Məhkəmə qərarları › İş №e-2-2(113)-6294/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6294/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6294/2023 18.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələblərinə dair kommersiya mübahisəsi üzrə Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələblərinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazlırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X5, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6, X7, X1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 14410.91 manat əsas borc, 214.06 manat faiz və 68.67 manat cərimə borcu olmaqla, ümumilikdə 14693.64 manat məbləğində borcun və 210 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81.9(m2), yaşayış sahəsi 40.6 (m2), yaşayış otaqlarının sayı 2 olan fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən X5 İddiaçı ASCnin “MXD” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2020-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən X6 İddiaçı ASC-nin “MXD” filialından illik 5%-lə 36 ay müddətinə 45000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, X3 və Cavabdeh3 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri bağlanılmışdır. Borcun təminatı olaraq, Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81.9(m2), yaşayış sahəsi 40.6 (m2), yaşayış otaqlarının sayı 2 olan fərdi yaşayış evi, xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 29 avqust 2023-cü il tarixədək X4 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 14410.91 manat əsas, 214.06 manat faiz və 274.66 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14899.63 manat borcu vardır X4 banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 274.66 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%- i miqdarında olmaqla, yəni 68.67 manat məbləğində tələb olunur.

II. Tərəflərin mövqeləri:

1. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandıılsa da, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər, lakin iddiaçı tərəf elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır.

IV. Məhkəmənin mövqeyi 6.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarınnın 5-ci bənbinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”;

7. Məhkəmə ərizəni nəzərdən keçirib, iddia ərizəsini araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə vəsatət verdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmaıdır.

V. Nəticə:

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269–cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələblərinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar