Məhkəmə qərarları › İş №e-2-2(113)-6274/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6274/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6274/2025 11.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 MMC-dən birgə qaydada: - İKZ102 saylı kredit müqaviləsinə əsasən 74,058.25 manat əsas borc, 3,261.88 manat faiz borcu, 296.23 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdiyi tarixdən xx.xx.2025ci il tarixədək gecikdirilmiş vaxt üçün Mərkəzi Bankın illik uçot dərəcəsinə uyğun olaraq hesablanan faiz borcu 363.16 manat olmaqla, cəmi 77,979.52 manat borcun, - İKZ114 saylı kredit müqaviləsinə əsasən 197,186.83 manat əsas borc, 15,260.07 manat faiz borcu, 1,955.62 manat cərimə borcu olmaqla, cəmi 214,402.52 manat borcun İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın aşağıdakı əmlaklara yönəldilməsi, aşağıda sadalanan əmlakların ilkin satış qiymətlərinin qeyd edilən qiymətlər müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin İddiaçı ASC-yə olan öhdəliklər üzrə borclarının ödənilməsinə yönəldilməsi, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 16, mənzil 43, Yeni qaydalarla: AZ1033, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 140.6 kv.m. ümumi sahədən ibarət mənzil (Reyestr nömrəsi: **********49-05301-093038, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi:**********), ilkin satış qiyməti 295000 manat; İpoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 MMC-dən birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 582.38 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin müvafiq İdarəsində qeydiyyata alınması üçün 15.68 manat dövlət rüsumu və 36.40 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən işdə iştirak edən digər şəxsin yəni Cavabdeh4 iddia ərizəsini almasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyrirezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış İKZ102 nömrəli, xx.xx.2023-cü il tarixli və İKZ114 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqavilələrinin 8.7-ci maddəsinə əsasən tərəflər arasında bu müqavilənin icrası ilə əlaqədar mübahisələrin qarşılıqlı razılıq ilə həll edildiyi qeyd olunmuşdur. Həmçinin iddiaçı ilə Cavabdeh5 arasında bağlanmış ZİKZ102 nömrəli, xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinin 3.5-ci bəndinə əsasən tərəflər arasında bu müqavilənin icrası ilə əlaqədar mübahisələrin qarşılıqlı razılıq ilə həll edildiyi qeyd olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, iş materiallarına iddiaçı tərəfindən cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh5 pretenziya qaydasında xəbərdarlığın ünvanlanması barədə bildiriş (pretenziya) əlavə olunsa da, həmin xəbərdarlığın çatdırılması ilə bağlı sənəd iş materiallarına əlavə edilməmişdir. AR MPM-in: 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar