Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-638/2024 09.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Zhanat Bilgənə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Zhanat Bilgənə qarşı xx.xx.2022-ci il tarixli, RB/KM-ZM182 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (qarant) ilə "xxxx" MMC (prinsipal) arasında 19 aprel 2022-ci il tarixli, RB/KM-ZM-182 saylı X6 imzalanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən qarant bu müqavilənin imzalanması tarixindən 1 iş günü ərzində prinsipialın kreditoru olan “X8 Azerbaijan” MMC-nin xahişi ilə onların aralarında bağlanacaq müqaviləyə əsasən prinsipialın benefisiar qarşısında öhdəliklərinin təminatı məqsədilə bank qarantiyasını verməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən qarantiyanın məbləği ümumilikdə 250000 manat təşkil edir. 2.1.4-cü bəndinə əsasən qarant tərəfindən ödənilmiş məbləğə illik 24 faizlə faiz hesablanır və həmin məbləğ 10 təqvim günü ərzində ödənilməlidir, vaxtı keçmiş borc üçün bank illik 48 faizlə cərimə hesablayır. 2.1.10 və 5.1-ci bəndlərinə əsasən qarant bank qarantiyası üzrə benefisiara ödədiyi məbləğin əvəzinin prinsipaldan reqres qaydasında tələb etmək hüququna malikdir. 4.2-ci bəndinə əsasən qarantiya xx.xx.2023-ci il tarixinə kimi verilir. Qaranta pretenziyanm və məcburi alınma üçün ərizənin verilməsinin sonuncu günü xx.xx.2023-ci il hesab olunur. Müqavilə qarantın və prinsipalın imzası və möhürü ilə təsdiq edilmişdir.
2. 19 aprel 2022-ci il tarixli RB-02\1225 saylı bank qarantiyasından görünür ki, İddiaçı ASC(qarant) “X9 Azerbaijan” MMC (benefisiar) ilə "xxxx" MMC (prinsipal) arasında bağlanmış xx.xx.2013-cü il tarixli distribütor müqaviləsi üzrə prinsipalın öhdəliklərinin təmin edilməsi məqsədilə 250.000 manatdan artıq olmayan məbləğdə bank qarantiyası vermişdir. Qarantiya xx.xx.2023-cü il tarixədək qüvvədədir.
3. İddiaçı ASC (Zəmanət verən (Bank)) və Bilgen Zhanat (Zamin) arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən müqavilənin predmeti 19 aprel 2022-ci il tarixli X6 ilə İddiaçı ASCdən RB02/1225 saylı zəmanət məktubu almış “Sert Yapı“MMC “Borc alan zəmanət verən (Bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. 2.1-ci bəndinə əsasən Zamin Zəmanət verənin (Bank) qarşısında Borc alanın öz öhdəliklərim tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 2.2-ci bəndinə görə borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Borc alan Zəmanət verən (Bank) qarşısında birgə məsuliyyət daşıyırlar. 2.3-cü bəndinə görə faizlərin, vaxtı keçmiş faizlərin, dəbbə (penya) pullarının və cərimələrin borc tutulması üzrə məhkəmə xərclərinin və Borc alanın öhdəliyini vaxtında icra etməməsi nəticəsində Zəmanət verənə dəyən digər zərərin əvəzinin ödənilməsi də şamil olmaqla, Zamin Zəmanət verən (Bank) qarşısında Borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan öhdəliyini icra etmədikdə, vaxtında və ya lazımi qaydada icra etmədikdə Zəmanət verən (Bank) Borc alanm bütün borcunun ödənilməsini Zamindən tələb etmək hüququ var. 5.3 zəmanət verən (Bank) Borc alandan Zəmanət müqaviləsinə əsasən Zəmanət məbləğini, onun faizlərini, məhkəmə xərclərinin, habelə vaxtı keçmiş faizlərin, dəbbə (penya) pullarının və cərimələri də Zamindən ödənilməsini tələb edə bilər. 6.1-ci bəndinə əsasən bu müqavilə zəmanət müqaviləsi üzrə öhdəliklərin, habelə Zəmanət verənə (Bank) dəymiş zərər tam icra olunduğu vaxta kimi qüvvədədir. Müqavilə zəmanət verənin imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.
4. “X8 Azerbaijan" MMC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, “X8 Azerbaijan" MMC İddiaçı Açıq Səhmdar Cəmiyyətinə yazılı tələblə müraciət edərək, “X8 Azerbaijan" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli distribütor müqaviləsi üzrə prinsipalın öhdəliklərinin icrasının təminatı məqsədilə 250.000 manat məbləğindən artıq olmayan məbləğdə geri götürülməyən qarantiya verildiyini, prinsipalın distribütor müqaviləsi üzrə vaxtı keçmiş borc məbləğinin ƏDV daxil olmaqla 231.890,76 manat təşkil etdiyi bildirmiş və həmin məbləğin bank hesablarına köçürülməsini tələb etmişdir.
5. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən (ödənişin təyinatı və əsası - xx.xx.2023 TR RB 02 1225 saylı bank qarantiyasına əsasən ödəmə müddəti keçmiş köçürmə) X8 Azerbaijan” MMC-nin hesabına 231.890,76 manat pul vəsaiti ödənilmişdir.
6. Hesabdan çıxarış məlumatlarından müəyyən olunur ki, "Sert Yapı” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə banka 1.003,75 manat məbləğində ödəniş edilmişdir.
7. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin xx.xx.2023- cü il tarixli RB/KM-1636 saylı müqavilə üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə əsas borc 231.890.76 manat, faiz borcu 54.804,75 manat, cərimə borcu 6.904,41 manat olmaqla cəmi borcu 293.599,92 manat təşkil edir.
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə, Zhanat Bilgənə xx.xx.2023-cü il tarixli pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli, 9/1110 saylı ekspert rəyinə əsasən "xxxx" MMC-nin "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə (pretenziyanın göstərildiyi tarixə) əsas kredit borcu 231.890,76 manat, faiz borcu 61.452,16 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
10. İddiaçı ASC cavabdehlər "xxxx" MMC-yə, Zhanat Bilgənə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Bilgen Zhanatdan 19 aprel 2022-ci il tarixli, RB/KM-ZM-182 nömrəli qarantiya müqaviləsi üzrə 231.890,76 manat qarantiya məbləği, 54.804,75 manat faiz məbləği və 6.904,41 manat dəbbə məbləği olmaqla, cəmi 293.599,92 manat pul, dövlət rüsumu kimi ödənilmiş 183,60 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 19 aprel 2022-ci il tarixli, RB/KM-ZM-182 nömrəli X3 əsasən Bank tərəfindən Prinsipalın kreditoru olan “X8 Azerbaijan” MMC-nin xahişi ilə onların arasında bağlanmış xx.xx.2013-cü il tarixli distribütor müqaviləsinə və ona olunan Əlavəyə əsasən Prinsipalın Benefisiar qarşısında öhdəliklərinin təminatı məqsədilə bank qarantiyası verilmiş və icra edilmişdir. Sözügedən Müqavilənin 2.1.3-cü bəndinə əsasən Bank Qarantiyası məktubu ilə ödəniş olunan andan ödənilmiş məbləği Prinsipalın 24 % dərəcə ilə kredit hesabına yazır və bununla əlaqədar Prinsipalın Qarant qarşısında borc öhdəlikləri yaranır. Həmin Müqavilənin 2.1.4-cü bəndinə görə, Bank Qarantiyası məktubu əsasında Qarant tərəfindən ödənilmiş məbləğə illik 24 %-lə faiz hesablanır və həmin məbləğ 10 gün ərzində ödənilməlidir, vaxtı keçmiş borc üçün Bank illik 48 %-lə faiz hesablayır. X4 üzrə yaranmış reqres tələblərin icra edilməsinin təminatı olaraq Bankla "xxxx" MMC və Bilgen Zhanat arasında 19 aprel 2022-ci il tarixli, RB/KM-ZM-182 saylı Zaminlik Müqaviləsi bağlanmış, həmin zaminlik müqaviləsinin şərtlərinə görə, qarantiya və ona hesablanmış faizin qaytarılması öhdəliyinə görə “Prinsipal” və “Zamin” birgə məsuliyyət daşıyırlar. “Benefisiar”ın tələbi ilə Qarant tərəfindən 231.890,76 manat Benefisiarın hesabına köçürülmüşdür. Lakin “Prinsipal” tərəfindən Qarantiya Müqavilələrinin şərtlərinə vaxtında və lazımi qaydada əməl edilməmişdir. Hal-hazıra qədər nə qarantiya məbləği, nə də ki, faiz məbləğləri “Qarant”a, yəni İddiaçı ASC-yə qaytarılmamışdır. Qarantiya Müqavilələrinin şərtlərinin “Prinsipal” tərəfindən dəfələrlə pozulması İddiaçı ASC-yə, Qarantiya məbləğini və faizləri “Prinsipal”dan tam şəkildə tələb etməyə əsas verir. “Prinsipal”ın 19 aprel 2022-ci il tarixli, RB/KM-ZM-182 nömrəli X6 üzrə “Qarant” qarşısında borclanmasının həcmi müvafiq olaraq 231.890,76 manat qarantiya məbləği, 54.804,75 manat faiz məbləği və 6.904,41 manat dəbbə məbləği olmaqla, cəmi 293.599,92 manat təşkil edir. 19 aprel 2022-ci il tarixli, RB/KM-ZM-182 nömrəli Qarantiya müqaviləsinin şərtlərinə görə cavabdehlər müqavilədə qeyd edilmiş faiz və qarantiya məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə "xxxx" MMC-yə və Bilgen Zhanata dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə, pretenziya bildirilməsinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2023-cü il tarixli X5 Barədə Təklif məktubuna əsasən cavabdehlərə mübahisənin məhkəmədən kənar qaydada mediasiya vasitəsilə həlledilməsi təklif edilmişdir. Lakin Borclular ilkin mediasiya sessiyasına dəfələrlə dəvət edilsələr də, iştirak etməmişlər. Bu barədə 9 saylı Bakı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli Arayış təqdim edilmiş və 400 manat ilkin mediasiya xərci İddiaçı ASC tərəfindən ödənilmişdir.
12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 478, 489.1, 442, 445.1, 445.2.1, 472.1 və 472.2-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
13. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c)İşdə iştirak edən şəxslər və onların izahatları
14. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında verilən suallara cavab olaraq müqavilənin 2.1.4-cü bəndində nəzərdə tutulmuş illik 48 faizlə hesablanan məbləğin faiz olduğunu, dəbbə pulunun isə müqavilədə nəzərdə tutulmadığını bildirmişdir.
15. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
16. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
18. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
19. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. 489.1-ci maddəsinə əsasən qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. AR MPM-in: 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
20. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (qarant) ilə cavabdeh "xxxx" MMC (prinsipal) arasında 19 aprel 2022-ci il tarixli, RB/KM-ZM-182 saylı X6 bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC benefisiar “X9 Azerbaijan” MMC ilə prinsipal "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli distribütor müqaviləsi üzrə prinsipalın öhdəliklərinin təmin edilməsi məqsədilə 250.000 manatdan artıq olmayan məbləğdə 1 il müddətinə bank qarantiyası vermişdir. Həmin qarantiyaya əsasən benefisiar “X9 Azerbaijan” MMC-nin xx.xx.2023-cü il tarixli yazılı tələbi əsasında xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən 231.890,76 manat pul vəsaiti benefisiarın bank hesabına köçürülmüşdür.
23. Məhkəmə araşdırması həmçinin müəyyən edildi ki, İddiaçı ASC və cavabdeh Bilgen Zhanat arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən Bilgen Zhanat X6 üzrə cavabdeh "xxxx" MMC-nin öhdəliklərinə zamin durmuşdur.
24. Hazırda İddiaçı ASC qarantiya əsasında benefisiara ödənilmiş məbləği, eləcə də müqavilə şərtlərinə əsasən həmin məbləğə hesablanmış faizləri və dəbbə pulunu cavabdehlərdən tutulmasını tələb edir.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı ASC (qarant) tərəfindən X6 üzrə 231.890,76 manat pul vəsaiti benefisiara ödənildiyindən, belə olan halda 489.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının (qarantın) qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini cavabdeh "xxxx" MMC-dən (prinsipaldan) reqres qaydasında tələb etmək hüququ yarandığından, müqavilədə qarant tərəfindən ödənilmiş məbləğə faiz hesablanması nəzərdə tutulduğundan, eləcə də "xxxx" MMCnin(prinsipalın) bank qarantiya müqavilə üzrə öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh Bilgen Zhanatla (zaminlə) zaminlik müqaviləsi bağlandığından İddiaçı ASC qarantiya üzrə ödənilmiş məbləğ və ona hesablanmış faizlərin cavabdehlər "xxxx" MMCdən və Bilgen Zhanatdan tutulmasını tələb etməkdə haqlıdır.
26. Digər tərəfdən qarantiya müqaviləsinin şərtlərinə əsasən benefisiara ödənilmiş məbləğ üzrə cavabdehlərdən tutulmalı olan əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq eskpertizası təyin edilmiş və ekspert rəyi ilə "xxxx" MMC-nin "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə əsas borcunun 231.890,76 manat, faiz borcunun 61.452,16 manat (birinci 10 gün üçün 24%-lə, sonrakı müddət üçün isə 48 %-lə) təşkil etməsi müəyyən edilmişdir. 27.Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. 28.Belə olan halda məhkəmə hesab edir ki, X6 üzrə əsas və faiz borcunun tutulması hissəsində iddia tam təmin edilməlidir. 29.Bundan əlavə iddiaçı bank qarantiyası üzrə benefisiara ödənilmiş məbləği qarantiya müqaviləsində göstərilən müddətdə qaytarmadığına görə hesablanmış 6.904,41 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
30. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olmaqla qanun və ya müqavilə ilə müəyyənləşdirilməlidir. Hazırkı halda X3 əsasən qarant tərəfindən benefisiara ödənilmiş məbləğin prinsipal tərəfindən qaranta qaytarmaq öhdəliyinin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun tutulmalı olması tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamış, eləcə qanunla müəyyən edilməmişdir. 31.Belə olan halda isə dəbbə pulunun tutulması hissəsində iddia əsassız olmaqla rədd edilməlidir. 32.Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 183,6 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
33. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 583,6 manat təşkil edir.
34. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
35. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. 36.Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 390 manat dövlət rüsumuna görə isə 180 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. 37.Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 140 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Sert Yapı” MMC-dən, Zhanat Bilgendən müştərək qaydada X6 üzrə 231.890,76 manat əsas və 54.804,75 manat faiz borcu, cəmi 286.695,51 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 390 manat və dövlət rüsumunun əvəzi olaraq 180 məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 140 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva