Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-634/2024 24.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən sökülmüş hissəsinin dəyərini müəyyən edilərək, cavabdehə ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MTK iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ŞİKŞ məxsus olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 365.1 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin onun tərəfindən sökülmüş 78 kv.m hissəsinin dəyərini təşkil edən müəyyən edilərək Cavabdeh ŞİKŞ-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə vəsatəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatət təmin olunaraq iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən sökülmüş hissəsinin dəyərini müəyyən edilərək, cavabdehə ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı MTK tərəfindən ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu (qəbz № **********) ona geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-634/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-634/2024
24.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver