Məhkəmə qərarları › İş №e-2-2(113)-639/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-639/2024

15.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-639/2024 15.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar Şhirinzade Orkhanın, İddiaçı3 və İddiaçı1 cavabdehlər X18, X19, X13 və X20 qarşı “vurulmuş zərərin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: birgə fəaliyyət, zərər tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı3 və İddiaçı1 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Şhirinzade Orkhanın nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Cavabdeh X32 və onun nümayəndəsi Nümayəndə4 iştirakları ilə, Digər cavabdehlərin iştirakı olmadan, İddiaçılar Şhirinzade Orkhanın, İddiaçı3 və İddiaçı1 cavabdehlər X18, X19, X13 və X20 qarşı “vurulmuş zərərin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçılar Şhirinzade Orkhan, İddiaçı3 və İddiaçı1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Biləcəri”, “Mikrorayon” və “Masallı” (indiki “Sumqayıt”) mağazalarını iddiaçılara təhvil verməməklə və qanunsuz olaraq özlərində saxlamaqla iddiaçılara vurduqları 727.447 manat pulun cavabdehlərdən, birgə biznesə aid olmayan kredit borcunun ödənilməsi görə Əfqan Abdullayevdən 28.000 manatın, 5 mağazanın İddiaçı1 MMC-nin balansına keçməsindən öncə həmin mağazaların anbarında olan malların Əfqan Abdullayev tərəfindən düzgün rəsmiləşdirilməməsinə görə İddiaçı1 MMC-nin cərimə qismində ödədiyi 71.218 manatın cavabdeh Əfqan Abdullayevdən, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara vurulmuş 114.927 manat zərərin, ümumilikdə 941.592 manatın cavabdehlərdən müvafiq qaydada tutularaq iddiaçılara ödənilməsi və qətnamənin icra üsulunun müəyyən edilərək tələbin iddiaçılara məxsus olsa da qanunsuz olaraq cavabdehlərdə saxlanan “Biləcəri”, “Mikrorayon” və “Masallı” (indiki “Sumqayıt”) mağazalarının anbar qalığını təşkil edən avtomobil ehtiyat hissələrinə yönəldilməsi, həmin ehtiyat hissələrinin açıq hərracda satılaraq əldə edilən pul vəsaitindən 941.592 manatın iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Orkhan Shrinzade və dostu X40 2021-ci ilin sentyabr ayında cavabdeh X32 ilə birgə biznes fəaliyyəti ilə məşğul olmaq barədə razılıq əldə ediblər. Razılaşmaya əsasən, şəriklərin qoyduqları sərmayəyə Azərbaycanın müxtəlif bölgələrində, xüsusən Bakı şəhərində şəbəkə formasında bir neçə avtomobil ehtiyat hissələrinin satış mağazaları açılmalı idi. Biznesin təşkili, ümumi sərmayələrə sərəncam verilməsi və mağazaların idarə edilməsi Əfqan Abdullayevə həvalə edilmişdi. Razılaşmaya uyğun olaraq ilkin mərhələdə Orkhan Shirinzade və Əkbər Ağayev 2021-ci ilin oktyabr ayında 340.000 manat sərmayəni Əfqan Abdullayevə təqdim ediblər. Bundan sonra Orkhan Shirinzade mütəmadi olaraq sərmayəsini 30 iyun 2023-cü il tarixə qədər artıraraq 3.533.194 manata çatdırıb və bütün bu vəsaitlər biznesin idarəedicisi kimi Əfqan Abdullayevə təqdim edib. Cavabdeh Əfqan Abdullayevin 30 sentyabr 2021-ci il tarixə sərmayəsi əmtəə şəklində 1.415.529 manat təşkil edib. Lakin, biznes fəaliyyəti dövründə özünə aid müxtəlif səbəblərdən həmin sərmayəsini 30 iyun 2023-cü il tarixə 422070 manata qədər azaldıb. Cavabdeh Əfqan Abdullayevin sərmayəsinin azalmasının başlıca səbəblərindən biri iddiaçılardan xəbərsiz başqa biznes sahələrinə yatırımlar etməsi, iddiaçılardan ayrı yaratdığı biznesi üçün qohumlarının adına böyük məbləğdə kreditlər götürməsi və həmin kreditlərin aylıq odənişlərini iddiaçılarla qurduğu biznesin vəsaiti hesabına odəməsi olub. Həmin kreditlərin ödənilməsi üçün Əfqan Abdullayev mağazalardan 287.162 manat nəğd pul vəsaiti götürüb. Biznes fəaliyyəti dövründə iddiaçı Orkhan Shirinzade dəfələrlə bütün mağazaları vahid MMC-nin tərkibində birləşdirməyi və vahid idarəçilik sisteminin qurulmasını Əfqan Abdullayevə təklif etsə də, Əfqan Abdullayev müxtəlif bəhanələrlə bundan yayınaraq hər bir mağazanın bir fərdi sahibkarın adına rəsmiləşdirilməsinin və həmin fərdi sahibkarın adından idarə edilməsinin daha rahat olmasını iddia edərək özünə yaxın olan müxtəlif şəxslərin adına VÖEN açmaqla mağazaları özünün tanıdığı və seçdiyi şəxslərlə idarə edib. Lakin mağazaların idarəçilik forması ilə bağlı tərəflər arasındakı fikir ayrılığı dərinləşməyə başlayıb. Biznes fəaliyyəti dövründə mağazaların sayı 9-a qədər artsa da mağazalardan biri – Bakı şəhəri, Mətbuat prospektində yerləşən “Nəşriyyat” adlandırılan mağaza 2023-cü ilin iyun ayında bağlanıb və mağazaların sayı 8-ə enib. Mağazaların vahid hüquqi şəxsin tərkibində cəmləşdirilməsində və məhz vahid idarəçilik sisteminin qurulmasında israrlı olan iddiaçılar 27 aprel 2021-ci il tarixdə İddiaçı1 MMC-ni yaradaraq vergi orqanlarında qeydə alınmasına nail oldular. 19 iyul 2022-ci il tarixdə vergi orqanları tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı1 MMC-in təsisçiləri Orkhan Shirinzade (51% pay) və İddiaçı3 (49% pay) kimi qeydə alınıblar. Orkhan Shirinzade mağazaların ziyanla və qeyri-şəffaf işləməsindən narazı olduğundan 2023-cü ilin yanvar ayında bütün mağazaların İddiaçı1 MMC-nin tərkibinə keçirilməsini ortaqlarına təklif edib. Cavabdeh Əfqan Abdullayev müxtəlif bəhanələrlə bu təklifin realaşmasına imkan verməyib. Lakin 2023-cü ilin may-iyun aylarında cavabdeh Əfqan Abdullayevə yaxın fərdi sahibkarların adına rəsmiləşdirilmiş 5 mağaza İddiaçı1 MMC-in tərkibinə daxil edildi və vergi orqanlarında İddiaçı1 MMC-nin tərkibində uçota alındı: xx.xx.2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, Babək pr.ev.38Q m. ünvanında yerləşən mağaza (“BABƏK”), xx.xx.2023-cü ildə ünvan 2 ünvanında yerləşən mağaza (“BAKİXANOV”), xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən mağaza (“NEAPOL”), xx.xx.2023-cü ildə ünvan 4 ünvanında yerləşən mağaza (“YASAMAL”), xx.xx.2023-cü ildə Sumqayıt şəhəri, Vağzal ərazisi, Bakı küçəsi ilə 20 Yanvar küçəsinin kəsişdiyi ərazidə yerləşən mağaza (“Sumqayıt”). Lakin cavabdeh Əfqan Abdullayev qeyd olunan 3 mağazanın İddiaçı1 MMC-nin tərkibinə keçirilməsinə, vergi orqanında uçota salınmasına və İddiaçı1 MMC-nin tərkibində fəaliyyət göstərməsinə imkan vermədi və həmin mağazaları öz nəzarətində saxladı. ünvan 5 ünvanında yerləşən və fərdi sahibkar X14 VÖEN (**********) bağlı fəaliyyət göstərən mağaza(“Biləcəri”), ünvan 6 ünvanında yerləşən və X6 VÖEN (**********) bağlı fəaliyyət göstərən mağaza (“Mikrarayon” MKR), Masallı şəhərində X15 VÖEN (**********) bağlı fəaliyyət göstərən mağaza. Cavabdeh X38 şəhərində X15 VÖEN-inə bağlı fəaliyyət göstərən mağazanı bağlayaraq malları Sumqayıt şəhəri, Avtovağzal Ərazisi ev Bakı küçəsində öz adına açdığı VÖEN (**********) əsasında fəaliyyət göstərən “Sumqayıt” mağazasına köçürdür. Cavabdeh Əfqan Abdullayevdə qalan 3 mağaznın sərmayəsi aşağıdakı kimi olub: 1) ”Biləcəri” mağazası - avadanlıq üçün qoyulmuş sərmayə 61392 manat və mal alışı üçün qoyulmuş sərmayə 320.000 manat olmaqla, cəmi 381.392 manat, əvvəlki “Masallı” indiki “Sumqayıt” mağazası - avadanlıq üçün qoyulmuş sərmayə 180466 manat və mal alışı üçün qoyulmuş sərmayə 203000 manat olmaqla, cəmi 383466 manat, 3) “Mikrarayon” mağazası - avadanlıq üçün qoyulmuş sərmayə 84659 manat və mal alışı üşün qoyulmuş sərmayə 300000 manat olmaqla, cəmi 384659 manat. İddiaçı1 MMC-yə daxil olmayan yuxarıda göstərilən üç mağazadakı sərmayənin cəmi ******* manat təşkil edir. Mühasibat sənədlərinə əsasən, cavabdeh Əfqan Abdullayevin faktiki sərmayəsi 422070 manat təşkil etməsinə baxmayaraq o, sərmayəsi ******* manat təşkil edən 3 mağazanı heç bir əsas və səbəb olmadan öz sərəncamında saxlayıb. Bununla da Əfqan Abdullayev faktiki olaraq öz sərmayəsindən, 727447 manat (1149 517- 422 070 = 727 447) artıq sərmayəyə yiyələnib. Yaranmış problemin həlli ilə bağlı cavabdeh Əfqan Abdullayevlə aparılan ilkin danışıqlar zamanı ortaqlara məxsus olan 8 mağazanın onun iştirakı ilə daxili auditinin keçirilməsi şərtilə ona faktiki qalan sərmayəsindən artıq sərmayənin verilməsi barədə müxtəlif təkliflər verilib. Lakin o, müxtəlif bəhanələrlə bu təklifin realaşdırılmasından yayınıb. Bu razılaşmanın realizə edilməsi üçün İddiaçı3 adından onun atası X5 Abdullayevin bir aylıq 28000 manat kredit borcu ödənilib. Qeyd edilən 5 mağaza İddiaçı1 MMC-nin tərkibinə keçirildikdən sonra məlum olmayan mənbədən vergi orqanına malların alış sənədlərinin olmaması barədə məlumat verildi və buna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarları ilə mağazalarda operativ vergi nəzarəti həyata keçirildi. Yoxlama nəticəsində müəyyən edildi ki, mağazaların İddiaçı1 MMC-nin tərkibinə keçdiyi dövrdən əvvəlki dövrdə, yəni həmin mağazaların faktiki olaraq cavabdeh Əfqan Abdullayevin idarəçiliyində olduğu dövrdə əldə edilmiş malların alış sənədləri yoxdur. X23 həyata keçirdiyi pis idarəçilik, fəaliyyətin qanunuauyğunluğunun təmin edilməməsi və sənədləşmə işlərinin düzgün aparılmaması səbəbindən mağazaların yeni sahibi kimi İddiaçı1 MMC 71218 manat məbləğində cərimələndi. Halbuki, vergi orqanının aşkar etdiyi qanun pozuntusuna görə məsuliyyəti İddiaçı1 MMC deyil, həmin mağazalarda idarəçiliyi həyata keçirən cavabdeh Əfqan Abdullayevdir. Mağazaların təhvil verilməməsi İddiaçı1 MMC-nin fəaliyətinə ciddi zərər vurub. Belə ki, maların düzgün rəsmiləşdirilməməsi, vergi orqanları tərəfindən 40 günə yaxın yoxlamaların aparılması, 3 mağazanın özbaşına ələ keçirilməsi nəticəsində mağazalar arasında əlaqələrin pozulması İddiaçı1 MMC-yə daxil olan mağazaların zərərlə işləməsinə səbəb olub. Həmin zərərin miqdarı 2023-cü ilin iyul-sentyabr aylarında 114927 manat təşkil edir. Mağazaların vaxtında İddiaçı1 MMC-in sərəncamına keçirilməməsinə və müəssisəyə vurulmuş zərərə görə Əfqan Abdullayevlə yanaşı cavabdehlər X33, X34 və X25 da tam məsuliyyət daşıyırlar. Beləliklə, İddiaçı1 MMC-yə, iddiaçılar Shirinzade Orxan və İddiaçı3 məxsus sərmayələrin vaxtında təhvil verilməməsi, cavabdehlərin öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi, özbaşınalıq və digər qanunsuz hərəkətlər nəticəsində: - cavabdehlərə məxsus sərmayədən artıq sərmayə götürməklə 727447 manat; -Əfqan Abdullayevin birgə biznesə aid olmayan kredit borcunun ödənilməsi görə 28000 manat; - malların Əfqan Abdullayev tərəfindən düzgün rəsmiləşdirilməməsi nəticəsində 71218 manat Əfqan Abdullayevin özbaşına hərəkətləri nəticəsində114927 manat, cəmi 941 592 manat zərər dəyib. Həmin zərər cavabdehlərdən tutulmalıdır. Cavabdeh Əfqan Abdullayev digər cavabdehlərlə birlikdə 3 mağazanı qanunsuz olaraq özlərində saxlayaraq və həmin mağazaların əmlakları ilə birlikdə İddiaçı1 MMC-nin tərkibində və idarəçiliyində birləşməsinə mane olmaqla nəinki iddiaçıları əmlaklarından məhrum ediblər, eləcədə bu birləşmə prosesinin qarşısını qanunsuz yollarla almaqla mağazaların qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsinə və gəlir qazanmasına qəsdən mane olublar. Məhz cavabdehlərin, xüsusən də Əfqan Abdullayevin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçılar böyük məbləğdə zərərə məruz qalıblar. Həmin zərər cavabdehlərdən tutularaq iddiaçılara ödənilməlidir.

3. Daha sonar İddiaçı3 və İddiaçı1 nümayəndəsi Nümayəndə1 nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X32 və X7 müştərək qaydada 267.046 manat, X32 ilə X8 müştərək qaydada 381.392 manat, X9 X25 ilə müştərək qaydada 384.659 manat olmaqla, cəmi, 1.033.097 manat məbləğdən Abdullayev Əfqanın qalıq sərmayəsin çıxdıqda (1.033.097-169.383= 863.714) ümümilikdə onlardan 863.714 manat tutularaq İddiaçı1 MMC-yə ödənilməsi, birgə biznesə aid olmayan kredit borcunun ödənilməsi görə Əfqan Abdullayevdən 28 000 manatın tutularaq İddiaçı3 ödənilməsi, 5 mağazanın İddiaçı1 MMC-nin balansına keçməsindən öncə həmin mağazaların anbarında olan malların Əfqan Abdullayev tərəfindən düzgün rəsmiləşdirilməməsinə görə İddiaçı1 MMC-nin cərimə qismində ödədiyi 71218 manatın cavabdeh Əfqan Abdullayevdən tutularaq İddiaçı1 MMC-yə ödənilməsi, Əfqan Abdullayevin və digər cavadehlər Qələndərli Emin, Abdullayev Şamil və Məmmədov Rüstəmin hərəkətləri nəticəsində İddiaçı1 MMC-yə dəymiş 114.927 manat zərər cavabdehlər arasında bölündükdə hər birindən 28.731 manat tutularaq İddiaçı1MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsinin etirazda “Masallı” mağazasına əsassız olaraq 116.420 manat xərcin aid edilməsini qismən qəbul edirik və hesab edirik ki, avadanlıq üçün xərclənmiş 64.046 manat və mal alışı üçün xərclənmiş 203.000 manat qalmaqla, 116.420 manat xərclər tərəflər arasında bərabər bölünməlidir: Əfqan Abdullayevin sərmayəsi 58.210 manat azaldılmalı, belə olduqda 383.466 manatdan 116.420 manat çıxdıqda yerdə qalan məbləğ 267046 manat Əfqan Abdullayev və cavabdeh X7 müştərək qaydada tələb edilir. 2. “Biləcəri” mağazası üzrə qoyulmuş sərmayə 61392 manat və mal alışı üçün qoyulmuş sərmayə 381.392 manat cəmi 381.392 manat X34 və Əfqan Abdullayevdən müştərək qaydada tələb edilir. 3. “Mikrarayon” mağazası üzrə avadanlıq üçün qoyulmuş 84.659 manat sərmayə və mal alışı üçün qoyulmuş sərmayə 300.000 manat cəmi, 384.659 manat X25 və X9 müştərək qaydada tələb edilir. 4. X16 qanunsuz hərəkətləri nəticəsində İddiaçı1 MMC-nin vergi orqanları tərəfindən 71.218 manat cərimə edilməsi ilə bağlı həmin məbləğ Əfqan Abdullayevdən tələb edilir. 5. Əfqan Abdullayevin və digər cavadehlər Qələndərli Emin, Abdullayev Şamil və Məmmədov Rüstəmin hərəkətləri nəticəsində İddiaçı1 MMC-yə 114.927 manat zərər cavabdehlər arasında bölündükdə hər birindən 28.731 manat tutulmalıdır. 6. Etirazda göstərildiyi və izahatda qeyd olunduğu kimi “X48” tərəflərin birgə istifadəsi və sərəncamında olduğu zaman 55.185 manat ziyan etmişdir. Həmin ziyan tərəflər arasında bölünməli və Əfqan Abdullayevin sərmayəsinə 27.593 manat əlavə edilməlidir. İddia ərizəsində göstərilmişdir ki, Əfqan Abdullayevin qalıq sərmayəsi 422.000 manat təşkil edir. Qeyd olunduğu kimi onun sərmayəsi 58.210 manat (116.420:2=58.210) azaldıqda və sərmayəsinin üzərinə 27.593 manat əlavə edildikdə 422.000 – 58.210 + 27.593 = 391.383 (Əfqan Abdullayevin sərmayəsi) manat təşkil edir. İzahatımızda göstərildiyi kimi, mühasib tərəfindən 120000 manat vəkil xərci və 102.000 manat Range Rover markalı avtomobilin dəyəri Orkhan Shirinzadenin sərmayəsinə əlavə edilmişdir. Lakin həmin məbləğ Əfqan Abdullayevin sərmayəsində öz əksini tapmamışdır. Əfqan Abdullayevin sərmayəsi 222.000 manat (120.000+102.000= 222.000) azaldılmalı, 391.383 – 222.000=169.383 manat təşkil edir. Beləliklə, son olaraq Əfqan Abdullayevin sərmayəsi 169.383 manat təşkil edir. X38 mağazası üzrə Məmməd Rüstəmovla birlikdə 267.046 manat dəyərində, Biləcəri mağazası üzrə cəmi 381.392 manat X34 ilə birlikdə, “Mikrarayon” mağazası üzrə 384.659 manat X25 ilə birlikdə cəmi, 1.033.097 manat məbləğində sərmayə ələ keçirmişlər. Beləliklə, X43 Rüstəmovla birlikdə 267.046 manat, Qələndərli Emin ilə birlikdə 381.392 manat, Abdullayev Şamil ilə isə 384.659 manat olmaqla, cəmi, ələ keçirilmiş 1.033.097 manat məbləğdən onun qalıq sərmayəsini çıxdıqda (1.033.097- 169.383= 863.714) onlardan 863.714 manat tələb edilməlidir.

5. Cavabdeh X16 nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırkı iddia ərizəsi üzrə Orkhan Shırınzade iddiaçı qismində işə cəlb edilsə də, nə ilkin iddia ərizəsində, nə də məhkəməyə 21 fevral 2024-cü il tarixdə təqdim edilmiş və 29 fevral 2024-cü il tarixdə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrdə iddiaçı olaraq Orkhan Shırınzade-nin tələbinin nədən ibarət olması, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməmiş. İşə aidiyyatı olmayan sənədləri iş materiallarına əlavə etməklə, süni surətdə iş materiallarının şişirdilməsinə və məhkəmə hazırlıq iclaslarının 8 dəfə təxirə salınmasına səbəb olmuşdur. Bundan başqa, X32 tərəfindən iddia ərizəsinə etiraz təqdim edilsə də, iddiaçılar tərəfindən məhkəməyə tələbi və tələbini əsaslandırdığı hallar eyni olmaqla, 2 dəfə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr təqdim edilmişdir. Məhkəməyə 21 fevral 2024-cü il tarixdə təqdim edilmiş və 29 fevral 2024-cü il tarixdə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrin məzmunu və mahiyyəti eyni olmaqla, ərizələr arasında hər hansı dəyişiklik müəyyən edilməmişdir. Cavabdeh X32 "xxxx" Mağazalar Şəbəkəsinin təsisçisi və direktoru olmuş, həmin dövrdə təkbaşına xx.xx.2021-ci il tarixdə İddiaçı1 MMC-ni təsis etmişdir. Həmin vaxt Əfqan Abdullayevin sərmayəsi 1 500 000 manat təşkil etmişdir. Bu faktı iddiaçıların məhkəməyə təqdim etdikləri “Excell” formatında tərtib edilmiş cədvəl də təsdiq edir. Lakin həmin cədvəldə məbləğ 1 500 000 əvəzinə, 1415529.08 manat kimi göstərilmişdir. Bununla bağlı hər hansı mübahisə yoxdur. Həmin vaxt iddiaçıların İddiaçı1 MMC-də hər hansı sərmayəsi olmamış, aralarında şərik olmalarına dair razılaşma olmamışdır. Bundan sonra, 2022-ci ildə İddiaçı1 MMC-nə aidiyyatı olmayan işlə əlaqədar, "xxxx" MMC-nin vergidən yayınması ilə əlaqədar başlanmış cinayət işi üzrə "xxxx" MMC-nin təsisçisi və direktoru olduğundan, Əfqan Abdullayev CM-nin 213-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək həbsdə saxlanılmış, daha sonra ödənilməmiş 1 450 000 manat vergi ödənişi Əfqan Abdullayevin dayısı X26 tərəfindən tam şəkildə ödənildikdən sonra barəsində olan cinayət işi üzrə icraata xitam verilmiş və qətimkan tədbiri ləğv edilmişdir. Əfqan Abdullayev həbsdə saxlanıldığı dövrdə xx.xx.2022-ci il tarixdə İddiaçı1 MMC-nin təsisçisi X36 ilə İddiaçı3 və Shırınzade Orkhan-ın etibarnamə üzrə nümayəndəsi qismində çıxış edən X40 arasında təsis payının alqı-satqısı haqqında müqavilə bağlanmış və MMC-nin alqı-satqısı 10 manata həyata keçirilmişdir. Bundan sonra, İddiaçı3 MMC-də təsisçi olaraq payı 49 % və Shırınzade Orkhan-ın payı 51 % müəyyən edilmişdir. Bununla bağlı alqı-satqı müqaviləsi də məhkəməyə təqdim edilmişdir. Halbuki, iddiaçıların özünün də iddia ərizəsində qeyd etdiyi kimi iddiaçılarla cavabdeh Əfqan Abdullayev 2021-ci ilin sentyabr ayında birgə fəaliyyət barədə razılıq əldə etmələri qeyd edilmişdir. Razılaşmaya əsasən cavabdehlər Shırınzade Orkhan və X40 ilə birlikdə şəriklərin qoyduqları sərmayəyə Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Bakı şəhərinin müxtəlif rayonlarında şəbəkə formasında bir neçə avtomobil ehtiyat hissələrinin satış mağazaları açılmalı idi. Biznesin təşkili, ümumi sərmayəyə sərəncam verilməsi və mağazaların idarə edilməsi iddiaçı X18 həvalə edilmişdir. İddiaçılarla cavabdeh arasında şifahi formada 2021-ci ilin sentyabr ayından birgə şərikli bizneslə məşğul olmaq barədə razılıq əldə edilsə də, rəsmi qaydada aralarında birgə fəaliyyət haqqında saziş 14 yanvar 2022-ci il tarixdə imzalanmışdır. Birgə fəaliyyət haqqında müqavilənin 2.1.3-cü bəndində göstərilmişdir ki, birgə fəaliyyətin həyata keçirilməsi məqsədilə təşkilatçı-yəni Əfqan Abdullayev 2000 000 manat qoyulmasını təmin etmək, 2.2.3-cü bəndində isə göstərilmişdir ki, təşkilatçıya işin təşkil edilməsi məqsədilə 2 000 000 manat vermək (2021-ci ilin sentyabr ayından müqavilə imzalanan günə qədər bu məbləğ təşkilatçıya verilmişdir). Müqavilənin 3-cü bəndində göstərilmişdir ki, X32 gəlirin 50 %, X40 gəlirin 25 % faizi miqdarında, Shırınzade Orkhan isə gəlirin 25 % miqdarında bölünməsi barədə razılığa gəlmişlər. Bu isə bilavasitə təsdiq edir ki, iddiaçıların məhkəməyə təqdim etdiyi sərmayənin məbləğləri ilə bağlı “Excell” formatındakı məbləğlər birgə fəaliyyət haqqında müqavilənin şərtlərinə belə uyğun gəlmir. Shırınzade Orkhan-ın qoyduğu sərmayə ümumi sərmayənin 50 % deyil, 25 % hissəsini əhatə etmişdir. Beləliklə də, həm X16, həm də Shırınzade Orkham-ın birgə fəaliyyət üçün qoyduqları sərmayə 2 000 000 manat təşkil etmişdir. Əfqan Abdullayevin sərmayəsinin 2 000 000 manat olması ilə bağlı tərəflər arasında hər hansı mübahisə olmamışdır. Məhkəmə proseslərində də iddiaçıların nümayəndəsi Əfqan Abdullayevin və Shırınzade Orkhan-ın hər birinin sərmayəsinin 2000 000 manat olmasını öz izahatı ilə təsdiq etmişdir. Lakin məhkəməyə müraciət edərkən, məhkəmə təqdim etdiyi “Excell” formatında cədvəldə göstərilmişdir ki, Əfqan Abdullayevin sərmayəsindən xx.xx.2023-cü il tarixdə 144786 manat, xx.xx.2023-cü il tarixdə 206200 manat Ağayev Əkbərə köçürülmüş və xx.xx.2023-cü il tarixdə əsas sərmayədən çıxıldı adı ilə 91406.8 manat təyinatı məlum olmayan yerə çıxılmaqla, Shırınzade Orkhan-ın məhkəməyə sərmayəsi kimi təqdim etdiyi cədvəldə tarixi məlum olmayan vaxtda öz balansına 102 000 manat və 120 000 manat əlavə edilmişdir. Cavabdeh Shırınzade Orkhan biznesin idarə edilməsi və birgə biznes fəaliyyəti ilə məşğul olmaq üçün sərmayə olaraq qoyduğu məbləğin təminatı olaraq, iddiaçı X9 mülkiyyətində olan əmlakları formal olaraq onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçı isə birgə biznes fəaliyyəti ilə məşğul olduqlarından və gələcəkdə həmin əmlaka dair Shırınzade Orkhan-ın hər hansı iddia və tələbinin olmayacağını düşündüyündən, əmlaklarının cavabdehin adına rəsmiləşdirilməsinə razılıq vermişdir. X1 mülkiyyətində hər hansı əmlakı olmamış, qardaşı X10 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin alqısatqısına dair ünvan 8ndə xx.xx.2022-ci il tarixli alqı satqı müqaviləsi qardaşı X27 ilə Shırınzade Orkhan arasında rəsmiləşdirilmişdir. Lakin sonradan, 06 noyabr 2023- cü il tarixli müqavilənin ləğvinə dair müqavilə ilə həmin alqı-satqı müqaviləsi Bakı şəhəri 9 saylı Notariat Ofisində ləğv edilmiş, fərdi yaşayış evi yenidən iddiaçının qardaşı X10 mülkiyyətinə geri qaytarılmışdır. Bundan başqa, Əfqan Abdullayevin yetkinlik yaşına çatmayan övladı X21 mülkiyyətində olan, Azərbaycan Respublikası Əmlak Məsələrləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışa əsasən, ünvan 9 ünvanında yerləşən mənzilin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Hər iki müqavilənin bağlanmasında cavabdeh Shırınzade Orkhan özü bilavasitə iştirak etməmiş, müqavilələr onun etibarnaməsi əsasında digər cavabdeh, eyni zamanda biznesin 3-cü şəriki X40 tərəfindən imzalanmışdır. X12 Orkhan-ın adına rəsmiləşdirdiyi daşınmaz əmlakların ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri 300 000 ( üç yüz min) manat, ünvan 9 ünvanında yerləşən mənzilin dəyəri 700 000 ( yeddi yüz min) manat təşkil edir. Həmin əmlakları Shırınzade Orkhan hal-hazırkı vaxtadək geri qaytarmadığından, Əfqan Abdullayevin birgə biznes fəaliyyəti üçün qoyduğu sərmayə 3 000 000 manata çatdırılmışdır. İddiaçıların məhkəməyə ünvanladığı iddia ərizəsində Əfqan Abdullayevin 30 sentyabr 2021-ci il tarixə sərmayəsi əmtəə şəklində 1 415 529 manat təşkil etməsini, Əfqan Abddullayevə məxsus yetkinlik yaşına çatmayan övladı X21 xüsusi mülkiyyətində olan dəyəri 700 000 manat təşkil edən ünvan 9 ünvanında yerləşən mənzili və dəyəri 300000 manat olan X16 qardaşı X10 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin Shırınzade Orkhan-ın adına rəsmiləşdirilməklə, Əfqan Abdullayevin sərmayəsi 3 000 000 manata çatdırılmışdır. X39 sərmayəsindən xx.xx.2023-cü il tarixdə 144786 manat, xx.xx.2023-cü il tarixdə 206200 manat Ağayev Əkbərə köçürülmüş və 120 000 manat və xx.xx.2023-cü il tarixdə əsas sərmayədən çıxıldı adı ilə 91406.8 manat və 102 000 manat təyinatı məlum olmayan yerə çıxılmışdır. İddiaçıların məhkəməyə təqdim etdiyi, İddiaçı3 tərəfindən imzalanmış və İddiaçı1 MMC-nin möhürü ilə təsdiqlənmiş “Əfqanın sərmayəsi barədə məlumat (dinamika) kimi göstərilmiş cədvəldə Əfqan Abdullayevin birgə fəaliyyət barədə razlışmaya qədər, xx.xx.2021-ci il tarixdə 1 415 529 manat olması, xx.xx.2023-cü il tarixdə 144786 manat, xx.xx.2023-cü il tarixdə 206200 manat və 120 000 manat, xx.xx.2023-cü il tarixdə 91406.8 manat qeyd edilmiş məbləğlər Əfqan Abdullayevin sərmayəyə qoyduğu məbləğlərdən silinməklə 470986 manat silinmiş, öz adlarına isə 222000 silinməklə, sərmayəsinin 422 070 manata qədər azaldılması qeyd edilmişdir. İddiaçılara qeyd olunan məbləğlərin silinmə səbəbləri və təsdiq edən sənədlərin tələb etməsinə baxmayaraq, guya Əfqan Abdullayevin həbsdən azad olunması üçün 442 392 manat xərc çəkdiyini bildirmişlər. Halbuki, onun həbsdən azad edilməsi "xxxx" MMC-nin vergi borcunun tamamilə ödənilməsi nəticəsində barəsində olan cinayət işinin icraatına xitam verilməsi olmuşdur. Bundan başqa, Əfqan Abdullayev tərəfindən onun həbsdən azad edilməsi üçün 470 986 manat xərc çəkilməsi və həmin xərcin onun sərmayə olaraq qoyduğu məbləğdən çıxılması, sərmayəsinin azaldılması barədə hər hansı formada göstərişi və xahişi olmamışdır. İddiaçılar hər hansı şəxsə və ya şəxslərə Əfqan Abdullayevin həbsdən azad edilməsi üçün 470 986 manat sərf etmiş olsaydılar belə bununla bağlı sübutları mənə və məhkəməyə təqdim etməlidir. Bundan başqa, belə bir xərcin çəkilməsi sübuta yetirilsə belə, həmin məbləğlər Əfqan Abdullayevin sərmayəsindən çıxılsa da, Shırınzade Orkhan-ın sərmayəsinin artırılmasına səbəb ola bilməz. Belə ki, 21 fevral 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Shırınzade Orkhan-ın etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 izahatında Shırınzade Orkhan-ın qoyduğu sərmayənin yalnız 2 500 000 manat olmasını, X39 sərmayəsindən çıxılan məbəğlərin öz sərmayəsinə əlavə edərək, Shırınzade Orkhan-ın sərmayəsinin 3 500 000 (üç milyon beş yüz min) manata çatdırılmasını öz izahatı ilə təsdiq etmişdir. X44-ın nümayəndəsi və vəkili Nümayəndə3 ünvanlanmış suala cavab olaraq, hansı səbəbdən Shırınzade Orkhan-ın sərmayəsinin Əfqan Abdullayevin hesabından çıxılmış pul hesabına artırılması barədə suala ümumiyyətlə cavab verməmişdir. Shırınzade Orkhanın sərmayəsinin Əfqan Abdullayevin sərmayəsindən səbəbsiz olaraq azaldılmaqla, çıxılmalar edilməklə artırılması iddiaçıların özlərinin məhkəməyə təqdim etdiyi “Excell” formatında cədvəllərdə də aydın görünür. Bu isə Shırınzade Orkhan-ın süni surətdə öz hesablarındakı pulu artırmasını bilavasitə təsdiq edir. Qeyd olunan xərclər real olaraq çəkildiyi halda belə, bununla bağlı məhkəməyə sübut təqdim edildiyi halda, İddiaçı1 MMC-nin idarəedicisi Əfqan Abdullayev olduğundan, Shırınzade Orkhan özünün qoyduğu sərmayəsinin batmaması üçün vermiş və belə olduğu təqdirdə həmin məbləğ yalnız Əfqan Abdullayevin deyil, ½ hissəyə bölünməklə həmin məbləğin 50% -i Shırınzade Orkhan-ın hesabından silinməli olduğu halda, yalnız Əfqan Abdullayevin hesabından silinməklə məqsədli şəkildə Əfqan Abdullayevin sərmayəsinin azaldılmasına və Shırınzade Orkhanın isə sərmayəsinin süni surətdə artırılmasına gətirib çıxarmışdır. Bundan başqa, iddiaçılar məhkəməyə təqdim etdiyi izahatda Shırınzade Orkhan-la Əfqan Abdullayev arasında vəkilə 470 986 manat ödənilməsi ilə bağlı müzakirə aparıldığını və Əfqan Abdullayevin buna razılıq verdiyini göstərsə də, Əfqan Abdullayev həmin vaxt həbsdə olmuş, aralarında ümumiyyətlə belə danışıq olmamışdır. Həmin vaxt Əfqan Abdullayevin hüquqlarını müdafiə edən digər 2 vəkili olmuş, iddiaçıların iddia etdikləri vəkil Əfqan Abdullayevə hüquqi yardım göstərmək üçün yalnız 10.000 manat tələb etməmişdir. Eyni zamanda, Əfqan Abdullayevin həbsdən azad olunmasının səbəbi vəkilin hüquqi yardımı sayəsində deyil, vergi borcunun tam olaraq ödənildiyindən "xxxx" MMC-nin barəsində olan cinayət işinin icraatına xitam verilməsi olmuşdur. Bunun üçün vəkilə 470986 manat ödənilməsi isə həm reallığa uyğun deyildir, həm də bu barədə iddiaçılar tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. 470986 manat ödənildiyini təsdiq edən qəbz və hüquqi yardım haqqında müqavilə məhkəməyə təqdim edilmədiyindən, bu xüsusatlar iddiaının əsası kimi sübut qismində qəbul edilə bilməz. İddiaçıların hesablamalarına görə xx.xx.2022-ci il tarixinə Əfqan Abdullayevin sərmayəsi 828.248.91 manat olması qeyd edilmiş, lakin həmin məbləğlərə 144786 manat, xx.xx.2023-cü il tarixdə 206200 manat və 120 000 manat, 91406 manat və 102 000 manat hesablandıqda bu məbləğ 1 492 640.91 manat təşkil edir. Lakin həmin məbləğlər İddiaçı1 MMC-nin xx.xx.2022-ci il tarixdə direktoru təyin edilmiş İddiaçı3 özünün “Excell” proqramında şəxsi mülahizələrinə görə hesabladığı və heç bir qanuni əsası olmayan hesablamalardır. Belə ki, Əfqan Abdullayev tərəfindən yazılı etirazda bu hal göstərildikdən sonra, əvvəllər İddiaçı3 imzası ilə məhkəməyə təqdim edilmiş sənədlər, növbəti dəfə imzasız, hər hansı bir şəxs tərəfindən imza və möhürlə təsdiq edilməmiş, “Excell” formatında yalnız rəqəmlərdən ibarət fayllar məhkəməyə təqdim edilmişdir. Lakin rəqəmlər yazılmış, heç bir qanuni və hüquqi əsası olmayan, hər hansı şəxs tərəfindən imza və möhürlə təsdiq edilməmiş naməlum fayllar işin hər hansı halının təsdiq edilməsi üçün sübut qismində hesab edilə bilməz. Belə ki, qeyd olunun cədvəllər İddiaçı1 MMC-nin mühasibi tərəfindən tərtib edilməli və mühasib tərəfindən imzalanaraq məhkəməyə təqdim edilməli olduğu halda, özünün direktor olmadığı vaxtda belə hesabata dair sənəd tərtib edərək, məhkəməyə təqdim etməsi iş üzrə mötəbər sübut hesab edilə bilməz. Bundan başqa, 2023-cü ilin may-iyun aylarında Shırınzade Orkhanla Əfqan Abdullayev arasında birgə biznes fəaliyyətində yaranmış narazılıqların nəticəsində Shırınzade Orkhan-ın qoyduğu sərmayənin müqabilində 6 mağazanın İddiaçı1 MMC-in tərkibinə daxil edildi və vergi orqanlarında İddiaçı1 MMC-nin tərkibində uçota alınmışdır. 1) xx.xx.2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, Babək pr.ev.38Q m. ünvanında yerləşən mağaza(“BABƏK”) ---təhvil verildiyi zaman 1 404 801 manat dəyərində ehtiyat hissələri və avadanlıqla birgə, 2) xx.xx.2023-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ SÜLH (Bakıxanov qəs.) ev1D m0 ünvanında yerləşən mağaza (“BAKİXANOV”); -təhvil verildiyi zaman 292412 manat ehtiyat hissələri və avadanlıqla birgə, 3) xx.xx.2023-cü il tarixdə ünvan 11 ünvanında yerləşən mağaza(“NEAPOL”);- təhvil verildiyi zaman 276950 manat dəyərində ehtiyat hissələri və avadanlıqla birgə, 4) xx.xx.2023-cü ildə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.,ev 204 m. ünvanında yerləşən mağaza(“YASAMAL”); təhvil verildiyi zaman 291792 manat dəyərində ehtiyat hissələri və avadanlıqla birgə, 5) xx.xx.2023-cü ildə Sumqayıt şəhəri, Vağzal ərazisi, Bakı küçəsi ilə 20 Yanvar küçəsinin kəsişdiyi ərazidə yerləşən mağaza (“Sumqayıt”)-320056 manat dəyərində ehtiyat hissələri və avadanlıqla birgə, 6) Nəşriyyat filialı- 194590 manat dəyərində avtomobil ehtiyat hissələri və avadanlıqla birgə. Shırınzade Orkhanın qoyduğu sərmayənin müqabilində ümumilikdə 6 mağaza olmaqla, 2 780 601 manat dəyərində avtomobil ehtiyat hissələri ilə birlikdə Shırınzade Orkhan-a təhvil verilmişdir və həmin məbləğə dair aralarında narazılıq olmamışdır. X30a təhvil verilmiş 6 mağazaya 3 204 325 manat məbləğində sərmayə qoyulmuş, xərclər və zərərlər çıxıldıqdan sonra 2 780 601 manat dəyərində avtomobil ehtiyat hissələri ilə birlikdə Shırınzade Orkhan-a təhvil verilmişdir. Shırınzade Orkhan-ın qoyduğu sərmayənin müqabilində 6 mağazanın İddiaçı1 MMC-nin tərkibinə daxil edilməsi ilə ümumilikdə 2 780 601 manat dəyərində avtomobil ehtiyat hissələri ilə birlikdə Shırınzade Orkhan-a təhvil verilməsi ilə bağlı dəfələrlə məhkəmə hazırlıq iclaslarında 21 fevral 2024-cü il tarixə təyin edilmiş hazırlıq iclasında, 29 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında İddiaçı1 MMC-nin və İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə1 həmin məbləğə dair hər hansı mübahisə olmadığını öz izahatı ilə təsdiq etmişdir. Beləliklə də, Əfqan Abdullayev tərəfindən Shırınzade Orkhan-a ümumilikdə 2 780 601 manat dəyərində sərmayəsinin geri qaytarılması iddiaçının etirafedici izahatı ilə öz təsdiqini tapmışdır. Bundan başqa, X24 Orkhan-la birgə fəaliyyət barədə razılaşma əldə edilənə qədər “Babək” mağazasına 2021-ci ildə ümumilikdə 98276 manat xərc çəkmiş və həmin mağaza da iddiaçılara təhvil verilmişdir. 2021-ci ilin aprel ayında 27850 manat may ayında 30250 manat, iyun ayında 11028 manat, iyul ayında 21966 manat, avqust ayında 1805 manat, sentyabr ayında 5377 manat xərc çəkilmişdir. Qeyd olunan məbləğlərin açıqlaması və hara nə qədər məbləğ ödənilməsini təsdiq edən açıqlama cədvəllər də məhkəməyə təqdim edilmişdir. Bundan başqa, iddiaçıların məhkəməyə təqdim etdiyi cədvəllərdə 116 420 manat invertar Əfqan Abdullayevin adına yazılsa da, həmin məbləğlər Əfqan Abdullayevə və “Masallı” mağazasına heç bir aidiyyatı yoxdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək işçiləri əmək haqqlarının ödənilməsi üçün 76176 manat, icarə haqqlarının ödənilməsi ilə bağlı 20000 manat, Masallı” mağazasının açılışı zamanı konsert proqramının təşkil edilməsi ilə bağlı 20244 manat Masallı mağazasının açılışı zamanı Əfqan Abdullayev həbsdə olduğundan belə xərcin çəkilməsinə razılığı belə olmamışdır) manat xərc çəkilmişdir. Bundan başqa, Əfqan Abdullayev xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək 80823 manat işçilərin əmək haqqı, ofis, icarə haqqı və digər xərclərin ödənilməsini həyata keçirmişdir. Bununla bağlı hansı ofisə hansı məbləğdə, hansı işçilərə hansı məbləğdə pul ödənilməsi məhkəməyə təqdim edilmişdir. Hal-hazırda da Shırınzade Orkhan İddiaçı1 MMC-nin təsisçisi olduğundan, Əfqan Abdullayev istifadəsində olan digər mağazalarda İddiaçı1 adından istifadə edə bilmədiyindən, əlavə olaraq sayta 14000 manat, Marsol sergi tədbirindən qalan borc- 6100 manat, Nəşriyyat mağazasının icarə haqqına görə 20 828 manat, Seyran adlı şəxsə 4000 manat olmaqla, cəmi 44928 manat borc da İddiaçı1 MMC-yə məxsusdur. Bundan başqa, “X48” də 2022-ci il ərzində 55185 ( əlli beş min yüz səksən beş) manat zərər hesablanmış və həmin zərər də İddiaçı1 MMC-nin xərclərinə aid edilir və iddiaçıların məhkəməyə təqdim etdiyi sənədlərdə bunu ümumiyyətlə qeyd etməmişlər. Shırınzade Orkhan-ın birgə fəaliyyət dövründə yalnız sərmayə qoyulmasından ibarət olmuş, mağazaların idarə edilməsindən, xərclərdən, işçilərə ödənilməli əmək haqqlarından, hər mağazanın zərərlərindən ümumiyyətlə məlumatı olmamış, nəticədə isə əsassız tələblərlə məhkəmədə iddia qaldırmışdır. Qeyd olunan 6 mağaza--- “Babək” filialı, “ Bakıxanov” filialı, “Neapol” filialı, “Sumqayıt” filialı, “Yasamal filialı”, “Nəşriyyat” filialı Shırınzade Orkhan-a sərmayə olaraq qoyduğu məbləğlərin müqabilində ümumilikdə 2 780 601 ( iki milyon yeddi yüz səksən min altı yüz bir) manatlıq ehtiyat hissələri ilə birlikdə təhvil verilmiş və Shırınzade Orkhan isə Əfqan Abdullayevdən qoyduğu sərmayənin təminatı müqabilində onun adına rəsmiləşdirilmiş ünvan 9 ünvanında yerləşən mənzili və X16 qardaşı X10 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini geri qaytaracağına dair üzərinə öhdəlik götürsə də, mənzilləri geri qaytarmaqdan imtina edərək, Əfqan Abdullayevə qarşı “Mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmiş və hal-hazırda məhkəmənin icraatındadır və məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəməyə ünvanlanmış iddia ərizəsində göstərilmiş tələblərə münasibətdə isə onu bildirmək istəyirəm ki, X32 və X7 müştərək qaydada 267.046 (iki yüz altmış yeddi min qırx altı) manat tutularaq İddiaçı1 MMC-yə ödənilməsi; X32 və X8 müştərək qaydada 381.392 (üç yüz səksən bir min üç yüz doxsan iki) manat tutularaq İddiaçı1 MMC-yə ödənilməsi; X32 və X3 müştərək qaydada 384.659 (üç yüz səksən dörd min altı yüz əlli doqquz) manat tutularaq İddiaçı1 MMC-yə ödənilməsi hissəsində iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, nə cavabdeh X16, nə də “Biləcəri” “Mikrorayon”, “Masallı ( indiki Sumqayıt) filiallarının rəsmi direktorları X15, X14, X6-- İddiaçı1 MMC və İddiaçı3 qarşısında hər hansı öhdəliyi olmamış, bununla bağlı aralarında şifahi və yazılı qaydada razılaşma belə olmamışdır. Habelə, Shırınzade Orkhan-la Əfqan Abdullayev arasında birgə biznes fəaliyyətində yaranmış narazılıqların nəticəsində Shırınzade Orkhan-ın qoyduğu sərmayənin müqabilində 6 mağazanın İddiaçı1 MMC-in tərkibinə daxil edilməsi barədə razılaşma əldə edilərkən, iddia tələbində qeyd olunmuş mağazaların Əfqan Abdullayevin istifadəsində və sərəncamında qalması və mənzillərin geriu qaytarılacağı ilə bağlı öhdəlik götürməsi barədə səsyazmalar da mövcuddur. Əfqan Abdullayev biznes fəaliyyətinə başladığı dövrdə, 1 500 000+ birgə fəaliyyət zamanı 2000 000 və mənzillərin dəyəri də sərmayəyə hesablanarsa 3000 000 b( üç milyon) manat sərmayəsi olduğu halda, fəaliyyətdə olduğu dövrdə mağazaların təmir xərcləri, işçilərin əmək haqqları və digər bütün idarəetmə işlərini özü təkbaşına yerinə yetirdiyi halda, mağazaların hər birini Shırınzade Orkhana təhvil verməsi, övladının və qardaşının adına olan mənzilləri belə Shırınzade Orkhan-ın mülkiyyətində saxlamaqla, biznesini, pulunu, mənzilləri təhvil verərək, özü qoyduğu sərmayəsini götürmədən razılaşması barədə qeyd etmələri barədə mülahizələri reallığa uyğun deyildir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, tərəfindən “Biləcəri” “Mikrorayon”, “Masallı ( indiki Sumqayıt) mağazalarını təhvil verməklə bağlı, X16, nə də “Biləcəri” “Mikrorayon”, “Masallı ( indiki Sumqayıt) filiallarının rəsmi direktorları X15, X14, X6 Shırınzade Orkhan, İddiaçı1 MMC İddiaçı3 qarşısında hər hansı öhdəliyi olmamış, bununla bağlı aralarında şifahi və yazılı qaydada razılaşma belə olmamışdır. Belə ki razılaşma və öhdəlik olmadığı təqdirdə, təhvil verilmədiyinə görə maddi ziyanın vurulması hissəsində iddia tələbi qanunsuz və əsassızdır. 2. Birgə biznesə aid olmayan kredit borcunun ödənilməsinə görə Əfqan Abdullayevdən 28000 manatın tutulması hissəsində isə iddiaçılar Shırınzade Orkhan, İddiaçı1 MMC, İddiaçı3 həmin məbləği tələb etməkdə subyektiv hüquqa malik deyillər. Belə ki, iddiaçıların məhkəməyə təqdim etdiyi ilkin iddia ərizəsində özlərinin qeyd etdiyi kimi 28 000 manat İddiaçı3 atası X41 tərəfindən ödənildiyini qeyd etsələr də, həmin pulun mülkiyyətçisi hazırkı iş üzrə iddiaçılar olmamış, X41 isə Əfqan Abdullayevlə iddiaçılar Shırınzade Orkhan arasında mübahisəni sülh yolu ilə həll etmək məqsədilə görüş təşkil etdikdə, Əfqan Abdullayevə verilməli olan 600 000 manat məbləğinin hissə-hissə aylara bölünməklə hər ay Əfqan Abdullayevin banklara olan kredit borcuna ödəniləcəyini bildirərək, 1 aylıq ödənişi etsələr də, sonrakı aylıq kredit borclarını ödəməkdən imtina etmişlər. X41 ona həmin məbləği borc olaraq verməmiş, gələcəkdə həmin məbləği geri qaytaracağına dair aralarında razılaşma olmamışdır. Bununla yanaşı, X28 gələcəkdə Əfqan Abdullayevə qarşı 28000 manat məbləğində pul məbləğinin geri qaytarılması ilə bağlı iddiası olarsa, digər məhkəmə prosesinin predmeti ola bilər. Hazırkı iş üzrə, X41 işə iddiaçı qismində cəlb edilməmişdir. İddiaçı3 atası X41 tərəfindən pulun verilməsində iştirak etməmiş, ümumiyyətlə pulun hansı məqsədlə verilməsi barədə məlumatı belə olmamışdır. Hazırkı iş üzrə isə İddiaçı3 atasına məxsus 28000 manat pulun geri qaytarılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir. İddia tələbinin bu hissəsinin də nə qanuni, nə də hüquqi əsası yoxdur. 3. 6 mağazanın İddiaçı1 MMC-nin balansına keçməsindən öncə həmin mağazaların anbarında olan malların Əfqan Abdullayev tərəfindən düzgün rəsmiləşdirilməməsinə görə İddiaçı1 MMC-nin cərimə qismində ödədiyi 71 218 manatın cavabdeh Əfqan Abdullayevdən tutulması hissəsində də iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçılar özlərinin tərtib etdiyi və məhkəməyə təqdim etdiyi aktlardan iddia ərizəsində 6 mağazanın 2023-cü ilin may-iyun aylarında İddiaçı1 MMC-nin balansına keçməsi və Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarları ilə operativ vergi nəzarəti həyata keçirilməsi qeyd edilmişdir. Belə ki, iddiaçıların mağazaların təhvil verildiyi vaxtdan may-iyun ayılarından xx.xx.2023-cü il tarixinədək malları düzgün rəsmiləşdirmək üçün kifayət qədər vaxta və imkana malik olmuş, buna baxmayaraq 2 ay müddətində düzgün rəsmiləşdirmək üçün hər hansı hərəkət etməmiş, sonradan əsassız tələblə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş aktlarda düzgün rəsmiləşdirilməyən malların adları və siyahısı göstərilsə də, həmin malların Əfqan Abdullayev tərəfindən alınmış mallar olması, malların məhz Əfqan Abdullayev tərəfindən düzgün rəsmiləşdirilməməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, operativ vergi nəzarəti həyata keçirildiyi zaman təhvil verilmiş mağazalarda 2 831 133 manat məbləğində mal qalığı olması, verginin düzgün rəsmiləşdirilməməsini müəyyən etdiyi nalların 712180 manat dəyərində olması və onun 10 % miqdarında cərimə etməklə 71 218 manat cərimə edilməsi isə bilavasitə sübut edir ki, Əfqan Abdullayev tərəfindən 2 118 953 manat dəyərində mallar düzgün rəsmiləşdirilmişdir. Belə ki, “Babək” mağazasında 1528 955.03 manat mal qalığı olması müəyyən edilmiş, 330770 manat dəyərində malların düzgün rəsmiləşdirilməməsinə görə, “Bakıxanov” mağazasında mal qalığı 317835.28 manat olmaqla 94198 manat dəyərində malların düzgün rəsmiləşdirilməməsinə görə, “Neapol” mağazasında 272287.48 manat mal qalığı olmasına baxmayaraq 94870 manat dəyərində malların düzgün rəsmiləşdirilməməsinə görə, “Sumqayıt” mağazasının mal qalığı məhkəməyə təqdim edilməsə də, 384903.61 manat dəyərində mal qalığı olmasına baxmayaraq, 103678 manat dəyərində malların düzgün rəsmiləşdirilməməsinə görə 103678 manat, “Yasamal” mağazasında malların düzgün rəsmiləşdirilməməsinə görə 327151.96 manat dəyərində mal qalığı olmasına baxmayaraq, 88664 manat dəyərində malların düzgün rəsmiləşdirlməməsinə görə ümumilikdə 712180 manat dəyərində malların düzgün rəsmiləşdirilməməsi müəyyən edilmiş və 10 % miqdarında 71218 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda iddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı3 nümayəndəsi və vəkili tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı1 MMC tərəfindən hal-hazırkı vaxtadək malların düzgün rəsmiləşdirilmədiyi və 2023-cü ilin avqust ayında belə vergidən yayınmaları aydın şəkildə görünür. Halbuki, 2023- cü ilin avqust ayında artıq Əfqan Abdullayev iddiaçılara təhvil verilmiş 6 mağazada hər hansı malların rəsmiləşdirilməsində hər hansı iştirakı olmamışdır. Belə ki, məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş “Babək” mağazasına dair çıxarışdan görünür ki, daxil olmuş məbləğ 140 000 manat, kassa 15000 manat, bank 67000 manat olmaqla, vergidən yayınmaları 58000 manat, “Bakıxanov” mağazasında daxil olmuş məbləğ 52000 manat, kassa 23000 manat, bank 12000 manat olmaqla, vergidən yayınma 17000 manat, “Sumqayıt” mağazasında daxil olmuş məbləğ 101000 manat, kassa 45000 manat, bank 22000 manat olmaqla, vergidən yayındıqları məbləğ 34000 manat, “Neapol” mağazasında daxil olmuş məbləğ 54000 manat, kassa 21000 manat, bank 9000 manat olmaqla, vergidən yayındıqları məbləğ 24000 manat müəyyən edilir. İddiaçılar halhazırkı vaxtadək malları düzgün rəsmiləşdirmədikləri halda, guya Abdullayev Ə. tərəfimdən düzgün rəsmiləşdirilməmiş mallara görə cərimə edildiklərini iddia edirlər. Lakin həmin malların Abdullayev Ə. tərəfimdən rəsmiləşdirilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, əsassız sənədlərə istinad etməklə öz tələblərini əsaslandırmağa çalışmışlar. 06 mart 2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı1 MMC-nin nümayəndəsi məhkəməyə təqdim edilmiş siyahıda göstərilən malların məhz X32 tərəfindən alınmasını təsdiq edən sübutların olub olmamasına dair suala cavab olaraq bildirmişdir ki, 2023-cü ilin may ayından avqust ayınadək 6 mağazanın hər birinə hər hansı malın alınmadığını bildirmişdir. Lakin bu əsas həm reallığa uyğun deyildir, həm də iddiaçıların özünün məhkəməyə sübut qismində təqdim etdiyi kassa əməliyyatlarından görünür ki, malların alınması üçün Firmalara ödəniş edilməsi və alqı-satqı dövriyyəsi aydın görünür. Eyni zamanda, İddiaçı1 MMC hal-hazırda da malların düzgün rəsmiləşdirməməkdə davam edərək, 2023-cü ilin dekabr ayında 20000 manat, yanvar ayında 19000 manat, fevral aylarında yenidən 18000 manat məbləğində cərimə edilmişdir. Bu isə bilavasitə sübut edir ki, 2023-cü ilin avqust ayında da düzgün rəsmiləşdirilməməsi məhz öz təqsiri ucbatından baş vermişdir. Bundan başqa, məhz iddiçılar tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə işçilərə əmək haqqı adı ilə 1400+900+600+3000+1500+1200+2700 manat göstərilsə də, hər hansı işçiyə qeyd olunan məbləğlərdə əmək haqqı verilməsinə dair sübut təqdim edilməmiş, qeyd olunan məbləğlər vergidən yayınmaq üçün məhz iddiaçılar tərəfindən düzgün rəsmiləşdirilməmişdir. Seymur adlı şəxslə ümumiyyətlə əmək müqaviləsi bağlanmadığından həmin şəxsə 2500 manat əmək haqqı, mağazanın icarə haqqı olaraq 14000 manat, Xosrov adlı mühasibə 3500 manat, Racı Heydərov adlı şəxsə 1500 manat ödənilməsi göstərilsə də, rəsmiləşdirilən zaman həmin məbləğlər heç biri düzgün rəsmiləşdirilməmişdir. Bu isə iddiaçıların özlərinin halhazırkı vaxtadək vergidən yayınmaq məqsədilə malları düzgün rəsmiləşdirmədiklərini bilavasitə təsdiq edir. Bundan başqa, məhkəməyə təqdim edilmiş xərclərlə bağlı “Excell” formatında tərtib edilmiş cədvəllərə müdaxilə olunduğu aydın şəkildə görünür. Sübut kimi isə onu bildirə bilərəm ki, xərc sütununda Orkhan Shırınzade-nin adından pul mədaxili görünür. Həmin cədvəldə mədaxil və məxaric eyni sırada göstərilə bilməz. İddiaçılar sübut qismində təqdim etdikdləri cədvəlləri mühasib tərəfindən tərtib edilmiş cədvəllərin üstündə dəyişiklik etməklə, istdikləri rəqəmləri yazmaqla, sübutlarda saxtakarlıq edirlər. Qeyd olunanlara əsasən, Vergi Xidmətinin İddiaçı1 MMC-ni cərimə etməsi ilə bağlı iddiaya cavab verməli olan şəxs Əfqan Abdullayev olmadığından və iddia tələbinin qanuni əsası olmadığından həmin hissədə də təmin edilməməlidir. Bundan başqa, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində 114 927 manat zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində, iddiaçılar zərərin yaranmasına əsas olan hal kimi yenidən heç bir qanuni və hüquqi əsası olmayan “Excell” formatında rəqəmlər yazmaqla, İddiaçı1 MMC-yə təhvil verilmiş mağazalara iyul, avqust, sentyabr aylarında guya zərər dəyməsi barədə iddia irəli sürsələr də, vurulmuş zərərin nədə ifadə olunması, vurulmuş zərərin hansı əsasla hesablanması, iddiaçılara təhvil verilmiş “Babək” “Bakıxanov” “Neapol” “Sumqayıt” “Nəşriyyat” “Yasamal” filiallarına 2023-cü ilin iyul və avqust ayında zərər vurulmuş olsa belə, həmin zərərlə Əfqan Abdullayevin və ya digər cavabdehlər “Biləcəri”, “Mikrorayon” və “Masallı” mağazalarının satış müdirlərinin hansı təqsirli və təqsirsiz hərəkətləri, vurulmuş zərərlə həmin şəxslər arasındakı səbəbli əlaqə nə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrdə, nə də məhkəmə iclasında izahatlarda göstərilməmiş, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, iddiaçı Shırınzade Orkhan-ın iş üzrə nümayəndəsi və vəkili olmadığından, İddiaçı1 MMC-nin nümayəndəsinin Shırınzade Orkhan-ın Əfqan Abdullayevə satmış olduğu “Range Rover” markalı avtomobilin dəyərinin ödənilməməsi ilə bağlı izahat verməsi, kommersiya məhkəməsinin deyil, mülki mühakimə icraatının predmeti olmaqla, hazırkı işə heç bir aidiyyatı yoxdur. Bununla əlaqədar isə bildirmək istəyirəm ki, “Range Rover” markalı avtomobil Shırınzade Orkhan tərəfindən Əfqan Abdullayevə dəyəri tam ödənilməklə satılmış, Əfqan Abdullayev mülkiyyətində olan “Toyota Camry” markalı avtomobilin satışından əldə edilmiş məbləği Shırınzade Orkhana tam ödəməklə, avtomobili almış, sonradan isə Əfqan Abdullayev özünə məxsus həmin avtomobili xx.xx.2022-ci tarixdə özgəninkiləşdirmişdir. Avtomobil özgəninkiləşdirilən zaman iddiaçıların iddia etdiyi kimi Əfqan Abdullayev həbsdə olmamış, mülkiyyətində olan əmlakdan istədiyi kimi sərəncanm verməklə, alqı-satqı müqaviləsi əsasında X22 adlı şəxsə satmışdır. Avtomobilin satılmasının səbəbi isə o olmuşdur ki, Əfqan Abdullayev özünə yeni “Mersedes Maybach” markalı avtomobil sifariş vermiş və həmin sifarişin verilməsində məhz X40 da iştirak etmişdir. Hal-hazırda isə məhkəmə mübahisəsinə aid olmadığı halda, avtomobilin dəyərini də guya sərmayə olaraq qoyulmuş kimi göstərməklə, süni surətdə məbləğ artırmağa çalışırlar. 2022-ci ilin aprel ayından iddiaçıların məhkəməyə 21 fevral 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi təqdim edilənədək, Shırınzade Orkhan-ın Əfqan Abdullayevə qarşı həmin avtomobilə dair hər hansı iddiası və tələbi olmamışdır. Halhazırda isə müxtəlif üsullarla, müxtəlif bəhanələrlə Əfqan Abdullayevin istifadəsində qalmış 3 mağazanı təhvil almaq üçün əsassız pul tələbləri ilə məhkəməyə müraciət edirlər. Hesab edirəm ki, iddiaçılar Shirinzade Orkhan, İddiaçı3 və İddiaçı1 MMC-nin cavabdehlər X18, X19, X13 və X20 qarşı pul tələbinə dair iddiasının qanuni və hüquqi əsası olmadığından, iddiaçılar tərəfindən iddia tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənləri nəzərə alaraq və iddiasının əsassız olduğundan təmin olunmaması xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndələri iddia ərizəsini müdafiə edərək, iddianın məzmununa uyğun çıxış edərək iddianın tam təmin olunmasını xahiş etdilər.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın qanuni və hüquqi əsası olmadığı üçün iddianın rədd olunmasını xahiş etdilər.

8. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

9. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən gəlməyən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. xx.xx.2022-ci il tarixli birgə fəaliyyət haqqında bağlanmış müqaviləyə əsasən təşkilatçı qismində X32, tərəflər qismində X40 və Shirinzade Orkhan göstərilmişdir.

12. Müqavilənin 1-ci bəndinə əsasən tərəflər öz biznes təcrübəsindən və maliyyə resurslarından istifadə edərək ixtisaslaşdırılmış mağazalar şəbəkəsi yaradaraq müxtəlif növ avto ehtiyyat hissələrinin topdan və pərakəndə satışı təşkil edirlər və həyata keçirirlər.

13. Müqavilənin 2.1-ci maddəsinə əsasən Təşkilatçının aşağıdakı öhdəlikləri daşıyır:

14. 2.1.1. Qısa müddətdə biznes-plan hazırlamaq və tərəflərlə razılaşdırmaq;

15. 2.1.2 işə başlanmasının vaxtı və hüquqi formasını müəyyən etmək,

16. 2.1.3 fəaliyyətə başlamaq üçün isə ******* manat qoyulmasını təmin etmək;

17. 2.1.4. fəaliyyətini həyata keçirilməsi üçün maddi-texniki baza yaratmaq,

18. 2.1.5 biznes fəaliyyətini təşkil və ona rəhbərlik etmək.

19. Müqavilənin 2.2-ci maddəsinə əsasən Tərəf-2 və Tərəf-3 aşağıdakı öhdəlikləri daşıyır:

20. 2.2.2. Təşkilatçı ilə birgə fəaliyyətin təşkil edilməsinin vaxtını və hüquqi formasını qısa müddətdə müəyyən etmək,

21. 2.2.3. Qısa müddətdə Təşkilatçıya işin təşkil edilməsi məqsədi ilə ******* ABŞ dolları (2000000 manat) vermək (2021-ci ilin sentyabr ayından müqavilə imzalanan günə qədər bu məbləğ Təşkilatçıya verilmişdir).

22. Müqavilənin 3.1-ci bəndinə əsasən birgə fəaliyyətin nəticələri hər ayın 1-də müzakirə olunur və fəaliyyət nəticəsində əldə edilmiş gəlir aşağıdakı qaydada bölünür.

1. X18 gəlirin 50% miqdarında;

2. X35 gəlirin 25% miqdarında;

3. Shirinzade Orkhan gəlirin 25% miqdarında; Göstərilən faizlər fəaliyyətin hüquqi forması müəyyənləşdirilərkən (öhdəliklər tam yeirnə yetirildikdən sonra), eyni zamanda tərəflərin müəssisədə apyını əks etdirəcək.

23. Shirinzadə Orxanın sərmaye qoyuluşu haqqında İddiaçı1 MMC tərəfindən təsdiqlənmiş dinakiya əsasən cəmi 3.533.194 manat, ondan 7601 manat azaldığı və ******* manat ümumi sərmayə qaldığı qeyd olunmuşdur.

24. İddiaçı1 MMC tərəfindən təsdiq edilmiş “Əfanın sərmayəsi barədə məlumat” adlı dinamikaya əsasən xx.xx.2022-ci il tarixə 828.248,91 manat sərmaya qaldığı, 2022- 2023-cü ildə 287162,07 manat sərmayədən götürdüyü, payına düşn ümumi zərər 67220,84 manat, payına düşən silinməmiş xərc 51796 manat olmaqla yekun qalıq xx.xx.2022-ci il tarixə 422070 manat qeyd olunmuşdur.

25. İddiaçı1 MMC-nin məhkəməyə ünvanladığı arayışda vergi orqanı tərəfindən həyata keçirilmiş vergi nəzarəti tədbiri nəticəsində xx.xx.2023-cü il tarixdə onlara 71218,84 manat maliyyə sanksiyası tətbiq edildiyi, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş ƏDV vergi bəyannaməsi zamanı tərəflərindən sentyabrda götürülmüş kredit hesabına ödənilmiş ƏDV nəticəsində yaranmış olan artıq ödənilmiş vergilərin VM 87.1.1-ci maddəsinin bəndinə əsasən borcların ödənilməsinə yönləndirilmişdir.

26. X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından qeyri-rəsmi mühasib kimi işləyib. Mağazalarda olan hesabatlar həmin mağazaların işçiləri tərəfindən 1C programından ona ötürüblər, o da yekun nəticələri götürərək excel programı hazırlayıb. Exceldə ötürülən məlumatlar əsasında anbar uçotu və kassa uçotu aparıb. Malların alınması məsələsinə mağaza müdiri cavabdeh olmuşdur. Həm alınan mallara da, satılanlara da mağaza müdiri cavabdeh olmuşdur. O nəsə mal alınanda programda onu görə bilirdi. Xəzinədar kassa əməliyyatlarını icra edib, elektron cədvəl programına əlavə edib, ona göndərirdi. Ayın yekununda ümumi gəlir və təsərrüfat xərcləri hesablanırdı. 1.415.000 Ə.Abdullayevin sərmayəsi olmuşdur, bu sərmayə Babək mağazasında olmuşdur. 29 sentyabr tarixində gələn pul mağazalara bölünmüş şəkildə verilmişdir, sadəcə bir mağazaya mədaxil olunmamışdır. X46 Abdullayevin şəriki kimi tanıyıb. Excell uçotunu apararkən hər-hansı sənədi görməyib, yanlız mağazalardan 1C proqramından gələn məlumatları excelə yığıb və həmin məlumatların həqiqiliyini hər-hansı sənəd əsasında yoxlamayıb. Kimin sərmayəsinin artmasını-azalmasını excelldə qeyd etmək üçün Əfqan Abdullayev, Orxan Şirinzadə tərəfindən ona telefon vasitəsi ilə göstərişlər verilib, o da həmin şifahi göstərişlərə əsasən excelldə məlumatları əks etdirib.

27. X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, mağazanın satış müdiri kimi Əfqan Abdullayevin tabeçiliyində işləyib, amma bilirdi ki, şirkət tək ona məxsus olmamışdır. Mağaza qurulduğu zaman hissə-hissə malların pulu ödənilmişdir. Pullar gecikəndə Əfqan Abdullayevə bununla bağlı bildiridilər, o da deyirdi ki, həmin pul Amerikadan göndəriləcəkdir. Özündən əvvəl iki şərikinin olduğunu bildirmişdi, lakin o, onları tanımırdı, məhkəmə işi gedişatında o, şərikləri tanıyıb. Məhkəmə gedişatında Əkbər Ağayev, İddiaçı3 və Orxan Şirinzadənin həmin mağazaların rəhbəri olmasına dair Əfqan tərəfindən yazılı kağız göndərilmişdir.

28. X11 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust aylarında o Əfqan Abdullayevlə görüşüb. Servislər açdığını öyrəndikdən sonra, tanış olublar. Onlar işə başladıqdan 2-3 ay sonra dayısı ilə Əfqan Abdullayev arasında problem yarandı. 2022-ci ilin may-iyun aylarında Əfqan Abdullayev tutuldu. Sonra onlara bəlli oldu ki, mağazalardan təxminən 50000-70000 manat pul götürübmüş. Onlar biznesi ayırmaq istədiklərini dedikdə isə, Ə.Abdullayev razılaşmadı, adına kreditin olduğunu bildirdi. Daha sonra ona bəlli oldu ki, öz şəxsi xərclərindən başqa, kredit vəsaitini ödəmək üçün də mağazalardan pul götürübmüş. 28.000 manat məbləğ Ə.Abdullayevə kreditinin ödənilməsi üçün verildi, daha sonra onlar barəsində şikayətlər edilməyə başladı. 1.500.000 manat Əfqan Abdullayevin sərmayesi olmuşdur. Ondan sonra X31 vasitəsilə pulları göndərdi. 200.000 ABŞ dolları Əfqana pul verib. Həbsdə olduğu 42 gün müddətində də pastavşik adlandırılan təchizaçılar bildirdi ki, ödənişlər edilməlidir. 400.000 manat əlavə pul Avtodetala qoyulmuşdur. Pullar ya Əfqan Abdullayevə, ya da onun sürücüsu İslama və Xəyala verilmişdir. ******* manat olaraq həmin sərmaye görünürdü, Ə.Abdullayevin sərmayesi mal şəklində gəlmişdi.

29. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

32. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

33. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. İddia tələbinin birinci hissəsi - X32 və X7 müştərək qaydada 267.046 manat, X32 ilə X8 müştərək qaydada 381.392 manat, X9 X25 ilə müştərək qaydada 384.659 manat olmaqla, cəmi, 1.033.097 manat məbləğdən Abdullayev Əfqanın qalıq sərmayəsin çıxdıqda (1.033.097-169.383= 863.714) ümümilikdə onlardan 863.714 manat tutularaq İddiaçı1 MMC-yə ödənilməsi təşkil edir.

35. İş materialları ilə müəyyən olunur ki, X32, X40 və Shirinzade Orkhan arasında xx.xx.2022-ci il tarixində öz biznes təcrübəsindən və maliyyə resurslarından istifadə edərək ixtisaslaşdırılmış mağazalar şəbəkəsi yaradaraq müxtəlif növ avto ehtiyyat hissələrinin topdan və pərakəndə satışının təşkil edilməsi üçün birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır.

36. Məhkəmə iclasında iştirak edən müqavilənin tərəfləri olan X32 və Shirinzade Orkhanın nümayəndəsi bildirdilər ki, həqiqətən də tərəflər avto-ehtiyyat hissələrinin satışı ilə məşğul olmaq üçün sərmayə qoymuşlar. Təsdiqedici sübutlar olmasa da avtoehtiyat hissələrinin satışı həyata keçirilmiş və əldə edilmiş gəlirlər tərəflər arasında mütəmadi bölüşdürülmüşdür. Bu da tərəflərin mübahisələndirmədiyi haldır.

37. İddiaçıların nümayəndələri bildirsələr də ki, bu fəaliyyət dövründə 9 mağaza yaradılmışdır, lakin ona dair və həmçinin 9 mağazanın iddiaçılara aidiyyətinin olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişlər (kim tərəfindən, kimin vəsaiti, həmin subyektlərin təşkilatı-hüquqi forması və s.). Sonradan isə iddialarını bu cür əsaslandırdılar ki, 9 mağazada olan avto-ehtiyyat hissələri məhz birgə fəaliyyət haqqında müqaviləyə əsasən qoyulmuş sərmayələr nəticəsində alınmış və tərəflər arasında əməkdaşlığı sonlandırmaq niyyətində olduqları üçün həmin mağazalarda olan avtoehtiyyat hissələrini/dəyərlərini (sərmayə kimi qoyulmuş pul, zərər qismində) məhz İddiaçı1 MMC-yə qaytarılmasını tələb edirlər.

38. Məhkəmə ilk öncə qeyd edir ki, X32, X40 və Shirinzade Orkhan arasında bağlanmış birgə fəaliyyət müqaviləsinin İddiaçı1 MMC-yə aidiyyəti (məhz həmin müqavilə nəticəsində qoyulmuş sərmayənin MMC-yə aidiyyəti və ya tərəflərin bu cür MMC-nin yaradılması və bütün sərmayələrin MMC-də cəmlənməsi üçün birgə müqavilənin mövcüdluğu və s.), iş materialları ilə müəyyən edilmir.

39. Cavabdeh X32 isə bildirdi ki, onun və iddiaçının qoyduğu sərmayə nəticəsində sadəcə müxtəlif obyektləri icarəyə götürüb, təmir edərək mağazalar kimi işlətmiş. Satıcı qismində isə digər cavabdehlər qismində göstərilmiş şəxslər çıxış etmişdir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. -14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. -14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. -14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. -14.2.6. Başqa şəxsə zərər vurulması. -14.2.7. Əsassız varlanma. -14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. -14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

41. Beləliklə, müəyyən olunur ki, cavabdeh X34, X25 və X33 ilə iddiaçıların hərhansı bağlılığı, müqavilə münasibətlərinin və ya qeyd olunan cavabdehlərin iddiaçılara hər-hansı zərərin vurulması halları mövcüd olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan cavabdehlərə qarşı iddia tələbinin təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

42. Tələbin birinci hissəsinin X18 münasibətdə isə məhkəmə ilk öncə qeyd edir ki, cəmi 863.714 manat məbləğində tələbin hansı qaydada formalaşmasına dair hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əgər qoyulmuş sərmayə kimi geri tələb edilirsə onun əsası göstərilməmiş (birgə fəaliyyət haqqında müqavilədə belə münasibətlərə xitam verildiyi halda sərmayələrin qaytarılması halı və qaydası müəyyən edilməmiş), digər tərəfdən cavabdeh tərəfindən qaytarılmalı olan məbləğin məhz 863.714 manat olması da nə tərəflərin razılaşması, nə də əsaslı sübutlarla təsdiq olunmur. Yalnız məhkəməyə fleş-kart daşıyıcıda təqdim edilmiş (bəzi səhifələri çap olunmuş formatında) heç bir rəsmi, alt sənədləri olmadan excell-cədvəllərdə göstərilən rəgəmlərə əsasən bu məbləğin çıxarılması belə qanunsuz və əsassızdır. Belə ki, həm tərəflərin izahatı, həm sübut qismində istinad olunan excell-cədvəli tərtib edən qeyri-rəsmi mühasib kimi işləyən şəxsin ifadəsindən müəyyən olundu ki, həmin cədvəldə göstərilən məlumatlar/rəgəmlər hər hansı sənəd əsasında yığılmamışdır, tərtib edən şəxsə (X17) sistem vasitəsi ilə ötürülən, doğruluğu onun tərəfindən yoxlanılmadan və rəsmi sənədlər ilə təsdiq edilməyən məlumatlar və şifahi göstərişlər əsasında yığılmışdır. Digər tərəfdən, tərəflərin yazılı razılığı olmadan birgə fəaliyyət müqaviləsinin məqsədlərindən kənar olan “vəkil xərci”, “Range Rover xərci” və sair bu kimi xərclərin tərəflər arasında olan müqaviləyə və qoyulmuş sərmayələrə aidiyyəti və ya X16 razılığı olmadan onun sərmayəsindən iddiaçılar tərəfindən çıxılmasının hüquqi əsasları məhkəmə araşdırılması zamanı müəyyən edilmədi.

43. Cəmi 863.714 manatın cavabdeh Ə.Abdullayevdən zərər kimi tələb edilməsi üçün də əsaslar müəyyən edilmədi.

44. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

45. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

46. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

48. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

49. Digər tərəfdən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçılar 863.714 manatın məhz İddiaçı1 MMC-yə qaytarılmasını tələb edirlər. Lakin, məhkəmə bir daha da qeyd edir ki, İddiaçı1 MMC-nin cavabdeh Ə.Abdullayev ilə hüquqi bağlılığı, MMC-nin cavabdehə hər-hansı pulun verilməsi və ya cavabdehin hüquqi şəxsə zərərin vurulması halları müəyyən edilmədi, hər-hansı sübutla təsdiqini tapmadı. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı1 MMC xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatına alınmış, əvvəlki 100% paya malik təsisçi və qanuni təmsilçisi X53, sonradan isə X36 olmuşdur.

50. İddia tələbinin digər hissəsi olan - birgə biznesə aid olmayan kredit borcunun ödənilməsi görə Əfqan Abdullayevdən 28 000 manatın tutularaq İddiaçı3 ödənilməsi tələbi də əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, iddia ərizəsində qeyd olunmuşdur ki, 28.000 manat X41 (iş üzrə iddiaçı olmayan şəxs) tərəfindən cavabdeh Ə.Abdullayevə verilmişdir. Belə olduğu halda İddiaçı3 bu cür tələb irəli sürmək üçün sübyektiv hüquqa belə malik deyil.

51. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.

52. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

53. Hazırkı işin hallarından isə görünür ki, X32 ilə X41 arasında borc münasibətləri (yazılı və ya şifahi mövcüd olub-olmamasından asılı olmayaraq) çərçivəsində, bu münasibətdə tərəf olmadığından İddiaçı3 28.000 manat pulun tələb edilməsinə dair subyektiv hüquqa malik deyil.

54. İddiaçıların sonuncu tələbi - Əfqan Abdullayevin və digər cavadehlər Qələndərli Emin, Abdullayev Şamil və Məmmədov Rüstəmin hərəkətləri nəticəsində İddiaçı1 MMCyə dəymiş 114.927 manat zərər cavabdehlər arasında bölündükdə hər birindən 28.731 manat tutularaq İddiaçı1MMC-yə ödənilməsi təşkil edir.

55. Məhkəmə bu hissədə də, prosessual qənaənt baxımından qətnamənin yuxarıdakı paraqraflarında göstərilən hüquqi əsaslandırmanı (Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir) rəhbər tutaraq iddianın əsassız olduğu üçün təmin edilməməsi qənayətinə gəlir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

57. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

58. Göründüyü kimi iddiaçılar iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) və rəsmi olmayan excel-cədvəllər əsasında müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.

59. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

62. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

64. Məhkəmə hesab edir ki, iddia tələbi tam rədd olunduğu üçün işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir. V. Nəticə:

65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçılar Şhirinzade Orkhanın, İddiaçı3 və İddiaçı1 cavabdehlər X18, X19, X13 və X20 qarşı X32 və X7 müştərək qaydada 267.046 manat, X32 ilə X8 müştərək qaydada 381.392 manat, X9 X25 ilə müştərək qaydada 384.659 manat olmaqla, cəmi, 1.033.097 manat məbləğdən Abdullayev Əfqanın qalıq sərmayəsin çıxdıqda (1.033.097-169.383= 863.714) ümümilikdə onlardan 863.714 manat tutularaq İddiaçı1 MMC-yə ödənilməsi, birgə biznesə aid olmayan kredit borcunun ödənilməsi görə Əfqan Abdullayevdən 28 000 manatın tutularaq İddiaçı3 ödənilməsi, 5 mağazanın İddiaçı1 MMC-nin balansına keçməsindən öncə həmin mağazaların anbarında olan malların Əfqan Abdullayev tərəfindən düzgün rəsmiləşdirilməməsinə görə İddiaçı1 MMC-nin cərimə qismində ödədiyi 71218 manatın cavabdeh Əfqan Abdullayevdən tutularaq İddiaçı1 MMC-yə ödənilməsi, Əfqan Abdullayevin və digər cavadehlər Qələndərli Emin, Abdullayev Şamil və Məmmədov Rüstəmin hərəkətləri nəticəsində İddiaçı1 MMC-yə dəymiş 114.927 manat zərər cavabdehlər arasında bölündükdə hər birindən 28.731 manat tutularaq İddiaçı1MMC-yə ödənilməsi barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar