Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6339/2022 29.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X8 qızının katibliyi, iddiaçı X3 nümayəndəsi, Vəkil və Cavabdeh ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X3 Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya qrunt suyunun axıdılmasına görə hesablanmış 4911 manat borc məbləğinin qanunsuz hesab edilməsi və qanunsuz tutulmuş 4911 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması və çəkilmiş 200 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə X6 arasında 10 noyabr 2016 tarixli 111314 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair müqavilə imzalanmışdır. Sözügedən müqavilə əsasında X9 rayonu Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsi 41C ünvanında yerləşən ticarət obyektində sudan istifadə edir. Cavabdeh tərəfindən daha əvvəllər – 2018-ci ildə Abbasov Rövşən barəsində qanunsuz və əsassız borc hesablanmışdır. O vaxtkı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 sentyabr 2018-ci il 2-2(81)-514/2018 saylı qətnaməsi ilə əsassız hesablanmış borc məbləği silinmişdir. Tərəfinizdən apellyasiya şikayəti verilməsinə baxmayaraq, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq Cavabdeh ASC tərəfindən qətnamələr göz ardı edilmiş, məhkəmə tərəfindən qanunsuz hesablanmış borcların silinməsinə baxmayaraq Cavabdeh ASC tərəfindən həmin borclar vətəndaşdan qanunsuz tələb edilmiş və vətəndaş həmin borcların ödənilməsinə məcbur edilmişdir. X1 heç bir əsas olmadan 13653 (8742+4911) manat məbləğində ödəniş alınmışdır. Halbuki həmin borc məhkəmə tərəfindən qanunsuz hesab edilərək silinmişdir. İddiaçı ticarət obyektinə suyun verilməsinin dayandırılmaması üçün məcbur qalaraq cavabdehin tələb etdiyi pul vəsaitini ödəmişdir. Əks halda suyun verilməsinin dayandırılması iddiaçıya xeyli miqdarda ziyan vurulmasına səbəb olacaqdı. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində X4 13653 manat maddi ziyan dəymiş, yəni ödənilməli olmayan pul vəsaiti məcburi formada iddiaçıya ödətdirilmişdir. Cavabdeh ASC tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli 01/4/01- 7/6/4124 saylı məktubda da göstərilir ki, 111314 müqavilə nömrəli obyektə ümumilikdə 13653 (8742+4911) manat borc hesablanmış və həmin borc tam şəkildə ödənilmişdir. Sözügedən məktubda borc məbləğinin hesablanması əsası və hansı invertar aktlar əsasında hesablanması konkret olaraq göstərilmişdir ki, həmin aktlar daha əvvəllər məhkəmə mübahisəsinin predmeti olmuş və məhkəmə həmin aktları qnaunsuz hesab etmişdir. Lakin cavabdeh tərəfindən qrunt suyunun axıdılmasına görə ( halbuki qurunt suyunun axıdılması mvcud deyildir) hesablanmış 4911 manat cərimə məbləğinin hesablanması əsaslarına dair heç bir rəsmi sənəd təqdim edə bilmir. Əvvəllər tərəflər arasında mövcud olmuş məhkəmə çəkişmələri və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə də müəyyən edilir ki, iddiaçıya məxsus obyektdə heç bir qurunt suyunun axıdılması faktı mövcud deyildir. Bu faktı müvafiq ekspert rəyi ilə də təsdiq edilmişdir. Belə olan halda 4911 manat borc məbləğinin haradan yaranması və hansı əsasla hesablanması məlum deyildir. Pretenziya qaydasında cavabdehə müraciət edilərək, (məhkəmə qətnaməsi pretenziya məktubuna əlavə edilmişdir) iddiaçıya hesablanmış borcların qanunsuz olduğu və qanunsuz şəkildə ondana artıq ödənişlər alındığı cavabdehin nəzərinə çatdırılmış və həmin məbləğ geri tələb edilmişdir. Lakin cavabdeh heç bir reaksiya verməmişdir. Daha sonra cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə mediatorun xx.xx.2022-ci il tarixli MŞB/6-3424 saylı arayışı təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X10 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Cavabdeh ASC-nin 29 mart 2022-ci il tarixli 01/4/01-7/6/4124 nömrəli məktubundan görünür ki, iddiaçı X3 istifadə etdiyi ticarət obyektinə Cavabdeh ASC tərəfindən d=50 mmlik boru vasitəsilə kanalizasiya şəbəkəsinə axıdılan qrunt suyuna görə hesabat verilməyən 161 gün (28.06-xx.xx.2018-ci il tarixlərdə) üçün 4911 manat dəyərində verilməmiş sərfiyyatın hesablandığı məlum olmuşdur. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə sayğac göstəricisi 17638 m3 olmaqla abonentin hesabında borc yoxdur. X3 111314 nömrəli abonent kodunun saldosundan görünür ki, obyektə qrunt sularından istifadəyə görə yalnız 2019-cu ilin fevral ayında 4911 manat məbləğində sərfiyyat hesablanmış, digər aylarda isə qrunt sularından istifadəyə görə heç bir sərfiyyat hesablanmamışdır. 24 iyun 2022-ci il tarixli MŞB/6-3424 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iclasında tədqiq edilmiş X3 adına tərtib edilmiş 111314 nömrəli abonent haqqında məlumatdan görünür ki, 2019-cu il ərzində sözügedən abonentə 11 ay ərzində qrunt suların axıdılması (istifadə edilməsi) ilə bağlı heç bir borc yazılmadığı təqdirdə yalnız fevral ayı üçün 4911 manat məbləğində sərfiyyat hesablanmış, halbuki abonentə həmin ay ərzində su və çirkab sudan istifadəyə görə cəmi 600 manat vəsait hesablanmışdır. Göründüyü kimi 2019-cu ilin 11 ayında ümumiyyətlə qrunt suların axıdılması (istifadə edilməsi) ilə bağlı heç bir borcun yazılmadığı təqdirdə bir ilin ən qısa ayında ümumi su (həmdə çirkab suyu) sərfiyyatından təxminən 8 dəfə artıq qrunt sularının axıdılması (istifadə edilməsi) ilə bağlı 4911 manat məbləğində borcun yazılması mümkün deyil. Bununla yanaşı 29 mart 2022-ci il tarixli 01/4/01-7/6/4124 nömrəli Cavabdeh ASC-nin məktubundan görünür ki, obyektin su sərfiyyatına görə Cavabdeh ASC-yə heç bir borcu qalmamış, bu isə onu göstərir ki, iddiaçı tərəfindən qrunt suyuna görə hesablanmış borc ödənilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh ASC tərəfindən 2019-cu ilin fevral ayında qrunt suların axıdılması (istifadə edilməsi) ilə bağlı 4911 manat məbləğində borc əsassız yazıldığına görə və X6 tərəfindən həmin borc ödənildiyindən iddaçının 4911 manat tələbi hissədə iddiası əsaslı olduğundan təmin edilməli və həmin vəsait iddiaçıya qaytarılmalıdır. Məhkəmə 200 manat məbləğində mediasiya xərci tələbi ilə bağlı isə qeyd edir ki, həmin tələb qismən, yəni 69,11 manat hissədə təmin edilməlidir, belə ki, “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 308 nömrəli 15 iyul 2019-cu il tarixli qərarından görünür ki, iddia qiyməti 1001 manatdan 5000 manatadək olan iddialar üzrə mediasiya xərci 60 manat məbləğində müəyyənləşdirilmiş, “Dövlət rüsumu haqqında” qanuna əsasən isə iddia qiyməti 4911 manat məbləğində olan iddialar üzrə dövlət rüsumu 69,11 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mediasiya xərci artıq ödənildiyindən həmin tələb qismən 69,11 manat hissədə təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı X3 adına rəsmiləşdirilmiş 111314 nömrəli abonent koduna qrunt suların axıdılması (istifadə edilməsi) ilə bağlı 2019-cu ildə əsassız hesablanmış 4911 manat və mediasiya xərci kimi ödənilmiş 69,11 manat cəmi 4980,11 manat məbləğində pul Cavabdeh ASC-dən alınaraq iddiaçı X4 ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. iddiaçı X3 adına rəsmiləşdirilmiş 111314 nömrəli abonent koduna qrunt suların axıdılması (istifadə edilməsi) ilə bağlı 2019-cu ildə əsassız hesablanmış 4911 manat və mediasiya xərci kimi ödənilmiş 69,11 manat cəmi 4980,11 manat məbləğində pul Cavabdeh ASC-dən alınaraq iddiaçı X4 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6339/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6339/2022
29.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver