Məhkəmə qərarları › İş №e-2-2(113)-6235/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6235/2025

01.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6235/2025 01.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: reqres qaydada pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-yə vurulmuş 23641,28 manat maddi zərər və ödənilmiş 161 manat dövlət rüsumunun Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında imzalanmış 13 iyul 2022-ci il tarixli, 164/22 saylı daxili lizinq müqaviləsinə əsasən sonuncuya “Hyundai Grandeur” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşın lizinqə verilmişdir. Daha sonra lizinq alan Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi iddiaçıya ərizə ilə müraciət edərək, həmin nəqliyyat vasitəsini sürmək üçün Əzizov Sahib Səməd oğlunun adına etibarnamə verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən şəxsə etibarnamə verilmiş, bu barədə sığorta şirkətinə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixində **-VA-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Aveo markalı və sığortalı **-PV-*** dövlət qeydiyyat nişanlı, Hyundai Grandeur markalı avtonəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2022-ci il tarixində Əzizov Sahib Səməd oğlu sığorta şirkəti "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, sözügedən yol nəqliyyat hadisəsi nəticəsində sığortalı avtonəqliyyat vasitəsinə zərər dəydiyini bildirmişdir. Əzizov Sahib Səməd oğlu cəmiyyətimizə ünvanladığı izahatında hadisə zamanı avtonəqliyyat vasitəsini özünün idarə etdiyini qeyd etmişdir. Avtonəqliyyat vasitəsi "xxxx" servis mərkəzinə yerləşdirilmiş, təmir və bərpa olunmuş, təhvil verilmişdir. Yəni "xxxx" ASC “əmlakın təmiri və bərpası” formasında sığorta ödənişini həyata keçirmişdir. Təmir və bərpa xərcinin ümumi məbləğini 28431,68 manat təşkil etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən müvafiq sənədlər daxil olmuş, həmin sənədlərin təhlili həyata keçirilmişdir. Məlum olmuşdur ki, avtonəqliyyat vasitəsini əslində Əzizov Sahib Səməd oğlunun qeyd etdiyi kimi özü deyil, X5 idarə etmişdir. X3 isə iddiaçı tərəfindən etibarnamə verilməmiş, adı MC-Mİ-1182/22 nömrəli sığorta müqaviləsində qeyd olunmamış, yəni o, müqavilə üzrə “səlahiyyətli sürücü” hesab olunmamışdır. Bundan sonra "xxxx" ASC aidiyyəti üzrə məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1750/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ASC-dən 23431,68 manat (iyirmi üç min dörd yüz otuz bir manat altmış səkkiz qəpik) pul və 210 (iki yüz on) manat mediasiya xərci olmaqla, cəmi 23641,68 manat (iyirmi üç min altı yüz qırx bir manat altmış səkkiz qəpik) məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-981/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1750/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qüvvədə qalmışdır. Daha sonra qətnamə üzrə icra vərəqəsi Nizami İcra şöbəsinin icraatında olan zaman 24 fevral 2025-ci il tarixində 23641,28 manat məbləğ İddiaçı ASC-dən tutulmuş, nəticədə şirkətə maddi ziyan dəymişdir. Sözügedən müqavilənin 5.2-ci bəndinə əsasən hər hansı qanun və ya müddəa üzrə lizinq verən cavabdeh olarsa, lizinq alana qarşı tələbetmə hüququ vardır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1, 1091.1, 1091.2, 1096.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh MMC iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 1. İddia materiallarında əvvəlki mübahisələr üzrə iddiaçı kimi "xxxx" göstərilmişdir. Faktiki olaraq həmin işlərdə iddiaçı "xxxx" ASC olmuşdur. Bu uyğunsuzluq iddia tələblərinin aydınlığına xələl gətirir və aradan qaldırılmalıdır; 2. İddiaçı RVMA-ya qarşı tələbini “regress/indemnitet” mahiyyəti ilə əsaslandırır, lakin 164/22 saylı daxili lizinq müqaviləsinin konkret bəndini (riskərin/paylanmanın RVMA-ya keçirilməsi şərtini) sitatla və müqavilənin surəti ilə təqdim etmir. İddianın hüquqi əsası aydın göstərilmədiyindən, iddianın aydınlaşdırılması və müqavilənin tam mətni ilə həmin bəndin surətinin təqdim olunması zəruridir. İİ. 1) xx.xx.2022 tarixində Hyundai Grandeur, dövlət qeydiyyat nişanı **-PV-*** avtomobil ilə bağlı hadisə baş vermişdir; 2) Hadisə zamanı avtomobili Əzizov Səyyad idarə etmiş, onun idarəetməsi xx.xx.2022-ci il tarixli №64 etibarnamə ilə səlahiyyətləndirilmişdir (Müstəqil qaydada xx.xx.2022-ci il tarixli etibarnamə də Əzizov Sahib barəsində mövcuddur); 3) “Səyyad üçün heç etibarnamə verilməyib” — iddiada belə yazılıb, amma iş materiallarında Səyyadın adına xx.xx.2022 tarixli JV«164 etibarnamə var; üstəlik xx.xx.2022 tarixli №164 etibarnamə Sahibin adına ayrıca verilib; 4) xx.xx.2024-ci il tarixli qətnamə ilə İddiaçı ASC-dən "xxxx" ASC-nin xeyrinə 23431,68 manat (təmir) və 210 manat (mediasiya xərci) olmaqla 23641,68 manat tutulmasına qərar verilmiş, xx.xx.2024-ci il tarixli apellyasiya qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır. İİİ. 1) Hadisə zamanı nəqliyyat vasitəsini idarə edən şəxs etibarnamə əsasında səlahiyyətləndirilmiş olub. Bu hal faktiki idarəetmə/nəzarət sisteminin iddiaçı tərəfindən formalaşdırıldığını göstərir. Bu şəraitdə risklərin avtomatik olaraq RVMA-ya yüklənməsi üçün müqavilədə açıq və birmənalı şərt tələb olunur. Belə şərt iddiada sitatla göstərilməmişdir. 2) Regress tələbi üçün ödənişin sübutu: Regress (subroqasiyadan fərqli olaraq) üçün iddiaçı tərəfindən faktiki ödənişin həyata keçirilməsi və məbləğin həcmi bank çıxarışları, icra sənədləri və ödəniş qəbzləri ilə sübuta yetirilməlidir. İddia materiallarında faktiki ödənişin baş verdiyini təsdiq edən sənədlər təqdim edilməmişdir. 3) İddiaçının göstərdiyi 23641,28 manat rəqəmi ilə qüvvədə olan məhkəmə aktlarında əks olunmuş 23641,68 manat arasında uyğunsuzluq mövcuddur ki, bu da iddianın qiymətləndirilməsinin düzgün aparılmadığını göstərir. 4) Lizinq müqaviləsi Cavabdeh MMC-yə üçüncü şəxslərə (məs., Əzizov Səyyad) etibarnamə vermək üçün heç bir icazə və ya səlahiyyət vermir; RVMA tərəfindən də kənar şəxslərə etibarnamə verilməsi barədə göstəriş/xahişi rəli sürülməmişdir. Əzizov Səyyad və Əzizov Sahib müstəqil şəxslərdir, RVMA-nın işçisi, podratçısı və ya onun xidmətlərindən istifadə etdiyi şəxslər deyillər. Etibarnamə lizinq verən tərəfindən verilibsə, bu, lizinq verənin öz daxili səlahiyyət-risk idarəetməsi çərçivəsində baş vermiş hərəkətdir; nəticələri də RVMAya avtomatik yüklənə bilməz. Eyni ilə, sığorta şəhadətnaməsinə “səlahiyyətli sürücü” adlarının qeyd etdirilməsi öhdəliyinin RVMA-nın üzərinə qoyulması barədə müqavilədə açıq bənd mövcud deyilsə, RVMA sığorta münasibətlərindən doğan tələblərə görə məsuliyyət daşımır; çünki sığorta müqaviləsi lizinq verənlə sığortaçı arasında bağlanmış, RVMA bu münasibətdə tərəf deyil (üçtərəfli razılaşma yoxdur). 5) Lizinq münasibətlərində üçüncü şəxsə etibarnamə verilməsi səlahiyyəti RVMA-ya aid edilməyibdir; RVMA-nın belə bir təşəbbüsü də olmayıb. Hər iki sürücü müstəqildir və RVMA ilə əmək/podrat əlaqəsi yoxdur. 6) Sığorta münasibətlərində konfldenslallıq: Sığorta ilə bağlı təminat şərtləri və “səlahiyyətli sürücü” siyahısı lizinq verən (iddiaçı) ilə sığortaçı arasında ikitərəfli qaydada formalaşdırılıb; RVMA bu müqavilənin tərəfi deyil. Üçtərəfli razılaşma olmadığından, üçüncü şəxslər arasında razılaşdırılmış şərtlər RVMA-ya öhdəlik kimi yüklənə bilməz. 7) RVMA-nın sığorta şəhadətnaməsinə kənar şəxslərin adlarını əlavə etdirmək öhdəliyinin mövcudluğu yalnız müqavilədə açıq, birmənalı bənd olduqda mümkündür. Belə bənd təqdim olumayıbsa, RVMA-ya qarşı tələb əsassızdır. 8) Etibarnaməni kim veribsə, faktiki idarəetmə-risk bölgüsünü də öz səlahiyyət çərçivəsində müəyyən edibdir. Bu seçimin nəticələri üçün RVMA cavabdeh deyil, çünki nə səlahiyyət verib, nə də bu barədə göstəriş xahişi edib. 9) Nəticə: RVMA-nm sığorta/lizinq daxilində hər hansı kənar şəxsi səlahiyyətləndirmə öhdəliyi yoxdur; bu əsasla RVMA-ya qarşı regress/indemnitet tələbi hüquqi əsasa malik deyil. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi.

7. Lizinq verən qismində İddiaçı QSC ilə lizinq alan Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 164/22 nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və bu müqaviləyə “əlavə 2”-də qeyd olunmuş, ətraflı təsviri verilmiş (şəxsiyyət vəsiqəsi: AA*******, xx-xx-2021 il tarixində ADİN tərəfindən verilmişdir) məxsus əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür; 5.2-ci bəndinə əsasən ... f) hər hansı qanun və ya müddəa üzrə lizinq verən cavabdeh olarsa, lizinq alana qarşı tələbetmə hüququ vardır;

8. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 164/22 nömrəli daxili maliyyə lizinq müqaviləsinə xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı bağlanmışdır. Təhvil-təslim aktında qeyd edilmişdir ki, biz, aşağıda imza edənlər, satıcı X7, lizinq verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti, qanuni təmsilçi X1 və “lizinq alan” Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə 164/22 saylı 13 iyul 2022-ci il il tarixli daxili maliyyə lizinqi müqaviləsinin qüvvəyə minməsi ilə əlaqədar bu aktı tərtib etdik ondan ötrü ki, satıcıya məxsus və qeyd olunan nəzərdə tutulan avtonəqliyyat vasitəsi (lizinq predmeti) sahiblik və istifadə edilməsi üçün lizinq alana təhvil verilmiş, lizinq alan isə onu təhvil almışdır. Təhvil verilən lizinq predmeti üzrə qüsur və çatışmazlıqlar müəyyən olunmamışdır və tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğundur.

9. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 164/22 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əlavə 2 bağlanmışdır. Sözügedən əlavədə lizinq obyektinin təsviri: Hyundai Grandeur markalı minik (mühərrik: ban: KMHF341CBJA153701, buraxılış ili: 2018, rəngi: qara metallik) avtomobil qeyd olunmuşdur.

10. Cavabdeh MMC-nin direktoru tərəfindən İddiaçı QSC-yə ünvanlanmış müraciətdə qeyd edilmişdir ki, İddiaçı QSC-dən götürülən “Hyundai Grandeur” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün Əzizov Sahib Səməd oğluna etibarnamə verilməsi xahiş edilir.

11. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli etbarnamədən görünür ki, “Hyundai Grandeur” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması Əzizov Sahib Səməd oğluna etibar edilmiş, etibarnamə xx.xx.2022-ci İl tarixinə qədər verilmişdir.

12. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli etbarnamənin kserosurətindən görünür ki, “Hyundai Grandeur” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması X4 etibar edilmiş, etibarnamə xx.xx.2022-ci İl tarixinə qədər verilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1750/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Əzizov Sahib Səməd oğlu, X5 və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 23431,68 manat (iyirmi üç min dörd yüz otuz bir manat altmış səkkiz qəpik) pul və 210 (iki yüz on) manat mediasiya xərci olmaqla, cəmi 23641,68 manat (iyirmi üç min altı yüz qırx bir manat altmış səkkiz qəpik) məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia Əzizov Sahib Səməd oğlu və X3 münasibətdə təmin edilməməsi qət edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-981/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1750/2024 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir.

15. İddiaçı ASC tərəfindən X12 İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı ASC-yə məxsus olan “Hyundai Grandeur” markalı, buraxılış ili 2018-ci il, şassi nömrəsi KMHF341CBJA153701, rəngi qara metallik, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşının xx.xx.2023-cü il tarixinə bütün lizinq ödənişləri və öhdəliklər yerinə yetirilmişdir. Qeyd edilənləri nəzərə alaraq avtomobilin İddiaçı ASC-nin razılığı ilə Əzizov Sahib Səməd oğlunun adına keçməsinə etiraz edilmir.

16. “Bank BTB” tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 58448 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" ASC-nin AZ13PAHA35090AZNHC********** nömrəli hesabına 23641,68 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

17. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli, 151-25 nömrəli pretenziya məktubundan görünür ki, 23641,28 manat vəsaitin 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

20. Tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddia tələbini İddiaçı ASC-yə dəymiş maddi zərərin əvəzi olaraq 23641,28 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması təşkil edir.

21. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1750/2024 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Əzizov Sahib Səməd oğlu, X5 və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 23431,68 manat (iyirmi üç min dörd yüz otuz bir manat altmış səkkiz qəpik) pul və 210 (iki yüz on) manat mediasiya xərci olmaqla, cəmi 23641,68 manat (iyirmi üç min altı yüz qırx bir manat altmış səkkiz qəpik) məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın Əzizov Sahib Səməd oğlu və X3 münasibətdə təmin edilməməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 2-2(103)-981/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1750/2024 saylı qətnaməsi qüvvədə qalmışdır.

22. Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1750/2024 saylı qətnaməsi ilə işin müəyyən olunmuş hallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixində "xxxx" ASC ilə İddiaçı ASC arasında bağlanmış MC-Mİ- 1182/22 nömrəli sığorta müqaviləsinə əsasən **-PV-*** dövlət qeydiyyat nişanlı Hyundai Grandeur markalı avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. MC-Mİ-1182/22 nömrəli sığorta müqaviləsi üzrə “səlahiyyətli sürücü” Əzizov Sahib Səməd oğlu, “faydalanan şəxs” isə İddiaçı ASC olmuşdur. xx.xx.2022-ci il tarixində **-VA-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Aveo markalı və sığortalı **-PV-*** dövlət qeydiyyat nişanlı, Hyundai Grandeur markalı avtonəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, xx.xx.2022-ci il tarixində Əzizov Sahib Səməd oğlu iddiaçıya ərizə ilə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı avtonəqliyyat vasitəsinə zərər dəydiyini bildirmişdir. Əzizov Sahib Səməd oğlu iddiaçıya ünvanladığı izahatında hadisə zamanı avtonəqliyyat vasitəsini özünün idarə etdiyini qeyd etmişdir. İddiaçı ASC də xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya müraciət ünvanlamış və bundan sonra avtonəqliyyat vasitəsi "xxxx" servis mərkəzinə yerləşdirilmiş, təmir və bərpa olunmuş, təhvil verilmişdir. Təmir və bərpa xərclərinin ümumi məbləği 28431,68 manat təşkil etmiş, həmin məbləğ "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən müvafiq sənədlər daxil olmuş, həmin sənədlərin təhlili həyata keçirilmiş və məlum olmuşdur ki, avtonəqliyyat vasitəsini Əzizov Sahib Səməd oğlu deyil, X5 idarə etmişdir. X2 adı isə MC-Mİ-1182/22 nömrəli sığorta müqaviləsində qeyd olunmamış, yəni o, müqavilə üzrə “səlahiyyətli sürücü” olmamışdır. Eləcə də müəyyən olunmuşdur ki, hazırkı halda sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verildiyinə, avtonəqliyyat vasitəsi sığorta şəhadətnaməsi üzrə səlahiyyəti olmayan sürücü tərəfindən idarə edildikdə baş verən itki və ziyanlar sığortaçı tərəfindən ödənilmədiyinə, beləliklə, sığorta hadisəsi baş vermədiyinə görə avtomobilin təmir-bərpa xərcləri "xxxx" ASC tərəfindən çəkilməməli olduğu halda, həmin xərclər çəkilmiş və 23431,68 manat məbləğində ödəniş edilmişdir. Nəticədə əsassız varlanma halı baş vermişdir. Həmçinin cavabdeh qismində qoyulan şəxlərdən biri İddiaçı ASC olmuşdur. İddiaçı ASC nəqliyyat vasitəsinin mülkiyyətçisi, həmçinin həmin nəqliyyat vasitəsilə bağlı lizinq müqaviləsi üzrə lizinq verən olmuşdur. İddiaçı ASC-nin iddiaya etirazında qeyd olunmuşdur ki, lizinq alan istintaq və təhqiqat orqanını, sığorta şirkətini və lizinq verəni aldatmasaydı, nəticədə sığorta şirkəti əsassız olaraq sığorta haqqını ödəməsəydi, qanunvericiliyin tələbinə görə nəqliyyat vasitəsinə dəymiş zərəri lizinq alan ödəməli idi. Lakin bu ödənişləri lizinq alan icra etmədiyinə görə əsassız olaraq varlanan lizinq alan olmuşdur. Ona görə belə nəticəyə gəlimişdir ki, qeyd olunan məbləğ ASC-dən tutula bilməz. Qətnamədə qeyd olunmuşdur ki, iddiaçı seçimini edərək, İddiaçı ASC-ni cavabdeh qismində qoymuş, qeyd olunan məbləğin ondan tutulmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı ASC-yə qarşı tələbi irəli sürməkdə haqlı olmuşdur, belə ki, İddiaçı ASC sözügedən nəqliyyat vasitəsinin mülkiyyətçisidir...və s.

23. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, sözügedən qətnamə icraya yönəldilmiş və 24 fevral 2025-ci il tarixdə 23641,28 manat məbləğ İddiaçı ASC tərəfindən "xxxx" ASC-nin AZ13PAHA35090AZNHC********** nömrəli hesabına köçürülmüşdür.

24. Tərəflər arasında bağlanmış 13 iyul 2022-ci il tarixli, 164/22 saylı daxili maliyyə lizinq müqaviləsinin 5.2-ci bəndinə əsasən ... f) hər hansı qanun və ya müddəa üzrə lizinq verən cavabdeh olarsa, lizinq alana qarşı tələbetmə hüququ vardır.

25. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, işin faktiki hallarını nəzərə alaraq, lizinq predmetinin istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti (lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdır) lizinq obyektinin faktiki qəbulu anından lizinq alan, yəni cavabdeh daşıdığından, vurulan zərərin əvəzini ödəmiş iddiaçının ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ olduğundan belə nəticəyə gəlir ki, cavabdehin etirazı əsassız sayılmalı, iddia tələbi isə əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC-dən 23641,28 manat (iyirmi üç min altı yüz qırx bir manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

26. Eləcə də, iddiaçı ödənilmiş 161 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

27. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160,92 manat (yüz altmış manat doxsan iki qəpik) Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 23641,28 manat (iyirmi üç min altı yüz qırx bir manat iyirmi səkkiz qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160,92 manat (yüz altmış manat doxsan iki qəpik) olmaqla, ümumilikdə 23802,20 manat (iyirmi üç min səkkiz yüz iki manat iyirmi qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar