Məhkəmə qərarları › İş №e-2-2(113)-638/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-638/2021

13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-638/2021 13.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi , iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açiq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açiq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 287,00 (iki yüz səksən yeddi) manat məbləğində Sığorta ödənişinin əvəzi 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsümu iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-yə məxsus ** AD *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari Sığorta növü üzrə Sığortalanmışdır. xx.xx.2017-ci il tarixində Cavabdeh MMC-nin işçisi Şükrü İrmak idarə etdiyi ** AD *** dövlət qeydiyyat nişanlı Mitsubishi L 200 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində ** HK *** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, sürücü Şükrü İrmak yolnəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TYP 004875 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. “xxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** HK *** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 287,00 (iki yüzsəksən yeddi) manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin xx.xx.2017-ci il tarixli Sığorta aktına əsasən avtonəqliyyat vasitəsinin təmir olunması üçün 287,00 (iki yüzsəksən yeddi) manat Sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir.Qeyd olunanlara əsasən “xxxx” ASC tərəfindən ödənilmiş 287,00 (iki yüz səksən yeddi) manat məbləğində Sığorta ödənişinin əvəzi subroqasiya qaydasında Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən həyat Sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmədiyini, İcbari Sığortalar haqqında qanunun 25.1.2-ci maddəsində hər hansı Sığorta hadisəsi baş verərkən Sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması kimi əsasların qeyd olunduğunu, lakin hadisə yerində yayınmaqla bağlı bəndin qeyd olunmadığını, bu səbəbdən də iddia tələbinin əsassız olduğunu, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: -İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh MMC-yə məxsus 2014-cü il istehsalı olan Mitsubishi L 200 markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 1 il müddətinə “xxxx” ASC tərəfindən Sığortalanmışdır. - “xxxx” ASC tərəfindən xx xxxx 2017-ci il tarixdə tərtib edilmiş Sığorta aktından görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Sığortalanmış Cavabdeh MMC-yə məxsus ** AD *** dövlət qeydiyyat nişanlı Mitsubishi L 200 markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov küçəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə ** HK *** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Zərərin məbləği 287,00 manat müəyyən edilmiş, Sığorta ödənişi avtonəqliyyat vasitəsinin təmiri üçün 1100 0000 0088 1901 saylı hesaba köçürülmüşdür. Zərərin nömrəsi CCL- 2182/2017 kimi qeydiyyata alınmışdır. - 06 iyun 2017-ci il tarixli plastik kartların təhvil-təslim aktından görünür ki, “xxxx” ASC tərəfindən 287 AZN Sığorta ödənişinin alınması üçün 1100 0000 0088 1901 nömrəli plastik kart faydalanan şəxsə təhvil verilmişdir. Akt sığortaçının nümayəndəsi və faydalanan şəxsin imzaları ilə təsdiq olunmuşdur. - xx.xx.2017-ci il tarixli 10869 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, xx.xx.2017-ci il tarixdə ** HK *** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin miqdarı 287,00 manat məbləğində müəyyən edilmişdir. -xx xxx 2017-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxx 2017-ci il tarixdə saat 08:46 radələrində Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov küçəsində Şükrü İrmakın idarə etdiyi ** AD *** dövlət qeydiyyat nişanlı Mitsubishi L 200 markalı avtonəqliyyat vasitəsi ara məsafəsi saxlamadan qarşıda gedən ** HK *** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtonəqliyyat vasitəsi ilə toqquşaraq hadisə yerindən yayınmışdır. -Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 005915 nömrəli yol vərəqindən görünür ki, Cavabdeh MMC-yə məxsus ** AD *** dövlət qeydiyyat nişanlı Mitsubishi L 200 markalı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə Respublika daxili idarə olunması Şükrü İrmaka verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarına əsasən hesab edir ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə məxsus Şükrü İrmakın idarə etdiyi idarə etdiyi ** AD *** dövlət qeydiyyat nişanlı Mitsubishi L 200 markalı avtonəqliyyat vasitəsi ilə ** HK *** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtonəqliyyat vasitəsi arasında yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Nissan Sunny markalı avtonəqliyyat vasitəsinə maddi ziyan vurulmuşdur. Qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən vurulmuş zərər üzrə məsuliyyəti Cavabdeh MMC-nin işçisi Şükrü İrmak daşıyır. Avtonəqliyyat vasitəsinə vururlmuş zərərin həcmi isə 287,00 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehlərdən subroqasiya qaydasında 287,00 manat Sığorta ödənişi tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 20,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən subroqasiya qaydasında 287,00 manat sığorta ödənişi və 20,40 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar