Məhkəmə qərarları › İş №e-2-2(113)-625/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-625/2020

12.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-625/2020 12.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, x8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi x2 iştirakı ilə, “xxxx” x1 (MMC) Cavabdeh x7 (ASC) qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən MXD-6021 №-li akta əsasən hesablanmış 36247,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi x4 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxx” MMC Bakı şəhəri H.Əliyev prospekti 105 ünvanında 2013-cü ildən bəri tikintisini həyata keçirdiyi Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsinin 33 mərtəbəli yeni inzibati binasının tikinti layihəsinin Baş Podratçısıdır. Həmin tikinti obyektində istifadə olunan su təchizatı və çirkab suların axıdılması xidmətləri üçün Cavabdeh ASC-nin Nizami rayon Sukanal İdarəsi ilə iddiaçı “xxxx” MMC arasında “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün” 26 iyul 2013–cü il tarixdə 042144 saylı abonent müqaviləsi bağlanmışdır. Obyektin su-kanalizasiya təchizatı üçün öz ayrıca xətti olmuş və sərfiyyatın hesablanması üçün smart - kart tipli su sayğacı quraşdırılmışdır. Bu sayğacın göstəricilərinə əsasən obyektdə istifadə olunan su sərfiyyatı və su sərfiyatının həcminə uyğun çirkab suları da hesablanaraq, təqdim olunmuş hesabfaktura əsasında vaxtı- vaxtında ödənişlər həyata keçirilsə də, 03 mart 2017-ci il tarixdə Cavabdeh ASC-nin Nizami rayon Sukanal İdarəsinin işçisi tərəfindən olunan obyektdə yerləşən sahə ofisinə düzgün məlumatı özündə əks etdirməyən 042144/2017/0 saylı hesab-faktura təqdim edilmişdir. Həmin hesab-fakturada iddiaçıya yazılmış ƏDV daxil 36247,80 manat borc məbləği göstərilməklə heç bir əsası olmayan və reallığa əsaslanmayan hesablamalardan doğmuş sərfiyyat rəqəmləri qeyd olunmuşdur. Hesabfakturada real göstəricilərə əsaslanmayan sərfiyyat və məbləğin haradan yarandığı və hesablanması barədə rəsmi məlumat verilməsi üçün cavabdeh təşkilata 03 mart 2017-ci il tarixdə rəsmi məktubla müraciət edilsə də, məbləğin hansı hesabata əsasən yarandığı barədə heç bir açıqlama verilməmişdir. İddiaçı belə bir cavab gəlmədiyi tədqirdə cavabdeh təşkilatın səhvə yol verdiyini və səhvən belə bir hesab-faktura göndərdiyini zənn etmiş və sonrakı illərdə obyektin su-kanalizasiya təchizatı üçün qabaqcadan smart karta ödənişlər edib su təchizatı və çirkab suların axıdılması xidmətlərindən istifadə etmişdir. Ancaq 09 yanvar 2020-ci il tarixdə cavabdeh tərəfindən, sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı iddiaçıya 154 saylı xəbərdarlıq və 08 yanvar 2020-ci il tarixində birtərəfli tərtib edilmiş üzləşmə aktı təqdim olunmuşdur. Həmin xəbərdarlıqda iddiaçının 08 yanvar 2020-ci il tarixinə su və çirkab su xidmətlərindən istifadəyə görə Cavabdeh ASC-yə 35861,63 manat məbləğində borcunun yarandığı göstərilmiş və borcun ödənilmədiyi tədqirdə göstərilən xidmətin dayandırılması və məhkəmə qaydasında tutulması qeyd olunmuşdur. Bundan sonra iddiaçı cavabdeh təşkilatın yuxarı orqanı hesab edilən Cavabdeh ASC-nin sədrinə 21 yanvar 2020-ci il tarixində şikayət məktubu göndərmişdir. İddiaçı həmin məktubda həyata keçirdiyi bu layihənin dövlət əhəmiyyətli bir tikinti layihəsi olmasını və layihədə 300-dən çox işçi qüvvəsinin çalışmasını və binanın tez bir zamanda təhvil verilməsi üçün dövlət səviyyəsində göstəriş verilməsini qeyd etmiş, obyektdə suyun kəsiləcəyi tədqirdə bütün işlərin dayanması nəticəsində layihənin tamamlanmasının gecikəcəyini və dövlət əhəmiyyətli bu binanın vaxtında təhvil verilməsi mümkün olmayacağını vurğulamışdır. Lakin buna baxmayaraq, 21 yanvar 2020-ci il tarixində Nizami rayonu Sukanal İdarəsinin işçiləri tərəfindən obyektin su təchizatı dayandırılmışdır. Hazırda obyektin su saygacında qabaqcadan ödənilmiş su və kanalizasiya xidmətləri üçün 1612 manat balansı olsa da, həmin balansın istifadəsinə məhdudiyyət qoyulmuş və tikinti obyekti tamamilə susuz qalmışdır. Borcun yaranma səbəblərini araşdırarkən isə məlum olmuşdur ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 13 fevral 2017-cı il tarixdə xxxx MMC-nin tikinti obyekti ərazisində yoxlama keçirərək guya sayğacdan kənar tullantı suların boru vasitəsilə axıdılması halı aşkar edilmiş və MXD-6021 nömrəli İnventar aktı və qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı tərtib edilmişdir. Bu aktın və hesabatın tərtib edilməsi barədə 24 yanvar 2020-ci il tarixinədək xxxx MMC-də hər hansı məlumat olmamışdır. Yalnız, Nizami rayonu Sukanal İdarəsinin 24.01.2020-ci il tarixli, İH-02/2-01-06 saylı məktubu ilə müraciətimizə cavab olaraq yuxarıda qeyd olunan inventar aktı və su hesabatı göndərilmişdir. Ümumiyyətlə, qeyd edilən aktda göstərilən, tullantı suların axıdılması xidmətindən qeyri-qanuni istifadə faktları mövcud olmamışdır. Bu akt və hesabat cavabdeh təşkilatın nümayəndələri tərəfindən yalnız özlərinə məlum olan şəraitdə və yerdə tərtib edilmişdir. Digər tərəfdən akt və hesabat ümumiyyətlə reallığı əks etdirmir. Belə ki, “xxxx” MMC tərəfindən sudan sayğacdan kənar qaydada hər hansı istifadəyə yol verilməmişdir. Bundan başqa müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 13 fevral 2017-cı il tarixdə apardığı yoxlama barədə iddiaçının heç bir məlumatı olmamış və həmin yoxlama vahid məlumat reyestrində qeydə alındığı barədə iddiaçıya heç bir sənəd təqdim edilməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunmasını xahiş etdi. Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - MXD-6021 №-li inventar aktının surətindən görünür ki, Bakı şəhəri Heydər Əliyev prospekti 105 ünvanında yerləşən “xxxx” MMC-nin su təchizatına və kanalizasiya sisteminə baxış keçirən zaman d=100 mm-lik boru vasitəsilə qrunt suyunu qanunsuz olaraq kanalizasiya şəbəkəsinə ötürüldüyü aşkar olunmuşdur, həmin akt “xxxx” MMC-nin nümayəndəsi tərəfindən imzalanmamış və bunun səbəbi aktda qeyd olunmamışdır; - qeyri – qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, MXD-6021 №-li inventar aktına əsasən zərərin məbləği 36226,39 manat müəyyən olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; - 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Qeyri – qanuni istifadə nəticəsində itirilmiş su hesabatında MXD-6021 №-li inventar aktına əsasən zərərin məbləği 36226,39 manat müəyyən olunsa da, iddia tələbində 36247,80 manat məbləğində borcun silinməsi xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, mübahisənin predmetini MXD-6021 №-li inventar aktına əsasən hesablanmış zərərin məbləği təşkil etdiyindən, iddia 36226,39 manat məbləğində borcun silinməsi hissəsində təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” x1 Cavabdeh x5rşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh x9 tərəfindən 13 fevral 2017-ci il tarixli, MXD-6021 №-li akta əsasən “xxxx” x3 hesablanmış 36226,39 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar