Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-63/2023 19.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə5, Cavabdeh3 nümayəndələri Nümayəndə3 və Nümayəndə4 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 “06” yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 188616,78 manat, faiz borcu üzrə 25720,17 manat, cərimə borcu üzrə 1569,44 manat olmaqla, ümumilikdə 215906,39 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 92,90 manat dövlət rüsumu və xidmət haqqının, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 506,31 manat dövlət rüsumu və bank xidmət haqqının, 200 manat mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh4 məxsus olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73.9 kv.m olan mənzilə və Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 1, m 33 ünvanında yerləşən, ümumi sahəsi 104.73 kv.m olan mənzilə yönəldilməsi, mənzillərin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə, açıq hərracdan satılması, ipoteka predmeti olan mənzillərin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipotekaya qoyulmuş, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73.9 kv/m olan mənzildə qeydiyyatda olan Cavabdeh5 və Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən, ümumi sahəsi 104.73 kv.m olan mənzildə qeydiyyatda olan Cavabdeh4, X4, Cavabdeh1 və X1 məznillərdən istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzillərin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 6358443/KM/1 nömrəli və xx.xx.2019-cu il tarixli, 6358443/KXM nömrəli kredit müqavilələri üzrə ssuda öhdəliklərinin bağlanılması məqsədilə borcalana 24 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq bankla; - Cavabdeh4 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73.9 kv/m olan mənzilin (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2012) ipotekaya qoyulması barədə xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi; - Cavabdeh1 arasında Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən, ümumi sahəsi 104.73 kv/m olan mənzilin (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2011) ipotekaya qoyulması barədə xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bununla yanaşı, sözügedən kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 və Cavabdeh1 arasında 06 yanvar 2021-ci il tarixli, 6358443/ZM3 və 6358443/ZM4 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 2.3.1-ci və 2.3.2-ci maddələrinə əsasən zaminlər borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirilməsinə görə borc alanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüş, zaminlik müqavilələrindən, o cümlədən kredit müqaviləsindən irəli gələn tələblər üzrə pul vəsaitlərini zaminlərin bankdakı hesablarından akseptsiz qaydada silmək hüququnu banka vermişlər. Bununla yanaşı, cavabdehlər tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc və onun faizinin ödənilməsini 90 (doxsan) gündən çox müddətdə gecikdirmiş, nəticədə bankın kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb hüququ yaranmışdır. Bank tərəfindən cavabdehlərə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir müsbət nəticə verməmişdir. Bankın Nəsimi filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışlarına əsasən cavabdehlərin 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi üzrə banka əsas borc üzrə 188616,78 manat, faiz borcu üzrə 25720,17 manat, cərimə borcu üzrə 1569,44 manat, ümumilikdə 215906,39 manat borcu yaranmışdır. Cavabdehlərə kredit tranşı üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılması və hesablanan dəbbə pulunun ödənilməsi barədə bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq, bu günə kimi borcun tam şəkildə ödənilməsi üçün tədbir görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, tərəflər arasında razılığın əldə edilməsi mümkün olmamış, mediator tərəfindən “mediasiya prosesinə xitam verilməsi barədə” 14 dekabr 2021-ci il tarixli protokol verilmiş, ilkin mediasiyanın keçirilməsi üçün 400 manat məbləğində mediasiya xərci tərəflər arasında 50% olmaqla, "xxxx" ASC tərəfindən 200 manat mediasiya xərci mediatorun hesabına ödənilmişdir. Nəticədə, bankın yaranmış borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmış, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 188616,78 manat, müqavilənin bitmə tarixinə faiz borcu üzrə 50242,48 manat, müqavilə bitdikdən sonra illik 5 faizlə hesablanan faiz borcu üzrə 3955,71 manat, cərimə borcu üzrə 31573,34 manat olmaqla, ümumilikdə 274388,32 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 92,90 manat dövlət rüsumu və xidmət haqqının, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 564,39 manat dövlət rüsumu və bank xidmət haqqının, 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh4 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, 1 prospektində yerləşən 8 nömrəli binanın 3-cu mərtəbəsində 73.90 kv.m ümumi, 54.70 kv.m yaşayış, 19.20 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 5 nömrəli mənzilə və Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsində yerləşən 1 nömrəli binanın 104.73 kv.m ümumi, 56.74 kv.m yaşayış, 47.99 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 33 nömrəli mənzilə yönəldilməsi, mənzillərin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə, açıq hərracda satılması, ipoteka predmeti olan mənzillərin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipotekaya qoyulmuş, Bakı şəhəri, Nizami rayonu, 1 prospektində yerləşən 8 nömrəli binanın 3-cü mərtəbəsində 73.90 kv.m ümumi, 54.70 kv.m yaşayış, 19.20 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 5 nömrəli mənzildə qeydiyyatda olan Cavabdeh5 və Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsində yerləşən 1 nömrəli binanın 104.73 kv.m ümumi, 56.74 kv.m yaşayış, 47.99 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 33 nömrəli mənzildə qeydiyyatda olan Cavabdeh4 Cavabdeh1, yetkinlik yaşına çatmayan X3, yetkinlik yaşına çatmayan X2 istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması və həmin mənzillərin cavabdehlər tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1., 319.6, 385.1, 442, 443.1, 448.1, 448.2, 472.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.1, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinad olunmuşdur.
5. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
6. İş üzrə digər digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-63/2023 saylı qərardadı ilə iş üzrə icraata mənzillərdə qeydiyyatda olan cavabdehlərin mənzildən çıxarılması və həmin mənzillərin cavabdehlər tərəfindən boşaldılması hissəsində xitam verilmişdir.
Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi Nümayəndə5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
9. Cavabdeh3 nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında izahat verərək bildirdi ki, bankdan götürülən kredit üzrə hesablanmış faiz və cərimə borcları üzrə məbləğlər şişirdilmiş məbləğlərdir və həmin məbləğləri qəbul etmirlər.
10. Cavabdeh3 nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında digər nümayəndə ilə eyni məzmunlu izahat verdi.
11. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh3 MMC bankdan "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 6358443/KM/1 nömrəli və xx.xx.2019-cu il tarixli, 6358443/KXM nömrəli kredit müqavilələri üzrə ssuda öhdəliklərinin bağlanılması məqsədilə 24 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 200000 (iki yüz min) manat məbləğində kredit götürmüşdür.
12. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6358443/ZM3 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
13. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6358443/ZM4 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
14. İpoteka saxlayan – "xxxx" ASC ilə ipoteka qoyan – Cavabdeh4 və borc alan – Cavabdeh3 MMC arasında bağlanmış və Bakı şəhəri 53 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 6358443/SİPM3 nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 1 prospekti xxx 5 saylı mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
15. İpoteka saxlayan – "xxxx" ASC ilə ipoteka qoyan – Cavabdeh1 və borc alan – Cavabdeh3 MMC arasında bağlanmış və Bakı şəhəri 53 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 6358443/SİPM2 nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 1 saylı evin 33 saylı mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, 1 prospekti xxx 5 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 adına xx.xx.2012-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 1697 nömrəli reyestr kitabının 155834 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MA seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 1 saylı evin 33 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2011-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 563 nömrəli reyestr kitabının 51833 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən tərəfindən 1697 nömrəli reyestr kitabının 155834 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 1 prospekti, xxx 5 saylı mənzilinin Cavabdeh3 MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən tərəfindən 563 nömrəli reyestr kitabının 51833 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 1 saylı evin 33 saylı mənzilinin Cavabdeh3 MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
20. xx.xx.2022-ci il tarixli, 22-571/2022 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan "xxxx" ASC tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh4 və cavabdeh-ipoteka qoyan Cavabdeh1 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizələr Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə, ********** və xx.xx.2022-ci il tarixdə, ********** nömrələr ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 30 manat (15 manat + 15 manat) məbləğində dövlət rüsumu və 60 manat (30 manat + 30 manat) məbləğində xidmət haqqı ödəmişdir.
21. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********59 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, 1 prospekti xxx 5 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
22. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********60 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 1 saylı evin 33 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
23. "xxxx" ASC-nin cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi üzrə 188616,78 manat əsas borc, 22420,31 manat faiz borcu və cərimə borcunun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəmə müraciət edilcəəyi barədə xəbərdarlıq edilmişdir.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2022-ci il tarixli, 9/4387 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə əsas borc üzrə 188616,78 manat, faiz borcu üzrə 24003,79 manat olmaqla, cəmi 212620,57 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 188616,78 manat, faiz borcu üzrə 26937,83 manat olmaqla, cəmi 215554,61 manat məbləğində müəyyən olunur.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli, 9/113 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə əsas borc üzrə 188616,78 manat, faiz borcu üzrə 46470,15 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 188616,78 manat, faiz borcu üzrə 50321,07 manat məbləğində borcun olduğu müəyyən olunur.
26. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/N 08-743/22 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh4 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, 1 prospekti xxx 5 saylı mənzilin likvid dəyəri 103000 manat, bazar dəyəri 108000 manat, Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 1 saylı evin 33 saylı mənzilin likvid dəyəri 161000 manat, bazar dəyəri 169000 manat təşkil edir.
27. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3 MMC bankdan "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 6358443/KM/1 nömrəli və xx.xx.2019-cu il tarixli, 6358443/KXM nömrəli kredit müqavilələri üzrə ssuda öhdəliklərinin bağlanılması məqsədilə 24 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 200000 (iki yüz min) manat məbləğində kredit götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanmış və həmin zaminlik müqavilələrinə əsasən Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh3 MMC arasında 06 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər – Cavabdeh1 və Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. "xxxx" ASC ilə Cavabdeh4 və Cavabdeh3 MMC arasında xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 tərəfindən onun mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, 1 prospekti xxx 5 saylı mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh3 MMC arasında xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 1 saylı evin 33 saylı mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər (borcalan və zaminlər) müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilə şərtləri və mülki qanunvericiliyin normaları pozulmuşdur.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 59.3-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-ci maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır;
Məhkəmənin mövqeyi
33. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi üzrə 188616,78 manat əsas borc və müqavilənin bitmə tarixinə 50242,48 manat faiz borcunun tutulması təşkil edir.
34. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada (müqavilə şərtlərinə uyğun olaraq) 188616,78 manat (yüz səksən səkkiz min altı yüz on altı manat yetmiş səkkiz qəpik) əsas borc və 22420,31 manat (iyirmi iki min dörd yüz iyirmi manat otuz bir qəpik) faiz borcu (xx.xx.2022-ci il tarixli pretenziya məktubunda göstərilən məbləğ) iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdr.
35. Məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbinin əsas borc və faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır. Belə ki, cavabdehlərə göndərilən xx.xx.2022-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 06 yanvar 2021-ci il tarixli, 6358443/KM1 saylı kredit müqaviləsi üzrə 188616,78 manat əsas borc, 22420,31 manat faiz borcu və cərimə borcunun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Odur ki, iddiaçı yalnız müqavilə ləğv edildiyi vaxtadək olan müddət üçün müqavilə üzrə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
36. İddia tələbinin digər hissəsini cavabdehlər cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 31573,34 manat cərimə borcunun tutulması təşkil edir.
37. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
38. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləği azaldılaraq 10000 (on min) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
39. İddia tələbinin digər hissəsini cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul vəsaitinin ödənilməsi gecikdirildiyi üçün 3955,71 manat məbləğin cavabdehdən tutulması təşkil edir.
40. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən 3955,71 manat (üç min doqquz yüz əlli beş manat yetmiş bir qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı müqavilə ləğv edildiyi vaxtdan etibarən icranı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olsa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından, həmin hissə ilə bağlı hazırkı qənaətə gəlinmişdir.
41. İddiaçı borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini irəli sürmüşdür.
42. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən Cavabdeh4 və Cavabdeh1 məxsus yuxarıda qeyd edilən ünvanlarda yerləşən daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakların dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.
43. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2021-ci il tarixli, 6358443/SİPM3 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus olan (AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış, Reyestr **********75-05101-093010, Qeydiyyat nömrəsi **********, seriya RX № ******* olan çıxarışa əsasən) Bakı şəhəri, Nizami rayonu, 1 prospekti xxx 5 saylı mənzilinə və xx.xx.2021-ci il tarixli, 6358443/SİPM2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan (AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, Reyestr **********12-05301-093007, Qeydiyyat nömrəsi **********, seriya MA № ******* olan çıxarışa əsasən) Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 1 saylı evin 33 saylı mənzilinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh4 və Cavabdeh1 qaytarılmalıdır.
44. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
45. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, 1 prospekti xxx 5 saylı mənzilin likvid dəyərinin 103000 manat, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 1 saylı evin 33 saylı mənzilin likvid dəyərinin 161000 manat olması müəyyən edilmişdir.
46. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nizami rayonu, 1 prospekti xxx 5 saylı mənzilin ilkin satış qiyməti 103000 manat və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 1 saylı evin 33 saylı mənzilin ilkin satış qiyməti 161000 manat məbləğində müəyyən edilməlidir.
47. İddia tələbinin bir hissəsini də ipoteka predmetlərinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi təşkil edir.
48. Həmin tələbə münasibətdə qeyd edilməlidir ki, borcun iddiaçının xeyrinə tutulmasının qət edilməsi ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulmasını da özündə ehtiva edir.
49. Eləcə də, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 92,90 manat dövlət rüsumu və xidmət haqqının, ödənilmiş 564,39 manat dövlət rüsumunun və bank xidmət haqqının və 200 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
50. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 200 (iki yüz) manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 92,90 manat (doxsan iki manat doxsan qəpik) dövlət rüsumu və xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 462,80 manat (dörd yüz altmış iki manat səksən qəpik) məbləğində pul vəsaiti (ödənilmiş tələbə mütənasib olaraq) cavabdehlərdən birgə qaydada (zaminlik müqavilələrinin şərtlərinə uyğun olaraq) tutularaq iddiaçıya ödənilməlidir.
51. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 iki yüz) manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
52. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülməlidir.
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 188616,78 manat (yüz səksən səkkiz min altı yüz on altı manat yetmiş səkkiz qəpik) əsas borc, 22420,31 manat (iyirmi iki min dörd yüz iyirmi manat otuz bir qəpik) faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 3955,71 manat (üç min doqquz yüz əlli beş manat yetmiş bir qəpik), 10000 (on min) manat cərimə, 200 (iki yüz) manat mediasiya xərci, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 92,90 manat (doxsan iki manat doxsan qəpik) dövlət rüsumu və xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 462,80 manat (dörd yüz altmış iki manat səksən qəpik) olmaqla, cəmi 225748,50 manat (iki yüz iyirmi beş min yeddi yüz qırx səkkiz manat əlli qəpik) məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh4 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, 1 prospektində yerləşən 8 nömrəli binanın 3-cü mərtəbəsində 73,90 m2 ümumi, 54,70 m2 yaşayış, 19,20 m2 yardımçı sahədən ibarət 3 otaqlı 5 nömrəli mənzilə və Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən 1 nömrəli binanın 104,73 m2 ümumi, 56,74 m2 yaşayış, 47,99 m2 yardımçı sahədən ibarət 3 otaqlı 33 nömrəli mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh4 və Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan, Bakı şəhəri, Nizami rayonu, 1 prospektində yerləşən 8 nömrəli binanın 3-cü mərtəbəsində 73,90 m2 ümumi, 54,70 m2 yaşayış, 19,20 m2 yardımçı sahədən ibarət 3 otaqlı 5 nömrəli mənzilin ilkin satış qiyməti 103000 (yüz üç min) manat, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən 1 nömrəli binanın 104,73 m2 ümumi, 56,74 m2 yaşayış, 47,99 m2 yardımçı sahədən ibarət 3 otaqlı 33 nömrəli mənzilin ilkin satış qiyməti 161000 (yüz altmış bir min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 iki yüz) manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova