Məhkəmə qərarları › İş №e-2-2(113)-6287/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6287/2023

28.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6287/2023 28.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borc məbləğinin ödənilməsi” tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “borc məbləğinin ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25 manat ödənilməmiş borc məbləğinin, 20 manat mediasiya xərcinin və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 02 avqust 2017-ci il tarixli, 1028-2017 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsi” nə dair müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasənda xidmət haqqının vaxtlıvaxtında ödənilməsini təmin etməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesabatlar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 25 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Belə ki, Şirkət qismində İddiaçı MMC ilə korporativ abunəçi Cavabdeh MMC arasında 02 avqust 2017-ci il tarixdə bağlanmış 1028-2017 nöməli “Mobil rabitə xidmətlərinin göstərilməsi” nə dair müqaviləyə əsasən şirkət korporativ abunəçiyə mobil rabitə xidmətləri göstərir, korporativ abunəçi xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan korporativ tarif əsasında xidmət haqqını vaxtlı-vaxtında ödənilməsini təmin edir. 1.2.Bu müqavilə üzrə şirkət korporativ abunəçiyə şirkətin şəbəkəsindən istifadə etmək üçün Sim Kart paketləri ilə birlikdə 5 ədəd nömrə təqdim edir. Müqavilə üzrə nömrələrin siyahısı 1 saylı Qoşmada əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hasıki müqaviləyə əlavə olunur. Korporativ abunəçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və Korporativ tarifə uyğun olaraq xidmət haqqının vaxtı vaxtında ödənilməsini təmin edir. 1.3. Bu müqavilə üzrə korporativ nömrələrin hər birinin nominal dəyəri göstərilməklə aşağıdakılar kimi bölünür: Sadə nömrə paketi 10 (ƏDV daxil) manat, Gümüş nömrə paketi 50(ƏDV daxil) manat, Qızıl nömrə paketi 250(ƏDV daxil) manat və Platinium nömrə paketi 1000 (ƏDV daxil) manat. 3.1. Bu müqavilə üzrə təqdim edilən xidmətlərinin qiyməti Korporativ tarifdə, digər xidmətlərin dəyəri isə bu müqavilənin müvafiq Əlavələrində göstərilib və ödəniş hesaba köçürmə yolu ilə, yaxud Şirkətin müəyyən etdiyi digər qaydada, hər növbəti ayın 30-dan gec olmayaraq həyata keçirilir. 02 avqust 2017-ci il tarixli, 1028-2017 nöməli “Mobil rabitə xidmətlərinin göstərilməsi” nə dair müqaviləyə 1 saylı Qoşmaya əsasən korporativ abunəçiyə 5 ədəd nömrə təqdim edilmişdir. Hesab-fakturaya əsasən xx.xx.2023-cü il tarixli, CC 717 nömrəli qaiməyə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin dəyəri ƏDV 3.81 manat olmaqla, ümumilikdə 25 manat təşkil etmişdir Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya pulun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 02 avqust 2017-ci il tarixli, 1028-2017 nöməli “Mobil rabitə xidmətlərinin göstərilməsi” nə dair müqavilədən irəli gəlir. Cavabdehlərin bu öhdəliklərini lazımınca icra etməməsi İddiaçıya göstərilən müqavilə və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. AR MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1 (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) Beləliklə, işin hallarından müəyyən olunur ki, tərəflər arasında 02 avqust 2017-ci il tarixdə bağlanmış 1028-2017 nöməli “Mobil rabitə xidmətlərinin göstərilməsi” nə dair müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mobil rabitə xidmətləri göstərilmiş, lakin cavabdeh müqavilənin tərkib hissəsini təşkil edən korporativ tarif planı əsasında xidmət haqqının ödənişini tam həyata keçirməmiş, ümumilikdə ƏDV daxil 25 manat məbləğində pul ödənilməmiş qalmışdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən ümumilikdə 25 manat təşkil edən borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçı iddia tələbində 20 manat məbləğində mediasiya ödənişinin və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 20 manat mediasiya xərci və 10 manat məbləğində dövlət rüsumu cavabdehdə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 25 (iyirmi beş) manat ödənilməmiş borc məbləği, 20 (iyirmi) manat mediasiya xərci və ödənilmiş 10 (on) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar