Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-63/2022 14.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X14 qızının katibliyi, iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi X4, Cavabdeh9, Cavabdeh2 nümayəndəsi, vəkil X1 və Cavabdeh7 iştirakı ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nın Cavabdeh1, Cavabdeh9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "Bank VTB (Azərbaycan)" ASC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh7 arasında bağlanmış 24 iyul 2017-ci il tarixli 107383-1-3723/4/2 saylı kredit müqaviləsi üzrə 18.08.2020-ci il tarixə banka borclu olduğu 60932,25 ABŞ dolları məbləğində əsas borc, 5058,21 ABŞ dolları məbləğində faiz borcu, 55756 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 121746,46 ABŞ dolları məbləğində pulun, həmçinin 30 manat məbləğində məhkəmə üçün və 90 manat ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 120 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh8, Cavabdeh5 MMC, Cavabdeh1 və Cavabdeh4 "Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətlərini müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, ev 36 ünvanında yerləşən 136,4 m2 ümumi, 76,4 m2 yaşayış, 60 m2 yardımçı sahədən ibarət 3 otaqlı 46 nömrəli mənzilə ilk növbədə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi, mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh4 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onun mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ilk növbədə tutma yönəldilmiş əmlakın satışından sonra qalan borcun Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında 0,04858 ha torpaq sahəsində yerləşən 121,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası və Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında 0,02096 ha torpaq sahəsində yerləşən 66,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin "Bank VTB (Azərbaycan)” ASC-ə ödənilməsi, qeyri-yaşayış binalara tutma yönəldildikdən və onlar satıldıqdan sonra əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh7 arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli 107383-1-3723 saylı “Baş kredit razılaşması” əsasında bank Cavabdeh7 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açmışdır. Bank ilə Cavabdeh7 arasında bağlanmış 15 iyul 2015-ci il tarixli 107383-1-3723/4 saylı kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh7 investisiya məqsədi üçün illik 15 faiz hesablanması şərti ilə 36 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra bank ilə Cavabdeh7 arasında bağlanmış “15.07.2015-ci il tarixli 107383-1-3723/4saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 16 mart 2016-cı il tarixli 1 saylı razılaşmaya əsasən Cavabdeh7 banka 16.03.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 176829 ABŞ dolları məbləğində borcu illik 15 faiz hesablanması şərti ilə 28 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, bank ilə Cavabdeh7 arasında bağlanmış “15.07.2015-ci il tarixli 107383-1-3723/4 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 24 iyul 2017-cı il tarixli 2 saylı razılaşmaya əsasən Cavabdeh7 banka 24.07.2017-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 116902,25 ABŞ dolları məbləğində borcu illik 15 faiz hesablanması şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən verilmiş və baş kredit razılaşmasına əsasən kredit müqaviləsinin təminatı kimi aşağıdakı müqavilələr bağlanmışdır. Bank ilə Cavabdeh2 və Cavabdeh9 arasında bağlanmış 14 dekabr 2012-ci il tarixli 175985 saylı Daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Cavabdeh7 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi paylı mülkiyyət hüququ ilə Cavabdeh2 və Cavabdeh9 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Moskva pr 1 ünvanında 0,04858 ha torpaq sahəsində yerləşən 121,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası və Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 1 ünvanında 0,02096 ha torpaq sahəsində yerləşən 66,6 m2 ümumi sahədən ibarət qeyriyaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə Cavabdeh4 arasında bağlanmış 08 may 2015-ci il tarixli 147585-NEDVİJ-3659 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Cavabdeh7 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, ev 36 ünvanında yerləşən 136,4 m2 ümumi, 76,4 m2 yaşayış, 60 m2 yardımçı sahədən ibarət 3 otaqlı 46 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, baş kredit razılaşması üzrə Cavabdeh7 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh6 Cavabdeh3, Cavabdeh8 və Cavabdeh5 17 sentyabr 2012-ci il tarixli müvafiq olaraq 107421-7-2551 saylı, 107449-7-2552 saylı, 107450-7-2553 saylı və 107487-G_RAN-25 saylı zaminlik müqavilələri əsasında Cavabdeh7 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. Bundan başqa, baş kredit razılaşması üzrə Cavabdeh7 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 14 dekabr 2012-ci il tarixli 107383-1-1855 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh7 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmçinin, baş kredit razılaşması üzrə Cavabdeh7 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 08 may 2015-ci il tarixli 300074 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh7 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu Cavabdeh7 üzərinə götürdüyü kredit öhdəliklərini 26.03.2018-ciil tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 60932,25 ABŞ dolları məbləğində əsas borc, 5058,21 ABŞ dolları məbləğində faiz borcu, 55756 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 121746,46 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək kredit alanın vəzifəsidir Məhkəmə iclasında iştirak edən "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi X12 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi, vəkil X5 iddianı qəbul etməyərək izahatında Cavabdeh2 məxsus ipoteka predmetlərinin satılması hissəsində tələbin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh9 iddianı qəbul etməyərək izahatında özünə məxsus ipoteka predmetlərinin satılması hissəsində tələbin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 iddianı qəbul etməyərək izahatında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 nümayəndəsi, Cavabdeh6 və və Cavabdeh8 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 14 sentyabr 2012-ci il tarixli 107383-1-3723 nömrəli baş kredit razılaşmasından görünür ki, bu razılaşma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün bank kredit alana ******* ABŞ dolları məbləğində kredit xətti açır. 15 iyul 2015-ci il tarixli 107383-1-3723/4 saylı kommersiya krediti müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlərdən Cavabdeh7 36 ay müddətinə 200000 ABŞ dolları kredit verməyi, Cavabdeh7 isə müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka illik 15% ödəməyi öhdəsinə götürür. Müqavilənin 9.2-ci maddəsinə əsasən bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş hər tam və ya natamam 100 manat/dollar/avro/rubl borc məbləğinə 2 manat/dollar/avro/rubl məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. 15.07.2015-ci il tarixli 107383-1-3723/4saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 16 mart 2016-cı il tarixli 1 saylı razılaşmadan görünür ki, Cavabdeh7 banka 16 mart 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 176829 ABŞ dolları məbləğində müəyyən edilmiş və Cavabdeh7 176829 ABŞ dolları məbləğində borcu illik 15 faiz hesablanması şərti ilə 28 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. 15.07.2015-ci il tarixli 107383-1-3723/4 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 24 iyul 2017-cı il tarixli 2 saylı razılaşmadan görünür ki, Cavabdeh7 banka 24.07.2017-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 116902,25 ABŞ dolları məbləğində borcu illik 15 faiz hesablanması şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tərtib etdiyi maliyyə arayışından görünür ki, cavabdehlərin 18.08.2020-ci il tarixə əsas borcu 60932,25 ABŞ dolları faiz borcu 5058,21 ABŞ dolları, cərimə borcu 55756 ABŞ dolları təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh9 arasında bağlanmış 14 dekabr 2012-ci il tarixli 175985 saylı Daşınmaz əmlakın ipoteka müqaviləsindən görünür ki, 14 sentyabr 2012-ci il tarixli 107383-1-3723 saylı baş kredit razılaşması üzrə Cavabdeh7 öhdəliyin icra olunması üçün 120 ay müddətinə xüsusi paylı mülkiyyət hüququ ilə Cavabdeh2 və Cavabdeh9 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Moskva pr 1 ünvanında 0,04858 ha torpaq sahəsində yerləşən 121,8 m2 ümumi sahədən ibarət qeyriyaşayış binası və Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 1 ünvanında 0,02096 ha torpaq sahəsində yerləşən 66,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmiş və AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərəfindən ********** və ********** nömrəli qeydiyyat nömrələri ilə qeydiyyata alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 08 may 2015-ci il tarixli 147585-NEDVİJ-3659 saylı daşınmaz əmlakın ipoteka müqaviləsindən görünür ki, 14 sentyabr 2012-ci il tarixli 107383-1-3723 saylı baş kredit razılaşması üzrə Cavabdeh7 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, ev 36 ünvanında yerləşən 136,4 m2 -ümumi, 76,4 m2 -yaşayış, 60 m2 -yardımçı sahədən ibarət 3 otaqlı 46 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir və AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərəfindən ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 14 dekabr 2012ci il tarixli 107383-1-1855 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh7 14 sentyabr 2012-ci il tarixli 107383-1-3723 saylı baş kredit razılaşması, baş kredit razılaşmasının ayrılmaz hissəsi olan olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olunmayan kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün tələblər üzrə öz üzərinə götürdüyü pul öhdəliklərini icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. Cavabdeh3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 sentyabr 2012-ci il tarixli 107449-7-2552 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh7 14 sentyabr 2012-ci il tarixli 107383-1-3723 saylı baş kredit razılaşması, baş kredit razılaşmasının ayrılmaz hissəsi olan olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olunmayan kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün tələblər üzrə öz üzərinə götürdüyü pul öhdəliklərini icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. Cavabdeh6 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 sentyabr 2012-ci il tarixli 107421-7-2551 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh6 Cavabdeh7 14 sentyabr 2012-ci il tarixli 107383-1-3723 saylı baş kredit razılaşması, baş kredit razılaşmasının ayrılmaz hissəsi olan olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olunmayan kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün tələblər üzrə öz üzərinə götürdüyü pul öhdəliklərini icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. Cavabdeh8 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 sentyabr 2012-ci il tarixli 107450-7-2553 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh8 Cavabdeh7 14 sentyabr 2012-ci il tarixli 107383-1-3723 saylı baş kredit razılaşması, baş kredit razılaşmasının ayrılmaz hissəsi olan olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olunmayan kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün tələblər üzrə öz üzərinə götürdüyü pul öhdəliklərini icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. Cavabdeh5 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 sentyabr 2012-ci il tarixli 107487-G_RAN-25 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh5 Cavabdeh7 14 sentyabr 2012-ci il tarixli 107383-1-3723 saylı baş kredit razılaşması, baş kredit razılaşmasının ayrılmaz hissəsi olan olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olunmayan kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün tələblər üzrə öz üzərinə götürdüyü pul öhdəliklərini icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. Cavabdeh4 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 08 may 2015-ci il tarixli 300074 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 Cavabdeh7 14 sentyabr 2012-ci il tarixli 107383-1-3723 saylı baş kredit razılaşması, baş kredit razılaşmasının ayrılmaz hissəsi olan olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olunmayan kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün tələblər üzrə öz üzərinə götürdüyü pul öhdəliklərini icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 9/1646 nömrəli 30 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 24 iyul 2017-ci il tarixli 107383-1-3723/4/2 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehlərin 18 avqust 2020-ci il tarixə əsas borc 60932,25 ABŞ dolları, faiz borcu 5058,21 ABŞ dolları təşkil edir. Tədqiqatın dəyəri 145 manatdır. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı PR/KM-09-2/2021 saylı 27 may 2021-ci il tarixli hesabatından görünür ki, X2 və Cavabdeh9 məxsus Bakı şəhəri, Yasamal rayonu, Moskva pr 1 ünvanında 0,04858 ha torpaq sahəsində yerləşən 121,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının 25.05.2021-ci il tarixinə olan bazar dəyəri 425000 manat, likvid dəyəri 382500 manat təşkil edir. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 27 may 2021-ci il tarixli PR/KM- 09-1/2021 saylı hesabatından görünür ki, X2 və Cavabdeh9 məxsus Bakı şəhəri, Yasamal rayonu, Moskva pr 1 ünvanında 0,02096 ha torpaq sahəsində yerləşən 66,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının 25.05.2021-ci il tarixə olan bazar dəyəri 280000 manat, likvid dəyəri 252000 manat təşkil edir. "xxxx" MMC -nin əmlakın qiymətləndirilməsi barədə tarixli PR/KM-09-3-2021 27 may 2021-ci il tarixli hesabatından görünür ki, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, 36 saylı binada yerləşən 136,4 m2 sahəli 3 otaqlı 46 nömrəli mənzilin 25.05.2021-ci il tarixə olan bazar dəyəri 280000 manat, likvid dəyəri 252000 təşkil edir. "xxxx" MMC tərəfindən aparılan tədqiqatların dəyəri 1200 manat olmuş və bu haqq İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 467 və 472.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “İpoteka haqqında” Qanunun 59.3-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq əvvəl kredit xəttinin açılması barədə razılaşma və həmin razılaşmada nəzərdə tutulmuş müddətlərdə və həçmdə sonradan kredit, ipoteka və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə Ekspertizası mərkəzinin 9/1646 nömrəli rəyinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərə qarşı 18 avqust 2020-ci il tarixə 60932,25 ABŞ dolları əsas borc, 5058,21 ABŞ dolları faiz borcu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün çəkilmiş 90 manat tələbi, həmçinin əmlakın satıldığı təqdirdə 1 ay müddətində tərk etməsi və boşaldılması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə (dəbbə pulu) hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 3009,54 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə tələb olunan vəsaitin 69000 ABŞ dollar olduğunu nəzərə alaraq hesab edir ki, tutma ilk növbədə ilkin satış qiyməti 252000 manat olan Cavabdeh4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, 36 saylı binada yerləşən 136,4 m2 sahəli 3 otaqlı 46 nömrəli mənzilə yönəldilməli, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə yönəldilməli, həmin vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda, tutma cavabdehlər Cavabdeh9 və X2 məxsus ilkin satış qiyməti 382500 manat olan Bakı şəhəri, Yasamal rayonu, Moskva pr 1 ünvanında 0,04858 ha torpaq sahəsində yerləşən 121,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası və ilkin satış qiyməti 252000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 1 ünvanında 0,02096 ha torpaq sahəsində yerləşən 66,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 56,67%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 56,67%-i, yəni 17 manatı cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh8, Cavabdeh5 MMC, Cavabdeh1 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bununla yanaşı iddia tələbinin 56,67%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 145 manat məbləğində xərcin 82,17 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 62,83 manatı isə cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh8, Cavabdeh5 MMC, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh8, Cavabdeh5 MMC, Cavabdeh1 və Cavabdeh4 60932,25 ABŞ dolları əsas borc, 5058,21 ABŞ dolları faiz borcu və 3009,54 ABŞ dolları cərimə, cəmi 69000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 17 manat məbləğində dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat məbləğində pul tutularaq "Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməlidir. Tutma ilk növbədə ilkin satış qiyməti 252000 manat olan Cavabdeh4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, 36 saylı binada yerləşən 136,4 m2 sahəli 3 otaqlı 46 nömrəli mənzilə yönəldilməli, həmin daşınmaz əmlak hərracdan satılmalı, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə yönəldilməli, daşınmaz əmlak satılandan sonra 1 ay müddət ərzində Cavabdeh4 həmin mənzili boşaldmaqla tərk etməlidir. İlk növbədə tutma yönəldilmiş əmlakın satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə tutma cavabdehlər Cavabdeh9 və X2 məxsus ilkin satış qiyməti 382500 manat olan Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 1 ünvanında 0,04858 ha torpaq sahəsində yerləşən 121,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası və ilkin satış qiyməti 252000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 1 ünvanında 0,02096 ha torpaq sahəsində yerləşən 66,6 m2 ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməli, həmin daşınmaz əmlak hərracdan satılmalı, qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə yönəldilməli, daşınmaz əmlak satılandan sonra 1 ay müddət ərzində Cavabdeh9 və X3 həmin qeyri-yaşayış sahələrini boşaldmalıdırlar. Məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 145 manat məbləğində xərcin 82,17 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 62,83 manatı isə cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh8, Cavabdeh5 MMC, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh8, Cavabdeh5 MMC, Cavabdeh1 və Cavabdeh4 "Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə 60932,25 ABŞ dolları əsas borc, 5058,21 ABŞ dolları faiz borcu, 3009,54 ABŞ dolları cərimə, cəmi 69000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 17 manat məbləğində dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma ilk növbədə ilkin satış qiyməti 252000 manat olan Cavabdeh4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, 36 saylı binada yerləşən 136,4 m2 sahəli 3 otaqlı 46 nömrəli mənzilə yönəldilsin, həmin daşınmaz əmlak hərracdan satılsın, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə yönəldilsin, daşınmaz əmlak satılandan sonra 1 ay müddət ərzində Cavabdeh4 həmin mənzili boşaldmaqla tərk etsin. İlk növbədə tutma yönəldilmiş əmlakın satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə tutma cavabdehlər Cavabdeh9 və X2 məxsus ilkin satış qiyməti 382500 manat olan Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 1 ünvanında 0,04858 ha torpaq sahəsində yerləşən 121,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və ilkin satış qiyməti 252000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 1 ünvanında 0,02096 ha torpaq sahəsində yerləşən 66,6 m2 ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilsin, həmin daşınmaz əmlak hərracdan satılsın, qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə yönəldilsin, daşınmaz əmlak satılandan sonra 1 ay müddət ərzində Cavabdeh9 və X3 həmin qeyri-yaşayış sahələrini boşaldsınlar. Məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 145 manat məbləğində xərcin 82,17 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 62,83 manatı isə cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh8, Cavabdeh5 MMC, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-63/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-63/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver