Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6300/2023 22.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızı İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 008/20 saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə 5600 manat əsas məbləğ, 1.399,3 manat məbləğində əldən çıxmış fayda, ödənilmiş 110 manat məbləğində mediasiya rüsumu və hüquqi xidmətə görə ödənilmiş 320 manat məbləğində vəsait olmaqla, ümumilikdə 7.429,3 manat vəsaitin cavabdehdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 008/20 saylı, xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Bu müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilədə göstərilən xidmətlərə görə Cavabdeh MMC İddiaçı MMCyə aylıq 800 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin 008/20 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə üzləşmə aktına əsasən Cavabdeh MMC-nin iddiaçıya xx.xx.2023-cü il tarixinə 5600 manat borcu mövcuddur. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilədə göstərilən öhdəlikləri pozan tərəf Azərbaycan Respublikasının qanunvericiliyinin və bu Müqavilənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Cavabdeh MMC İddiaçı MMC-yə 5600 manat dəyərində məbləği ödəməyərək "xxxx" MMC-nin maddi zərər görməsinə səbəb olmuş və iddiaçı həmin məbləğ ilə əldə edə biləcəyi gəlir və faydadan məhrum olmuşdur. İddiaçı MMC tərəfindən cavabdeh R"xxxx" MMC-yə yaranmış borc məbləğinin xx.xx.2023-cü il tarixinədək ödənməsi tələbi ilə pretenziya məktubu ünvanlansa da bugünədək mövcud borc aktiv olaraq qalır. Mübahisənin həll edilməsi məqsədilə mediasiyaya da müraciət edilmiş, lakin qarşı tərəf mediasiya prosesində iştirak eləməkdən imtina eləmişdir. Müqavilənin 6.1-ci bəndinə əsasən, öhdəlikləri pozan tərəf Azərbaycan Respublikasının qanunvericiliyinin və bu müqavilənin tələblərinə uyğun olaraq məsuliyyət Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 100 manat (800/12x30x5%=100); xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 96,6 manat (800/12x29x5%=96,6); xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 93,3 manat (800/12x28x5%=93,3); xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 90 manat (800/12x27x5%=90), xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 86,6 manat (800/12x26x5%=86,6), xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 83,3 manat (800/12x25x5%=83,3), xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 80 manat (800/12x24x5%=80), xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 76,6 manat (800/12x23x5%=76,6), xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 73,3 manat (800/12x22x5%=73,3), xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 70 manat (800/12x21x5%=70), xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 66,6 manat (800/12x20x5%=66,6), xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 63,3 manat (800/12x19x5%=63,3), xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 60 manat (800/12x18x5%=60), xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 56,6 manat (800/12x17x5%=56,6), xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 53,3 manat (800/12x16x5%=53,3), xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 50 manat (800/12x15x5%=50), xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 46,6 manat (800/12x14x5%=46,6), xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 43,3 manat (800/12x13x5%=43,3), xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 40 manat (800/12x12x5%=40), xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 36,6 manat (800/12x11x5%=36,6), xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 800 manat məbləğ üzrə 33,3 manat (800/12x10x5%=33,3) məbləğdə, ümumilikdə isə 1.399,3 manat məbləğində əldən çıxmış fayda mövcuddur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında 03 fevral 2020-ci il tarixli 008/20 saylı mühasibat xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə ilə icraçı sifarişçinin tapşırığı ilə sifarişçinin təqdim etdiyi sənədlər əsasında mühasibat uçotunun aparılmasını, müvafiq hesabatların tərtib edilməsini və vaxtı-vaxtında dövlət orqanlarına təqdim edilməsini, mühasibat sahəsində olan sənədləşmənin aparılmasına dair məsləhətlərin verilməsini öhdəsinə götürür. Sifarişçi isə göstərilən xidmətləri qəbul edib, ödəniş etməyi öz üzərinə götürür. 4.1.3-cü bəndinə görə icraçının bu müqaviləyə əsasən göstərdiyi xidmətlərə görə vaxtı-vaxtında və tam həcmdə haqq ödəmək sifarişçinin vəzifəsidir. 5.2-ci bəndinə əsasən sifarişçi bu müqavilədə göstərilən xidmətlərinə görə icraçıya hər ay 800 manat xidmət haqqı ödəyir. Göstərilmiş xidmətlərin dəyəri xidmət göstərildiyi aydan sonrakı ayın 1-dən 5-dək ödənilməlidir. 5.3-cü bəndinə görə bu müqavilə üzrə ödənişlər sifarişçi tərəfindən icraçının bu müqavilədə göstərilmiş hesabına köçürülə və ya da nağd formada ödənilə bilər. 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 (bir) il müddətinə öz qüvvəsini saxlayır. 9.1.1-ci bəndinə görə tərəflər bu müqavilənin müddətinin uzadılmaması ilə əlaqədar müqavilənin bitməsinə yazılı müraciətlər etmədiyi halda bu müqavilə eyni müddətə uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında fevral 2020-ci il tarixli 008/20 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixli üzləşmə aktı tərtib edilmiş və aktda xx.xx.2020-ci ilxx.xx.2023-cüil tarixləri aralığında 29600 manat dəyərində xidmətlər göstərilmiş, xx.xx.2020-ci il-xx.xx.2023-ci il tarixləri aralığında ümumilikdə 24000 manat ödəniş edilmiş (ödənişlərin edilməsi ödəniş tapşırıqları ilə də təsdiq olunur) və Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixinə 5600 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 03 fevral 2020-ci il tarixli 008/20 saylı mühasibat xidmətlərinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehə xidmətlər göstərmişdir. Müqavilənin şərtlərinə əsasən 2020-ci ilin fevral ayının 28-dən 04 yanvar 2023-cü ilədək olan 36 aylıq müddət İddiaçı MMC tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri cəmi 29600 manat (800x35 ay, 1600x1 ay) təşkil etdiyi halda Cavabdeh MMC tərəfindən həmin xidmətlərə görə cəmi 24000 manat ödəniş edilmiş, nəticədə cavabdehin iddiaçıya 5600 manat məbləğində xidmət haqqı borcu ödənilməmiş qalmışdır. Cavabdeh MMC-nin İddiaçı MM-yə qeyd edilən məbləğdə borcunun olması daktı tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktı) ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin 03 fevral 2020-ci il tarixli 008/20 saylı xidmət müqaviləsinə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini – 5600 manat məbləğində pul vəsaitini - ödəməməklə həmin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmi hissədə təmin edilməli, Cavabdeh MMCdən 03 fevral 2020-ci il tarixli 008/20 saylı xidmət müqaviləsi üzrə 5600 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 5600 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 1.399,3 manat məbləğində əldən çıxmış faydanın tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Odur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən faiz borcunun tutulması (əldən çıxmış fayda) tələbinə dair hissədə də iddia təmin edilməli, cavabdehdən illik 5 %-lə hesablanmış 1.399,3 manat məbləğində faiz borcu (əldən çıxmış fayda) tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100+10 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 90 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100+10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 320 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 5600 manat məbləğində pul vəsaiti, 1.399,3 manat məbləğində əldən çıxmış fayda, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 320 manat məbləğində və mediasiya xərclərinin əvəzi olaraq 110 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-6300/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6300/2023
22.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver