Məhkəmə qərarları › İş №e-2-2(113)-6294/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6294/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6294/2025 29.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmentinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və ipoteka müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmentinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada: - K7365 saylımaliyyələşdirmə üçün ərizəyə əsasən 499,319.54 (dörd yüz doxsan doqquz min üç yüz on doqquz manat əlli dörd qəpik) manat əsas borc, 24,336.91 (iyirmi dörd min üç yüz otuz altı manat doxsan bir qəpik) manat faiz borcu, 27,462.57 (iyirmi yeddi min dörd yüz altmış iki manat əlli yeddi qəpik) manat cərimə borcu və xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq illik 7.25% faiz hesablamaqla borc 6,636.79 (altı min altı yüz otuz altı manat yetmiş doqquz qəpik) manat olmaqla, cəmi 557,755.81 (beş yüz əlli yeddi min yeddi yüz əlli beş manat səksən bir qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə ödənilməsi; İİ. Tutmanın aşağıdakı əmlaklara yönəldilməsi, aşağıda sadalanan əmlakların ilkin satış qiymətlərinin qeyd edilən qiymətlər müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin İddiaçı ASCyə olan öhdəliklər üzrə borclarının ödənilməsinə yönəldilməsi; 1. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 127, mənzil 51 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 60.9 kv.m. ümumi sahədən ibarət mənzil (Reyestr nömrəsi: **********89-05101- 093005, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi:**********), ilkin satış qiyməti 126400 (bir yüz iyirmi altı min dörd yüz) manat; İİİ. İpoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh3 MMC vəCavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; İV. İddia ərizəsinin məhkəməyə verilməsi üçün 847.76 (səkkiz yüz qırx yeddi manat yetmiş altı) manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin müvafiq İdarəsində qeydiyyata alınması üçün 15.68 (on beş manat altmış səkkiz qəpik) manat dövlət rüsumu və 36.40 (otuz altı manat qırx qəpik) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) iləCavabdeh3 MMC(bundan sonra “Borcalan”) arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2023-cü il tarixli 1.0.6 N-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2023-cü il tarixli, OnGTC-00226570LE/2019 nömrəli Razılaşma imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda tərəflər arasında xx.xx.2023-cü il tarixli GL6486saylı Kredit Limiti müqaviləsiimzalanmış və bank tərəfindən borcalana xx.xx.2033-cü il tarixədək illik faiz dərəcəsi 25 % olmala 10.000000 (on milyon) manat məbləğində kredit limiti açılmışdır. Tərəflər arasında GL6486saylı Kredit Limiti müqaviləsi və Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2024-cü il tarixli K7365 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən K6487 saylı kreditin restrukturizasiyası məqsədilə Borcalana xx.xx.2025- ci il tarixədək illik faiz dərəcəsi 15%, illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 30% olmaqla 500.000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bundan əlavə GL6486 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 127, mənzil 51 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 60.9 kv.m. ümumi sahədən ibarət mənzil İ4956 saylı xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********89-05101-093005, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi:**********) dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli GL6486saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh1 arasında Z5922 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Borcalan öz üzərinə düşən öhdəlikləri icra etməyərək, üzərinə düşən öhdəliyi icra etməmişdir. Borcalanın xx.xx.2025ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - K7365 saylımaliyyələşdirmə üçün ərizəyə əsasən 499,319.54 (dörd yüz doxsan doqquz min üç yüz on doqquz manat əlli dörd qəpik) manat əsas borc, 24,336.91 (iyirmi dörd min üç yüz otuz altı manat doxsan bir qəpik) manat faiz borcu, 27,462.57 (iyirmi yeddi min dörd yüz altmış iki manat əlli yeddi qəpik) manat cərimə borcu və xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq illik 7.25% faiz hesablamaqla borc 6,636.79 (altı min altı yüz otuz altı manat yetmiş doqquz qəpik) manat olmaqla, cəmi 557,755.81 (beş yüz əlli yeddi min yeddi yüz əlli beş manat səksən bir qəpik) manat təşkil edir, gecikmə günü: 155 İddiaçıiddia ərizəsinin məhkəməyə verilməsi üçün 847.76 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanındaƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin müvafiq İdarəsində qeydiyyata alınması üçün 15.68 (on beş manat altmış səkkiz qəpik) manat dövlət rüsumu və 36.40 (otuz altı manat qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən Bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə(peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. İpoteka müqaviləsinə əsasn bu müqavilə ilə təminat verilən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh3 MMC-nin (borcalanın) qanuni nümayəndəsi və cavabdeh (zamin) Cavabdeh1 bildirir ki, maddi vəziyyəti ilə əlaqədar debitor borcu yaranmışdır və ödənişləri həyata keçirə bilməmişdir və borc məbləğlərini qəbul edir. Mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olmadığını bildirdi. Yalnız azyaşlı uşaqları nəzərə alaraq girov qoyulmuş yaşayış evinin satışa çıxarılmaması xahiş etmişdir.

5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2023-cü il tarixli 1.0.6 N-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2023-cü il tarixli, OnGTC-00226570LE/2019 nömrəli Razılaşma imzalanmışdır.

9. Tərəflər arasında xx.xx.2023-cü il tarixli GL6486 saylı Kredit Limiti müqaviləsi imzalanmış və bank tərəfindən borcalana xx.xx.2033-cü il tarixədək illik faiz dərəcəsi 25 % olmaqla 10.000.000 (on milyon) manat məbləğində kredit limiti açılmışdır. Tərəflər arasında GL6486saylı Kredit Limiti müqaviləsi və Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2024-cü il tarixli K7365 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən K6487 saylı kreditin restrukturizasiyası məqsədilə Borcalana xx.xx.2025- ci il tarixədək illik faiz dərəcəsi 15%, illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 30% olmaqla 500.000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır.

10. Bank ilə Borcalan arasında bağlanılmış xx.xx.2023-cü il tarixli GL6486 saylı kredit limiti müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında Z5922 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqavilələrin 1-ci bəndinə əsasən bank ilə bu müqavilənin 2.3. bəndində göstərilən şəxs (bundan sonra “Borcalan” adlanacaq) arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.

11. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasmda göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablamr. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir.

12. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış GL6486 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 127, mənzil 51 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 60.9 kv.m. ümumi sahədən ibarət mənzil İddiaçı ASC-nin xeyrinə İ4956 saylı xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********89-05101-093005, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi:**********) dövlət reyestrindən çıxarış verilmişdir.

13. 01.07.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 MMC-nin xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri K7365 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 499,319.54 (dörd yüz doxsan doqquz min üç yüz on doqquz manat əlli dörd qəpik) manat əsas borc, 24,336.91 (iyirmi dörd min Uç yüz otuz altı manat doxsan bir qəpik) manat faiz borcu, 27,462.57 (İyirmi yeddi min dörd yüz altmış iki manat əlli yeddi qəpik) manat cərimə borcu və xx.xx.2025-cİ il tarixindən xx.xx.2025-ci il tarixinə qədər Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq illik 7.25% faiz hesablamaqla borc 6,636.79 (altı min altı yüz otuz altı manat yetmiş doqquz qəpik) manat olmaqla, cəmi 557,755.81 (beş yüz əlli yeddi min yeddi yüz əlli beş manat səksən bir qəpik) manat təşkil edir, gecikmə günü: 155.

14. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh2 mülkiyyətində olan: - Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 127, mənzil 51 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 60.9 kv.m. ümumi sahədən ibarət mənzilin real bazar və likvid qiyməti nə qədər təşkil edilməsinin müəyyən edilməsi üçün əmlakın qiymətləndirilməsi ekspertizası keçirilmişdir.

15. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-208/2025 saylı rəyi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 127, mənzil 51 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 60.9 kv.m. ümumi sahədən ibarət mənzilin hazırki bazar qiyməti 170000 manat, likvid qiyməti 164000 manat müəyyən edilmişdir.

16. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2023-cü il tarixli 1.0.6 N-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2023-cü il tarixli, OnGTC-00226570LE/2019 nömrəli Razılaşma imzalanmışdır. Tərəflər arasında xx.xx.2023-cü il tarixli GL6486 saylı Kredit Limiti müqaviləsi imzalanmış və bank tərəfindən borcalana xx.xx.2033-cü il tarixədək illik faiz dərəcəsi 25 % olmaqla 10.000000 (on milyon) manat məbləğində kredit limiti açılmışdır. Tərəflər arasında GL6486saylı Kredit Limiti müqaviləsi və Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2024cü il tarixli K7365 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən K6487 saylı kreditin restrukturizasiyası məqsədilə Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 15%, illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 30% olmaqla 500.000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bank ilə Borcalan arasında bağlanılmış xx.xx.2023-cü il tarixli GL6486 saylı kredit limiti müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında Z5922 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış GL6486 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 127, mənzil 51 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 60.9 kv.m. ümumi sahədən ibarət mənzil İddiaçı ASC-nin xeyrinə İ4956 saylı xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir.

18. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh3 MMC mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə iclasında iştirak edən borcalanın qanuni nümayəndəsi və eyni zamanda zamin olan Cavabdeh1 borc məbləğlərini qəbul etdiyini bildirdi.

19. Məhkəmə iddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

24. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

25. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

26. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

27. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

28. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

29. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddiaya münasibətdə bildirmişdir ki, borc məbləğlərini qəbul edir. Mühasibatlıq ekspertizasının keçirilməsinə ehtiyac olmadığını bildirmişdir.

30. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 499319,54 manat əsas borc məbləği, 24336,91 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, əsas və faiz borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə müqavilə üzrə K7365 saylı malyyələşdirmə üçün ərizəsi üzrə 27462,57 manat məbləğində hesablanmış dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

33. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

34. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

35. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə pulu K7365 saylı malyyələşdirmə üçün ərizəsi üzrə 24966 manat məbləğində müəyyən edilməlidir.

36. Bundan başqa iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6636,79 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir.

37. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

39. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlə bağlanmış kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə 499319,54 manat borc məbləği, 24336,91 manat faiz borcu, 24966 manat dəbbə pulu borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməli, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 4436 manat (iddia tələbndə göstərilən dövr üzrə xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər əsas borc məbləğinin 5%) məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

40. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.

41. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış GL6486 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 127, mənzil 51 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 60.9 kv.m. ümumi sahədən ibarət mənzil İddiaçı ASC-nin xeyrinə İ4956 saylı xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********89-05101- 093005, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi:**********) dövlət reyestrindən çıxarış verilmişdir.

42. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.

43. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

44. “İpoteka haqqında” Qanunun:

45. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

46. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

47. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;

48. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

49. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

50. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

51. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

52. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh3 MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

53. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 127, mənzil 51 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 60.9 kv.m. ümumi sahədən ibarət mənzilə ünvanda yerləşən mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 tutulmalıdır.

54. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

55. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.

56. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-208/2025 saylı rəyi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 127, mənzil 51 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 60.9 kv.m. ümumi sahədən ibarət mənzilin hazırki bazar qiyməti 170000 manat, likvid qiyməti 164000 manat müəyyən edilmişdir.

57. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəyində müəyyən edilmiş müvafiq olaraq Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 127, mənzil 51 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 60.9 kv.m. ümumi sahədən ibarət mənzilin likvid qiyməti 164000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.

59. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumuna görə 847,76 manat və ipoteka predmetinə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15,68 manat və xidmət haqqının əvəzi olaraq 36,40 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.

60. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 843 manat məbləğində və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xərcin əvəzi olaraq 52,08 manat pul vəsaiti müştərək qaydada cavabdehlərdən (borclu və zamindən) iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 müştərək qaydada K7365 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 499319,54 manat əsas borc, 24336,91 manat faiz borcu, 24966 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər illik 5% ilə hesablanan 4436 manat faiz məbləği olmaqla cəmi 553058,45 maat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 843 manat, ipoteka bildirişinin qeydiyyata alınması xərcinin əvəzi olaraq 52,08 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 127, mənzil 51 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 60.9 kv.m. ümumi sahədən ibarət mənzilə (Reyestr nömrəsi: **********89-05101- 093005, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi:**********) yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 164.000 manat məbləğində müəyyən edilsin; Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 müştərək qaydada tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar