Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-624/2023 07.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 18 avqust 2020-ci il tarixli B1/İ AṠ-21 nömrəli müqavilə üzrə yaranmış 78.642 manatın, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 300 manat, cəmi 79.342 manat pul vəsaitinin Paşa Cavid Həsən oğludan tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında Goranboy rayonunda nehrə yağının istehsalı üzrə dəyər zəncirinin yaradılması ilə bağlı 18 avqust 2020-ci il tarixli B1/İSA-21 nömrəli müqavilə bağlanmışdır. Dəstək müqaviləsində nəzərdə tutulan tədbirlərin icrası məqsədi ilə 2021-ci ilin 31 dekabr tarixinədək Cavabdeh bank hesabından fermer və emal avadanlıqlarının alınması üçün Türkiyənin "X2 SAN. Ve TİC. LTD" 153.8 min ABŞ dolları vəsait ödənilmiş, lakin indiyədək heç bir mal və avadanlıq ölkəmizə gətirilməmiş və təhvil verilməmişdir. Cavabdeh öhdəliklərini vaxtında lazımınca icra etmədiyindən Agentlik tərəfindən qrant məbləğinin geri qaytarılması üçün tədbirlər görülmüş, lakin 46,2 min ABŞ dolları bu günədək ödənilməmiş qalmaqdadır. Tərəflər arasında bağlanmış 18 avqust 2020-ci il tarixli B1/İ AṠ-21 nömrəli müqavilədə məbləğlər ABŞ dolları ilə ifadə olunsa da, iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Paşa Cavid Həsən oğluna məxsus hesaba pul Azərbaycan manatı ilə köçürülmüşdür. Həmin ödəniş tapşırıqlarına əsasən, ödəniş 78642 manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında 18 avqust 2020-ci il tarixdə B1/İSA-21 nömrəli X1 və qeyd edilmiş müqaviləyə 1 saylı qoşma olan Qrant müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd edir ki, 18 avqust 2020-ci il tarixdə B1/İSA-21 nömrəli X1nin 1.1-ci bəndindən də, göründüyü kimi qeyd edilmiş müqavilənin mahiyyəti Goranboy rayonunda nehrə yağının istehsalı üçün iddiaçı tərəfindən layihənin qismən maliyyələşdirilməsini təşkil edir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2020-ci il tarixli B1/İSA-21 nömrəli X1nin 4.1-ci bəndinin məzmunundan görünür ki, hazırkı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam şəkildə ödəməlidir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2020-ci il tarixli B1/İSA-21 nömrəli X1nin 1 saylı qoşması olan Qrant müqaviləsinin: - 3.1-ci bəndindən görünür ki, sub-layihənin ümumi dəyəri 384.500 ABŞ dolları təşkil edir; - 3.1.1-ci bəndindən görünür ki, Agentlik sub-layihənin ümumi dəyərinin bir hissəsini yəni, 231.300 ABŞ dolları məbləğində hissəsini qrant verir; - 3.1.2-ci bəndindən görünür ki, sub-layihənin ümumi dəyərinin yerdə qalan hissəsini yəni 153.200 ABŞ dolları məbləğində olan hissəsini sub-layihə lideri (hazırkı halda Cavabdeh) öz töhfəsi olaraq təmin edir. Məhkəmə qeyd edir ki, bağlanmış 18 avqust 2020-ci il tarixli B1/İSA-21 nömrəli X1nin 1 saylı qoşması olan Qrant müqaviləsinin 3.3.2-ci maddəsinin məzmunundan aydın olur ki, investisiya dəstəyinə yeni texnologiyaların (süd sağım aparatı, sərinkeş, yem qarışdıram və.s) alınması daxildir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə iddiaçı tərəfin öhdəliyi Goranboy rayonunda nehrə yağının istehsalı üçün pulun ayrılmasını, cavabdeh tərəfin öhdəliyi isə alınmış pul vəsaiti hesabına yeni texnologiyaları almaqla nehrə yağının istehsalını təşkil etmək olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci tarixli, ödəniş sənədindən görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh Muganbankda olan hesabına 78.642 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh pulun onun Muğanbankda olan hesabına köçürülməsini bildirmiş ancaq həmin pulun Türkiyəyə İİİ şəxsə Türkiyəyə köçürüldüyünü və müqaviləni imzalamağa məcbur edildiyi bildirmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli üçün ilk növbədə tələbin hüquqi əsası tapılmalıdır. Qeyd edilməlidir ki, Mülki qanunvericilikdə konkret olaraq X1 adlı konkret norma mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 və 13.5-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir (13.4) Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür (13.5). Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mülki Məcəllənin 11.2-ci maddəsinə əsasən Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Məhkəmə ilk növbədə qanunun analogiyası üzrə Mülki Məcəllənin 739-cu maddəsinin (Borc müqaviləsi) dispozitiv şərtlərinin mövcudluğunu nəzərdən keçirərək qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından Borc müqaviləsinin normalarının analogiya üzrə tətbiq edilməsi doğru olmazdı. Belə ki, Borc müqaviləsi məhz bir tərəfin digər tərəfə verdiyi müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində qaytarılmağı nəzərdə tutan müqavilədir. Hazırkı halda isə, yuxarıda qeyd edilmiş müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmiş olsa idi, yəni Goranboy rayonunda nehrə yağının istehsalı ilə bağlı avadanlıqlar gətirilsə idi, ayrılmış pul məbləği geri qaytarılmayacaqdı. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin həlli baxımından Mülki Məcəllənin ümumi hissəsinin öhdəlik münasibətləri ilə bağlı normalarına istinad edilməklə yekun nəticəyə gəlinməlidir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən də, göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin Muganbankda olan hesabına 78.642 manat məbləğində pul vəsaiti köçürülsə də, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş yəni, Goranboy rayonunda nehrə yağının istehsalı ilə bağlı avadanlıqlar gətirilməmiş və nehrə yağının istehsalı təmin edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüş 78.642 manat məbləğində pul qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Mərkəz Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/18-00153 saylı mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi mediasiya xərci olaraq 400 manat məbləğində pul ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 400 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, B1/İSA-21 saylı X1 üzrə 78.642 (yetmiş səkkiz min altı yüz qırx iki) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-624/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-624/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver