Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6372/2022 25.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə “04” oktyabr 2012ci il tarixli 12/2012saylı nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 816,631.24 manat əsas, 261.12 manat faiz, 122.22 manat cərimə borcu olmaqla, cəmi 817,014.58 manat və “04” sentyabr 2014-ci il tarixli 008/2014 saylı nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 2,952,334.87 manat əsas, 41,424.01 manat faiz, 9,632.35 manat cərimə borcu olmaqla, cəmi 3,003,391.23 manat, 400 manat mediasiya xərci, məhkəməyə müraciət olunması üçün ödənilmiş 1300.20 manat dövlət rüsumu, habelə 3.65 manat bank xidmət haqqı, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 136.98 manat rüsum məbləğində pul vəsaiti tutulmasını, Cavabdeh2 MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ “04” sentyabr 2014- cü il tarixli 009/2014 saylı və “04” sentyabr 2014-cü il tarixli 008/2014 saylı ipoteka müqavilələrinə əsasən ipoteka predmeti olan, Cavabdeh1 MMC-yə məxsus (xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) Şabran rayonu, Gəndob kəndində yerləşən 19.0 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binasının ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satıması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, qeyri-yaşayış sahəsi boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddianın ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə hazırlıq iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırlıq iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəsatətini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən həmin Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş 2300 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Ödənilmiş 2300 (iki min üç yüz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6372/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6372/2022
25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver