və həqiqəti əks etdirmir. Əlavə olaraq hüquqi şəxs fiziki şəxsə münasibətdə mülki dövriyyənin daha məsuliyyətli iştirakçısıdır. Belə olan halda, İddiaçı MMC-nin “qarşılıqlı inama və verilən vədlərə” əsaslanaraq Cavabdeh MMC tərəfindən götürülmüş kredit üzrə zamin olması inandırıcı və ağlabatan deyildir. Emil Baliyevin İddiaçı MMC-nin təsisçisi olması və həmin MMC-nin də Cavabdeh MMC tərəfindən götürülmüş kredit üzrə zamin olması bir daha da təsdiq edir ki, o, Cavabdeh MMC -nin ortağıdır və Gravity İNC.” MMC– nin Cavabdeh MMC –yə köçürdüyü 167.500 manat borc yox, ortaqların birgə fəailiyyəti üçün qoyulmuş vəsaitdir. Bu fəaliyyət də gözlənilən nəticəni vermədiyi və zərərlə nəticələndiyi üçün heç bir halda bir hüquqi şəxsin digər hüquqi şəxsə verdiyi borc kimi qiymətləndirilə bilməz. İddia ərizəsindən də aydın olur ki, iddiaçı “borc müqaviləsi” kimi istinad etdiyi müqavilənin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki: iddiaçının bağlanmasını iddia etdiyi “borc müqaviləsi”-nin tərəfi kimi çıxış etməli olan Cavabdehin iradə ifadəsi sübut edilmir (ümumiyyətlə, belə iradə ifadəsi mövcud deyildir ) - “borc müqaviləsi” mövcud olmadığından onun hər hansı mühüm şərtləri (borcun məbləği, verilməsi və qaytarılması şərtləri və s.) barədə cavabdehin razılığının olmadığı da aydındır; İddiaçı və cavabdehin hər ikisi hüquqi şəxs olduğu halda, qanunla tələb olunan formada bağlanmamış müqavilənin mövcudluğuna istinad edilə bilməz. - məhkəməyə təqdim edilən sübutlar (tərəflərin Cavabdeh MMC-nin fəaliyyəti, gəlir və xərcləri ilə bağlı mütəmadi müzakirələr aparması, MMC-yə mal ixrac edən xarici şirkətin dəvət məktubunda X4 və X2 eyni zamanda dəvət edilməsi və X4 da həmin MMC-nin satış meneceri kimi qeyd edilməsi və s. digər çoxsaylı sübutlar) birmənalı olaraq təsdiq edir ki, X2 və X4 arasında mövcud olmuş münasibətlər yalnız Cavabdeh MMC-də ortaqlıq münasibətləri olmuşdur və sonuncuya məxsus İddiaçı MMC-dən X5 məxsus Cavabdeh MMC-yə vaxtaşırı müxtəlif məbləğlərin köçürülməsi də məhz ortaqlıq münasibətlərindən irəli gəlmişdir. Onu da qeyd etmək lazımdır ki, iddia ərizəsində İddiaçı MMC X8 ilə, Cavabdeh MMC isə X7 ilə eyniləşdirilir və müvafiq olaraq iddiaçı kimi X8, cavabdeh kimi X7 göstərilir ki, bu da münasibətlərin iki hüquqi şəxs arasında deyil, məhz iki fiziki şəxs arasında ortaqlıqla bağlı olduğunun etiraf edilməsidir. Tərəflər arasında hər hansı bir borc münasibəti olmamışdır. Borc münasibəti olsaydı belə, Mülki Məcəllənin imperativ tələbinə əsasən tərəflərin ikisi də hüquqi şəxs olduğu üçün həmin müqavilə yazılı bağlanmalı idi. “Bu nə cür borc münasibətidir ki, cavabdeh tərəfindən ilkin götürülən borc iddiaçıya qaytarılmamasına baxmayaraq iddiaçı 13 ay ərzində mütəmadi olaraq müxtəlif məbləğlərdə onun hesabına vəsaitlər köçürür?” Həmçinin qeyd edilməlidir ki, iddiaçı müraciət etdiyi “mübahisə” üzrə özünün tələbinin hüquqi əsasını tapa bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində tərəflər arasında borc münasibətlərini olduğunu bildirsə də, hüquqi əsas kimi cavabdehin əsassız varlandığını iddia edir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri məhkəməyə verilən yazılı etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, həqiqətən də Cavabdeh MMC-nin götürdüyü kreditə görə zamin olaraq İddiaçı MMC tərəfindən 3106 manat ödəniş edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. 348/107 saylı zaminlik müqaviləsinə əsasən "xxxx" ASC ilə "xxxx" MMC arasında Borclu -Cavabdeh MMC-nin Bankdan götürdüyü kreditə (xx.xx.2022-ci il tarixli, **********29122022 saylı Bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və onun ayrılmaz tərkib hissəsi olan Maksimal borclanma limitinin Xüsusi Şərtlərinə dair xx.xx.2023cü il tarixli 01/107 saylı Əlavəvə) görə Borclunun Kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və Bank qarşısında Borcalanla birgə qaydada məsuliyyət daşıyır.
8. xx.xx.2022-ci il tarixli, OD1 saylı ödəniş tapşırığına əsasən 10000 manat məbləğində, xx.xx.2022-ci il tarixli OD1 saylı ödəniş tapşırığına əsasən 25000 manat məbləğində, xx.xx.2022-ci il tarixli, OD1 saylı ödəniş tapşırığına əsasən 2000 manat məbləğində, xx.xx.2022-ci il tarixli, OD1 saylı ödəniş tapşırığına əsasən 24000 manat məbləğində, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 35000 manat dəyərində, xx.xx.2023-cü il tarixli BD1 saylı ödəniş tapşırığına əsasən 25000 manat məbləğində, xx.xx.2023-cü il tarixli BD1 saylı ödəniş tapşırığına əsasən 28500 manat məbləğində, xx.xx.2023-cü il tarixli BD1 saylı ödəniş tapşırığına əsasən 1000 manat məbləğində, xx.xx.2023-cü il tarixli, BD3 saylı ödəniş tapşırığına əsasən 12000 manat məbləğində, xx.xx.2023-cü il tarixli BD1 saylı ödəniş tapşırığına əsasən 5000 manat məbləğində İddiaçı MMC tərəfinən xx.xx.2022-ci il tarixli 10 saylı borc müqaviləsi üzrə Cavabdeh MMC-yə pul vəsaitləri köçürülmüşdür.
9. 12.09.2023-cü il tarixli ödəniş qəbzinə əsasən 1250 manat məbləğində, xx.xx.2024cü il tarixli ödəniş tapşrığına əsasən 1243,11 manat məbləğində və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 613,77 manat məbləğində, pul vəsaiti COCL0675059B107 saylı müqavilə üzrə gecikən faiz borcunun ödənilməsi məqsədilə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir.
10. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
12. Maddə 739.1 - borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Maddə 739.2 - borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
14. Maddə 740.1 - borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
15. Maddə 740.2 - borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
16. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə 167.500 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. Qeyd edilən məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə köçürülməsi işin mübahisə edilməyən halıdır. Hazırda iddiaçı həmin məbləğin qaytarılmasını tələb edir. Cavabdeh isə etiraz edərək bildirir ki, yazılı borc müqaviləsi mövcüd olmadığı üçün və ödənilən pullar sadəcə X2 və X4 arasında mövcud olmuş münasibətlər çərçivəsində Cavabdeh MMC-də ortaqlıq münasibətləri əsasında və sonuncuya məxsus İddiaçı MMC-dən X5 məxsus Cavabdeh MMC-yə vaxtaşırı müxtəlif məbləğlərin köçürülməsi məhz ortaqlıq münasibətlərindən irəli gəldiyi üçün iddia təmin edilməməlidir.
17. İlk öncə məhkəmə qeyd edir ki, həmin məbləğə dair tərəflər arasında yazılı borc müqaviləsi mövcüd olmasa da, pul vəsaitləri bank hesabından köçürmə yolu ilə təyinatı borc olaraq göstərilməklə cavabdeh şirkətin hesabına ödənilmişdir. Və bu pul məbləği bir dəfəyə deyil, iki il ərzində müxtəlif tarixlərdə, müxtəlif məbləğlərdə köçürülmüşdür. Əgər cavabdehin bildirdiyi kimi tərəflər arasında borc münasibətləri mövcüd olmamışdırsa, bu müddət ərzində cavabdeh iddiaçıya ödənilən pulların təyinatına dair öz etirazını bildirə və növbəti ödənişlərin təyinatının dəyişdirilməsini tələb edə bilərdi, lakin, göründüyü kimi bütün məbləğlər iki il ərzində təyinatı borc olaraq qəbul edilmişdir.
18. Məhkəmə tərəflər arasında borc müqaviləsinin mövcud olmaması ilə bağlı cavabdehin etirazının dəlili ilə razılaşmır.
19. Belə ki, Mülki Məcəllənin:
20. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
21. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
22. 329.4-cü maddəsinə görə susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır.
23. Göründüyü kimi qanunverici əqdlərin (müqavilələrin) şifahi formada bağlanmasına yol verir.
24. Məhkəmə Mülki Məcəllənin 740.2-ci maddəsində (borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır) nəzərdə tutulanlara dair qeyd edir ki, hazırki işdə borc məbləği nağd qaydada deyil, rəsmi olaraq ödəniş tapşırıqlarına əsasən və təyinatı göstərilməklə verilmişdir, cavabdeh tərəfindən iki il davam edən həmin münasibətlər bəyənilmişdir (etiraz edilməmişdir). Pulların cavabdeh tərəfindən qəbul edilməsi, lakin sadəcə yazılı müqavilənin olmamasına görə, iddiaçıya həmin məbləğin qaytarılmaması (pul müqabilində iddiaçıya heç nə verilməməsi (pul, əmlak, xidmət və s.)) məhkəmə tərəfindən tamamilə qanunsuz və əsassız hesab edilir.
25. Digər tərəfdən cavabdehin nümayəndəsi bildirir ki, həmin pullar X7 ilə X8 arasında mövcüd olan ortaqlıq münasibətləri çərçivəsində, gələcəkdə Cavabdeh MMC-nin paylarının müəyyən hissəsinin alınması məqsədi ilə ödənilmişdir. Buna dair məhkəmə qeyd edir ki, birincisi, mübahisə edilən pul məbləği X8 tərəfindən X5 deyil, iddiaçı-şirkət tərəfindən cavabdeh-şirkətin hesabına ödənilmişdir, ikincisi, cavabdeh tərəf ortaqlıq münasibətlərinin mövcüdluğuna dair hər hansı sübutu (müqavilə və s.) məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən təqdim edilən foto-şəkillər, whatsappyazışması və s. ortaqlıq münasibətlərinin mövcüdluğunun və pul vəsaitinin məhz ortaqlıq münasibəti çərçivəsində ödənilməsinin təsdiqi kimi məhkəmə tərəfindən mötəbər və yetərli sübut olaraq qəbul edilə bilməz.
26. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 167.500 manat borc məbləği tutlaraq iddiaçıya ödənilməlidir.
27. İddia tələbinin ikinci hissəsi olan - iddiaçıdan götürülmüş və bugünədək iddiaçıya geri qaytarılmamış və iddiaçının qanuni pul vəsaiti olan 167500 manat məbləğə gecikdirmə faizi olaraq hesbalanmış 22450 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini məhkəmə qismən əsaslı hesab edir.
28. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
29. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
30. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.
31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, pul məbləğləri 2022-ci ilin oktyabr və noyabr aylarında (cəmi 61000 manat) və 2023-cü ilin iyun- noyabr aylarında (cəmi 106500 manat) verildiyi və buguna kimi cavabdeh tərəfindən geri qaytarılmadığı üçün, qətnamənin çıxdığı tarixə illik 5% ilə hesablanmaqla 11169 manat məbləğində faiz borcu müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
32. İddiaçının digər tələbi – zaminlik müqaviləsi əsasında ödənilmiş 3.106 manat pulun cavabdehdən tutularaq ona geri ödənilməsidir.
33. Məhkəmə araşıdırılması zamanı müəyyən edildi ki, həqiqətən də iddiaçı şirkət cavabdeh şirkətin kredit müqaviləsi üzrə öhdəliklərinə görə zamin durmuş və həmin müqavilə nəticəsində iddiaçı zamin olaraq cavabdehin gecikdirilmiş faiz borcuna görə 3106 manat ödəniş etmişdir (ödənişə dair sənədlər təqdim edilmiş və bu hal cavabdeh tərəfindən mübahisə edilməyən hal kimi qəbul edilmişdir).
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
35. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
36. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zaminlik müqaviləsi əsasında ödənilmiş 3.106 manat pul vəsaiti cavabdehən tutularaq iddiaçıya ödənilməlidir.
37. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cəmi 484 manat dövlət rüsumu ödənilmişdir.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəricisi nəzərə alınmaqla) 472 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 167.500 (bir yüz altmış yeddi min beş yüz) manat borc məbləği, pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 11.169 (on bir min yüz altmış doqquz) manat, zaminlik müqaviləsi əsasında ödənilmiş 3.106 (üç min yüz altı) manat və dövlət rüsumunun əvəzi olaraq 472 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova