Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-627/2022 18.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı 03 noyabr 2014-cü il tarixli, 030/14 saylı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanılmış 03 noyabr 2014-ci il tarixli 030/14 saylı ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 49/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X2, X1 və X4 03.11.2014-cü il tarixli, skmf-66 saylı baş kredit müqaviləsi üzrə əsas borca görə 1.492.497,50 manat, faiz borcuna görə 199.218,50 manat, cərimə borcuna görə 15.000 manat olmaqla cəmi 1.706.716 manat məbləğində borc, habelə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutulacaq məbləğ cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasına yönəldilməsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli əmlak kompleksi kimi müəssisə və əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasının açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 12.400.000 manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 245 manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı, X2, X1 və X4 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.Wİ..F.T. Bik:CTREAZ 22 ) köçürülməsi qət edilmişdir. Kreditin təminatı olaraq RX Nömrəsi ******* seriyalı, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 7.80 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m olan 1 mərtəbəli əmlak kompleksi kimi müəssisə və əmlak kompleksi kimi müəssisənin tərkibi Liter A-tikintialtı sahəsi 96.1 kv.m, ümumi sahəsi 73.4 kv.m olan 1 mərtəbəli inzibati bina, liter B-tikintialtı sahəsi 525.3 kv.m ümumi sahəsi471.3 kv.m olan 1 mərtəbəli ferma, liter C-tikintialtı sahəsi 457.4 kv.m ümumi sahəsi 412.5 kv.m olan 1 mərtəbəli daş sexi, liter D-tikintialtı sahəsi 157.5 kv.m ümumi sahəsi 248.7 kv.m olan 1 mərtəbəli mağaza onunla bağlanan 030/2014 ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Qoyulmuş ipotekaya əsasən bank tərəfindən ona illik faiz dərəcəsi 6 faiz olmaqla 84 ay müddətinə 1.500.000 manat kredit verilmişdir. Kreditin götürülməsində məqsəd pomidor parnikinin inkişaf etdirərək istehsalının təşkil edilməsi olmuşdur və götürülmüş krediti tam təyinatı üzrə xərclənməyə başlamışdır. Lakin məlum pandemiya və dövlətlər arası sərhədlərin bağlanılması tam olaraq onu maddi cəhətdən iflic etməklə yanaşı iradəsindən aslı olmayan səbəblərə əsasən həmin sahənin fəaliyyətini dayandırmışdır. Onunla bank arasında bağlanılmış ipoteka müqaviləsinin 8-ci maddəsinə əsasən tərəflər onların iradəsindən aslı olmayan və bu müqavilə qüvvəyə mindiyi vaxtdan baş verən zəlzələ, yanğın və digər təbii fəlakət, habelə müharibə blokada, dövlət hakimiyyət orqanlarının aktları və hərəkətləri, yaxud digər qarşısıalınmaz qüvvə ilə bağlı hallarda bu müqavilədən irəli gələn öhdəliklərinin (ipoteka ilə təmin edilmiş öhdəliyin yerinə yetirilməməsi istisna olmaqla) yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Göründüyü kimi kredit götürüləndən və ipoteka müqaviləsinə əsasən əmlakının ipoteka ilə yüklü ediləndən sonra 44 günlük vətən müharibəsi də daxil olmaqla COVİD-19 virusu yayılmağa başlamış və bütün dünya dövlətləri dövlət sərhədini giriş-çıxışa bağlamışdır. Belə olan halda ölkədən kənara pomidorun ixracı mümkünsüz olmuş və heç bir qazanc əldə etmək mümkün olmamışdır. Baş verən hadisələr ipoteka müqaviləsinin 8-ci bəndində göstərildiyi kimi tərəflərin iradəsindən aslı olmayan haldır. Belə olduğu halda onun əmlakımı ipoteka qoyaraq götürdüyü öhdəliyi qeyri iradi olaraq özündən asılı olmayan səbəblərə görə yerinə yetirmək iqtidarında deyildir. Bu baxımdan əmlak hüquqlarının qorunması vacib şərt kimi önə keçir. Krediti götürməkdə məqsəd sahibkarlıq fəaliyyətini daha da inkişaf etdirmək və qazanc əldə etməkdir. Lakin hazırkı halda ondan aslı olmayan səbəbə görə əmlaklarımın əldən çıxması və borclanma riski yarandığından ipoteka müqaviləsinə xitam verilməklə əmlakımı həmin yüklülükdən azad olunması zərurəti yaranmışdır. Bu eyni zamanda Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlıq prinsipinə uyğundur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bank) ilə İddiaçı (müştəri) arasında 03.11.2014cü il tarixli skmf-66 saylı baş kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən borcalana 84 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 1.500.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Müqavilə tərəflərin imzası və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (ipoteka saxlayan) ilə İddiaçı (ipoteka qoyan) arasında 03 noyabr 2014-cü il tarixli, 030/14 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı skmf-66 saylı 03.11.2014-cü il tarixli baş kredit müqaviləsindən irəli gələn öhdəliyinin təminatı olaraq mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində olan 7,80 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 m2 olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1m2, ümumi sahəsi 73,4 m2, olan 1 mərtəbəli inzibati bina, Liter B – tikintialtı sahəsi 525,3 m2, ümumi sahəsi 412,5 m2 olan 1 mərtəbəli daş sexi, Liter D – tikintialtı sahəsi 157,5 m2, ümumi sahəsi 248,7 m2 olan 1 mərtəbəli mağaza binasını Cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin: 8-ci bəndinə əsasən tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindiyi vaxtdan baş verən zəlzələ, yanğın və digər təbii fəlakət, habelə müharibə blokada, dövlət hakimiyyət orqanlarının aktları və hərəkətləri, yaxud digər qarşısıalınmaz qüvvə ilə bağlı hallarda bu müqavilədən irəli gələn öhdəliklərinin (ipoteka ilə təmin edilmiş öhdəliyin yerinə yetirilməməsi istisna olmaqla) yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. 9.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka qoyan yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilir. 14.2-ci bəndinə əsasən İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı bu müqavilənin 2.1-ci bəndində qeyd olunmuş müqaviləyə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin ipoteka qoyanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirməməsi səbəblərindən yaranan sair ziyanları ipoteka saxlayana ödəyənədək bu müqavilə qüvvədə olur. 14.3-cü bəndinə görə müqaviləyə aşağıdakı hallarda xitam verilir: a) İpoteka ilə təmin edilmiş öhdəlik ipoteka qoyan və ya üçüncü şəxs tərəfindən vaxtında tam həcmdə yerinə yetirildikdə; b) İpoteka ilə təmin edilmiş öhdəlik ipoteka qoyan və üçüncü şəxs tərəfindən vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə; v) İpoteka ilə təmin edilmiş öhdəlik və bu öhdəliklə bağlı ipoteka saxlayanın tələbləri ipoteka predmetinin bu müqavilədə nəzərdə tutulmuş qaydada realizə edilməsi nəticəsində tam həcmdə yerinə yetirildikdə; q) Tərəflərin razılığı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tutmanın ipoteka qoyanın digər əmlakına yönəlməsi ilə ipoteka ilə təmin edilmiş öhdəlik və bu öhdəliklə bağlı ipoteka saxlayanın tələbləri tam həcmdə yerinə yetirildikdə; d) Bu müqaviləyə və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada ipoteka ilə yüklü edilmiş əmlak ipoteka saxlayanın mülkiyyətinə keçməklə ipoteka ilə təmin edilmiş öhdəlik və bu öhdəliklə bağlı ipoteka saxlayanın tələbləri tam həcmdə yerinə yetirildikdə. Müqavilə tərəflərin imzası və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışla təsdiq edilir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində olan 7,80 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 m2 olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə üzərində İddiaçı mülkiyyət hüququ Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qarşısında 27.12.2014-cü il tarixdə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-49/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı, X6, X7 və X3 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X2, X1 və X4 03.11.2014-cü il tarixli, skmf-66 saylı baş kredit müqaviləsi üzrə əsas borca görə 1.492.497,50 manat, faiz borcuna görə 199.218,50 manat, cərimə borcuna görə 15.000 manat olmaqla cəmi 1,706,716 manat məbləğində borc, habelə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutulacaq məbləğin cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasına yönəldilməsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasının açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 12.400.000 manat müəyyən edilməsi qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 03.11.2014-cü il tarixli skmf-66 saylı baş kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən borc alana 84 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 1.500.000 manat məbləğində kredit verilmişdir. Baş kredit müqaviləsi üzrə İddiaçı öhdəliyinin təminatı olaraq İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 03 noyabr 2014-cü il tarixli, 030/14 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı skmf-66 saylı 03.11.2014-cü il tarixli Baş kredit müqaviləsindən irəli gələn öhdəliyinin təminatı olaraq mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində olan 7,80 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 m2 olan 1 mərtəbəli əmlak kompleksi kimi müəssisə və əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1m2, ümumi sahəsi 73,4 m2, olan 1 mərtəbəli inzibati bina, Liter B – tikintialtı sahəsi 525,3 m2, ümumi sahəsi 412,5 m2 olan 1 mərtəbəli daş sexi, Liter D – tikintialtı sahəsi 157,5 m2, ümumi sahəsi 248,7 m2 olan 1 mərtəbəli mağaza binası Cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-49/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı, X6, X7 və X3 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X2, X1 və X4 03.11.2014-cü il tarixli, skmf-66 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 1.492.497,50 manat, faiz borcuna görə 199.218,50 manat, cərimə borcuna görə 15.000 manat olmaqla cəmi 1.706.716 manat məbləğində borc, habelə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutulacaq məbləğin cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasına yönəldilməsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasının açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı bank tərəfindən ona illik faiz dərəcəsi 6 faiz olmaqla 84 ay müddətinə 1.500.000 manat məbləğində kreditin götürülməsində məqsədinin pomidor parnikini inkişaf etdirərək istehsalının təşkil edilməsi olduğunu, onunla bank arasında bağlanılmış ipoteka müqaviləsinin 8-ci bəndinə əsasən tərəflərın onların iradəsindən asılı olmayan qarşısıalınmaz qüvvə ilə bağlı hallarda həmin müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımadığını, kredit götürüləndən və ipoteka müqaviləsinə əsasən əmlak ipoteka ilə yüklü ediləndən sonra COVİD-19 virusunun yayılması ilə bağlı dövlət sərhədinin bağlandığını, nəticədə pomidorları ixrac də bilmədiyini, eyni zamanda həmin müddət ərzində 44 günlük vətən müharibəsinin də baş verdiyini, baş verən hadisələrin ipoteka müqaviləsinin 8-ci bəndində nəzərdə tutulmuş tərəflərin iradəsindən asılı olmayan hal olduğunu əsas göstərərək 03 noyabr 2014-cü il tarixli, 030/14 saylı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə əvvəla qeyd edir ki, müqavilənin ləğv edilməsinin ümumi əsasları Mülki Məcəllənin 421-ci maddəsinin nəzərdə tutulmuşdur. Həmin maddəyə görə: 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İpotekaya xitam verilməsi əsasları isə “İpoteka haqqında” AR Qanununun 48.1-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və həmin Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. Hazırkı halda isə məhkəmə araşdırması zamanı Mülki Məcəllənin 421-ci maddəsində, və ya “İpoteka haqqında” AR Qanununun 48.1-ci maddəsində nəzərdə tutulmuş, mübahisəli ipoteka müqaviləsinə xitam verilməsi üçün əsas ola biləcək hallardan hər hansı birinin mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, İddiaçı iddia ərizəsində mübahisəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi üçün əsas kimi – cavabdehlə aralarında bağlanılmış ipoteka müqaviləsinin 8-ci bəndinin şərtlərinə, yəni tərəflərin onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindiyi vaxtdan baş verən zəlzələ, yanğın və digər təbii fəlakət, habelə müharibə blokada, dövlət hakimiyyət orqanlarının aktları və hərəkətləri, yaxud digər qarşısıalınmaz qüvvə ilə bağlı hallarda həmin müqavilədən irəli gələn öhdəliklərinin (ipoteka ilə təmin edilmiş öhdəliyin yerinə yetirilməməsi istisna olmaqla) yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımamasına istinad etmişdir. Göstərilən əsasa münasibətdə ilk qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi ipoteka müqaviləsinin 8-ci bəndinin məzmunundan da göründüyü kimi müqavilənin sözügedən şərtində göstərilən tərəflərin iradəsindən asılı olmayan qarşısıalınmaz hallar tərəfləri ipoteka ilə təmin edilmiş öhdəliyin yerinə yetirilməməsinə görə məsuliyyətdən azad etmir. İkincisi, tərəflər arasında bağlanmış baş kredit müqaviləsinə əsasən borc verən Cavabdeh ASC tərəfindən borc alan İddiaçı 03.11.2014-cü il tarixdə 84 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 1.500.000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin qüvvədə olma müddəti 03.11.2021-ci il tarixinədək olmuşdur. “Koronavirus (COVİD-19) pandemiyasının bütün dünya və eləcə də ölkəmizdə geniş yayılması 2020-ci ilin mart ayına, yəni tərəflər arasında bağlanmış baş kredit müqaviləsinin bağlanmasından 5 ildən artıq müddət keçmiş olan bir dövrə təsadüf edir. Bu baxımdan göstərilən halın İddiaçı 2020-ci ilin martınadək olan dövrdə yaranmış öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilməsi üçün əsas qismində çıxış etməməsi açıq-aşkardır. Digər tərəfdən Koronavirus (COVİD-19) pandemiyasının geniş yayıldığı dövrə, eləcə də 2020-ci ilin 27 sentyabrında başlamış və 44 gün davam etmiş Vətən Müharibəsi dövrünə gəldikdə məhkəmə iddiaçı tərəfindən icra edilməli olan əsas öhdəliyin pul öhdəliyi olmasını (pul vəsaitinin isə daimi dövriyyədə olan əşya olduğunu), eyni zamanda pandemiya və müharibə dövründə tətbiq edilmiş məhdudiyyətlərin iddiaçının fəaliyyət göstərdiyi sahəyə mənfi təsir göstərməsi istisna edilməsə belə, həmin dövrdə sözügedən sahədə fəaliyyətin tam qadağan da edilmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının istinad etdiyi yuxarıda göstərilən hallar ipoteka ilə təmin edilmiş əsas öhdəliyin icrasını tamamilə qeyri-mümkün edən və belə olan halda həmin öhdəliyinə xitam verilməsi üçün əsas verən qarşısıalınmaz hallar kimi qəbul edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 03 noyabr 2014-cü il tarixli, 030/14 saylı ipoteka müqaviləsinə xitam verilməsi üçün qanunda və ipoteka müqaviləsində nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edilmədiyindən həmin müqaviləyə xitam verilməsi barədə iddiaçının tələbi rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı 03 noyabr 2014-cü il tarixli, 030/14 saylı müqaviləyə xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-627/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-627/2022
18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver