Məhkəmə qərarları › İş №e-2-2(113)-6371/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6371/2022

06.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6371/2022 06.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçılar X2 və X1 Cavabdehnə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və yenidən qiymətləndirmə ilə rəyin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X2 və X1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 46A (yeni qaydalarla ünvan 1 ünvanında 0,0307 ha torpaq sahəsində yerləşən 704,20 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin və Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 48B (yeni qaydalarla ünvan 2 ünvanında 0,0169 ha torpaq sahəsində yerləşən 507,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin qiymətləndirilməsinə dair 07 iyun 2022-ci il tarixli rəyin ləğv edilməsi və qeyd edilmiş əmlakların likvid dəyərinin qiymətləndirilmə keçirilməklə yenidən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçılar Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 46A (yeni qaydalarla ünvan 1 ünvanında 0,0307 ha torpaq sahəsində yerləşən 704,20 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin və Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 48B (yeni qaydalarla ünvan 2 ünvanında 0,0169 ha torpaq sahəsində yerləşən 507,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin qiymətləndirilməsinə dair 07 iyun 2022-ci il tarixli rəyin ləğv edilməsi və qeyd edilmiş əmlakların likvid dəyərinin qiymətləndirilmə keçirilməklə yenidən müəyyən edilməsini xahiş edir. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan Cavabdeh MMC tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli rəy Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-2(103)-91/2022 saylı qərardadı əsasında tərtib edilmişdir. Yəni sözügedən qərardadla məhkəmə tərəfindən mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Cavabdeh MMC-yə həvalə edilmişdir. Hazırda apellyasiya instansiyası məhkəməsindəki icraat (2-2(103)-91/2022 saylı iş) üzrə məhkəmə mübahisəsi yekunlaşaraq yekun məhkəmə aktı (qətnamə) qəbul edilmişdir. Apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti verilmiş və kassasiya instansiyasının müvafiq qərarı ilə kassasiya şikayəti təmin edilməyərək apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmış və sözügedən qərar qanuni qüvvəyə minmişdir. Buradan belə bir nəticəyə gəlinir ki, hazırda iddiaçılar tərəfindən yenidən qiymətləndirilməsi tələb olunan daşınmaz əmlaklar barədə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı ilə qiymətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməli, iddiaçıya izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X2 və X1 Cavabdehnə qarşı qiymətləndirmə rəyinin ləğv edilməsi və yenidən qiymətləndirmə ilə rəyin verilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar