Məhkəmə qərarları › İş №e-2-2(113)-6227/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6227/2024

18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6227/2024 18.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 iyun 2023-cü il tarixli 01/0623P saylı icarə müqaviləsinin ləğv olunması, həmin müqavilə üzrə 144412,48 manat əsas məbləğ və 25944,24 manat ƏDV borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehə təqdim olunmuş cəmi dəyəri 21022 manat olan: 1 ədədinin qiyməti 35 manat olan 14 ədəd (cəmi dəyəri 490 manat) alt ayar mili (48-lik) 1.20-lik, 1 ədədinin qiyməti 5 manat olan 104 ədəd (cəmi dəyəri 520 manat) Ayna (Tie-rod), 1 ədədinin qiyməti 8 manat olan 80 ədəd (cəmi dəyəri 640 manat) bolt-qayka, 1 ədədinin qiyməti 55 manat olan 3 ədəd (cəmi dəyəri 165 manat) boru 48 mm x 6.4 metr sinkli, 1 ədədinin qiyməti 27 manat olan 70 ədəd (cəmi dəyəri 1890 manat) dikt təzə 1.52 x 1.52, 1 metrinin qiyməti 16 manat olan 129.9 metr (cəmi dəyəri 2078,4 manat) H-24 tirlər, 1 metrinin qiyməti 16 manat olan 264.6 metr (cəmi dəyəri 4233.6 manat) H-20 tirlər, 1 ədədinin qiyməti 15 manat olan 20 ədəd (cəmi dəyəri 300 manat) kança pano sadə, 1 ədədinin qiyməti 20 manat olan 11 ədəd (cəmi dəyəri 220 manat) kança pano universal, 1 ədədinin qiyməti 15 manat olan 14 ədəd (cəmi dəyəri 210 manat) payanda başlığı (pano üçün), 1 ədədinin qiyməti 14 manat olan 3 ədəd (cəmi dəyəri 42 manat) payanda dabanı, 1 ədədinin qiyməti 3 manat olan 39 ədəd (cəmi dəyəri 117 manat) payanda pimi, 1 ədədinin qiyməti 90 manat olan 47 ədəd (cəmi dəyəri 4230 manat) Tie-rod 6 m, 1 ədədinin qiyməti 8 olan 4 ədəd (cəmi dəyəri 32 manat) xamut 60x48, 1 ədədinin qiyməti 25 manat olan 116 ədəd (cəmi dəyəri 2900 manat) çarpaz qol 2.1 m-lik, 1 ədədinin qiyməti 14 manat olan 17 ədəd (cəmi dəyəri 238 manat) çəkdirmə mili pavanda başlıq üçün, 1 ədədinin qiyməti 38 manat olan 52 ədəd (cəmi dəyəri 1976 manat) üst ayar milinin (48-lik) 1.2 m, 1 ədədinin qiyməti 70 manat olan 5 ədəd (cəmi dəyəri 350 manat) isgələ 1.8 x 1.5 urtim, 1 ədədinin qiyməti 5 manat olan 78 ədəd (cəmi dəyəri 390 manat) əkləmə 48-lik əşyaların və ya onların müvafiq olaraq dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi və ödənilmiş 482 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 məhkəməyə 17 sentyabr 2024-cü il tarixli barışıq sazişi təqdim edərək barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Tərəflər bu sazişi bağlayırlar ki, Cavabdeh MMC-nin 01 iyun 2023-cü il tarixli, 01/0623P saylı icarə müqaviləsi üzrə iddiaçıya 144 412,48 manat icarə haqqı və 25944,24 manat ƏDV borcu yaranmış və cavabdehdə iddiaçıya məxsus 21022 manat dəyərində olan avadanlıqlar vardır. Tərəflər razılaşırlar ki, əsas borc məbləğini 134 000 (bir yüz otuz dörd min) manat və ƏDV borcunu 24120 manat müəyyənləşdirilər. Tərəflər razılaşırlar ki, cavabdeh həmin borc məbləğini, avadanlıqları və məhkəmə xərclərini 31 mart 2025-ci il tarixədək iddiaçıya ödəyəcək və qaytaracaqdır. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən kommersiya mübahisəsini barışıq sazişi yolu ilə yekunlaşdırmağa qərar verirlər.

2. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.

3. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz.

4. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir.

5. Bu saziş tərəflər imza və ya (və) möhürü ilə və məhkəmənin qərardadı ilə təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi – qanuni təmsilçisi X1 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Nihat Can tərəfindən imzalamış, saziş hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişində (1-ci bənd) iddiaçının ödədiyi məhkəmə xərcinin – 482 manat məbləğində dövlət rüsumunun və 300 manat hüquqi yardım xərcinin cavabdeh tərəfdən ödənilməsi razılaşdırıldığından həmin razılığa uyğun olaraq da qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin:

1. Tərəflər bu sazişi bağlayırlar ki, Cavabdeh MMC-nin 01 iyun 2023-cü il tarixli, 01/0623P saylı icarə müqaviləsi üzrə iddiaçıya 144 412,48 manat icarə haqqı və 25944,24 manat ƏDV borcu yaranmış və cavabdehdə iddiaçıya məxsus 21022 manat dəyərində olan avadanlıqlar vardır. Tərəflər razılaşırlar ki, əsas borc məbləğini 134 000 (bir yüz otuz dörd min) manat və ƏDV borcunu 24120 manat müəyyənləşdirilər. Tərəflər razılaşırlar ki, cavabdeh həmin borc məbləğini, avadanlıqları və məhkəmə xərclərini 31 mart 2025-ci il tarixədək iddiaçıya ödəyəcək və qaytaracaqdır. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən kommersiya mübahisəsini barışıq sazişi yolu ilə yekunlaşdırmağa qərar verirlər.

2. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.

3. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz.

4. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir.

5. Bu saziş tərəflər imza və ya (və) möhürü ilə və məhkəmənin qərardadı ilə təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar