Məhkəmə qərarları › İş №e-2-2(113)-6230/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6230/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6230/2024 03.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, habelə digər cavabdehin qanuni nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “pulun tutulması və avadanlıqların qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “pulun tutulması və avadanlıqların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1arasında bağlanmış 13 iyul 2023- ci il tarixli, № 13/0723P saylı icarə müqaviləsinin ləğv olunması, İddiaçı ilə Cavabdeh1arasında bağlanm1ış3 iyul 2023- ci il tarixli, № 13/0723P saylı icarə müqaviləsi və İddiaçı MMC ilə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Zaminlik Müqaviləsi” əsasında icarə (həmçinin daşınma) haqqından yaranmış 37746 manat və 6794,28 manat ƏDV borcu cavabdehlərdən tutularaq İddiaçı MMC-nə verilməsi, Cavabdehə təqdim olunmuş və aşağıda qeyd olunan cəmi dəyəri 32928 manat olan əmlakların və ya onların müvafiq olaraq dəyərinin cavabdehdən alınaraq İddiaçı MMC-nə verilməsi, hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və ödənilmiş 324 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Məhkəməyə tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:

1. Tərəflər bu sazişi bağlayırlar ki, Cavabdeh1 MMC-nin 13 iyul 2023-ci il tarixli, 13/0723P saylı İcarə Müqaviləsi üzrə iddiaçıya 37746 manat icarə haqqı və 6794,28 manat ƏDV borcu yaranmış, bundan başqa cavabdehdə iddiaçının iddia tələbində qeyd olunan 32928 manat dəyərində olan əmlakları vardır. Tərəflər razılaşırlar ki, cavabdehlər həmin borc məbləğini və məhkəmə xərclərinin cəmi olan 45164,28 manat pulu hər ay 15054.76 manat olmaqla (xx.xx.2024-cü il tarixədək 15054.76 manat, xx.xx.2024-cü il tarixədək 15054.76 manat və xx.xx.2024-cü il tarixədək 15054.76 manat) 31 dekabr 2024cü il tarixədək iddiaçıya ödəyəcəkdir. Bundan başqa, cavabdehlər 32928 manat dəyərində olan əmlakları da 31 dekabr 2024-cü il tarixədək iddiaçıya qaytaracaqlar. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən kommersiya mübahisəsini barışıq sazişi yolu ilə yekunlaşdırmağa qərar verirlər.

2. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.

3. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. İddiaçı cavabdehlərə qarşı hazırki kommersiya mübahisəsi üzrə, habelə 13 iyul 2023-ci il tarixli, 13/0723P saylı icarə müqaviləsindən irəli gələn digər tələblərindən tamamilə imtina edir.

4. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir.

5. Bu sazişi tərəflər imza və ya (və) möhürü ilə və məhkəmənin qərardadı ilə təsdiqləndikdən sonra qüvvəyə minir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaçının barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələri ilə razı olduğunu bildirirərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, habelə digər cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında barışıq sazişinin hüquqi nəticələri ilə razı olduğunu bildimiş, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC, Cavabdeh2 və cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. Tərəflər bu sazişi bağlayırlar ki, Cavabdeh1 MMC-nin 13 iyul 2023-cü il tarixli, 13/0723P saylı İcarə Müqaviləsi üzrə iddiaçıya 37746 manat icarə haqqı və 6794,28 manat ƏDV borcu yaranmış, bundan başqa cavabdehdə iddiaçının iddia tələbində qeyd olunan 32928 manat dəyərində olan əmlakları vardır. Tərəflər razılaşırlar ki, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC həmin borc məbləğini və məhkəmə xərclərinin cəmi olan 45164,28 manat pulu hər ay 15054,76 manat olmaqla (xx.xx.2024-cü il tarixədək 15054.76 manat, xx.xx.2024-cü il tarixədək 15054,76 manat və xx.xx.2024-cü il tarixədək 15054,76 manat) 31 dekabr 2024-cü il tarixədək İddiaçı MMC-yə ödəyəcəkdir. Bundan başqa, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC 32928 manat dəyərində olan əmlakları da 31 dekabr 2024-cü il tarixədək İddiaçı MMC-yə qaytaracaqlar. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən kommersiya mübahisəsini barışıq sazişi yolu ilə yekunlaşdırmağa qərar verirlər.

2. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.

3. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. İddiaçı MMC cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı hazırki kommersiya mübahisəsi üzrə, habelə 13 iyul 2023-ci il tarixli, 13/0723P saylı icarə müqaviləsindən irəli gələn digər tələblərindən tamamilə imtina edir.

4. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir.

5. Bu sazişi tərəflər imza və ya (və) möhürü ilə və məhkəmənin qərardadı ilə təsdiqləndikdən sonra qüvvəyə minir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar